Cəbhədən son xəbər: erməni hərbçi məhv edildi
İşğalçı Ermənistan ordusu döyüş postunda itki verib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, 10 mart saat 15.30 radələrində Azərbaycan tərəfdən açılan cavab atəşi nəticəsində sıravi hərbçi Zöhrab Sianosyan ölümcül yaralanıb.

1984-cü ildə anadan olmuş, Ermənistanın Ararat hərbi komissarlığından çağırılmış hərbçinin müqaviləli əsaslarla xidmət keçdiyi bildirilir. Düşmən hərbçi cəbhənin cənub-qərb istiqamətində məhv edilib. Hadisədən sonra Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi də həmin ünvana gedib.

Qeyd edək ki, son günlər Ermənistan ordusu davamlı şəkildə Azərbaycana qarşı təxribatlara əl atır. Elə bu təxribatların nəticəsində bir həftə ərzində iki hərbçimiz şəhid olub. Düşmənin itkilərinin isə daha çox olduğu, lakin ictimai etirazlardan qorxan hakimiyyətin ölüm faktlarını gizlətdiyi barədə erməni fəallar özləri də sosial şəbəkədə yazırlar.
Qarabağ ermənilərin əsarətində - Ermənilər fəryad edirlər“Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür. Qarabağda yaşayan ermənilər mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır”.

Avrasiya.net Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn erməni jurnalist Vaxram Ağacanyan yazıb.

Jurnalist qeyd edir ki, "Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır.

Ağacanyan Qarabağ savaşında separatçı qüvvələrin komandanlarından biri olan, hazırda Bako Saakyana qarşı sui-qəsddə ittiham olunan general Samvel Babayandan da sitat gətirir:

“Artıq susmayacam. Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. İrəvan və Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar”.

“Azadlıq” radiosunun İrəvan bürosu da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki acınacaqlı vəziyyətə diqqət çəkib. Radio Qarabağın cinayətkarların əlində olduğunu, insanların təhdid olduğunu, ölümlə hədələndiyini, vəziyyətin xaosa yaxın olduğunu yazıb. Mənbə eyni zamanda son zamanlar Qarabağ erməniləri arasında onlara yardım əli uzatmayan Ermənistan rəhbərliyinə və onunla əlbir olan Saakyan rejiminə etiraz olaraq Azərbaycanın suverenliyinə qayıtmaq meylinin yaranmasına da diqqət çəkib. Lakin məqalə dərc edildikdən qısa müddət sonra Bako Saakyanın müdaxiləsi ilə silinib.

Ağacanyan isə yazır ki, vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. O, həbs edilənlərin əkəsəriyyətinin taleyinin naməlum olduğunu bildirib: “İnqilab Partiyası və onun tərəfdarları Bako Saakyanın istefasını tələb edir. Etirazçıların sırası günbəgün artır. Görünən budur ki, hansısa sirli əl Qarabağda aranı qarışdırmağa başlayıb. İnsanlar yeni başçı və yeni hakimiyyət istəyirlər”.

Erməni mənbələr Qarabağ ermənlərinin “yeni hakimiyyət” iddiasının Azərbaycanın tərkibinə qayıtmaq meylinə bərabər bir istək olduğunu istisna etmirlər.

Qarabağ ermənisi olan David adlı blogger Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı Qarabağ ermənilərinə xəyanətdə ittiham edib: “İrəvanda Qarabağdan olan Köçəryan və Sərkisyanın məhkəmələri keçirilir. Serj çox güman ki, həbs olunmayacaq, əhəmiyyətsiz bir cəza ilə sərbəst buraxacaqlar. O, azadlığı müqabilində Qarabağa xəyanət etdi. Pul və güc onları (Sərkisyan və Köçəryan) kor etdi. Tarixdə qəhrəman qalmaq əvəzinə, quldur kimi qalacaqlar. Qarabağı mərcə qoyublar, hər an uduza bilərlər”.

O, Qarabağda baş verənləri Ermənistan Baş naziri Nikol Paşinyanın adına yazır və qeyd edir ki, Ermənistanın yeni rəhbəri Qarabağ müharibəsinin liderlərini Şuşa həbsxanasında çürütməyə hazırlaşır.

Bloger Ermənistanın Qarabağı birdəfəlik itirməyə yaxın olduğunu istisna etmir, bölgədə baş verən son proseslərdən “xəyanət qoxusu” gəldiyini yazır.
Xocalıda yaşayan ermənilərin sayı 1000-i keçdi
Yaxınlarda Azərbaycanda və dünyada Xocalı soyqırımının 28 illiyi qeyd olundu.

Modern.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının nəzarətinə keçən Xocalı şəhəri hazırda aktiv şəkildə məskunlaşdırılır. 28 illik işğöal müddətində Ermənistan rəhbərliyi bölgədə yaradılmış qondarma rejimin və diaspor erməniləırinin topladığı ianələr hesaabına Xocalıda yeni infrastuktur obyektləri yaradıb.

2016-cı ildə Xocalıda uşaq bağçası işə düşüb. Bu bağçanın 52 yetirməsi var. Ümumilikdə, Xocalıda məktəbəqədər yaş dövründə olan 128 uşaq var. 2018-ci ildə şəhərdə tibbi məntəqəsi, 250 nəfərlik mərasim zalı, mədəniyyət evi və şəhər administrasiyasının yerləşdiyi icma mərkəzi istifadəyə verilib. Xocalıda 41 işıq dirəyi var ki, onların da sayı il ərzində 237-yə çatdırılacaq.

Əsas problemin içməli su çatışmazlığı olduğu vurğulanır. Qondarma rejim rəhbərliyi bu istiqamətdə də yeni işlərin həyata keçiriləcəyini vurğulayıb.



Ötən il 27 körpənin anadan olduğu şəhərdə sakinlərin sayı 1000-i keçib. Ermənistan və diaspordan gələn ermənilərin hesabına sakinlərin sayının artırılması hədəflənib.

Bundan başqa, Xocalının yaxınlığında sakinlərin bir hissəsinin çalışdığı hərbi hissə də var.
Cəbhədə təxribat: Ermənilər silah-sursatı qoyub qaçdı - Foto
Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

Avrasiya.net xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun Mətbuat mərkəzlərinin yaydığı birgə məlumatda bildirilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərrəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd-çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.

Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək
Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri"Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir və bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır".

Avrasiya.net-in məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heytinin sədri Zakir İbrahimov biıdirib.

O, bu məsələyə dünya ictimaiyyətinin laqeydliyinə diqqət çəkib:

"Digər ölkələrdə baş verən bu kimi situasiyalarda dünya ictimaiyyətinin mövqeyi qəti və birtərəfli olsa da, çox təəssüf ki, Dağlıq Qarabağda aparılan qeyri-qanuni hasilata dünyada ikili standartlarla yanaşılır. Lakin, “AzerGold” QSC işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır".

Z.İbrahimov bildirib ki, faktla bağlı Baş Prokurorluqda cinayət işi açılıb:

"Belə ki, 2018-ci ildə “AzerGold” QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilib. Nəticədə Baş Prokurorluq tərəfindən müvafiq cinayət iş aparılıb. Ötən il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlər və bu fəaliyyətlərin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər müstəvisində yaratdığı nəticələrə həsr olunmuş tədbirdə də tərəfimizdən məsələ ilə bağlı müfəssəl məlumatlar təqdim edilib. Bu məsələ ilə bağlı müəyyən edilmiş hədəflərin icrası məqsədilə yerli və xarici müstəvidə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir".
Paşinyan Xankəndidə: Kritik iclas başladı
Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qondarma Qarabağ rejimi ilə Ermənistanın “təhlükəsizlik şuraları”nın iclası baş tutub.

Axar.az xəbər verir ki, iclasa həm qondarma rejimin rəhbəri Bako Saakyan, həm də Ermənistan Baş naziri Nikol Paşinyan qatılıb.

Saakyan iclasda çıxışı zamanı xarici və daxili siyasət məsələlərinə toxunub.

Görüşlə bağlı başqa ətraflı məlumat verilməyib.
Ermənilər Zəngəzurdan Cəbrayıla yeni yol çəkəcəkErmənistan baş naziri Nikol Paşinyan fevralın 22-23-ü tarixlərindƏ Dağliq Qarabağa səfər edəcək.

Ermənistanın “Qrapark” qəzeti xəbər verir ki, səfər zamanı hökumət rəhbəri Ermənistanla qondarma “Qarabağ rejiminin Təhlükəsizlik Şuraları”nın birgə iclasını həyata keçirəcək.

“Gündəliyə salınan məsələlər arasında ordudakı qeyri-döyüş itkilərinin artması, infrastuktur layihələri, o cümlədən Hadrut-Cəbrayıl-Gorus yolunun çəkilişi müzakirə olunacaq”.
Qarabağda daha bir erməni əsgər öldü
Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Qarabağda növbəti dəfə itki veriblər.

Ermənistan mediası xəbər verir ki, əsgər Ayk Asryan (1997-ci il) ölü tapılıb. Onun ölüm səbəbi hələlik açıqlanmır. Faktla əlqaədar cinayət işi açılıb.



Xatırladaq ki, fevralın 12-də Qarabağda 2 əsgər – Tiqran Mxoyan və Tiqran Manvelyan ölmüşdü.
Seçki günü ermənilər Qarabağda itki verdi
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqlarında düşmən tərəfi itki verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, insident bu gün saat səhər saatlarında qeydə alınıb



2001-ci il təvəllüdlü əsgər Valeriy Nelsonoviç Petrosyan təmas xəttinin cənub istiqamətində ölü tapılıb. Onun odlu silahdan atəş açaraq intihar etdiyi bildirilir.