Ordumuz Laçın dəhlizinə nəzarəti artırır...

Ordumuz Laçın dəhlizinə nəzarəti artırır...Ermənistan xarici işlər naziri Ara Ayvazyan şikayətlənir ki, Azərbaycan Laçın dəhlizindən humanitar yardımın daşınmasına (əslində bu, yardım adı altında silah-sursat daşınması təhlükəsinə qarşı atılan addımdır) mane olur.

Ayvazyanın məqsədi rəsmi Bakını anti-humanist göstərməkdir, amma bununla Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti gücləndirdiyini də etiraf edir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına qədər ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə edirdi: mülki avtomobillərdə silah və əsgər daşıdıqları haqda məlumatlar var.

İndi onlar üçün heç nə əvvəlki kimi deyil, buna görə Azərbaycanı “humanitar yardım”ın qarşısını almaqda ittiham edirlər.

Bu, ordumuzun Laçın dəhlizində nəzarət imkanlarının artdığı deməkdir: Prezident mətbuat konfransında “biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik” sözlərini təsadüfi deməmişdi...