Ermənistan Zod-Kəlbəcər yolunu bağlamağa məcbur oldu
Dərc olunub:
28-09-2020, 10:42
Ermənistan Zod-Kəlbəcər magistral yolunu bağlamağa məcbur olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yaranmış vəziyyətlə əlaqədar olaraq strateji yolun bağlanması qaçılmaz olub.
Bu arada Gürcüstan da Stepantsminda-Lars magistral yolunu Ermənistandakı hərbi vəziyyətə görə bağladığını bəyan edib.