Sizin Reklam Burada

"Şuşada stadion tikiləcək"

"Şuşada stadion tikiləcək"44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad olunmuş Şuşa şəhərində stadion tikiləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

PFL rəhbəri deyib ki, stadionların inşası ilə bağlı məlumatı var: "Bu barədə söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq Abdullayev və ya Elxan Məmmədovu nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün nəsə desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün edirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli Şuşanın stadionu da olacaq".

Musayevin sözlərinə görə, Şuşada stadion olduqdan sonra futbol arenası ətraf rayonlarda da tikiləcək: "Ağdamda stadion 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa, millimizə futbolçu axtarmaq da lazım deyil".

Qeyd edək ki, finalda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Keşlə" tarixində 2-ci dəfə ölkə kubokuna sahib çıxıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər