Sizin Reklam Burada

Ermənilərin yarısı Qarabağdan QAÇDI

Ermənilərin yarısı Qarabağdan QAÇDIQondarma “Dağlıq Qarabağ Respublikası”nın "nümayəndəsi" Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib.

Bu barədə Avrasiya.net "Report" istinadla xəbər verir.

Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib.

A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk edənlərin sayının 75 min nəfər olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni hərbçilərin Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri kütləvi tərk etmələrinin görüntüləri yayılıb.

Bununla yanaşı, separatçıların digər "nümayəndəsi" Vaqram Poqosyan da Ermənistan hərbçilərinin işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsini tərk etdiklərini təsdiqləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər