08 dek 09:49Qarabag

Danışıqlar mümkün deyil: Bakı savaşa hazırlaşmalıdır

Danışıqlar mümkün deyil: Bakı savaşa hazırlaşmalıdırErmənistanın mövqeyi qeyri-müəyyəndir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan seçkiqabağı təbliğatında beynəlxalq siyasət məsələlərində özünü ehtiyatlı aparır:

“Belə görünür ki, Paşinyan antirus addımlar atmaqdan çəkinir. Seçkilərdə Rusiyanın sabotajı və provokasiyalarından ehtiyatlanır. Sorğularda Paşinyanın rəhbərlik etdiyi partiya açıq-aşkar favorit göstərilir. Sorğulara inansaq, Paşinyan parlamentdə böyük üstünlüklə qələbə qazanacaq. Ona görə o çalışır ki, seçkiləri sakit şəraitdə yola verib, sonra həm daxili, həm xarici siyasətdə aktiv fəaliyyətə keçsin”.

Politoloq vurğulayıb ki, yeni erməni iqtidarına rəsmi Bakı heç bir illüziya bəsləməməlidir:

“Eynən gözlənilən rus-erməni qarşıdurması üzərində də planlar qurmamalıyıq. Azərbaycan Rusiya və Rusiyasız 2019-cu ildə ərazi bütövlüyünə qovuşmalıdır. Bu da danışıqlarla mümkün deyil. Yəni Azərbaycan Ermənistanla müharibəyə hazırlaşmalıdır”.
XƏBƏR LENTİ
14-02-2020, 16:30
SORĞU