Qarabağda erməni hərbçi vurulduAzərbaycanın işğal edilmiş Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi güllə yarası alıb.

Axar.az xəbər verir ki, bu məlumatı qondarma rejimin "müdafiə nazirliyi" yayıb.

20 yaşlı erməni hərbçi Araik Şahbazyan Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində yaralanıb.

Onun xəstəxanaya yerləşdirildiyi vurğulanıb.
Düşmən təxribatları davam edirAzərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, dünən saat 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən düşmənin bölmələri tərəfin­dən iri çaplı pulemyot­lardan və snayper si­ahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məh­dudiyyət tətbiq edilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qarabağda erməni hərbçi məhv edildi
Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi ölüb.

Axar.az xəbər verir ki, bu məlumatı qondarma rejimin "müdafiə nazirliyi" yayıb.

2000-ci il təvəllüdlü Qaregin Babakexyanın odlu silahdan açılan atəş nəticəsində öldüyü qeyd edilib.
“Pandemiya avqusta kimi davam etsə, bizi aclıq gözləyir” – Qarabağ ermənilərindən ETİRAF
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Qarabağ rejiminin rəhbərliyi koronavirusla bağlı ciddi narahatlıq keçirir.

Modern.az xəbər verir ki, qondarma rejimdə keçirilən “prezident” seçkilərinin favoriti Araik Arutunyan giriş-çıxışın Ermənistanla da bağlı olduğu Qarabağda əhalini aclıq gözlədiyini etiraf edib.

“Bizim rezervlərimiz elə çox deyil ki, belə ağır problemin öhdəsindən gələ bilsin. Qətiyyətli addımlar atılmasa, bizi bəla gözləyir. Qarabağda ərzaq, energetika və hərbi təhlükəsizlik sahəsində ciddi problemlər var”.

O, pandemiyanın avqusta qədər uzanacağı təqdirdə vəziyyətin kritik olacağını söyləyib.

“Bu halda, Ermənistanın pul ödəmək üçün balanası kəskin azalacaq və bu bizə ciddi zərbə vuracaq. Bu gün nə Qarabağa pul köçürmələri, nə də turist gəlir. İndi ekstremal vəziyyət hökm sürür, ərzaq problemi yaşayacayıq”-deyə separatçıların nümayəndəsi deyib.
Ordumuzun Aprel zəfərindən 4 il ötür
Bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 4 il ötür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu onlarla şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin və Cocuq Mərcanlı kəndinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.


Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verdiAzərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Avrasiya.net-ə icmadan daxil olan bəyanatda məlumat verilib.

Bəyanatda deyilir: “Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edildi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də ATƏM/ATƏT-in 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalmışdır.

Çox təssüf ki, Ermənistanın XX əsrin sonunda yenidən başlayan etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq təşkilarların qərarlarına baxmayaraq, indiyə kimi Ermənistan respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb. Ona görə də beynəlxalq birlik qəti praktik addımlar atmalı, Ermənistana təzyiqləri artırmaqla azərbaycanlılara qarşı ernik təmizləmə və işğalçılıq siyasətinə son qoyulması üçün zəruri tədbirlər görməlidirlər.

Bu baxımdan, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı tarix boyu baş vermiş və bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır”.
Düşmən təxribata əl atdı - 3 erməni əsgəri yaralandıAzərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.

***

Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı rəsmi açıqlamasında insident zamanı iki erməni hərbçinin yaralandığı rəsmən elan edilib.

***

Ermənistan Müdafiə Nazirliyi daha bir açıqlama yayaraq, 3 əsgərin yaralandığını, onlardan birinin isə ağır vəziyyətdə olduğunu bildirib. Ermənistan MN-nin rəsmi açıqlamasında əsgərlərdən birinin gözündən güllələndiyi qeyd edilib.

Hər üç yaralının İrəvanda hospitala yerləşdiriləcəyi açıqlanıb.
Ordumuz erməni təxribatının qarşısını aldı, bir düşmən MƏHV EDİLDİ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Cəbhədən son xəbər: erməni hərbçi məhv edildi
İşğalçı Ermənistan ordusu döyüş postunda itki verib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, 10 mart saat 15.30 radələrində Azərbaycan tərəfdən açılan cavab atəşi nəticəsində sıravi hərbçi Zöhrab Sianosyan ölümcül yaralanıb.

1984-cü ildə anadan olmuş, Ermənistanın Ararat hərbi komissarlığından çağırılmış hərbçinin müqaviləli əsaslarla xidmət keçdiyi bildirilir. Düşmən hərbçi cəbhənin cənub-qərb istiqamətində məhv edilib. Hadisədən sonra Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi də həmin ünvana gedib.

Qeyd edək ki, son günlər Ermənistan ordusu davamlı şəkildə Azərbaycana qarşı təxribatlara əl atır. Elə bu təxribatların nəticəsində bir həftə ərzində iki hərbçimiz şəhid olub. Düşmənin itkilərinin isə daha çox olduğu, lakin ictimai etirazlardan qorxan hakimiyyətin ölüm faktlarını gizlətdiyi barədə erməni fəallar özləri də sosial şəbəkədə yazırlar.
Qarabağ ermənilərin əsarətində - Ermənilər fəryad edirlər“Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür. Qarabağda yaşayan ermənilər mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır”.

Avrasiya.net Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn erməni jurnalist Vaxram Ağacanyan yazıb.

Jurnalist qeyd edir ki, "Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır.

Ağacanyan Qarabağ savaşında separatçı qüvvələrin komandanlarından biri olan, hazırda Bako Saakyana qarşı sui-qəsddə ittiham olunan general Samvel Babayandan da sitat gətirir:

“Artıq susmayacam. Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. İrəvan və Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar”.

“Azadlıq” radiosunun İrəvan bürosu da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki acınacaqlı vəziyyətə diqqət çəkib. Radio Qarabağın cinayətkarların əlində olduğunu, insanların təhdid olduğunu, ölümlə hədələndiyini, vəziyyətin xaosa yaxın olduğunu yazıb. Mənbə eyni zamanda son zamanlar Qarabağ erməniləri arasında onlara yardım əli uzatmayan Ermənistan rəhbərliyinə və onunla əlbir olan Saakyan rejiminə etiraz olaraq Azərbaycanın suverenliyinə qayıtmaq meylinin yaranmasına da diqqət çəkib. Lakin məqalə dərc edildikdən qısa müddət sonra Bako Saakyanın müdaxiləsi ilə silinib.

Ağacanyan isə yazır ki, vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. O, həbs edilənlərin əkəsəriyyətinin taleyinin naməlum olduğunu bildirib: “İnqilab Partiyası və onun tərəfdarları Bako Saakyanın istefasını tələb edir. Etirazçıların sırası günbəgün artır. Görünən budur ki, hansısa sirli əl Qarabağda aranı qarışdırmağa başlayıb. İnsanlar yeni başçı və yeni hakimiyyət istəyirlər”.

Erməni mənbələr Qarabağ ermənlərinin “yeni hakimiyyət” iddiasının Azərbaycanın tərkibinə qayıtmaq meylinə bərabər bir istək olduğunu istisna etmirlər.

Qarabağ ermənisi olan David adlı blogger Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı Qarabağ ermənilərinə xəyanətdə ittiham edib: “İrəvanda Qarabağdan olan Köçəryan və Sərkisyanın məhkəmələri keçirilir. Serj çox güman ki, həbs olunmayacaq, əhəmiyyətsiz bir cəza ilə sərbəst buraxacaqlar. O, azadlığı müqabilində Qarabağa xəyanət etdi. Pul və güc onları (Sərkisyan və Köçəryan) kor etdi. Tarixdə qəhrəman qalmaq əvəzinə, quldur kimi qalacaqlar. Qarabağı mərcə qoyublar, hər an uduza bilərlər”.

O, Qarabağda baş verənləri Ermənistan Baş naziri Nikol Paşinyanın adına yazır və qeyd edir ki, Ermənistanın yeni rəhbəri Qarabağ müharibəsinin liderlərini Şuşa həbsxanasında çürütməyə hazırlaşır.

Bloger Ermənistanın Qarabağı birdəfəlik itirməyə yaxın olduğunu istisna etmir, bölgədə baş verən son proseslərdən “xəyanət qoxusu” gəldiyini yazır.