Sizin Reklam Burada

“Sanki Şuşanı üzərində saxlayan qayalara bu ayaqlarla dırmanmışdım” - Ülvi Məmmədov

“Sanki Şuşanı üzərində saxlayan qayalara bu ayaqlarla dırmanmışdım” - Ülvi MəmmədovHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir.

Dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. Bununla yanaşı, səfər zamanı gənclərin iştirakı ilə “Qarabağı qoru” şüarı altında kütləvi ağacəkmə aksiyası keçirilib.

Layihə iştirakçısı, Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov öz feysbuk sosial şəbəkəsində təəssüratlarını ifadə edərək paylaşımda qeyd edib:

“Şuşaya gedirdik. Sprinterin sürücüsü, öz qubalım Bəhruzla Quba xatirələrindən danışaraq yol gedirdik. Söhbətimiz o qədər xoş idi ki, hər sözdən doğmalıq hiss edirdim. Pəncərədən görünən doğma Vətən mənzərələrini bağrıma basaraq, indiyə qədər getdiyim bütün yolları xatırlamağa çalışıram.

Həyatımın ən unudulmaz səfərlərini yaddaşımın saxlancından çıxarıb, mirvari dənələri kimi bir-bir gözlərimin önündən sıralayıram, baxıram. Lakin hiss edirəm ki, indiyə qədər ömrümə yazılmış bütün yollardan, həyəcan, maraq və xoş təəssüratlar dolu güzarlardan heç biri bu qədər olmayacaq.

Bu yol - müqəddəs ziyarətgaha aparan yoldur və ömrümün ən gözəl yoludur. Quba haqqında danışdığımız doğmalıq söhbətlətindən də doğma və müqəddəs idi. Bilmirəm. Bunu ilk dəfə idi hiss edirdim. Dünyanın harasında olsam da, hansı ölkəsində olsam da bu cür hiss etməmişdim.

Kim bilir, bəlkə bu qədər ömrü elə bu yolu getməkdən ötrü yaşayırmışam. Sprinterdən düşən kimi ayaqlarıma ağırlıq gəldi. Sanki Şuşanı üzərində saxlayan qayalara bu ayaqlarla dırmanmışdım. Bəlkə də, buranı azad etmək üçün canından, qanından keçən qardaşlarımızın ruhunu incitmək qorxusu idi bu?! Hər addımda “Gözəldir, çox gözəldir!” deyə-deyə deyingən qoca kimi danışırdım. Hər daşa baxanda Məmməd Arazın avazı ilə Vətən daşı olan ölkə vətəndaşlarımızı xatırlayıb, ruhlarına dualar oxuyurdum. Haqqınızı bizə halal edin, gözəl qəlbli qardaşlarımız!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər