02 okt 09:58Qarabag

Konqresmenlər Qarabağa hərbi helikopterlə gəldilər

Konqresmenlər Qarabağa hərbi helikopterlə gəldilərABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frenk Pallone, eləcə də konqresmenlər Ceki Spir Kançelyan və Cudi Çu oktyabrın 1-də Qarabağa gəliblər.

Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Amerika Erməniləri Milli Komitəsi (ANCA) paylaşıb. Konqresmenlərin Xankəndiyə hərbi helikopterlə gəldiyi bildirilib.

ANCA konqresmenlərin Qarabağda qondarma rejimə yardım məsələlərini müzakirə edəcəklərini qeyd edib.
XƏBƏR LENTİ
SORĞU