Xocalı rayonunda düşmənə ağır zərbə endirilir
Xəbər verdiyimiz kimi, Ordumuzun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən ermənilərə məxsus mərkəzi silah-sursat anbarı məhv edilib.
Axar.az xəbər verir ki, Ballıca Xocalı rayonunun inzibati ərazi vahidliyinə daxildir. Ermənilər oranı “Ayqestan” adlandırır.
1992-ci ildən Ermənistan slahlı qüvvələrinin işğalı altındadır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı isə 1091 nəfər təşkil edirdi.
Xocalı rayonunun sözügedən kəndi Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Adını ərazidəki eyniadlı çaydan alıb.
Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub.