Sizin Reklam Burada

“Mən Şuşa təəssüratlarımı hələ uzun müddət bölüşəcəyəm”

“Mən Şuşa təəssüratlarımı hələ uzun müddət bölüşəcəyəm”Minəvvər Vahabova: "1992-ci ildə Şuşada şəhid olan qardaşım Kaşiyev Nəsibin də ruhu şaddır indi"

Xəbər verildiyi kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqustun 17-də diaspor nümayəndələrinin Şuşaya ikincin səfəri olub. Səfərdə Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin sədri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvüi Minəvvər Vahabova da iştirak edib. Minəvvər xanım səfərlə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində bölüşüb: “Allaha çox şükürlər olsun ki, bu günü mənə də nəsib etdi.Şuşa işğaldan azad olunandan bəri bir arzum var idi ki, adını eşitdiyimiz,şəninə nəğmələr qoşulan,mənfur düşmənin gözünə gözəlliyi ilə tikan kimi batan o gözəl şəhəri ziyarət edim. Planlaşdırılmamış halda Azərbaycana gəlməli oldum və təsadüf nəticəsində Diasporla İş üzrə Dövlət Komitəsi həmin ərəfədə Şuşaya gözəl bir səfər təşkil etdi.

Möcüzə baş tutdu və mən avqust ayının 17-də dillərə dastan olan,cəsur əsgərlərimizin qanı bahasına azad olunan ŞUŞANIN qonağı oldum. Həmin gün sanki nağıllar aləminə düşmüşdüm. Şəhəri qarış-qarış gəzdik, Cıdır düzündə Azərbaycanın və 20-dən artıq ölkənin bayraqları dalğalandı. Mahnılar oxundu,musiqilər səsləndi,Şuşamız ana dilini eşitdi.
Yuxarı Gövhər Ağa məscidində olduq.

Şəhərdə çox sürətlə tikinti-abadlaşma işləri gedirdi.
İsti Şuşa çörəyi aldıq,insanlarla söhbətləşdik. Sanki Şuşanın həyətlərindəki meyvə ağacları 30 ilin barını bu il vermişdi. Alma, gavalı, qoz, heyva ağaclarının üzəri meyvə ilə dolu idi. Bir həyətin qapısını ehmalca açdıq.Xırda kişmiş üzümü talvarı var idi həyətdə. Üzərində bəlkə yarpaqdan çox üzüm yetişmişdi. Böyürtkən kollarının üstü giləmeyvə ilə dolu idi.
Danışmaqla bitməyən xatirələr. Mən əminliklə deyə bilərəm ki, mən Şuşa təəssüratlarımı hələ uzun müddət bölüşəcəyəm. Bizi Şuşaya aparan Zəfər yolunda da artıq xeyli işlər görülüb”.

Minəvvər xanım xalqımıza bu şərəfli hissləri yaşadan Ali Baş Komandanımıza,zabit və əsgərlərimizə,canını Vətən uğrunda qurban verən şəhidlərimizə,yaralı qazilərimizə minnətdarlıq edib: “1992-ci ildə Şuşada şəhid olan qardaşım Kaşiyev Nəsibin də ruhu şaddır indi.
Geri qayıdanda isə Xankəndi istiqamətində meşədə yanğın var idi. Bu bizi çox məyus etdi. Amma biz diaspora nümayəndələrinin və bütün xalqımızın ətrafında birləşdiyi DƏMİR YUMRUQ hər zaman mənfur düşmənin başını əzməyə hazırdır.

ŞUŞA QARABAĞIN GÖZÜDÜR,QARABAĞ AZƏRBAYCANIN ÖZÜDÜR!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər