15 dek 22:20Qarabag

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Qarabağda iki erməni əsgəri ağır yaralandıİşğalçı erməni ordusunun ağır yaralanan iki hərbi qulluqçusu bu gün Xankəndidən Yerevandakı Mərkəzi kliniki hərbi hospitala çatdırılıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, informasiyasını hospitaldan “Sputnik Armeniya”ya təsdiq ediblər.

"Hər iki yaralının vəziyyət stabil-ağırdır. Hərbi qulluqçulardan biri kombinasiya edilmiş mina-partlayıcı yaralanmalarla daxil olub, onun baldır sahəsində amputasiya edilib. İkinci yaralı qarın nahiyəsində güllə yaraları ilə gətirilib", - deyə mənbə bildirib.

Hər iki hərbi qulluqçu həkimlərin ciddi müşahidəsi altındadır.

Ordudakı mənbə nəşrə bildirib ki, hadisə minanın partlatması nəticəsində baş verib.

Nəşrin məlumatına görə, hadisə bir neçə gün əvvəl olub. Hadisənin başqa detalları, eləcə də zərərçəkmişlər haqda məlumatlar açıqlanmır.
XƏBƏR LENTİ
SORĞU