“Ay Fəzail Ağamalı, deyəsən restoranda dollarları hara dürtdüyünü unutmusan?” — deputatdan ŞOK MÜSAHİBƏMilli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Fəzail İbrahimli “Ölkə.Az” xəbər portalına müsahibəsində deputat həmkarını qınayıb, onu yalan danışmaqda ittiham edib.

Müsahibəni təqdim edirik:

– Deputat həmkarınız Fəzail Ağamalının haqqınızda söylədiyi fikirlərlə tanışsınız?

– Bəli, məlumatım var. Mən də bu məsələlərlə bağlı ona cavab vermək istəyirəm.

– Fəzail Ağamalı bildirir ki, siz öz oğlunuzu qorumaq üçün onun oğlunun adını gündəmə gətirmisiniz. Bu doğrudurmu?

– Siz mənə sual verirsiniz ki, doğrudanmı onun oğlunun adından istifadə etmisiniz? İndi mən də sizə sual verirəm ki, sizcə Fəzail Ağamalının oğlunun adından istifadə etmək insana uğur gətirə bilərmi? Mən siyasətə gəldikdən sonra bu cür məsələlərlə əlaqədar daim problemlərlə qarşılaşmışam. Bunun da öz səbəbləri var. Birincisi, Fəzail Ağamalı “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir ki, bu adı təmizləməklə məşğulam. Deputat Ağamalı “Fəzail” adına elə imic verib ki, mən bəzən ayrı-ayrı qurumlarla əlaqə saxlayanda, onlara birinci soyadımı, sonra adımı söyləyirəm. Çünki Fəzail deyən kimi, Ağamalı yada düşür.

– Yəni, adınız Fəzail olduğu üçün utanırsınız?

– Xeyr, elə demək istəmirdim. Adımın çox böyük mənası var, adımla hər zaman fəxr etmişəm. Mənim adım fəzilətlərin cəmi deməkdir. Fəzilətlərin cəmində də 10-15 dəyərli ifadə var. Buna görə də mən Fəzail adını daşıdığım üçün heç zaman utanmıram. Sadəcə olaraq, Fəzailin Fəzail haqqında yaratdıqlarını özüməməxsus formada qorumağa çalışıram.

– Bəs nə üçün Fəzail Ağamalı ilə aranızda yaranan soyuqluq ictimai gündəmə səbəb oldu?

– Qısaca deyim ki, mənim oğlum yıxılana kömək etdiyi üçün özünə problem yaradıb. Amma mən hesab edirəm ki, o düz edib. Təxminən oktyabrın 3-də saytlardan biri Fəzail Ağamalının oğlunun adam vurması barədə xəbər yayıb. Sonra isə həmin sayt təkzib verərək, Fəzail Ağamalıdan üzr istəyib. Bundan sonra “Fəzail Ağamalı” yerinə, “Fəzail İbrahimli” ifadəsi işlədilməyə başlayıb. Bununla da Fəzail Ağamalı gündəmdən çıxıb. Mən isə öz müsahibələrimdə söyləmişəm ki, qəza törətmək başqa, insana kömək etmək başqadır. Qısası məlum hadisəni hüquq mühafizə orqanları və mətbuat araşdıraraq, üzə çıxarıb. Hətta, oğlumun kömək etdiyi adamın valideyni də mətbuata müsahibə verərək, təşəkkür edib. Bununla da bu məsələ gündəmdən çıxıb. İndi iki aydan sonra Fəzail Ağamalı yatıb yuxu görüb və beynində şübhələr başlayıb ki, guya həmin vaxtı onun oğlunun adını hansısa xəstəxana ilə əlaqəyə girərək, mən gündəmə gətirmişəm. Guya mən bunun kölgəsində yatmışam. Məni də kölgədə yatmaqda ittiham edir. Mən isə deyirəm ki, ay Fəzail Ağamalı sənin heç kölgən də yoxdur! Fəzail Ağamalının ancaq tikanı var. Ağlı kəsəndən də Fəzail Ağamalı həmin tikanları ona-buna batıra-batıra gəzir. Onun növbəti hədəfi də mən oldum. Ən azı iki millət vəkilinin bir-biri haqqında belə düşünməyi cəmiyyətdə ikrah hissi yaradır. Mənim də, Fəzail Ağamalının da 40 min seçicisi var. Biz bir-birimizi ittiham etməklə, axı 80 min nəfərlik insana qarşı hörmətsizlik etmiş oluruq. Fəzail Ağamalı heç zaman bunu düşünməyib. Onun üçün müqəddəs heçnə yoxdur. Sual verə bilərsiniz ki, axı niyə birinci sənin oğlun deyil, Fəzail Ağamalının oğlunun adı çəkilib? Sizcə, səbəb nədir? Çünki ictimai rəydə belə fikirlər var ki, harada mənfi hallar olursa, bunu Fəzail Ağamalıdan şübhələnirlər. Harada pis əməl olursa, Ağamalıdan qaynaqlana bilər. Bax, onun oğlu haqqında yayılan xəbərlərin də kökü məhz bu amillərə görədir. Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır! Bu fikirləri mən deyil, özün özün haqqında yaradırsan. Ona görə də cəmiyyət hər zaman nə pis əməl olursa, səndən şübhələnir.
İki ay əvvəl belə hadisə oldu və həqiqət ortaya çıxandan sonra məsələ bitdi. Daha bu məsələni 2 aydan sonra niyə gündəmə gətirirsən? Fəzail Ağamalı, gündəmdə qalmaq üçün iki aydan sonra bu fikirləri söyləyirsən? Hər kəs öz həyat tərzindən danışır. Görünür, Fəzail Ağamalının da həyat tərzi belədir. Axı sənin həyat tərzin hamıya məlumdur. Bu gün oturub şirin-şirin “Yeni Müsavat” qəzetinə palaz boyda müsahibə vermək nə deməkdir? Bunu övladların bilir, qoy nəvələrin də bilsinlər. Ay Fəzail Ağamalı, deyəsən bir neçə il öncə Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan? İndi həmin qəzetə şirin-şirin müsahibələr verirsən! Özü də mənim şərəf və ləyaqətimi təhqir edirsən. O hadisə olub-bitib və hüquq mühafizə orqanları da araşdırmalar aparıblar. İndi Fəzail Ağamalı yenidən istintaq işi aparır.

– Dediniz ki, şərəf və ləyaqətiniz təhqir olunub. Buna görə məhkəməyə müraciət edəcəksiniz?

– Xeyr, onu məhkəməyə vermək istəmirəm. Çünki mən Fəzail Ağamalını yaxşı tanıyıram. Mən onunla ötən əsrin 80-ci illərindən tanışam. Onu mən tanıdığım kimi, hər kəs də tanıyır. Hər kəs onu pis əməl sahibi kimi tanıyır, görür.
Bilirsiniz, hər kəs dünyaya özünəməxsus formada gəlir, hər kəs öz xarakteri və həyat tərzi var. Mən onun müsahibədə dediyi bir fikirinə görə Fəzail Ağamalıya təşəkkür edirəm. Fəzail Ağamalı mənim haqqımda deyir ki, biz ayrı-ayrı adamlarıq, bir-birimizə əks qütblərdə təmsil olunuruq. Bəli, adlarımız eyni olsa da, həyat tərzimiz, xarakterimiz və siyasi mövqeyimiz bir-birimizdən kifayət qədər fərqlidir. Ona görə də mən onun haqqında çox danışmaq istəmirəm. Tanrıdan arzum odur ki, Fəzail Ağamalı tezliklə sağalsın, işinin başına dönsün və oturub onunla üzbəüz söhbət edim, onunla bağlı içimdəki düşüncələrimi bölüşüm. O zaman Fəzail Ağamalı başa düşsün ki, mən namərd yox, çox mərd adamam ki, bütün bunların hamısını mətbuata ötürmədim, gizli saxladım.

– Siz gizli saxladım deməklə, nəyi nəzərdə tutursunuz?

– Mən mətbuatda Fəzail Ağamalının səhhəti ilə bağlı oğlunun müsahibəsini oxumuşdum. Oğlu deyirdi ki, atası xaricə dincəlməyə gedib və sairə.

Ümumiyyətlə, Fəzail Ağamalı ilə hər zaman məsafəli münasibətimiz olub. Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Amma onun üçün müqəddəs heçə olmadığı üçün ondan özümü gözləmişəm. Yəni, Fəzail Ağamalı bir dəqiqənin içərisində min illərin ibadətini tapdalayıb keçmək imkanında olan adamdır.

Mən siyasətə gələndə içimdə bir andım olub ki, əxlaqımı siyasətə dəyişməyim, heç zaman qərəzli mövqedə olmayım və dövlətçilik məsələsində şəxsi mənafeyimdən də imtina edim. Mən bütün bunları göz bəbəyim kimi qoruya-qoruya bu günə gəlib çıxmışam. Ona nə qədər nail olmuşamsa, bunu cəmiyyət və siz jurnalistlər bilir. Mən istəmirim ki, Fəzail Ağamalınım səviyyəsinə enim. Namərdlik də belə məqamlarda, yəni sandıq çaılanda, pambıq töküləndə üzə çıxa bilər. Mən isə sandığın qapalı qalmasını istəyirəm.
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!” - bu sözləri öz yaşam şüarına çevirmiş bir insanla həmsöhbətik...

İbad Hüseynov Qarabağ müharibəsinin iştirakçısıdı. O, cəbhədə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan bayrağı” ordeninə də layiq görülüb. Qarabağ uğrundakı döyüşlərdə İbad Hüseynov kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Qəhrəmanın döyüş yoluna qədərki xidməti Sovet ordusunda olub.

- İbad bəy, Sovet ordusunda idiniz, necə oldu ki, Qarabağa – döyüşməyə gəldiniz?

- Qarabağdakı münaqişə barədə əsgərlikdə eşitdim. Onda Rusiyanın Amur vilayətində hərbi xidmətdəydim. Eşitdik burda olanları. Yanımda olan vətənimin igid oğlanları ilə birgə komandirə müraciət etdik ki, bizi buraxsın, gələk Azərbaycanımıza. Amma icazə vermədilər. Başladıq ac qalmağa. Hardasa, beş-altı gün ac qaldıq. Axırda bizi buraxdılar. Mənimlə birgə orda Emin adlı bir oğlan da vardı. Naxçıvanlı idi. İkimizi də tanımadığımız bir şəhərə gətirib atdılar. Dörd ay orda qaldıq. Cibimizdə qəpik də yox idi. Naəlac düşündük ki, şəhər bazarına gedək. Bazarda naxçıvanlılarla rastlaşdıq. Göyərti satırdılar. Onlara yaxınlaşıb dedik: “Bizi buraxıblar. Üstümüzdə pul yoxdu vətənə getməyə. Bizə kömək edin gedək.”
Bizimçün 70 manat pul yığdılar. O pulla biz ancaq köhnə hərbi hissəmizə gələ bilərdik. Gəldik hərbi hissəyə. Orda məni hamı idmançı kimi tanıyırdı. Gecə ilə çatmışdıq. Orda yemək yedik. Dedik, bizə pul lazımdı evimizə dönməyə. Pul yığdılar. Bilet aldıq, gəldik Moskvaya. Ordan da Bakıya. Bakıdan da gəlib düşdüm Ağdama. Yollar bağlı idi.

- Bəs, kəndinizə necə getdiz?

- Bizim kəndimizə heç bir maşın getmirdi. 1990-cı ilin sentyabrı idi. Təsadüfən, bizim kəndə yük maşını gedirdi. Yük maşınının üstündə kəndimizə gəldim. Kəndimizdə hamı pərən-pərən düşmüşdü. Qardaşım kənd sovetinin sədri idi.

- Döyüşə necə başladız, o zaman ümumi vəziyyət necə idi?

- Ermənilər Şuşadan gələn avtobusu saxlayıb sərnişinləri qırmışdılar. Şüşələr dağılmışdı. Kəndə hazır döyüşçü kimi qayıtmışdım. Kəndimizdə könüllülər dəstəsi yaranmışdı. Könüllülərin kəşfiyyat qrupunun rəhbəri oldum. Gizir idim. Silahımız adi tüfəng idi. Bir dəfə bir ermənini öldürdüm, “5-45” markalı avtomat götürdüm. Bundan sonra, dəfələrlə erməni tərəfə keçdik. Onları öldürürdük, silah-sursatlarını ələ keçirirdik. Kəndimiz ətrafında gedən döyüş əməliyyatları mənim rəhbərliyimlə olub. Döyüşlər vaxtı elə bil ki, nəsə məni qoruyurdu.

Bütün hadisələrdə ani qərar vermişəm. Kəşfiyyata gedəndə öncədən döyüşmək nəzərdə tutulmurdu. Amma anidən elə məqam yaranıb ki, demişəm, bu post dağıdılmalıdır. Qərargah partladılmalıdır. Ani qərarlarım uğurla nəticələnib.

- Ən çox erməni terrorçusu Melkonyanın başını kəsməyinizlə məşhursuz, amma sizin döyüş çox uzun olub...

- O, mənim axırıncı böyük əməliyyatım olub. Eşitmişdim "Avo" haqqında. Bilirdim ki, Xocalıdakı qətliamı, Qaradağlıdakı qırğını törədənlərə başçılıq edib. Onun əlindən dəmir çeynəyirdim. Uşaqlara tapşırdım ki, “harda Avonu görsəniz, atəş açmayın, mənə xəbər edin”.

1993-cü ilin iyun ayı idi. Kəşfiyyat qrupum üçün qərargahımızı Ağdamda, İydəlik adlanan yerdə qurmuşdum. Səhər-səhər uşaqlara təlim keçirdim. Rabitəçim Lənkərandan Fərzi adlı bir oğlan idi. Gəldi, məlumat verdi ki, bəs, ermənilər Ağcabədinin Qiyaməddinli kəndində hücuma keçiblər. Üstündən beş dəqiqə keçmədi ki, komandir Barat Quliyev mənə zəng vurdu. Təcili hərbi hissəyə çağırdı. Qərargaha getdim ki, Ağdamın MTN rəisi də ordadı, müavini də. Başqa komandirlər də vardı. Hamısı mənə baxırdılar. Mənim günüm kəşfiyyatda, ermənilərin arxasında keçirdi. Tanklarını, postlarını partladırdım. Barat Quliyev mənə dedi ki, ümid sənədir. Bir hadisə törətməlisən ki, hücum müvəqqəti dayansın. Biz özümüzü toparlayaq.
Oturdum maşına, gəldim kəşfiyyatçılarımın yanına. Məni gözləyirdilər ki, nə xəbər gətirmişəm. Dedim ki, uşaqlar, bu gedişimiz sonuncu gediş ola bilər. Yəni, o biri ucunda ölüm var. Kim istəyir, könüllü qabağa gəlsin.

Otuz altı kəşfiyyatçıdan cəmi on ikisi irəli çıxdı. Onlara yatıb, dincəlməyi əmr elədim. Günorta vaxtı idi. Uşaqları yatmağa göndərdim, özüm oturub plan cızmağa başladım. Parçadan düzəlmiş şəxsi xəritəm var idi. Hardan gedək, hardan getməyək, düşünürdüm. Axşamçağı, saat yeddidə uşaqları oyatdım. Hərəsinə bir vərəq verdim. Dedim, gediş planı cızın. Əlbəttə ki, onların plan cızmağı mənə lazım deyildi. Sadəcə, istəyirdim onlar ürəklənsin ki, komandir bizə etibar edir. Dedim, vərəqlərə hərə öz planını cızsın ki, hansı yolla gedəcəyik. Özüm bəribaşdan gedəcəyimiz planı hazırlamışdım. Hərəsi bir şey cızdı. Heç baxmadım da. Bir saat sonra yola düşdük.
"Avo"nu bir aydan çox idi ki, izləyirdim. Hardan gəlir, hara gedir, hansı maşınla gəlir, artıq bilirdim. Fikrimdə onunla rastlaşmağı nəzərimdə tutmamışdım həmin gün kəşfiyyata gedəndə. Çayı keçib öz kəndimizə, Muğanlıya getdik. Orda da dörd nəfəri ayırdım - Elçin, Qamət, Fikrət, bir də bir oğlan vardı, Seyid deyirdik, ona. Dörd nəfərlə erməni mövqelərinin içinə doğru getdim. İyunun 12-də günorta Seyid qaça-qaça gəldi ki, bəs, çoxdandı izlədiyimiz "UAZ" Xocavənd səmtdən kəndə tərəf gəlir. “Avo”nun qərargahı elə bizim kəndin yaxınlığında, dağın arasındaydı.

Kənardan baxanda, deməzdin ki, orda qərargah var. "UAZ" əvvəlcə ermənilərin səngərinə tərəf getdi. Səngərlə aramızdakı məsafə 15 km olardı. Bir az da gözlədik pusquda. Gördük, "UAZ" geri qayıdır. Maşın gəldi-gəldi, çaydan keçəndə ilişdi.

Gördük bir cüssəli erməni düşdü maşından. “Avo”nu üzdən belə yaxından görməmişdik deyə tanımırdıq. O, arxasınca gələn iki əsgərə çığırıb nəsə əmr elədi, əsgərlər maşının yanına qayıtdı. Həmin cüssəli hərbçi üzü biz tərəfə gəlirdi. Arada 500 metr məsafə vardı. Binoklla dəqiq sifətinə baxırdım. Məndə səssiz silah vardı. Uşaqlara dedim ki, mən onunla qarşılaşacağam. Uşaqlar dedi ki, arxadan səssiz silahla vur. Mən də gənc, idmançı, döyüşdə... Özümə inam vardı. Kəndin içiylə dönəcəyə qədər qaçdıq. Uşaqları döngədə gizlədib, tək yola çıxdım. Üzü “Avo”ya tərəf getməyə başladım. Silahı qoluma taxmışdım. “Avo” da əlində çantası, xəritəsi, komandir geyimində aşağıdan gəlirdi.

Məktəbin həyətində qəfil qarşılaşdıq. Dayandıq ikimiz də. Rusca çığırdı ki: “Silahı tulla!” Mən də ona çığırdım rusca ki, “At silahını!” Elə bildi, öz ermənilərindənəm. Başladı ermənicə nəsə danışmağa. Sonra mən azərbaycanlı olduğumu dedim. Başladı ermənicə bağıra-bağıra düz üstümə yeriməyə. Karıxdım. Aramız 20-25 m idi. Bir də gördüm silahı mənə tuşlayıb. Barmağını qoydu tətiyə, amma mən cəld tərpənib atəş açdım.

Balaca kol quşunu gözündən vururdum, yaxşı nişançı idim. “5-45” markalı avtomatla “Avo”nun qarnından vurdum. İkinci gülləni atanda arxaya əyilib, səndirlədi. Avtomat da 5 m qırağa düşdü. Cəld özünü düzəldib qalxdı, cumdu avtomata. Götürdü silahı. Yuxarı qalxmaq istəyəndə çatdım yanına. Təpiklə sifətindən vurdum. Arxası üstə düşdü. Üstünə atılıb, xirtdəyindən tutdum. Bıçağı çıxartdım, başladı yalvarmağa. Türkcə təmiz danışırdı. Mənə təklif elədi ki, ölkədən xaricə çıx, sənə kömək edərəm. Qolunun birini qanırıb dizimin altına qoydum. Başını da, qolunu da kəsdim. Sonra dedilər ki, qolunu niyə kəsdin. Dedim: “Komandir, mən onun düşünən başını kəsdim, bir də bizim uşaqları vuran əlini”.

Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək.

- Bəs, ordan necə qayıda bildiz? Axı Melkonyanı öldürəndən sonra sizi axtaracaqdılar...

- Axşam düşürdü yavaş-yavaş, saat 6-7 olardı. Elə bil zəlzələ oldu. Ermənilər hamısı kəndə doluşdu. Sən demə, bizi dağdan görüblər. Uşaqlara demişdim ki, kəndin içində sərbəst gəzin, ermənilər elə bilsin, onlardansınız. Hamımız rus hərbi geyimində idik. Ermənilər “Avo”- deyib qışqıranda anladım ki, öldüyünü bilirlər. Kəndə atəş aça-aça doldu ermənilər. Hamımız qorxuya düşdük. Nə irəli, nə geri qaça bilirdik. Elə bil Allah məni yönəltdi ki, öz səngərimizə tərəf qaçmayaq. O tərəfə qaçsaydıq, indi çoxdan ölmüşdük. Ermənilərin səngərinə tərəf qaçdıq. Uşaqları üzüm bağında gizlətdim. Erməni postunun 50 metrliyindəydik. Artıq hava qaralmışdı. Ermənilər qaranlıqda bizi axtarırdı. Gecə saat 3-4 olardı, axtarmağı dayandırdılar. Uşaqları oyatdım ki, durun, indi biz çıxaq aradan. Uşaqları yolla aşağı düşürtməyə başladım. Ratsiyanı açdım. Çığır-bağır vardı. Komandirlə əlaqə saxladım ki, artıq içəridəyik. Ratsiyanı tez söndürdüm ki, dalğa ilə tutarlar birdən. Bir də ratsiyanı açanda komandirə dedim ki, Ağdamın Mərzili kəndi yaxınlığından çıxırıq, tapşırın, bizimkilərdi, vurmasınlar. Gəldik hərbi hissəyə. Bizi qarşıladılar. Ermənilər susmuşdu. Biz tərəfə bir güllə də atılmırdı. Mən “Avo”nun başını kəsib, əlimdə gətirmişəm. Başı əlimdə görənlərin hamısı da sağdı. Komandir başı atdı əsgərlərin ayağının altına. Təpiklədilər. İyunun 12-i “Avo”nun başını kəsmişəm. 19-da basdırıblar onu.

- Öldürdüyünüz ermənilərin sayı təxminən neçə nəfərdir?

- Qarabağ müharibəsi başlayandan sonunadək döyüşmüşəm. Bütün döyüşlərim də qələbə olub. Öldürdüyüm erməniləri saymamışam. Çox vaxt öldürdüklərimi, hətta diri erməni də gətirmişəm hərbi hissəyə. Öldürdüyüm ermənilərin silahlarını gətirib öz hərbi hissəmizə vermişəm. Kiçik bir dəstə mənim gətirdiyim silahlarla silahlanmışdı.

- İbad bəy, sizcə düşmənin başını kəsmək doğrudurmu?

- Biz heç vaxt dinc adama güllə atmadıq. Bir qoca erməni tutmuşduq əli silahlı. Onun silahını aldım, dedim, buraxın getsin. Getdi, ermənilər özləri öldürdülər onu. Elə bildilər ki, satqındı, silahını özü bizə verib. Bir dəfə də sahədə erməni qadınlarıla rastlaşdıq. Başladılar qışqırmağa. Dedim: “Qışqırmayın. Susun, gedirik, sizə heç nə eləmərik”. Bir dəfə də çayın qırağında iki qadına rast gəldik. Biri qucağı uşaqlı idi. Toxunmadıq.

- Ermənilər bizim uşaqları, qadınları amasızcasına öldürür. Biz isə onların qocasına, qadınına, uşağına toxunmamışıq...

- Bilirsənmi, erməni niyə bizim torpaqlarımızı ala bildi? Onlar qırdılar, kəsdilər, hamısını da bizə göstərdilər ki, gözümüz qorxsun. Məncə, kiminsə günahsız yerə başını kəsmək düz deyil. Döyüş başqa şeydi. Döyüşdə sən öldürməsən, səni öldürərlər. Sən kəsməsən, səni kəsərlər. Kəşfiyyata gedən vaxt ermənilər bizi tutsaydı, diri-diri yeyərdilər. Mən “Avo”nun başını gətirəndə də uşaqlardan mənə deyən oldu ki, başı ataq. Deyirdilər ki, ermənilər bizi tutsa, yeyəcəklər. Dedim, yox, baş sübut kimi getməlidir. Düşmənin başı kəsilməlidir. "Avo"nun qərargahının koordinatlarını verdim bizimkilərə. O qərargahı mən dağıtdım. Bizim toplar dağıtdı oranı. Kənardan baxsa, kimsə bilməzdi orda qərargah var. Görünməz yerdəydi. Yəni, döyüşdə asmalısan da, kəsməlisən də... Qana-qan olmalıdı.

- İndi münaqişənin sülh yolu ilə həllinin mümkün ola biləcəyi də çox danışılır. Siz necə fikirləşirsiniz bu barədə?

- Tutaq ki, nə vaxtsa sülh oldu, bəs qisas? Tökülən qanların qisasını kim alacaq? Məncə, torpaqlar müharibə ilə geri alınmalıdır. Ermənilərin dərsi verilməlidir. Həmişə ermənilərə güzəştə getmişik, bu da bizi məhv edib. Düşmənin cavabı verilməlidir. Qisasa qisas! 25 ilə çatır ki, Ana Torpaq əsarətdədir, erməni deyir, bunu bizə bağışla. Mən buna razı olmaram. Biz onlara zərbə vurmalıyıq. Erməni bizdən qorxur. Onlar dəqiq bilsə ki, biz ayağa qalxmışıq, torpağı qoyub qaçarlar. Gücümüz olsa da, millət kimi ayağa durmağa hazır deyilik. Mən həmişə deyirəm ki, top-topxanadan ötədi canlı qüvvənin döyüşü. Hamı bilməlidir ki, vətənçün atılan addımlar əbədiliyə gedir. Vətənçün öldürməyə hazır olmalıyıq. Mən görmüşəm ki, təlimsiz döyüşə çıxmaq məğlubiyyət gətirir. Döyüşdə düşmənə zərbə vurmasan, o nə döyüşdür?! Bəs niyə deyilir: “Oğul düşmən çəpəridir”. Burda anlam bu olmalı ki, oğul vətənin düşmən çəpəridir. Oğul əsl vətənpərvər kimi yetişdirilməlidir. Lazım olan anda vətəni qorumağa hazır olmalıdır. Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!

- İbad bəy, sizin gənc əsgərlərə məsləhətiniz nə olardı?

- Müharibədə hamı bir-birinə qardaş idi. Zəifi də, güclüsü də... “Ay ondan mən güclüyəm, ya nə”- söhbəti yox idi. Müharibədə güc yerimir, ürək yeriyir. Müharibədə hamı bir-birinin təəssübünü çəkir. Təbii, gücün qarşısında çox şey acizdir. Hazırda müharibə şəraitində olan ölkənin vətəndaşıyıq. Mülki həyatda da bir-birimizə qardaş olmalıyıq. Müharibə olarsa, bir-birimizə arxa olmağa hazır olmalıyıq. Bu gün bizə lazım olan ən vacib şey birlikdi. Tək-tək bizi qırmaq asan olar. Bizə mehribançılıq lazımdır. Çünki Qarabağı almağımız hələ qarşıdadır. Qarabağa girib, sağ qayıtmaq oğulda hünər istəyir. Əgər bir-birimizə arxa durmasaq, biz bunu bacarmarıq. İstərdim ki, əsgərlikdə də gənclər qardaşlığı, kürək-kürəyə söykənməyi bacarsınlar. Əsgərlərə xüsusilə vətənpərvərlik hislərini aşılamaq lazımdır. Vətənpərvərlik hissi atom silahından da qüvvətlidir.
Metbuat.az
Səsi ilə məşhurlaşan Pərvin Səfərov: “Çobanam deyə heç kim mənə əl tutmadı…”Qoyun otararkən oxuduğu ifaya görə sosial şəbəkədə məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışması ilə əlaqədar narahatçılıq içindədir. Musiqi təhsili almayan iştirakçı bununla bağlı bir neçə sənətkara ağız açsa da, müsbət cavab almayıb.

Pərvin Səfərov AzNews.az-a müsahibəsində ona biganə qalanların adlarını açıqlayıb:

- “O səs Türkiyə” yarışmasından nə xəbər var?

- Müsabiqə öz axarı ilə gedir. Hələ ki, birinci tur keçirilir. Yanvar ayında isə ikinci tur başlayacaq. İkinci tur başlayan kimi yenidən Türkiyəyə gedəcəm. Əgər ikinci turdan da keçsəm sonra layihələr başlayacaq. Orada iştirakçılarla duetlər oxuyacağıq. Yaxşı mahnılar seçib mübarizə aparacağıq. İnanıram ki, mən bu turdan da üzüağ çıxacağam. Performanslar auditoriyanın istəyi ilə qarşılanır. İştirakçıların arasında peşəkarlar çoxdur. Seçimləri də onlar edir. Ümidliyəm...

- Türkiyədən başqa dəvətlər necə, alırsınızmı?

- Dəvətlər çoxdur. Amma hamısından imtina etdim.

- Səbəb nə idi?

- Bilirsiniz, “O səs Türkiyə” yarışmasının şərtləri var. Mən orada müqavilə imzalamışam. Müsabiqədə iştirak etdiyim vaxtlarda heç bir yerdə çıxış edə bilmərəm. Bunlar iştirakçılara qadağandır. Ona görə də gözləməliyəm. Neçə gün idi ki, Bakıdayam. Gəldim ki, musiqiçilərdən kömək istəyim. Baxdım ki, alınmır. Sabah kəndə qayıdacağam. Görünür, yazı belə yazılıb, onu dəyişdirmək mümkün deyil.

- Sirr deyilsə Bakıya niyə gəlmişdiniz?

- Əlbəttə ki, səbəbi var. İstədim dövlət mənə dəstək olsun. Axı mən Türkiyə səhnəsində Azərbaycanın adını təmsil edirəm. İstədim ki, tanınmış musiqiçilərdən təhsil alım, Azərbaycan klassikasını düzgün şəkildə ifa edim, necə olmasa, böyük səhnəyə çıxacağam. Vokalın yolları var. Amma gərək gəlməyəydim, sözüm yerə düşdü. Heç kim mənlə maraqlanmadı. Daha kiməsə ağız açmayacam. Hamı mənim səsimin olmasını bilir. Bu əsas deyil, düzgün də ifa lazımdır. Bunun da öz yolları var. Nə yazıq ki, musiqi təhsilim olmadığındam mən o yolları bilmirəm.

- Yəni konkret olaraq, kimdən kömək istədiniz, hansı xalq artisti ilə görüşdünüz?

- Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin köməkçisi Anarla görüşdüm. O, məni bir vokalistlə görüşdürdü. Düzdür, mənə bəzi ifaları oxumağımda kömək edəcəklərini dedilər. Amma mənim Bakıda qalmaq imkanım yoxdur. Bir neçə yerə müraciət elədik, müsbət cavab almadıq. Məcbur oldum, kəndimə qayıdım.

- Məşqsiz, heç bir təhsil almadan başqa ölkənin böyük səhnəsində çıxış etmək sənə çətin gəlmir?

- Allaha sığınıram. Bundan sonra necə olacaq, özüm də bilmirəm. Görüşdüyüm kim vardısa, ağız açıb dərdimi deyib, kömək istədim. Hətta yolda Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə görüşdüm. Ona köməyə ehtiyacım olacağını dedim. Nazir bildirdi ki, “regionda olan musiqicilərə deyərəm, sənə kömək edərlər”. Mən inanmıram ki, kimsə ürəyimcə olan, məni qabağa aparan təhsil verə. Bölgə müəllimləri hara, xalq artistləri hara. Bütün müsabiqələrdə Azərbaycan musiqisinin başında olan rəhbər şəxslərə ağız açdım. Biganəlik gördüm. Bir adam mənə əl tutmadı. Nədir ki, çobanam, arxamda kimsəm yoxdur. Peşəkar səhnədə olmamışam. Məni Türkiyədə dəstəkləyirlər. Mən də onlardan kömək istəyirəm. Dolanaşıq yerim isə qoyunlarımdır.

- Deyirlər Türkiyə səhnəsindən sonra qoyunları satmısan?

- Yox, onları satsam qışda nə yeyərəm? Videogörüntüdən sonra qoyunlara göz dəydi, bir ikisi öldü, zəifləyən də oldu. İndi-indi düzəlir. Allah onları mənə çox görməsin. Başqa yerdən gəlirim yoxdur, onları dar günə saxlamışam.
"Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək"Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov "Ölkə.Az"ın suallarını cavablandırıb.

Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?

- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.

- Sizin kəndin adı nədir?

- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var. Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.

- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...


- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var.

- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?

- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir.

- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?

- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.

- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?

- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.

- Harda?

- Məktəbin yanında.

- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?

- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.

- İki kənd arasında əvvəldən ədavət olub?


- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil.

- Uşağın valideynləriylə qohumluğunuz varmı?


- Xeyr, qohum deyilik.

- Ailəni tanıyırsınız?

- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur.

- Uşağın anası göz yaşları tökür...

- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar.

- Söhbət nədən gedir?

- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar. Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı.

- Bu da təzə söhbətdi?

- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir. Hamısı ürəkbulandırıcı sözlərdi.

- İlkin müəllim də məktəbə getmir?

- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir.
"Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı"Avrasiya.net teleaparıcı Vüsalə Kərimovanın "Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- "Maşın” realiti şousunun ən yaddaqalan iştirakçılarından biri olduz. Tez-tez avtomobil ətrafında qalmaqal yaşadız, mübahisələr etdiz. Nədənsə şoudakı qalmaqal real həyata keçdi. Yarışmada qarşıdurma yaşadığınız Günel Ələkbərova "Maşın”dan gedəndən sonra sizinlə bağlı ittihamlar səsləndirdi. Sizin Günelin ittihamlarına münasibətiniz necədir?

- Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər: "Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (Red: müğənni Yaşar Cəlilov) onun 17 yox, 28 yaşı var. Demək söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar.

Bir o sözə görə Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın "ə” hərfi yoxdur. "Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın.

Lazım olarsa mən qayıdım. Həyat yoldaşı dediyi insan çıxıb mənimlə danışmaq istəyirsə, danışsın. Amma kimlə bağlı mənlə danışacaq? Onu haqqında nə deyirəmsə, əcəb edirəm. Bəs onun arvadı ağzının qatığını dağıdanda ər harda idi? Niyə o ər Günelin qulağını burub yanında otuzdurub demədi ki, ay qız, sən onu filankəslə görmüsən? Həmin ər qabağıma çıxıb deyəcək ki, arvadımı kiminləsə görmüsən? Ona "dux” istəyirəm. Onların qarşısına hüquqlarını müdafiə edən kimsə çıxmayıb. Onun kimi yekə ağızlı insanların ağzını büzsün, bir də belə qələt eləməsin.

- "Maşın”da kimlərin əsl üzünü gördüz?

- "Maşın”la bağlı yanlış fikirlər var. Məsələn, bu gün işə çıxmışam. Məni görən hamı deyir ki, "halal olsun, özün idin”. Həqiqətən də oynamırdım, özüm kimi yarışırdım. Həyatda necəyəmsə, orda da elə idim. İnsanlar elə bilir ki, şouda kiminsə üzü açılır. Bu yarışma sadəcə bir oyun idi. Bu oyunda kim oynamağı bacarırsa, elə də davam edir. Orada üz açılmır, sadəcə olaraq insan belə idi, siz də onu tanıdız. İnsanlar həyatda necəydilərsə, orda da elə idilər. Şəxsən mən belə idim. Mən olduğum kimiyəm, maska bağlamağı sevmirəm. Məni qəbul edən belə qəbul etsin, etməyənin də öz işidir. Mən bir qədər başqa düşünürəm. Həyatda bir dəfə səhv etmişəm, "Kimlər nə düşünər?” demişəm. Nişanlı vaxtlarımda var idi.

Toyumuza iki ay qalmış üzüyü qaytarmışdım. Həmin vaxt valideynlərimi düşündüm. Məni geri qaytaran digər səbəb isə kimlərinsə nə düşünməyi idi. Məsələn, fikirləşərlər ki, bu qız tələbədir. Mənim sevib-seçdiyim oğlan öz rayonumuzdan olsaydı geri qayıtmazdım. Mən Qaxdan, o Naxçıvandan idi. Tələbə vaxtı institutun yataqxanası var idi. 1-2-ci mərtəbədə qızlar, digərlərində oğlanlar qalardı. Nişanlım da orada qalırdı. Düşünürdüm ki, camaat nə deyər, biz eyni yataqxanada yaşayırdıq. Bu fikirlər məni geri qayıtmağa vadar etdi. Nə oldu? Kaş özümə rahat olan bir həyatı seçsəydim. Səhvi onda etdim. İndi isə səhv edə bilmərəm.

- Sosial şəbəkələrdə haqsız tərəf kimi sizi göstərirlər. Sizi tənqid edənlərin sayı daha çoxdur.

- Klaviatura arxasında şir, pələng olmağa ehtiyac yoxdur. Nə böyük şeydir? Hamının telefonu var, girib axtarış verirsən. Görürsən ki, bu adam hansı yuvanın quşudur, nə işlə məşğul olur. Baxın, ondan sonra dəyərləndirin. İnsanların keçmişini xatırlatmaq lazımdır. İnsanlar bir qədər qabağa gedən kimi elə bilirlər ki, keçmişlərində ləkə buraxmayıblar. Hamının həyatda səhvi var, səhvsiz insan yoxdur. Amma bu, o demək deyil ki, kimsə ağzına gələni danışmalıdır, mən isə susub oturmalıyam. O adam keçmişini görmək istəmirsə, mən güzgü kimi onun qabağında duraram. Birinci özünə baxsın. Ümumiyyətlə o, ağızna Vüsalə adını alıb danışmağa layiq biridir? Kimsə deyə bilməz ki, mən Vüsalə ilə oturub-durmuşam, pul xərcləmişəm, maşın, ev almışam. Heç kim bunu deyə bilməz. 17 yaşına kimi oğul böyütmüşəm. Oğlumun da heç bir şeyə ehtiyacı olmayıb. Ağızlarına gələni sosial şəbəkələrdə yazırlar.

Mənim xüsusilə qadınlara yazığım gəlir. Qadın nə qədər keyfiyyətsiz ola bilər ki, başqalarında nəsə tapsın. Mənim haqqımda həyasız, tərbiyəsiz yazan insanlar həyatda necədir? Sadəcə onların lövhəsində gəzişmək kifayətdir. Ay insan, mənim sənə nə pisliyim dəyib? Neyləmişəm? Mənim haqqımda təhqir yazırsansa, yığıdığım günahları boynuna götürüsən. Bu cəmiyyətdən heç nə gözləmirəm. Əxlaqsız insanlara ailə qadını, evdar xanım, ana deyərək göyə qaldıran insanlar gördüm. Mübahisə etdiyim insanlar haqqında keyfiyyətli sözlər, mənim haqqımda isə əksinə fikirlər yazırdılar. Özüm özümdən şübhələnirdim. İnsanı asıb kəsmək necə asan ola bilər?

- Elə ittihamlar Yaşar Cəlilovun üzərində dayandı. Çünki Günelin "Oğlu yaşında kişiylə sevgilidir” deməyi ilə əməkdaşlıq etdiyiniz ifaçı başa düşüldü. Bu ittihamlar nə dərəcədə doğrudur?

- Yazırlar ki, Yaşar hardadırsa, Vüsalə də ordadır. Ay balam, mən Yaşardan pul qazanıram. İnsan qazancının 30 faizini işlərini gördüyüm üçün mənə verir. Mən niyə onun geyiminə, işinə qarışmamalıyam? Bəs niyə maaş verir? Gözünə, könlümə vurulduğu üçün? Onunla 7 ildir ki, çalışıram. Bizdə doğmalaşma var. Onun bir şeyi olanda mən, başqa bir şey olanda o, mənim yanıma qaçır. Deyirlər ki, "Vüsalə Yaşarın yanında bitmişdi”. Atanın, ya ərinin yanında bitmişəm? Sizə nə var axı? Yaşara xoş, mənə xoş… Siz niyə naxoşsuz? Bunun hamısı paxıllıqdan irəli gəlir. Bəlkə Yaşar hardasa oturub məndən bezdiyini deyib, xəbərim yoxdur? Axı biz rahadıqsa, siz niyə narahat olursuz? Belə şeylər mənə çatmır.

- Artıq oğlunuz Ayxanın 17 yaşı tamam olub. Bu söz-söhbətlərə o necə reaksiya verir?

- Oğlum heç vaxt yazılan rəylərə, xəbərlərə reaksiya verməyib. Biz ümumiyyətlə belə şeylərə fikir vermirik. Ana-oğuldan başqa, qardaş-bacı və dostuq. Bizim bir-birimizdən gizlətdiyimiz heç nə yoxdur. Ayxan bilir, kimin oğludur. Onun anası tanınmış insandır. O, nəyin real, nəyin isə qeyri-real olduğunu yaxşı seçən biridir. Günelin açıqlamasından sonra oğlum mənə mesaj yazdı: "Ana, bu nədir? Bütün saytlar ağzına gələni yazır”. Mən də ona cavab verdim ki, oğlum, belə şeylərə fikir vermə. Ağız torba deyil ki, büzüb yığasan. O da söylədi ki, dostlarım var. Oğlumu başa düşürəm, amma Ayxanın dostları da bilir ki, mən kiməm.
Oğlum televiziyanın içində böyüyüb. 1996-cı ildən etibarən televiziyada çalışmışam, o isə 2000-ci ildə dünyaya gəlib. O sıradan biri olmadığını gözəl bilir. Uşağım tələbədir, 1-ci kursa gedir. Qoyun dərslərini rahat oxusun, nə istəyirsiz? Yenə deyirəm, kiminsə ailəsini dağıtsam, ərlərində, qardaşında gözüm olsa, nəysə. Mənim heç kimlə işim yoxdur. Əksinə, camaatın mənimlə işi var.

- Vüsalə Kərimova sevgidə yaş məsələsini özündə kompleks hesab edir?

- Belə biri deyiləm. Məsələn, mənim 25 oktyabrda 40 yaşım olacaq. Heç kim mənə yaşımı vermir. Özümü də bu yaşda görmürəm. Hərdən 40 rəqəmi insana birtəhər görünür. Mən özümü, ruhumu o yaşda görmürəm, bunu da kompleks etmirəm. Elə yaşda olan oğlanlar var ki, çox böyük düşünürlər. Elələri də var ki, uşaq kimidirlər. Oğlumun 17 yaşı olmağına baxmayaraq dostlarının hamısı yaşca böyükdür. Mən ona aşılamamışam, mühiti belə gətirib. Gələcəkdə oğlum yaşca böyük biriylə ailə quracaqsa, yola gedəcəksə mən nə karəyəm?
Onun özü bilər, seçiminə qarışmaram. Kişilərdə sevdiyi qadın kiçik yaşda olursa, daha çox problemlər yaranır. Çünki balaca qızlar əyləncəni, gəzintini çox sevirlər. Oğlanlar isə daha ağıryana olurlar. Onların xarakterləri uyuşmur. Oğlanın qarşısında yaşı oturuşmuş xanım olanda xarakterlər uyğunlaşır. Ona görə də, yenə deyirəm oğlumun bu mövzuda seçiminə belə qarışmayacağam. Sadəcə onun əxlaqı mənə maraqlı ola bilər. Bu mövzuda ona xəbərdarlıq edə bilərəm.

- Bəz özünüz necə? İkinci baharınızı yaşamaq istəmirsiz?

- İkinci bahar nə vaxt qabağıma çıxdı ki, mən də geri çevirdim? Həmişə ikinci bahar yaşamaqdan qorxmuşam. Sıradan evdar xanım, başqa sahədə çalışan biri olsaydım seçim etmək daha rahat ola bilərdi. Üzdə olan insan üçün çətindir. Mənə yaxınlaşan insanın məqsədini bilmək olmur. Ona inanmaq, etibarını qazanmaq zaman ala bilər. Bu gün danışıb, sabah onunla ailə qura bilmərəm. Uşaq deyiləm, 40 yaşım var. Bu yaşımda səhv edə bilmərəm. Tək yaşamağa alışmışam, belə rahatdır. Bundan sonrakı illərdə çətin ola bilər. Bəlkə də eqom var, eqoistəm. Amma rahat yaşamağı sevirəm. Mənim qapıdan içəri bir, kənarda isə başqa həyatım var. Qapıdan içəridəki həyatımı daha çox sevirəm.

- Son olaraq sula vermək istəyirəm ki, verilişiniz mövsümdən hələ qayıtmayıb. Sizi yeni verilişdə görəcəyik, ya necə? ATV-dəki dəyişiklik sizin işinizə təsir edibmi?

- Dəyişikliyin mənə heç bir təsiri olmadı, sıravi bir işçiyəm. Sadəcə olaraq dəyişiklik zamanı "Maşın” başladı, orada iştirak etdim. Yeni rəhbərliklə mövsümlə bağlı heç bir müzakirəm olmamışdı. Ondan öncə rəhbərliklə görüşüm oldu, dedilər ki, şoudan sonra danışarıq. Ola bilər ki, "Yüz ölç, bir biç” davam edəcək və yaxud başqa bir layihə ilə tamaşaçı qarşısına çıxacağam.
"Temur Abbasova rəqib görə bilmirəm" - Ruslan HacıyevMəlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər önəmli olmaqla yanaşı, ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Gürcüstanda soydaşlarımızın yaşadığı Kvemo Kartli bölgəsindəki ümümi ab-havayla maraqlandıq. Məlum oldu ki, partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da namizəd kimi təqdim olunmaqdadır.
İlk dəfə isə, hakim “Gürcü arzusu” partiyası namizəd olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu irəli sürüb. Marneulidə ümümi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki platforması və gələcək planları haqqında Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu” partiyasının Marneuli nümayəndəliyi üzrə rəhbəri Ruslan Hacıyev Modern.az-ın suallarını cvablandırıb.

- Ruslan müəllim, bələdiyyə və mer seçkilərinə az vaxt qalır. Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?
- Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edərək vətənimizin taleyinə aid olan hər bir prosesdə fəallıq göstərməkdədir. Buna onların seçib seçilmə hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər partiyada təmsil olunurlar, onların öz siyasi baxışları və mövgeyləri var və bu mövgeydən həm namizəd, həm seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər. Bu demokratiya qanunlarının ən vacib amillərindən biridir deyə düşünürəm. Seçim azadlığı, seçilmə hüququ. Eyni zamanda vətəndaşlar namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər, və seçkilərə böyük ümidlər bağlayırlar.

- Seçki öncəsi görüşlər keçirirsiz. Sizcə, xalqın seçkilərlə bağlı fikirləri necədir? İnsanlar seçkilərlə maraqlıdırmı?

-Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini həll edən prosesdir, ölkənin parlaq gələcəyi isə onun vətəndaşlarının yaxşı yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək bu proseslərə olduqca məsuliyyətlə yanaşaraq maksumum şəkildə bu proseslərdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə müşahidə etmiş oluruq, hər seçki olan illərdə namizədlərlə görüşlərə gələnlərin sayı artır, bu isə o deməkdir ki, xalqın hakimiyyətlə, məmurlarla və namizədlərlə arasında heç bir subordinasiya, mane və əlçatmamazlıq yoxdur, əhali sərbəst şəkildə öz iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan işılərlə maraqlanırlar. Eyni zamanda bunu onunla qiymətləndirmək olar ki, ötən seçkilər zamanı verilən vədlər və qaldırılan problemlər öz həllini tapıb. Statistika aparır və araşdırırıq. Bəlli olur ki, ötən seçkilərdən bu günə qədər kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb, bunu isə xalq görür və inamla bizimlə görüşlərə gəlir, biz xalqın güvənini qazanmışıq və onlara sübüt etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil, bu görüşlər gələcək iş strategiyamızı qurub o problemləri aradan qaldırmaq üçündür.

- Seçki platformanızın nədən ibarət olduğunu bilmək olarmı?
- Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş iş planı var. Bu, iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təssərrüfatının inkişafı və s kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir sıra layihələr həyata keçirildi, problemlər aradan qaldırıldı, bu dövr isə artıq növbəti mərhəyə start veriləcək. Bilirsiniz ki, Marneuli - kənd təssərrüfatı bölgəsidir, məhsulların artırılması və kəndlərdə insanların işlə təmin olunması üçün işlərin aparılması prioritet məsələlərdəndir.
İnsrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman komplekslərinin, stadionlarının tikintisi, məktəb və uşaq bağçalarının tikintisi və s kimi işlərin reallaşması nəzərdə tutulur.
“Gürcü arzusu” partiyasının xarici siyasətdəki hədəfləri də həmçinin daxili siyasətə və vətəndaşlarını rifahına təsir edəcək. Əsas hədəf Avropaya inteqrasiyadır, Avropa ailəsinin üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı əldə edəcəyik buna görə də bu kursu tutaraq ildən ilə irəliləmək hər bir vətəndaşın əlindədir.

- Digər bir məqam gürcü tarixində ilk dəfədir ki, merliyə namizədin millətcə azərbaycanlı olmasıdır. Hakim partiyanın ilk dəfədir ki bu qərara gəlməsi nə ilə əlaqədardır?
- Düşünürəm ki, siyasətdə irq, millət və s kimi çərçivələr əsas rol oynamamalıdır, hər bir işdə əsas odur ki, peşəkar və vicdanlı insan olsun işinin məsuliyyətini dərk etsin. Lakin, “Gürcü arzusu” partiyası əhalisinin çox hissəsi milliyyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü istəyərək, gənc, perspektivli və işinin peşəkarı olan namizəd təklif etdi. Bu isə əhali tərəfindən olduqca müsbət qarşılandı.

- Temur Abbasovun digər namizədlərlə müqayisədə seçilmə şansını necə qiymətləndirirsiniz?
- Şəxsən öz adımnan bütün namizədlərə uğurlar arzulayıram. Tam səmimiyyətlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə bilmirəm, bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhaliyılə apardığımız söhbətlərdə bunu təsdiq etmiş oluram. Bu etibar və inam partiyamızın apardığı islahat və işlərdən gəlir. Temur Abbasovun tərcüməyi halı, görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən sevilib seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır.

- Seçkilərdə azərbaycanlıların sayı nə qədərdir?
- Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində bu il azərbaycanlıların sayı əvvəllki illərlə müqayisədə çoxdur. Bütün partiyalar tərəfindən azərbaycanlılar namizəd olaraq təqdim olunub. Bu həm iqtidar həm də müxalifət partiyaları tərəfindən irəli sürülüb. İqtidar partiyası tərəfindən Marneuli üzrə majoritar deputatların sayı 13 nəfərdir. Bayaq Teymur Abbasovun adını çəkdim. Gənclərin Gürcüstanın ictimai siyasi həyatında fəallığı hiss olunur. Bu da onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar inteqrasiya mərhələsini keçmək üzrədirlər. Çox fəal şəkildə Gürcüstanın gələcəyi ilə bağlı aparılan işlərdə, siyasi proseslərdə iştirak edir. Ona görə də dövlət əlindən gələni edir ki, azərbaycanlılar işlə təmin olunsunlar, dövlət və qeyri-dövlət strukturlarında çalışsınlar. Bu inkişafımız üçün atılmış müsbət addımdır. Ümumiyyətlə, Gürcüstan hakimiyyəti heç bir zaman burda yaşayan milli azlıqları milliyyətinə görə bölmür. Birmənalı olaraq bu cür siyasət yürüdür ki, Gürcüstan vətəndaşı yerli xalqla birgə eyni hüquqa sahib olsunlar.

- Azərbaycanlıların seçilmə şansı nə qədərdir?
- Hər bir partiya öz namizədini təqdim edəndə seçilməyə iddialı olur. Düşünürük ki, partiyadan namizəd təqdim edəndə namizədin nə qədər peşəkar, işini bilən eyni zamanda xalq arasında hörmət sahibi olduğuna diqqət etməlidir. Bu baxımdan hakim “Gürcü arzusu” partiyası namizədləri dediyim bütün kriteriyalara cavab verirlər.
"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu" — İlqar MikayıloğluTanınmış aparıcı İlqar Mikayıloğlunun "Maşın" şoudan müğənni Xatuntərəfindən gözlənilmədən uzaqlaşdırılması birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə gün ərzində Xatuna iradlarını bildirən izləyicilər müğənninin düzgün addım atmadığını deyiblər.

Avrasiya.net oxu.az-a istinadən bildirir ki, İlqar Mikayıloğlu şouda baş verənlərlə bağlı fikirlərinibölüşüb.

-İlqar, Xatunla sənin gedəcəyini əvvəlcədən razılaşdırmışdınız?

-Öncə deyim ki, Xatunla bizim əvvəldən yaxşı münasibətimiz olub. Onun həyat yoldaşım Zülfiyyə xanımla da isti münasibətləri var. Fikir verdinizsə, verilişdə iştirakçılar təqdim olunanda da biz səhnəyə bir çıxdıq. Bir sözlə, Xatunun əlindən tutub şouya gətirdim. Ona həmişə deyirdim ki, səninlə işim yoxdur. Verilişdən bir gün əvvəl mənə yaxınlaşdı və dedi ki, çıx səsverməyə və məni uzaqlaşdır. Amma ona dedim ki, mənim sənə əlim qalxmaz. O, "Səni çıxarsam inciməzsən ki?" deyə müraciət etdi. Bunu zarafat kimi qəbul elədim və dedim ki, "Yox, çıx oyununu oyna". Mən nəzərdə tuturdum ki, hədəfini əvvəlcədən açıqla və rəqibin üzərində kişi kimi qələbə qazan. Amma o, sona qədər hədəfi açıqlamamaqla haqsızlıq etdi. Bu, mənə qarşı yox, məni verilişdə dəstəkləyən tamaşaçılara, dostlarıma və Xatuna qarşı göstərdiyim münasibətə hörmətsizlik idi. Xatun mənim rəqibim deyil, adımı açıqlasaydı, sona qədər getsin deyənlər çox olacaqdı. O, bunu gözəl bildiyinə görə, məni arxadan vurdu. Əlindən tutub şouya gətirdiyim Xatun məni arxadan vurub yola saldı. Bu gün şərhləri oxuyurdum. Bir izləyicinin şərhi məni yenidən özümə qaytardı. Yazmışdı ki, "İlqarın gediş anında simasından bu sözləri oxudum. İndi əlimdə bir Kalaşnikov olardı, hamınızı qırıb gedərdim". Bütün izləyicilərimə təşəkkür edirəm. Haqsızlıq üzündən onlara mübarizədə şans yarada bilmədim.

-Özünüzə başlıca rəqib kimi görürdünüz?

-Mənim üçün rəqib anlayışı ancaq finalda ola bilərdi. İstənilən şəxslə səsvermədə yarışa bilərdim. Mən sms-in yox, gücün həll etdiyi mərhələdə rəqib axtarardım. Amma mənə finalda Vüqar Əbilov, Mehriban Xanlarova və Vüsalə Kərimova ilə mübarizə maraqlı olardı. Mən müharibə görmüş bir adam kimi, onlarla fiziki yox, psixoloji rəqabət aparacaqdım. Güc yox, konsentrasiya əsasdır.

-Samirə Yusifqızı verilişdə hər şeyi Murad Dadaşovun həll etdiyini iddia edir. Bunu hiss etmisinizmi?

-Heç vaxt. Əksinə mən şoudan gedəndə Muradın təəccüblü baxışları, onun hələ də hadisənin şokunda olduğunu göstərirdi. Murad bunun bir oyun olduğunu həmişə deyib və hakim kimi qərəzsiz və bitərəf olub. Açığı deyim qalmaqallar zamanı mən oyunçuları deyil, Muradı izləyirdm. İstənilən halda Murad ustalıqla vəziyyətə nəzarəti ələ alırdı. Başqa aparıcı olsa, orada bəlkə də saçyoldu və əlbayaxa dava düşərdi. "Maşın şou" Murad Dadaşova görə tanınıb və sevilir.

-Bəs siz səsvermədə qalib olsaydınız kimi çıxarardınız?

-Talıb Taleni. İzah edim. Mən heçbir qruplaşmada olmadığıma görə, hər iki tərəf planlarını rahat şəkildə mənə deyirdi. Maraqlıdır ki, Talıb hər iki qruplaşmada var idi. Bir sözlə Ştirlitslik edirdi. Amma kimin tərəfində olduğu da bilinmirdi.

-Qalib qismində kimi görürsünüz?


-Mən üçlükdə Vüqar Əbilovu, Mehriban Xanlarovanı və Toppuş bacını (Tünzalə Əliyeva) görürəm.
Səlcuq Çətin: “Güclü Azərbaycan güclü Türkiyə deməkdir”Ankara Pursaqlar bələdiyyəsinin başqanı Səlcuq Çətinlə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürklə Azərbaycan səfəri və bir sıra mövzular ətrafında söhbət ediblər.

- Səlcuq bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycanı necə gördünüz?

- Təşəkkür edirəm. İlk öncə qeyd edim ki, qardaş Azərbaycan haqqında danışmaqla sözlərim bitməz. Buralar bizim ikinci vətənimizdir. Səfərimdə Bakı və Sumqayıtda oldum. Abadlıq və inkişaf göz önündədir. Xəzər dənizi Bakıya xüsusi gözəllik verir. Havası çox yaxşıdır. İnsanlarla təmasda oldum. İnsanlar istiqanlı və qonaqpərvərdirlər. Azərbaycanı belə görmək bizi çox sevindirir. Bizim üçün güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bilirsiniz ki, iki qardaş ölkə ümumilli məsələlər daxil olmaqla beynəlxalq aləmdə də bir-birilərinə dəstək verirlər.

- Siz rəhbəri olduğunuz Pursaqlar bələdiyyəsində Qarabağ parkını açmısınız. Qarabağ mövzusu Türkiyə cəmiyyətinə nə qədər çox tanışdır?

- Türkiyə böyük dövlətdir. 80 milyon insanın bu barədə məlumatı tam olmaya bilər. Amma cəmiyyət Qarabağ məsələsini bilir və qardaş Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab prezidentimiz Rəcəb Təyyub Ərdoğan açıq şəkildə bunu bəyan edib. Türkiyədə bir neçə Qarabağ parkları var. Bu il də bələdiyyə olaraq Qarabağ parkının açılışını etdik. Bakıdan da hörmətli qonaqlar gəlmişdi. Əgər biz bununla qardaş vətənimizə dəstək oluruqsa, bu, məni çox sevindirir. İnşallah, torpaqlar azad olunandan sonra hamımız birgə Qarabağı ziyarət edəcəyik. O günü səbrsizliklə gözləyirik.

- Türkiyə-Azərbaycan əlaqələri haqqında nə deyə bilərsiniz?

- Türkiyə-Azərbaycan əlaqələri strateji və qarşılıqlı səviyyədə davam etməkdədir. Ən çətin zamanımızda bir-birimizə dəstəyimizi göstəririk. Bundan gözəl heç nə ola bilməz. Qarabağ parkının açılışı çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı konfrans keçirdik. Konfransda yüzlərlə insan iştirak edirdi. Qarşıda planlarımız çoxdur. Onları reallaşdırmaq haqqında düşünürük.
Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam"Son günlər 10-cu sinif rus bölməsi üçün istifadəyə verilən “Ümumi Tarix” dərsliyindəki xəritə qalmaqala səbəb olub. Mətbuat və sosial şəbəkədə bu barədə xeyli müzakirələr aparıldı. Təhsil Nazirliyi müraciəti edən şəxsə təşəkkür edib, dərsliklərin məktəbdən yığışdırıldığını açıqlasa da, müzakirələr davam edir.

Həmin müzakirələr zamanı yaranan suallara son qoymaq, problemin haradan qaynaqlandığını öyrənmək məqsədilə dərslik müəlliflərindən olan Kamran Əsədov Publika.az-ın suallarını cavablandırıb:

- Kamran müəllim, həmin xəritə “Böyük Ermənistan”dır?

- 10-cu sinif rus bölməsi “Ümumi Tarix” dərsliyinin 32-ci səhifəsində Roma imperiyasının xəritəsi qeyd olunub. Xəritənin şəkli konteksdən çıxarılaraq yayılıb. Yayılan xəritə yalnız "Armeniya" yazılmış hissədir. Bu xəritə dünya tarixində də var. Uğursuzluq odur ki, “Böyük Ermənistan” adlandırılan qondarma dövlətin ərazilərinin sərhədləri dənizdən-dənizə, yəni Xəzərdən Ağ dənizə qədərdir. Həmin xəritədə məqsəd “Böyük Ermənistan” idisə, sərhədlər Ağ dənizə qədər gəlib çıxmalı idi. Nə kitabda, nə də xəritədə “Böyük Ermənistan” ifadəsi işlədilməyib. Xəritədə Roma imperatoru Trayan Adrianın dövründə Romaya tabe edilmiş ərazilər göstərilib. Romalılar e.ə 66-65-ci illərdə Albaniyanı məğlub edib, özlərinə tabe etdilər, e.ə 20-ci ildə Atropatenada hakimiyyətə Romapərəst hökmdar gətirdilər. Bu ərazilər Romaya tabe olmuşdu. Həmin xəritə hazırda istifadə edilən 6-cı sinif “Ümumi Tarix” dərsliyində də (səh.106-107) olduğu kimi verilib. Orada da Roma İmperiyasından asılı olan ərazilər göstərilib. Sadəcə, rus bölməsində Van gölünün yuxarısında Armeniya yazılıb, ancaq bu da erməni dövləti deyil.

- O zaman həmin ərazidə göstərilən hissə erməni çarlığının ərazisidirmi?

- Oradakı ərazi erməni çarlığı deyil, Ərməni vilayətidir. Onun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu vilayət e.ə II əsrdən, eramızın II əsrinə qədər Romaya tabe olmuş vilayətdir. Ermənilər Qafqazda deyil, Şərqi Anadoluda - Urmiya gölünün ətrafında kiçik bir çarlıq qurublar. Armeniya vilayəti Şərqi Anadoluda mövcud olmuş kiçik erməni çarlığıdır. 7-ci sinif “Azərbaycan tarixi”, VII cildlik Azərbaycan Tarixi kitabının I cildində 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində ermənilərin Roma ilə müttəfiq kimi iştirak etməsi yazılıb. 387-ci ildə isə erməni çarlığının Sasanilərlə Romalılar arasında bölüşdürülməsi yazılır. Həmin bölüşdürülən çarlıq da xəritədə qeyd olunan yerdə idi. Burada “Böyük Ermənistan” xəritəsi yazılmayıb, xəritə Romanın ərazilərini təsvir edir. Xəritənin altında şərh hissəsində, “Romaya tabe dövlətlər və əyalətlər” yazılıb. Bu o deməkdir ki, həmin ərazilər Romadan asılı olub. Kimlərsə, yalnız həmin hissənin şəkilini çəkib paylaşıb. Xəritənin çatışmazlığı yuxarı hissəsində Albaniya, aşağıda Atropatenanın qeyd edilməməsidir. Armeniyanın qeyd edilməsində heç bir tarixi səhv yoxdur. Bu gün Romanın Kalizeyinin divarında bu xəritə asılıb. İnternetdə Roma imperiyası yazan kimi bu xəritə çıxacaq. Rəsmi İtaliyanın mənbələrində bu xəritə var. İndiyə qədər həmin ərazi 6-cı sinif “Ümumi Tarix” dərsliyindən silinib. Lakin silinmə çıxış yolu deyil. Çünki şagird silinən ərazinin hara olduğunu soruşur. O zaman şagirdə hansı cavabı verməliyik? Qobustan kitabəsində Romalıların burada olması, Trayan Adrianla Albaniya hökmdarları arasında məktublaşmalar var. Biz bunları inkar edə bilmərik. Ərəb xilafəti xətirəsində həm Atropatena, həm də Albaniyanın ərazisi Ərməniyyə adlandırılmışdı. Bu o deməkdir ki, bu ərazilərdə ermənilər yaşayıb? Bu çox gülməli olardı. Nizami Gəncəvinin əsərlərində “ərmən vilayəti çarının qızı” ifadəsi yer alıb, O Ərməniyyə ilə indiki Ermənistanın heç bir əlaqəsi yoxdur.

- Siz xəritəni hansı mənbələrdən əldə etmisiniz?

- Xəritə Roma mənbələrindən götürülüb. Problem dünya tarixinin dövrləri ilə bağlı yerli mənbələrdə xəritələrin olmamasından qaynaqlanır. Biz Azərbaycan dilində dünya tarixi ilə bağlı atlas, xəritə tapa bilmirik. Kitab yazanda məcbur qalıb, rus və Avropa mənbələrində bizə lazım olan dövrlə bağlı rəsmi formada təsdiq edilmiş xəritələrdən istifadə edirik. İtaliya dövlətinin Roma tarixinin bu dövrü ilə bağlı məlumatlarında məhz həmin xəritədən istifadə edilib. Bizim dünya tarixinin dövrlərilə bağlı vahid xəritəmiz yoxdur. Dünyanın bütün ölkələrində həm vahid tarix konsepsiyası, həm də öz dillərində mənbələr var.

- Bu xəritələri kim hazırlamalıdır?

- 26 ildir müstəqilik, lakin tarixin necə yazılması ilə bağlı vahid konsepsiyamız yoxdur. Tarix İnstitutu dövlətlər və dövrlər üzrə istifadə edilməli olan xəritələri təsdiq edib, atlas halında çap etməlidir. Təəssüf ki, bizdə bir dövlətlə bağlı müxtəlif xəritələr var. Biz kitab yazanda internetdən, İtaliya arxivindən xəritə axtarmamalıyıq. Bu zaman dövlətçilik baxımından da problem ortaya çıxa bilər. Hansı ki, bu məsələdə dövlətçiliklə bağlı heç bir problem yox idi, sadəcə ictimaiyyət yanlış yönləndirilib. Heç kim xəritəyə bütöv halda, şərti işarələrlə baxmır. Bundan başqa, dərslik 1 ay ictimai müzakirəyə çıxarıldı, ekspertlər baxdı. Mən kitabın müəlliflərindən olsam da, həmin dövrü yazmamışam. Azərbaycan bölməsinə baxmışam, çünki rus bölməsinin tərcüməçisi, redaktoru var idi. Bu məni məsuliyyətdən azad etmir, lakin şişirdilən kimi də qəbahət yoxdur.

- Həm tarixçi, həm kitab müəllifi, həm də təhsil eksperti kimi belə halların yaşanmaması üçün nəyə diqqət edilməlidir?

- Birincisi, kitab yazmaq üçün müəlliflərə az müddət - 2 ay verilib. Problemin kökündə bu durur. Bu müddət ərzində 210 səhifə “Azərbaycan tarixi”, 160 səhifə “Ümumi tarix”, həm də bu həcmdə müəllim üçün metodik vəsait yazılmalıdır. Başqalarının kitabından istifadə plagiatlıq hesab edilir, şəkil və məlumatlar yenidən işlənməlidir. İkinci məqam, kitab birbaşa orta məktəbə istifadəyə verilməməlidir. Pilot olaraq bir neçə məktəbə təqdim edilməli idi. Bu zaman müəllif, redaktor, ekspertlərin gözündən yayınan məqam açıqlanardı. 4500 məktəbdən ən azı 20-nə yeni çap olunan dərslik sınaq məqsədilə verilə bilərdi. Qüsursuz kitab istəyiriksə, bu addım atılmalıdır. Üçüncü məqam, ictimaiyyət və cəmiyyət olaraq bu cür siyasi məsələlərdə birlik nümayiş etdirməliyik. Problem varsa, kimisə günahkar çıxartmaq lazım deyil. Məni erməniyə işləməkdə günahlandırırlar, mənim atam Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, Qarabağ əlilidir. Palçıq atmaq asandır, ortaya yeni dərslik qoymaq lazımdır. Təəssüf ki, qüsuru toy-bayram edirik. Bundan sonra dərslik yazmayacam. Çünki biz yaxşını məhv etməyə hazırıq. Həqiqətən, milləti düşünənlər problemi aradan qaldırmağa çalışar, ittiham etməyə fürsət axtarmaz. Bunu həll etmək çətin deyil. Bir gecənin içərisində kitablar toplandı, nəşriyyatın hesabına yeni dərslik çap olunub məktəblərə paylandı. Bütün bunlarla yanaşı, tariximizə həssas yanaşan insanlara təşəkkür edirəm. Ancaq sevəndə küsdürmək lazım deyil. "Armeniya" sözünü silməklə problemi həll etmirik. Hər kəsdən xahiş edirəm ki, bir məsələni gündəmə gətirməzdən əvvəl araşdırsın. Bütün dərslik boyu milləti, dövlətçiliyi qorumuşuq. Bir dəfə Armeniya vilayətinin adını verməyi qəbahət kimi qəbul etmək doğru deyil. Kitabı bütöv oxusunlar, xəritəyə bütöv halda baxsınlar, şərti işarələrə diqqət etsinlər.
"... Hərb yolu seçilməlidir" - ALDP sədri
“Danışıqlar “yolu” nə vaxtsa bitməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaratdığı “münaqişə ocağı”nın söndürülməsi ilə bağlı aparılan müzakirələrdə daha çox “münaqişə beynəlxalq müstəvidə həll olunur”, “problemin həlli böyük dövlətlərin nəzarətinə keçib” və sair kimi fikirlər öndə dayanır. Sizcə bu səbəblər gözləmə mövqeyində dayanmağımıza əsas verə bilərmi?

– Məlumdur ki, bir sıra beynəlxalq təşkilatar, o cümlədən BMT və Avropa Şurası Dağlıq Qarabağın Azərbaycan əraziləri olması ilə bağlı rəsmi sənədlərlə çıxış edib və işğal altında qalan torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul olunub. Azərbaycan bu mənada daha çox beynəlxalq hüquqa güvəndi və münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük verdi. Nəticə etibarilə artıq 20 ildən artıqdır ki, danışıqlar aparılır və torpaqlarımız hələ də işğal altında qalır.

Bu gün vəziyyət daha da qəlizləşib və görünən odur ki, beynlxalq hüquq normalarına riayət edilmir. Əksinə, digər coğrafiyalarda da buna bənzər hallar baş verir və regionda marağı olan dövlətlər münaqişənin həllini deyil, daha da uzadılmasında maraqlı görünürlər.

Vaxtilə Gürcüstanın prezidenti Saakaşvili Cənubi Osetiya və Abxaziyanı azad etmək istəyi ilə çıxış edəndə Rusiya hərbi güclə Tiflisə daxil olaraq, bu niyyətinə görə Gürcüstanı növbəti dəfə “cəzalandırmaq” istəmişdi. Göründüyü kimi, regionda ağalıq etmək istəyən Rusiya özünün hegemonluğunu saxlamaq üçün əlindən gələni edir və “dişini” bizə də “qıcayır”. Bu mənada Azərbaycanın da öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlanması çətinləşib. Eyni zamanda xatırlayırsınızsa, aprel ayında Dağlıq Qarabağda gedən 3 günlük döyüşlərdə də Rusiya kənarda qalmadı və əməliyyat təzyiqlə dayandırıldı. Deyilən həmin fikirlər bu nöqteyi-nəzərdən tez-tez səslənir.

Hesab edirəm ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin qəbulundan dərhal sonra Azərbaycan bundan istifadə edib hərbi addımlarla torpaqlarını işğaldan azad etməli idi. Bu gün doğrudan da vəziyyət çox ciddidir.

“Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da…”

– Siyasi partiyaların, ictimai qurumların kənarda durub beynəlxalq aləmdən “buyruq” gözləməsi nə dərəcədə doğrudur. Sizcə beynəlxalq aləmi məsələyə ədalətli yanaşmaya cəlb etmək üçün siyasi cəmiyyət hansı addımları atmalıdır?

– Biz siyasi partiya olaraq öz yığıncaqlarımızda, görüşlərimizdə qeyd edirik ki, “danışıqlar yolu” bitməlidir. Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da hərb yolu seçilməlidir. Mən bir siyasətçi və müxalfət partiyasının sədri kimi dəfələrlə bu mövqeyimi açıqlamışam.

Bu gün hərb sahəsində də müəyyən neqativ hallardan söz edilsə də hesab edirəm ki, Azərbaycan ordusu çox güclüdür və torpaqlarını azad etməyə qadirdir. Düşmən bunu hiss edir. Məncə bu günlərdə İspaniyada Kataloniya, Şimali İraqda Kürdüsdan dövlətinin yaradılması ilə bağlı referendumlar bizm üçün də həyacan siqnalı olmalı və bundan nəticə çıxararaq ciddi addımlar atılmalıdır.

“Xarici siyasətimiz axsayır, düzgün qərarlar verilmir”

– Fuad bəy, Rusiya Federasiya Şurası artıq qeyd etdiyiniz coğrafiyalarda baş tutan referendumlardan öz mənfəəti üçün yararlanaraq Dağlıq Qarabağ da daxil olmaqla həmin dövlətlərin tanınması fikrini irəli sürüb. Buna fikriniz nə olacaq?

– Rusiyanın dövlət siyasəti daim beynəlxaql hüquqa zidd olaraq aparılıb. Bu gün Rusiya bu referendumları tanısa belə, artıq Avropa ölkələri bunu qəbul etmir. Azərbaycan Rusiyanın bu mövqeyindən ciddi nəticə çıxarmalıdır. Təəssüf ki, bir çox məsələlərdə Azərbaycan Rusiyanın tərəfində olur və Rusiyanın qaldırdığı məsələlərə dəstək verir. Bu da onu göstərir ki, bizdə xarici siyasət axsayır, düzgün qərarlar verilmir. Bunun nəticəsi olaraq Azərbaycan bu gün antidemokratik düşərgədədir və heç bir beynəxalq təşkilat bizi demokratik bir ölkə kimi tanımır. Bu gün daxildə vətəndaşlara qarşı olan təzyiqlər Rusiyanın hakimiyyətə verdiyi dəstəyə söykənərək cərəyan edir.

– Siyasi analitiklər dünyada yaranan böhranı dünyanın yeni xəritəsinin cızılması ilə əlaqələndirirlər və bu, addım-addım insanların şüuruna işlədərək aparılır. Artıq internetdə Dağlıq Qarabağın adı tanınmayan ölkələr kimi siyahıda yer alıb. Buna qarşı hansı reaksiyaların verilməsi labüddür?

– Bu bizim üçün böyük bir təhlükədir. Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam. Ermənilər harada olursa-olsunlar, Azərbaycan regionlarının adını özəlləşdirmək üçün nə gəldi edirlər. Hələ mən 2004-cü ildə Moskvada olarkən rastlaşdığım bir mənzərə ilə bağlı narahatlığımı mətbuata da bildirmişdim. Həmin il ermənilər orada kilsənin bünövrəsini qoyub, qarşısına da “Yeni Naxçıvan” lövhəsini asmışdılar. Mən bu barədə mətbuat konfransı keçirib həyəcan təbili çaldım. Amma reaksiya verən olmadı.

Ermənilər neçə illərdir “Qarabağ bizimdir” deyir və o istiqamətdə işlər görürlər. Bu kimi məsələlərə “cəfəngiyat” deyib keçmək doğru deyil, hansı ki, biz belə edirik. “Erməni qələt edir” deyirik, amma o da öz bildiyini edir. Torpaqların işğalı buna sübutdur.

Əgər internet üzərində Dağlıq Qarabağ “tanınmayan dövlət” kimi göstərilirsə, buna narahat olmaq lazımdır. Ümumiyyətlə, Dağlıq Qarabağın adı Azərbaycanın sərhədləri daxilində, Azərbaycan bölgəsi olaraq göstərilmirsə, bu artıq təhlükədir. Çünki bu, bir neçə ildən sonra dünyada, beynəlxalq aləmdə təbliğ olunacaq və bizim kiməsə nəsə sübut etməyimiz çətin olacaq. Əgər Qarabağın dövlətlər siyahısında adı çəkilirsə, onun nə vaxtsa tanınması məsələsi qaldırıla bilər. Aidiyyatı qurumlar bununla bağı öz sözlərini deməlidir.

Amma arzu edək ki, güclü dövlətlər özlərində iradə tapıb bu məsələdə bizi dəstəkləyəcəklər. Digər tərəfdən, burda müsəlman-xristian məsələsi var. Artıq bizim üçün çox böyük problem yaranıb.

“İqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və…”

– Bütün hallarda müxalifət siyasi düşərgə bütün problemləri kənara qoyub, məhz Dağlıq Qarabağın işğalı ilə bağlı beynəlxalq münasibətə təsir etmək amacı ilə bir araya gələ bilməzdimi?

– Biz müxalifət olaraq il ərzində Qarabağla bağlı Forumlar keçiririk. Amma bu gün bu məsələdə təkcə müxalifət yox, hər kəs aktiv olmalıdır. Düşünürəm ki, iqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və Qarabağın işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara ciddi mesajlar verməli, dünyanı silkələyən tədbirlər keçirməlidir. Bu məsələdə artıq iqtidarla müxalifət partiya mövqelərini kənara qoyub bir araya gəməli, fikirlər bir nöqtəyə cəmlənməli, güc bir nöqtəyə yığılmalıdır. Xalq, millət olaraq bu məsələni həll edə bilərik. Səhv etmirəmsə Heydər Əliyev 2002-ci ildə bütün müxalifət partiyalarını bir araya gətirmişdi. Bu çox yaxşı göstərici idi. Amma təəsüf ki, sonra bu görüşlər davam etdirilmədi. Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq beynəlxalq aləm gücümüzü anlayar.