Ermənilər Laçında 100 yeni ev tikir – Süni məskunlaşdırma - VİDEOErmənistan rəhbərliyi Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində süni məskunlaşdırma siyasətini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 50 evin istifadəyə verildiyi kənddə daha 100 evin tikintisi aparılır. Bundan başqa, oyun meydançaları və məktəbin istifadəyə verilməsi də nəzərdə tutulur.

Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb. 2011-ci ildə Livandan Aqavnoya köçən Andranik Çavuşyan kəndə rəhbərlik edəcək.

Qeyd edək ki, Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir.
Ermənilər Füzulidə yeni hərbi hissə açdı - FOTOErmənilər Azərbaycanın işğa latındakı torplaqlarında möhkəmlənməyə davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Qarabağda yaradılmış qondarma rejimin “müdafiə naziei” Karen Abramyan yeni hərbi hissənin açılışına qatılıb.

Cəbhənin cənub-şərqində Cəbrayıl rayonunda açılan hərbi hissə artilleriya birqadasının tərkibinə daxil edilib.
Şüşadakı Gövhərağa məscidinə “fars məscidi” adı verən İran arxitektorları kimdir...
Xəbər verildiyi kimi ötən ilin sonlarında erməni işğalçıları Şuşadakı məşhur Gövhərağa məscidini “fars məscidi” kimi restavrasiya edib işə salıblar. Və işğal altındakı Azərbaycan ərazilərinə gələn xarici turistlərə məscidi “fars məscidi” kimi təqdim edib guya bu torpaqlarda müsəlman irsinə hörmət bəslədiklərini təbliğ edirlər.

Virtualaz.org xəbər verir ki, EurasiaNet.org saytının şərhçisi Coşua Kuçera bu mövzunu araşdırıb. Müəllif qeyd edir ki, 1880-ci illərdə Şuşada, o zaman Dağlıq Qarabağın ən iri şəhərində tikilmiş bu məscidin ermənilər tərəfindən restavrasiya edilməsi hər iki tərəfdə entuziazmla qarşılanmayıb. İndi Gövhərağa məscidi işğal altındakı Azərbaycan ərazilərində, tamamilə xristianların yaşadığı bu torpaqlarda ilk müsəlman abidəsi kimi turizm obyektinə çevrilib.

Ermənilər beş ildir ki, məscidin restavrasiyasını həyata keçirirdilər və ötən ilin oktyabr ayında onun “rəsmi açılışı” olub. Qondarma Qarabağ hakimiyyəti bu yolla turistləri, o cümlədən iranlı turistləri Şuşaya cəlb etməyə çalışır.

Eurasianet.org saytının müxbiri Şuşaya baş çəkib və orada qanunsuz məskunlaşmış ermənilərlə söhbətləşib. Məlum olub ki, şəhərdə yaşayan ermənilər məscidin bərpasına və yenidən açılmasına birmənalı yanaşmırlar. “Bunu məmurlar istəyib, insanlar yox. İnsanlar hesab edirlər ki, əgər burada məscid varsa o zaman bir çox illərdən sonra müsəlmanlar hesab edəcək ki, Şuşa onların torpağıdır”,-məscidin yanında dayanmış yük maşınının kuzovundan meyvə satan Artur Poqosyan adlı erməni deyib.

“Şəxsən bu bina tarixi abidə kimi mənim xoşuma gəlir. Amma məscid kimi...”,-Şuşadakı məktəblərdən birində müəllim işləyən Nune Akopyan bildirib. Bir az tərəddüd edəndən sonra fikrini tamamlayıb: “Bura xristian torpağıdır”.

Müəllif qeyd edir ki, məscid tikiləndə Şuşanın əhalisi qarışıq idi, həm azərbaycanlılar, həm ermənilər yaşayırdı. Lakin XX əsrin əvvəllərindən iki icma arasında münaqişə dərinləşib, ermənilər Şuşada tədricən azalıb. Şuşa azərbaycanlı şəhərinə çevrilib. İndi isə bunun tərsi baş verir, bir neçə dağılmış tarixi abidədən başqa Şuşada azərbaycanlıların yaşadığını təsdiq edən əlamət qalmayıb. Şəhərdə məskunlaşan ermənilərin sayı isə ildən ilə artır.

“Bu gün Şuşada müsəlman yoxdur. Lakin ənənəvi müsəlman arxitekturasının bir çox gözəl nümunələri var ki, onlar Şuşanın erməni arxitektur stili ilə harmonik şəkildə çuğlaşır”,-məscidin qarşısındakı stenddə turistlər üçün qoyulmuş broşürada belə deyilir.

Xatırladılır ki, rəsmi Bakı məscidin “fars tarixi abidəsi” kimi restavrasiya edilməsini işğal altındakı mədəni irsin məhv edilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Dağlıq Qarabağdakı qondarma rejimin “mədəniyyət nazirliyindən” Artak Qriqoryan isə deyib ki, məscidin “fars məscidi” kimi müəyyən edilməsi qərarı onun restavrasiyası ilə məşğul olan İran arxitektorları tərəfindən qəbul edilib. Lakin həmin arxitektorlarla əlaqə saxlamaq mümkün olmayıb.