Şuşada 28 il yarımlıq işğaldan sonra öz evlərini tapan döyüşçü: “Evin yiyəsi gəldi” - Video

Şuşada 28 il yarımlıq işğaldan sonra öz evlərini tapan döyüşçü: “Evin yiyəsi gəldi” - VideoŞuşanın işğaldan azad olunmasında iştirak edən döyüşçülərdən biri öz doğma ev-eşiyini tapıb. Yaşadığı məhəlləyə gələn əsgər öz evlərinin önündə dayanıb, “evin yiyəsi gəldi” deyərək sevincini döyüşçü yoldaşları ilə paylaşıb.

Avrasiya.net xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, ermənilər şəhərdə azərbaycanlılara məxsus məhlələri, evləri bacardıqları qədər dağıdıb, viran qoyublar.

“Baxın, görün, məhləmiz küçəmiz nə günə düşüb. Mənim uşaqlığım burada keçib. Hasarımızı dağıdıblar. Baxın, bura bizim həyətdir, şərəfsizlər darvazamızı da çıxarıblar, bura stol qoyublar. Evin yiyəsi gəldi, evin yiyəsi mənəm, gəlmişəm”- əsgər deyir.

“Bura babamgilin evi idi, orda isə əmimgil yaşayırdı. Bu pilləkən bizim evə çıxırdı. Evimiz ikimərtəbəli idi, tamam dağılıb...”- əsgər bildirir.