08 may 11:25Qarabag

Ermənilər Şuşadakı rus kilsəsini erməniləşdirdi – İcma sədri

Ermənilər Şuşadakı rus kilsəsini erməniləşdirdi – İcma sədriŞuşada məşhur rus kilsəsi vardı. Uşaq olanda vaxtımızı kilsənin ətrafında oynayaraq keçirirdik. Həmin rus kilsəsinin üzərində pravoslav kilsəsinə məxsus forma vardı. Həmin formanı uçurub erməni kilsəsi kimi itibucaqlı bir şey yaradıblar. Bu da onu göstərir ki, onlar nəinki azərbaycanlılara qarşı nifrət, kin-üdurət hissi bəsləyir, hətta digər etnik azlıqlara, onların mədəniyyətinə, mirasına qəddar davranış sərgiləyirlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Modern.az-a müsahibəsində deyib.

Şuşa ilə bağlı uşaqlıq xatirələrindən danışan T.Gəncəliyev bildirib ki, Şuşada olan ermənilərlə olduqca yaxşı münasibətləri olub:

“12 yaşımda Şuşadan çıxmışam. 12 yaş xatırlamaq üçün kifayət edir. Şuşa şəhərinin əhalisi 99% azərbaycanlılardan ibarət idi. Orada yalnız azərbaycanlı mühiti vardı. Ermənilər daha çox Xankəndi şəhərində yaşayırdılar. Ancaq Şuşada olan ermənilərlə də normal münasibətlərimiz var idi. Hansısa xüsusi cəhətləri ilə fərqlənmirdilər. Təəssüf ki, Qarabağda yaşayan ermənilərin bəzilərinə Sovet dövründən şovinist fikirlər, ideologiya aşılanırmış. Bəlkə də orada elə ermənilər var ki, o dövr üçün burunlarının ucu göynəyir. Azərbaycanlıların qayıtmasını, gözəl günlərinin bərpa olunmasını istəyirlər. Firavan həyatları yerlə-yeksan olub. Faktiki olaraq özlərini hər şeydən məhrum ediblər, bununla yanaşı, infrastrukturu, tarixi mədəniyyət abidələrini dağıdıblar. Yeri gəlmişkən, videoçarxlar hazırlayırıq. Məhz diqqəti buna çəkirik ki, abidələrimiz, tarixi irsimiz necə dağıdılır. Bunun özü barbarlıqdır. Şuşada məşhur rus kilsəsi vardı. Uşaq olanda vaxtımızı kilsənin ətrafında oynayaraq keçirirdik. Həmin rus kilsəsinin üzərində pravoslav kilsəsinə məxsus forma vardı. Həmin formanı uçurub erməni kilsəsi kimi itibucaqlı bir şey yaradıblar. Bu da onu göstərir ki, onlar nəinki azərbaycanlılara qarşı nifrət, kin-üdurət hissi bəsləyir, hətta, digər etnik azlıqlara, onların mədəniyyətinə, mirasına qəddar davranış sərgiləyirlər”.

T.Gəncəliyev bildirib ki, Bülbül, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyliin Şuşaya tez-tez gəldiyini xatırlayır:

“Atam da, anam da əslən şuşalıdır. Onların xatirələri daha zəngindir. Deməyə daha çox sözləri, fikirləri var ki, onları bölüşürlər. Onların hər biri canlı tarixdir.

Şuşada keçən məktəb illərim çox gözəl illər idi. Həm orta məktəbin 5-6-cı sinfinə, həm də musiqi məktəbinə Şuşada getmişəm. Şuşa musiqi mədəniyyətinin incisi, beşiyidir. Tanınmış musiqiçilərimiz həmişə gəlib konsert verirdilər. Onlardan dərs alırdıq. Məsələn, Bülbülün, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin dəfələrlə gəldiyini xatırlayıram. Çox gözəl xatirələrimiz vardı. Təəssüf ki, işğal hər şeyi yarımçıq qoydu”.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU