Sərkisyan Mərziliyə gəldi – Terrorçunu ziyarət etdiErmənistanın eks-prezidenti Serj Sərkisyan Azərbaycanın işğal edilmiş Ağdam rayonunun Mərzili kəndinə səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Sərkisyanın müavini Armen Aşotyan paylaşıb. Məlumata görə, Sərkisyan kəndə Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və keçmiş döyüş yoldaşları ilə birgə gəlib. O, burada Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərin qəbirlərini və məşhur erməni terrorçusu Monte Melkonyanın abidəsini ziyarət edib.

Qeyd edək ki, Mərzili 1993-cü ilin iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal edilib. Məhz bu kənddə Azərbaycan kəşfiyyatçıları məşhur terrorçu Monte Melkonyanı məhv ediblər.
Paşinyan Şuşada vurdu, Yallı getdi – VideoErmənistan Baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya gəlib.

Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə necə qoşulub, Yallı getməsini bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar.

Qeyd edək ki, Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib:

“Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.
Ermənilər Şuşadakı rus kilsəsini erməniləşdirdi – İcma sədriŞuşada məşhur rus kilsəsi vardı. Uşaq olanda vaxtımızı kilsənin ətrafında oynayaraq keçirirdik. Həmin rus kilsəsinin üzərində pravoslav kilsəsinə məxsus forma vardı. Həmin formanı uçurub erməni kilsəsi kimi itibucaqlı bir şey yaradıblar. Bu da onu göstərir ki, onlar nəinki azərbaycanlılara qarşı nifrət, kin-üdurət hissi bəsləyir, hətta digər etnik azlıqlara, onların mədəniyyətinə, mirasına qəddar davranış sərgiləyirlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Modern.az-a müsahibəsində deyib.

Şuşa ilə bağlı uşaqlıq xatirələrindən danışan T.Gəncəliyev bildirib ki, Şuşada olan ermənilərlə olduqca yaxşı münasibətləri olub:

“12 yaşımda Şuşadan çıxmışam. 12 yaş xatırlamaq üçün kifayət edir. Şuşa şəhərinin əhalisi 99% azərbaycanlılardan ibarət idi. Orada yalnız azərbaycanlı mühiti vardı. Ermənilər daha çox Xankəndi şəhərində yaşayırdılar. Ancaq Şuşada olan ermənilərlə də normal münasibətlərimiz var idi. Hansısa xüsusi cəhətləri ilə fərqlənmirdilər. Təəssüf ki, Qarabağda yaşayan ermənilərin bəzilərinə Sovet dövründən şovinist fikirlər, ideologiya aşılanırmış. Bəlkə də orada elə ermənilər var ki, o dövr üçün burunlarının ucu göynəyir. Azərbaycanlıların qayıtmasını, gözəl günlərinin bərpa olunmasını istəyirlər. Firavan həyatları yerlə-yeksan olub. Faktiki olaraq özlərini hər şeydən məhrum ediblər, bununla yanaşı, infrastrukturu, tarixi mədəniyyət abidələrini dağıdıblar. Yeri gəlmişkən, videoçarxlar hazırlayırıq. Məhz diqqəti buna çəkirik ki, abidələrimiz, tarixi irsimiz necə dağıdılır. Bunun özü barbarlıqdır. Şuşada məşhur rus kilsəsi vardı. Uşaq olanda vaxtımızı kilsənin ətrafında oynayaraq keçirirdik. Həmin rus kilsəsinin üzərində pravoslav kilsəsinə məxsus forma vardı. Həmin formanı uçurub erməni kilsəsi kimi itibucaqlı bir şey yaradıblar. Bu da onu göstərir ki, onlar nəinki azərbaycanlılara qarşı nifrət, kin-üdurət hissi bəsləyir, hətta, digər etnik azlıqlara, onların mədəniyyətinə, mirasına qəddar davranış sərgiləyirlər”.

T.Gəncəliyev bildirib ki, Bülbül, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyliin Şuşaya tez-tez gəldiyini xatırlayır:

“Atam da, anam da əslən şuşalıdır. Onların xatirələri daha zəngindir. Deməyə daha çox sözləri, fikirləri var ki, onları bölüşürlər. Onların hər biri canlı tarixdir.

Şuşada keçən məktəb illərim çox gözəl illər idi. Həm orta məktəbin 5-6-cı sinfinə, həm də musiqi məktəbinə Şuşada getmişəm. Şuşa musiqi mədəniyyətinin incisi, beşiyidir. Tanınmış musiqiçilərimiz həmişə gəlib konsert verirdilər. Onlardan dərs alırdıq. Məsələn, Bülbülün, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin dəfələrlə gəldiyini xatırlayıram. Çox gözəl xatirələrimiz vardı. Təəssüf ki, işğal hər şeyi yarımçıq qoydu”.
Şuşa şəhərinin işğalı - 27 il1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.

Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Qarabağ icmasından Şuşa bəyanatıDağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatı şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki yüz ildə ermənilər tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.

XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistan yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdü. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal etdi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün bu ərazilər Ermənistan Respublikası tərəfindən etnik təmizləməyə məruz qalıb. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub, nəticədə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Bu cinayətlərin içərisində 27 il bundan əvvəl - 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib və dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur. Nəticədə, Şuşa rayonunun 24 mindən artıq əhalisi öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xüsusilə Şuşa şəhərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi beynəlxalq və humanitar hüququn pozulması deməkdir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət abidəsi, eləcə də tarixi abidələr ermənilər tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Qarabağ xanları Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, eləcə də Azərbaycan tarixində xüsusi rol oynamış görkəmli şəxsiyyətlərin ev muzeyləri və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və mənimsənilib.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 34 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

Bəyanatda daha sonra qeyd edilir: “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Qeyd etmək vacibdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bildirilir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən təcavüzə məruz qalaraq qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan dövlətinin sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər".
Ermənilər 3 gün sonra Qarabağla bağlı şok addım atacaq - Mixaylov SENSASİON PLANI AÇDI Ermənistan 9 may faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, 9 may tarixi hər il faşizm üzərində qələbə günü kimi qeyd olunur.

Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq “Ölməz alay” yürüşünü keçirir.

Lakin ilk dəfə Ermənistan 9 may tarixini düşmənçilik simvoluna çevirməyə hazırlaşır. Belə ki, “Ermənistanın Ölməz alayı” ictimai təşkilatının rəhbəri Qoar Qumaşyan bu il İrəvanda keçiriləcək yürüşün dünyanın digər ölkələrindəki analoji yürüşdən fərqlənəcəyini açıqlayıb.

“9 mayda insanlar I Qarabağ müharibəsi və “aprel müharibəsi”nin “qəhrəmanlarının” şəkilləri ilə yürüşə çıxacaqlar. Ermənistanın faşizm üzərində qələbə günündə keçirəcəyi yürüş digər ölkələrdən bununla fərqlənəcək”, - deyə o bildirib.

Yürüş təkcə İrəvanda yox, Gümrüdə, Vanadzorda, Kapanda, İcevanda və Azərbaycanın işğal altındakı Xankəndi şəhərində də keçiriləcək.

Rusiyalı konfliktoloq Yevgeni Mixaylov Ermənistanın addımının yanlış olduğunu, “Ölməz alay” yürüşünün mahiyyətinin dəyişdirilməsinin doğru olmadığını vurğulayıb.

“Bu yürüş faşizmə qarşı döyüşmüş insanların yad edildiyi mərasimdir, Qarabağda döyüşənlərin bura daxil edilməsi hörmətsizlikdir. Ermənistanın belə bir addıma hazırlaşması “Ölməz alay” ideyasına kölgə salmaqdır”, - deyə o bildirib.

Yevgeni Mixaylov qeyd edib ki, Dağlıq Qarabağ müharibəsi əslində Azərbaycan torpaqlarının işğal edilməsi tarixidir: “Erməni qoşunları SSRİ-nin dağılması ərəfəsində Azərbaycan torpaqlarını işğal etdi. O vaxt Qarabağa dünyanın müxtəlif yerlərində yaxşı təlim keçmiş erməni və digər millətlərdən olan terrorçular toplanmışdı. Hədəf də Azərbaycan ərazisini işğal etmək idi. Bunun “Ölməz alay” ideyası ilə eyniləşdirmək məntiqsizlikdir”.

Konfiliktoloq Ermənistanın bu addımla Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyini istisna etmir.

“Ermənistan rəhbərliyinin indiki addımlarını bəzən anlamaq mümkün olmur. Hesab edirəm ki, İrəvan belə addımlarla Rusiyaya “müstəqiləm” mesajı vermək istəyir, eyni zamanda, burada MDB ölkələrinə qarşı hansısa çağırış var: “Biz belə istəyirik və belə də edəcəyik”. Bu, həm də böyük müharibə haqqında ümumi yaddaşı yumaq cəhdidir. Ermənistan bununla böyük bayramı siyasiləşdirir və bundan siyasi kapital qazanmaq istəyir. Halbuki, “Ölməz alay” nizamnaməsində bu yürüşün siyasətdən kənar olduğu yazılıb. Hesab edirəm ki, Ermənistanın bu addımı təkcə Rusiyada yox, digər MDB ölkələrində də qəzəb doğuracaq, çünki bu faktiki olaraq, dünya müharibəsində həlak olanların xatirəsinə hörmətsizlikdir”, - deyə ekspert bildirib.

Y.Mixaylovun Rusiyanı Ermənistanın bu davranışına qarşı diplomatik addımlar atmağının vacibliyini qeyd edib.
Sərhəddə atışma: erməni hərbçi başından güllələndiErmənistan silahlı qüvvələrinin əsgəri 32 yaşlı Samvel Sepkxanyan başından güllə yarası alıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat yayıb. O bildirib ki, əsgər Tavuş vilayətindı qarşı tərəfin atəşi nəticəsində yaralanıb.

O, hazırda S.Sepkxanyanın vəziyyətinin ağır-stabil olduğunu bildirib.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti erməni silahlı qüvvələrinin sərhəd məntəqələrimizi atəşə tutduğu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bölmələrimiz atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıb.
Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı - FotoErmənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub

Axar.az xəbər verir kii, hadisə Çıraqlı kəndində baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub.

Belə ki, onlar öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yaranmış vəziyyətdən qorxan 13 yaşlı Vüsalə Məmmədovanın vəziyyəti pisləşib. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
“Son 25 ildə 34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”“1994-cü ildən bu gün qədər 34 nəfər azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi uşaqlar üzərində faciəli təsirlərini qoyub: “Yüz minlərlə uşaq Dağlıq Qarabağda gedən döyüşlər zamanı ziyan görüb. Bu, dünyada qlobal problemlərdəndir. Dünya buna etinasız yanaşmamalıdır”.

Report