08 may 10:46Qarabag

Şuşasız 28 il

Şuşasız  28 il“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa haqqında deyilmiş bu sözlərlə yazıya başlamaq istəyirəm. Həqiqətən hər bir millətini sevən vətəndaş üçün Şuşa şəhəri əzizdir. Amma nədənsə həmin illərdə hakimiyyətdə olan "rəhbər" lərdə bu hisslər olmayıb. Xüsusən də həmin dövrdə müdafiə naziri olmuş heç bir hərbi təcrübəsi belə olmayan Rəhim Qazıyev! Mən o illərdə məktəbli idim, bu günə kimi yadımdadır “Şuşa getsə, mən özümü tapança ilə vuraram “ demişdir. Amma danılmaz faktdır ki, Şuşa xəyanətin qurbanı oldu. Bunu istər həmin dövrlərdə Şuşanın vətəndaşı olmuş, istərsə də döyüşlərdə döyüşmüş xalqımın qeyrətli oğulları təsdiq edirlər. Çünkü həmin dövrlərdə rəhimlərin, isgəndərlərin və başqslatının başı hakimiyyət davasına qarışmışdı. Onlar üçün Vətən kreslodan, vəzifədən ibarət idi. Azərbaycanda xaos davam edirdi. Nəzərə alsaq ki, xalqımız Xocalı kimi əsrin faciəsinin acılarını yaşayırdı.
Şuşa eyni zamanda Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Azərbaycan mədəniyyətinə Xursudbanu Nətəvan, Cabbar Qaryağdıoğlu, Üzeyirlər Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi şəxsiyyətləri bəxş etmiş bir ünvandır Şuşa!

Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır.
1992- ci ilin may ayının 8 də Şuşa ermənilər tərəfindən işğal olundu. İşğal zamanı 193 nəfər şəhid oldu. Bütün tarixi abidələrimiz məhv edildi. Şəhərin işğalı nəticəsində mədəni- maarif, kənd təsərrüfatı texnikumları da daxil olmaqla 22 təhsil müəssisəsi, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı.

Mən inanıram ki, Ali baş komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq mümkün olduğu təqdirdə sülh yolu, lazım gələrsə hərbi yolla Qarabağımız işğaldan azad olunacaq. 2016-cı ilin aprel döyüşləri bizlərdə daha çox inam hissi oyatdı. Üç rəngli bayrağımız Şuşada dalğanacaq! Himnimiz Cıdır düzündə təşkil olunacaq Qələbə mərasimində səslənəcək! İnanıram ki, bu günlər çox yaxındadır!

Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini
XƏBƏR LENTİ
SORĞU