21 iyn 15:32Qarabag

Ermənilər Laçında meyvə zavodu inşa edəcək - FOTO

Ermənilər Laçında meyvə zavodu inşa edəcək - FOTOErmənilər işğal altında saxladıqları Qarabağda yeni infrastruktur laiyhələri icra etməyə davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Laçın rayonu ərazisində salınan Van kəndində yeni meyvə bağları salınıb. 5 hektar ərazini əhatə edən meyvə bağlarında gavalı, nar və əncir ağacları əkilib. İqlimin və suvarma sistemlərinin əlverişli olması səbəbindən bağın genişlənməsi nəzərdə tutulur.

Bağın salınması “Tufenkyan” fondu və amerikalı cütlük Viktor və Cudi Zaruqyanın maliyyəsi hesabına baş tutub.

“Tufenkyan” fondunun ofis rəhbəri Edvin Qriqoryan yaxın aylarda ərazidə meyvə qurusu istehsal edən zavodun inşa olunacağını elan edib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU