24 iyl 16:05Qarabag

Qarabağda atışma: erməni əsgər zabiti güllələdi, sonra...

Qarabağda atışma: erməni əsgər zabiti güllələdi, sonra...Ermənistan İstintaq Komitəsi Qarabağda ölən Volodya Hamlet Qaloyanın ölümü ilə bağlı təfərrüatı açıqlayıb.

Axar.az xəbər verir ki, Qaloyan ölümündən bir gün öncə 22:55-də ona təhkim edilən AK-74 avtomatından döyüş postundakı kapitanına atəş açıb. Daha sonra Qaloyan AK-74 avtomatıyla postun ərazisini tərk edib. 04:20-də isə onun cəsədi aşkarlanıb.

Qaloyanın cəsədi aşkar edilən zaman onun çənəsinin aşağı hissəsində güllə yarası olub.

Qeyd edək ki, Qaloyan bu gün Qarabağda intihar edib. Az öncə onun özünü asdığı iddia edilmişdi.
loading...
XƏBƏR LENTİ
SORĞU