Sizin Reklam Burada

Suriyadan erməni batalyonu da Qarabağa göndərildi

Suriyadan erməni batalyonu da Qarabağa göndərildiSuriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazır.

Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulmuşdu. Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan “Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu-250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib.

Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan briqada 2019-cu ilin aprelində, qondarma “soyqırım” ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşmüşdü.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlayıb.










Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər