28 dek 19:41Qarabag

"Biz sənə qayıdacağıq"

"Biz sənə qayıdacağıq"Xankəndinin işğalının 28-ci ildönümünə...

Xankəndi və Kərkicahanın işğalından 28 il ötür. 28 ildir ki, qədim yurdumuz erməni işğalçılarının tapdağı altındadır. SSRİ-nin dağılması ilə işğalçı Ermənistanın öz xəstə xülyalarını Azərbaycan torpaqları hesabına gerçəkləşdirmək istəyi əsrlərlə sahib oluğumuz mədəniyyətə söykənərək şəhərlər saldığımız, Vətənə çevirdiyimiz əziz yurdumuzla aramıza sədd çəkib. 28 dekabrı xatırlamaq nə qədər ağırdırsa, doğma yurdumuzu işğaldan azad etməyimiz üçün hər gün xatırladaraq yaddan çıxarmamaq bir o qədər önəmlidir.

Biz bir gün düşmən ayaqlarının altında qalan bütün tarixi yurdumuzu işğaldan azad edəcəyik. Bunu hər kəsdən yaxşı düşmən bilir. Üzərində heç bir haqqları olmayan torpaqlarda qondarma dövlət qurmaq Ermənistana bugünkü yarıasılı, miskin, dışlanmış bir ölkə olmaqdan başqa heç nə vəd etmir. Azərbaycan dövləti isə bağrında sızlayan Qarabağ yarası olsa da ayaqdadır, inkişafdadır. Ermənistanın müvvəqqəti “qələbəsinə” baxmayaraq, nə ordusu, nə sosial-iqtisadi durumu, nə də cəmiyyətinin dayanıqlığı Azərbaycanla müqayisə edilə bilməz. Biz bütün sahələrdəki üstünlüyümüzü Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütləq hərbi qələbəyə çevirəcəyik, Ermənistan ordusunu əzəli torpaqlarımızdan çıxamağa məcbir edəcəyik.

Ölkəmiz sürətli dəyişim mərhələsindən keçir. Dövlətin qüdrətlənməsi, vətəndaşın rifahı üçün sağlam cəmiyyət quruculuğu həlledici mərhələyə qədəm qoyub. Ardıcıl islahatlar Azərbaycanı sosial dövlətə, Qafqazın, bütünlükdə regionun ən güclü dövlətinə çevirir. İcra strukturundakı yeniliklər vətəndaşla hökumət arasında etimad körpülərini daha da möhkəmləndirir. Qanunverici orqan olan Milli Məclisin tərkibinin yenilənməsi və ölkədəki islahat tempinə uyğunlaşdırılması məqsədilə fevralın 9-da keçiriləcək seçkilərə maraq və yüksək həssaslıq cəmiyyətin bu cür müsbət dəyişikliklərə güclü dəstəyinin nümunəsidir.
Bu gün Azərbaycan sözün əsl mənasında vahid güc kimi yüksəlişə doğru gedir. Bu yüksəliş təkcə ölkəmizin beynəlxalq məkanda söz sahibinə çevrilməsinə, Bakının, regionların sürətli inkişafına, cəmiyyətimizin vahid gücə çevrilməsinə, ölkəmizdə sağlam vətəndaş cəmiyyəti qurulmasına, iqtisadiyyatın ən müxtəlif sahələrinin gəlişməsinə xidmət etmir, bu inkişaf eyni zamanda torpaqlarımızın, doğma ocaqlarımızın işğaldan azad olunmasının təminatını yaradır.

Azərbaycan 1994-cü ildə beynəlxalq vasitəçiliklə atəşkəsə imza atdıqdan sonra sülh prosesinə sadiq qalıb. Ermənistan işğalçı siyasətini davam etdirərək təmas xəttində ardıcıl pravokasoyalar yaratsa da Azərbaycan üzərinə götürdüyü öhdəlikləri pozmayıb. Qarabağ savaşının sülh yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunun 1994-cü ildən bu yana apardığı hesabatlarda bu öz təsdiqini tapıb. Biz dünyaya işğala məruz qaldığımızı dəfələrlə sübut etmişik.

Ancaq savaş tariximizdə 2016-cı ildə ermənilərə verdiyimiz apel dərsləri də var. Həmin günlər Azərbaycan ordusu öz gücünü Ermənistana və bütün dünyaya göstərdi. Sülh missiyasına sadiqliyimiz bizim öz torpaqlarımızı işğaldan azad etmək üçün sonsuza qədər gözləyəcəyimiz anlamına gəlmir. Azərbaycan ordusu xalqımıza qələbə sevincini mütləq yaşadacaq.

Biz vətəndaş cəmiyyətinin fəalları olaraq öz missiyasımızı, dövlət siyasətinin üzərimizə qoyduğu öhdəlikləri şərəflə yerinə yetirməyə bundan sonra da davam edəcəyik. Amalımız güclü dövlət, güclü cəmiyyət modelini Azərbaycana gətirmək üçün prezident İlham Əliyevin başlatdığı islahatlara var qüvvəmizlə dəstək verməkdir. Tariximizin işğal dönəmini əbədi qələbə ilə sonlandırmaq üçün tək bilək, tək yumruq olmaq zamanıdır.

Ceyhun Ələkbərov
XƏBƏR LENTİ
SORĞU