09 iyn 19:27Qarabag

Qarabağda atışma: daha bir hərbçimiz həlak oldu

Qarabağda atışma: daha bir hərbçimiz həlak olduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Avrasiya.net Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xatırladaq ki, mayın 30-da erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Akif oğlu Ömərov həlak olmuşdu.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU