Sizin Reklam Burada

Sülhməramlılar erməniləri yenə Kəlbəcərə APARDI

Sülhməramlılar erməniləri yenə Kəlbəcərə APARDI"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 5-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər", - açıqlamada deyilir.

Bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1900 hektar ərazi, 583 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1658 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Məlumata görə, bu gün sülhməramlılar tərəfindən erməni zəvvarların Xankəndidən Xudavəng (Kəlbəcər rayonunun Vəng kəndi) və Amaras (Yuxarı Veysəlli) monastırlarına səfəri müşayiət olunub.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər