19 may 15:31Qarabag

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirirXəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan uşaq bağçasının tikintisini maliyələşdirirlər.

Axar.az xəbər verir ki, Xocalıda bağça tikdirən iş adamlarının Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu olduğu qeyd edilir.

Azərbaycanın sabiq millət vəkili, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli bununla bağlı Türkiyə Sanayeçilər və İş adamları Birliyinin sədri Nihat Tanrıqulu ilə görüşüb və TUSİAD sədrinə məsələnin araşdırılması üçün müraciət edib.

Aqil Səmədbəyli görüşlə bağlı saytımıza bildirib ki, Nihat Tanrıqulu məsələni araşdıracağını və adları hallanan erməni iş adamlarına xəbərdarlıq ediləcəyini bildirib. Bundan əlavə, Türkiyə qanunları çərçivəsində adları qeyd olunan iş adamlarının cəzalandırılması üçün müəyyən addımlar da atılacaq.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU