18 may 03:12Qarabag

İşğal altındakı torpaqlarımızı unutmayaq!

İşğal altındakı torpaqlarımızı unutmayaq! Əsrlər boyu Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Bu gözəl və qədim torpaqda insanlar mehribancasına yaşayıb, qurub, yaradılar. Sovet hakimiyyətinin qurulduğu zamanlarda Zaqafqaziyada ermənilər Azərbaycanın qədim ərazilərinin bir hissəsini qəsb etməklə Ermənistan birləsdirməyə nail oldular. Ermənilər bundan sonra Dağliq Qarabağı da Ermənistana birləsdirməyi qarşılarına məqsəd qoyaraq Azərbaycan xalqına, torpağına hücuma başladılar. Elə o andan da Qarabağımızın qara günləri başladı.1991-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

1992-ci ilin may ayının 18-də Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edildi. Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 28 il ötür.

Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 200-dən cox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin ekspanatı olan gümüş əl çantası Londonda ABŞ dollarına satılıb. Laçın ermənilər tərəfindən bombardman edilmişdir. Bunun nəticəsində çoxlu sayda evlər dağılmış, şəhər talan edilib və yandırılmışdır. Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdir.

Lakin, təəssüflər olsun ki, dünya birliyi bu vəhşiliklərə hələ də göz yumur. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi hələ də yerinə yetirilməyib. Amma bu bizi heç vaxt ruhdan salmayıb, döyüş əzmimixi qırmayıb. Ali baş komandanı İlham Əliyev hər dəfə qeyd edib ki, danışıqlar nəticə verməzsə, torpaqlarımız hərb yolu ilə işğaldan azad ediləcək. Buna gücümüz və qüdrətimiz var. Azərbaycanın ordusu düşməni yerində oturtmağa qadirdir.

İŞĞAL ALTINDA OLAN TORPAQLARIMIZI UNUTMAMALIYIQ!

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini
XƏBƏR LENTİ
SORĞU