Erməni zabitlərə Kəlbəcərdə yeni mənzillər paylandı – FOTOAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torplaqlarında düşmən tərəfindən süni məskunlaşdırma siyasəti davam etdirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Kəlbəcər rayonu ərazisində işğalçı ordunun zabitləri üçün inşa olunmuş binada xidməti mənzillər paylanılıb.

Mənzillər təmas xəttinin şimal istiqamətində yerlşən hərbi hissənin zabitlərinə verilib.
Qarabağda daha bir erməni əsgər öldüQarabağda daha bir erməni əsgər ölüb.

Avrasiya.net “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, 19 yaşlı erməni əsgər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən hərbi hissələrinin birində dünyasını dəyişib.

Sasun Markaryan adlı əsgərin hansı şəraitdə ölməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Şuşasız  28 il“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa haqqında deyilmiş bu sözlərlə yazıya başlamaq istəyirəm. Həqiqətən hər bir millətini sevən vətəndaş üçün Şuşa şəhəri əzizdir. Amma nədənsə həmin illərdə hakimiyyətdə olan "rəhbər" lərdə bu hisslər olmayıb. Xüsusən də həmin dövrdə müdafiə naziri olmuş heç bir hərbi təcrübəsi belə olmayan Rəhim Qazıyev! Mən o illərdə məktəbli idim, bu günə kimi yadımdadır “Şuşa getsə, mən özümü tapança ilə vuraram “ demişdir. Amma danılmaz faktdır ki, Şuşa xəyanətin qurbanı oldu. Bunu istər həmin dövrlərdə Şuşanın vətəndaşı olmuş, istərsə də döyüşlərdə döyüşmüş xalqımın qeyrətli oğulları təsdiq edirlər. Çünkü həmin dövrlərdə rəhimlərin, isgəndərlərin və başqslatının başı hakimiyyət davasına qarışmışdı. Onlar üçün Vətən kreslodan, vəzifədən ibarət idi. Azərbaycanda xaos davam edirdi. Nəzərə alsaq ki, xalqımız Xocalı kimi əsrin faciəsinin acılarını yaşayırdı.
Şuşa eyni zamanda Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Azərbaycan mədəniyyətinə Xursudbanu Nətəvan, Cabbar Qaryağdıoğlu, Üzeyirlər Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi şəxsiyyətləri bəxş etmiş bir ünvandır Şuşa!

Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır.
1992- ci ilin may ayının 8 də Şuşa ermənilər tərəfindən işğal olundu. İşğal zamanı 193 nəfər şəhid oldu. Bütün tarixi abidələrimiz məhv edildi. Şəhərin işğalı nəticəsində mədəni- maarif, kənd təsərrüfatı texnikumları da daxil olmaqla 22 təhsil müəssisəsi, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı.

Mən inanıram ki, Ali baş komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq mümkün olduğu təqdirdə sülh yolu, lazım gələrsə hərbi yolla Qarabağımız işğaldan azad olunacaq. 2016-cı ilin aprel döyüşləri bizlərdə daha çox inam hissi oyatdı. Üç rəngli bayrağımız Şuşada dalğanacaq! Himnimiz Cıdır düzündə təşkil olunacaq Qələbə mərasimində səslənəcək! İnanıram ki, bu günlər çox yaxındadır!

Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini
Şuşanın işğalından 28 il ötürBu gün Şuşanın işğalından 28 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 28 ildir yağı tapdağı altındadır.

Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 241 165 nəfər idi.

Rayonun tabeçiliyində Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Mirzələr, Qaybalı, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Turşsu, Zarıslı, Nəbilər kimi böyük yaşayış məntəqələri var idi. Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi. Şuşa müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları ilə zəngin idi. Turşsu və Şırlan bulaqları təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində məşhur idi. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada onlarla tarixi abidə var idi. Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı «Gövhər ağa məscidi», Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən tərəfindən güllələnib.

Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilən 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib.

Qeyd edək ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 60 nəfərə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Onların bir çoxu bu günə qədər azad olunmayıb.
Qarabağda daha bir erməni hərbçisi öldüAzərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi Taron Poqsoyan ölüb.

Modern.az erməni mətbuata istinadən xəbər verir ki, o, mina partlaması nəticəsində həlkak olub.

1988-ci ildə anadan olan Taron Poqosyanın orduda müqavilə əsasında xidmət edirmiş.

Hadisə ilə bağlı araşdırma aparılır.
Erməni əsgər yoldaşını güllələdiAzərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb.

Azərtac xəbər verir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib. Şahidlərin dediyinə görə, özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.

Faktla bağlı araşdırma aparılır.
Tural Gəncəliyev Qarabağ ermənilərinə müraciət edib“Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır”.

Avrasiya.net xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Azərbaycan Milli Məclisinin üzvü Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev daha sonra bildirib:

“Məlum olduğu kimi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildiriblər.

Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir.

Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk.

Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq”.
Qarabağ separatçılarının yeni lideri Bakını HƏDƏLƏDİ
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin yeni rəhbəri Araik Arutunyan münaqişənin həlli ilə bağlı qeyri-adekvat açıqlama verib.

Modern.az xəbər verir ki, “Facebook”dakı səhifəsində Arutunyan rəsmi Bakıya hədələr səsləndirib.

“Sülh danışıqlarının həlli Dağlıq Qarabağın iştirak olmadan nəticəsiz qalacaq. Güc tətbiq olunmamasına dair təminatlar verilməlidir, çünki erməni və Azərbaycan xalqları sülh şəraitində yaşamağa layiqdir. Əks halda, Qarabağ Azərbaycanın hücumuna qeyri-proporsional cavab verərək hərbi əməliyyatları onun ərazisinə keçirəcək”-deyə separatçı lider söyləyib.
“Qarabağda yaşayan ermənilərin həyatı Ermənistanı maraqlandırmır” –Tural Gəncəliyev“Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır”.

Bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır: “Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mart ayında Azərbaycanın regionlarında, Goranboy, Qazax və Şəmkir şəhərlərində 3 yeni xəstəxana açılıb. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq “Yeni klinika” koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70.000-dən artıq test aparılıb.

600000-dən artıq insanı əhatə edən iqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir”.

T. Gəncəliyev qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısını alır: “Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.

Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.

Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.

Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanacaqlar”. /APA
Ermənilər Ordumuzun zərbəsini yaydı: Ara, aradan çıxın! - Video
Aprel savaşı ilə bağlı ermənilərin döyüş zamanı çəkdiyi bir video 4 ildən sonra, bugünlərdə üzə çıxıb.

Videonun 2016-cı ildə baş verən Aprel savaşının ikinci gününə aid olduğu ehtimal edilir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan videoda erməni əsgərlərin danışığı da əks olunub.

Azərbaycan ordusunun artilleriya hücumu nəticəsində erməni postunun məhv edildiyini görən arxa səngərdəki erməni əsgərlər ermənicə qışqırırlar:

“Ara, ananı... Qraddır. Necə sürətli... Aradan çıxırıq, çıxırıq!!!”

Sözügedən videonu təqdim edirik:


Axar.az