01 iyl 10:47Qarabag

Ermənilər Kəlbəcərdə yeniyetmələri müharibəyə hazırlaşdırır - FOTOLAR

Ermənilər Kəlbəcərdə yeniyetmələri müharibəyə hazırlaşdırır - FOTOLARErmənistan rəhbərliyi Azərbaycanla mümkün müharibəyə hazırlıq çərçivəsində işğal altındakı Kəlbəcər rayonu ərazisində yeniyetmələr üçün yeni təlim düşərgəsi yaradıb.

Modern.az xəbər verir ki, iyunun 18-də başlayan və bu gün yekunlaşan 12 günlük təlimlər zamanı 12-18 yaş arasında 170 erməni yeniyetməsi dağ atıcılığı təlimi keçib.

Onlar əsasən, Zəngəzur, Qarabağ və Gürcüstanın Cavaxetiya bölgəsindən toplanan gənclərdən ibarətdir. Təlimlər zamanı yeniyetmələr dağlıq şəraitdə döyüşlər, yüksəskliklərin ələ keçirilməsi və qorunması, dağ cığırlarına nəzarətlə bağlı praktik təlim keçiblər.

Bu hərbi təlimlərin təşkilatçısı Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təcavüzdə aktiv iştirak edən kəşfiyyatçı Vova Vartanov olub. O, Kəlbəcərdə VoMA döyüş düşərgəsi yaradıb və potensial müharibə üçün ordu formalaşdırır.
Ermənilər Kəlbəcərdə yeniyetmələri müharibəyə hazırlaşdırır - FOTOLAR
loading...
XƏBƏR LENTİ
SORĞU