Xocavənddə daha 3 erməni meyiti tapıldı
Dərc olunub:
17-06-2021, 19:14
Erməni axtarış qrupları bu gün Xocavənddə daha 3 erməni hərbçisinin meyitini tapıblar.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1579 olub.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.