27 dek 10:37Qarabag

Ermənilər qəbristanlığa gedən azərbaycanlıları atəşə tutdular

Ermənilər qəbristanlığa gedən azərbaycanlıları atəşə tutdularBakıdan Ağdama şəhid qohumunu, qardaşını ziyarətə gedən qadın yaralanıb.

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdiirlən erməni silahlı bölmələri ötən gün qəbristanlığa gedən mülki azərbaycanlıları atəşə tutublar. Hadisə Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda baş verib. Mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.

Atəşə tutulanlar Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu olub.

Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU