07 avq 19:31Qarabag

Ermənilər Laçın və Kəlbəcərdə yeni evlər, məktəblər inşa edir

Ermənilər Laçın və Kəlbəcərdə yeni evlər, məktəblər inşa edir
Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan hakimiyyəti Qarabağın ətrafında yerləşən ərazilərdə də kütləvi məskunlaşdırma siyasəti həyata keçirməkdə davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Qarabağın dövlət naziri” Qriqori Martirosyan Livan ermənilərinin yaratdığı “Artsax Ruts İnvesmtment” (ARİ) şirkətinin idarə şurasının üzvləri Stepan Ter-Petrosyan və Vaçe Melkonyanı qəbul edib.

Razılaşmaya əsasən, Laçın raoyun ərazisindəki Zabux kəndinin xarabalıqlarında salınan Aqavno kəndində 12 yeni evin tikintisi qərara alınıb. ARİ şirkəti Kəlbəcər rayonun mərkəxində Sideny məhəlləsi adını almış ərazidə də 15 yeni evin tikintisini maliyyələşdirəcək.

Paralel olaraq, Aqavnio kəndində orta məktəbin tikintisi müzakirə olunub.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU