27 iyl 12:28Qarabag

Paşinyan Qarabağa gedir

Paşinyan Qarabağa gedir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, o, avqustun 6-da Xankəndində 7-ci Panerməni oyunlarının açılışında iştirak edəcək.

Qeyd edək ki, Paşinyan sonuncu dəfə Qarabağa mayın 9-da səfər edib. Bu səfərdən cəmi bir həftə sonra separatçılarla İrəvanın münasibətləri gərginləşib. Buna separatçı rejimin liderlərinin Robert Köçəryanın azad edilməsi üçün zəmanətçi olmaları səbəb olub.
loading...
XƏBƏR LENTİ
SORĞU