Sizin Reklam Burada

"Ölkəmizə qarşı bütün təhlükələri, ədalətsizlikləri birlikdə dəf edəcəyik"

"Ölkəmizə qarşı bütün təhlükələri, ədalətsizlikləri birlikdə dəf edəcəyik"Dünən 43 siyasi partiyanın rəhbərləri, təmsilçiləri olaraq iqtidar-müxalifət fərqini nəzərə almadan bir araya gəldik və mədəniyyət paytaxtımıza – Şuşaya birlikdə səfər etdik. Bundan əvvəlki səfərimizdə Ağdama getmişdik. Hesab edirəm ki, cəmiyyətimizin fəal kəsimlərini Ağdama, Füzuliyə, Kəlbəcərə aparmağın müsbət tərəfləri var. Ancaq Şuşaya səfər isə bir ayrıcalıq təşkil edir. Nəyə görə belə düşünürəm? Çünki Şuşa Qarabağın tacı olmaqla bərabər, həm də Qarabağın açarıdır. Bütün Qarabağın, Şərqi Zəngəzurun və hətta deyərdim ki, Qərbi Zəngəzurun da taleyi məhz Şuşada həll olunduğuna görə, bu qala-şəhərimizə səfər etmək əslində hər birimizin üzərinə bir missiya qoyur.

Bizim hər birimiz bilməliyik ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır, elə Zəngəzur da bütün qərbi və şərqi ilə onda olacaq. Odur ki, Şuşanı göz bəbəyi kimi qorumaq təkcə Dövlətimizdən, Ordumuzdan, Ali Baş Komandanımızdan asılı deyil. Bizim hər birimiz Şuşanı qorumaq üçün görəvliyik. Bu səfərlər də məhz ona xidmət edir ki, Şuşanın Qarabağ üçün və bütövlükdə Azərbaycanımız üçün əhəmiyyətini əyani olaraq bütün varlığımızla hiss edək. Şuşanı görən, gəzən, duyan istənilən azərbaycanlı bu şəhəri qorumağın bizim üçün milli kimlik, milli şərəf məsələsi olduğunu bir daha bütün çılpaqlığı ilə hiss edər.

Ermənilərin revanşizmə can atdığı və Şuşanı yenidən işğal etmək planlarından dəm vurduğu bir məqamda ölkə siyasətçilərinin Şuşaya birgə səfər etmələrinin böyük siyasi əhəmiyyəti var. İqtidar və müxalifət düşərgəsindən olan partriyalar 44 günlük müharibə zamanı Şanlı Ordumuzun yanında olduqlarını, Ali Baş Komandanımıza dəstək verdiklərini bəyan etdikləri kimi, Zəfərimizin son nöqtəsi və rəmzi sayılanı Şuşanı birgə ziyarət etməkləri ilə də yenə də Azərbaycan Ordusunun, Azərbaycan Prezidentinin yanında olduqlarını nümayiş etdirdilər. Qoy düşmənlərimiz bilsin ki, bizim milli birliyimizin, həmrəyliyimizin ömrü 44 günlük deyil, biz bu gün də birlikdəyik və Şuşa da bütün azərbaycanlıların BİRlik nöqtəsidir.

Mən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə gerçəkləşən bu səfərin gedişində iqtidar mənsubları ilə müxalifət təmsilçilərinin ümummilli məsələlərdə bir araya gələ bilmək iradəsini bir daha müşahidə etdim və buna çox sevindim. 30 illik işğaldan sonra azad şəhərimizi – Şuşanı birlikdə ziyarət etmək də ümummilli hadisədir. Bu, qalib Azərbaycanı zəiflətmək istəyənlərə və bütün xarici təhdidlərə ən layiqli cavabdır. Mən fürsətdən istifadə edib bir daha bu səfərin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Biz həqiqətən də birlikdə güclüyük və 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da ölkəmizə qarşı bütün təhlükələri , ədalətsizlikləri birlikdə dəf edəcəyik. Buna heç kimin şübhəsi olmasın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər