Salyanda arvad və 4 qızın öldürüldüyü qətlin sirri - Dəhşətli təfərrüat - FOTOSalyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.

Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə predmetinə çevrilib. Ortaya hamının cavabını maraqlı gözlədiyi ciddi suallar çıxır:

Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət 3 il ərzində necə gizlədilib?

AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq, qətlin gerçək səbəbini araşdırmaq üçün Salyana yollanıb. Əməkdaşımız Mehparə Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub. Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün səbəblərindən danışıblar.

- Fərhad Əliyevlə Mehbarə xanım sevərək evləniblər?

Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu bilirdik. Buna görə onların evlərinə getmirdik.

- Fərhadın içki aludəçisi olduğu deyilir. O, işləmirdi? Evi kim dolandırırdı bəs?

- Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də deyildi.

Qızlardan biri deyib ki, “ata, bizə yemək al, acıq”. Fərhad cavab verib ki, “siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın”. Bu sözləri ata öz doğma qızlarına deyib.

Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5 manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.

Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək etməyə çalışırdıq.

- Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə idi?

M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez döyürmüş:

- Mehparə ailə sirini heç kimə verməzdi. Amma ərinin qohumları bizə deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi, Mehparəyə deyirdi, get, işlə araq al. Fərhad bir dəfə qızını elə döymüşdü ki, qızın başı ağır zədə almışdı.

-Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar idi?

- O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak adam olub ki, doğma qızlarının boğazını kəsib öldürüb. Oğlu Fəqan da atasına kömək edib. Onlar Mehparə və qızlarını biryerdə öldürüblər.

- Sizcə, belə dəhşətli qətlə nə səbəb ola bilər?

- Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.

Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə məcbur edirdi.

Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub, qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz döndərmişdilər, kömək etmirdilər.

- Mehparənin qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə dəhşət idi. Bütün meyitlər çürümüşdü, Sevdənin bədəni sanki çürüməmişdi...

- Sizcə, 3 il ərzində cinayətin üstün niyə açılmayıb?

- Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə, Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ evində qaldıqlarını deyirdi.

Mehparə Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki, “Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək”. Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.

Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb. Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq, yemək alıb. Rayona gələndə, isə arvad-uşağının Bakıda olduğunu deyib.

- Beş nəfəri eyni vaxtda öldürmək fikizi cəhətdən asan deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə bilər?

- Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərlərinə evdəki ədyalı qoyub, sonra topraq töküb.

Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.

Mehparənin qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!

- Qohumlarınız mətbuata bildiriblər ki, qətldə Fərhad və oğlu ilə yanaşı başqa şəxslərin də əli var. Kimlərdən şübhələnirsiniz?

- Bacımı və qızlarını Fərhad oğlu ilə birlikdə öldürüb. Başqa kiminsə adını çəkə bilmərəm. Bəlkə, Fərhadın qardaşının də bu işdə əli olub. Fərhad qardaşları ilə bir həyətdə qalırlar. Evlərinin arasında hasar yoxdur. Necə ola bilər ki, belə dəhşətli hadisə olub, onların xəbərləri olmasın! Meyitlərin iyini ola bilməz ki, hiss eləməsinlər.

- Şayiələr yayılıb ki, guya bacınızın hansısa xoşagəlməz hərəkətinə görə, Fərhad onları öldürüb. Bu haqda nə deyə bilərsiniz?

M.Əliyevanın qardaşı: Bacımın heç bir günahı olmayıb. Fərhadın arağına, siqaretinə kimi bacım alırdı. Mehparə günü 5 manata işləyib, ailə saxlayırdı.

Evin böyük qızı İarədə atasının hərəkətlərinə dözə bilmirdi. Fərhad Mehparə işdən gələn kimi 5 manatı əlindən alıb, özünə araq alırdı. Fərhad o qədər insafsız insandır ki, 13 yaşlı Ümidə acından ağlayanda, o yeməyi tək yeyirmiş. Belə ata olar? İradə atasına deyirmiş ki, heç olasa yeməyindən Ümidəyə ver. Onların həyatları əzab içində keçib. Elə gün olub ki, yeməyə çörək tapmayıblar.

Dünən Fərhadın qardaşı Raisin həyat yoldaşı bura gəlmişdi. Bizə dedi ki, Rais Fərhada dedi ki, “get, izahat ver. “Olmasa...!” Bu “olmasa ” sözünün arxasında nə durur? Yəni, mən gedib, polisə hər şeyi deyəcəyəm. Telekanaldan zəng edib, Fərhadın qardaşını sıxışdırıblar ki, məsələni tez açıqlasın.

- Sizcə, Fərhadın qardaşı Raisin cinayətdə əli ola bilər?

- Qətlin törədilməsində əlinin olması ilə bağlı heç nə deyə bilmərik. Amma yüz faiz cinayəti bilib, hamıdan gizlədib. Rais Fərhadla qapı qonşudur. Evlərinin arasında 10 metr məsafə var. Bir toyuğu kəsən zaman hamının xəbəri olur, 5 nəfəri öldürürlər, amma heç kim bilmir?!

- Cinayətin üstü açılandan sona Fərhad hadisəni niyə törətdiyini deyib?

- Vicdansız ata deyib ki, guya böyük qızından şübhələnib. Halbuki, hamı onun qızlarının başına and içirdi. Onlar qeyrətli qızlar olublar. Qardaşı evə gec gələndə, böyük qız səhərə kimi yatmırdı. Özünə haqq qazandırmaq üçün qızlarının üstünə şər atıb. Qızlarını, arvadını qətlə yetirmisən, heç olmasa onların təmiz adını ləkələmə. Əgər Fərhad qeyrətli kişi olsaydı, öldürüb, bizə deyərdi ki, bacınızı bu səbəbdən öldürdüm.

- Siz deyirsiniz ki, Mehparə, qızları işgəncələrə məruz qalıb. Onları niyə Fərhadın əlindən xilas etmirdiniz? Bunu bilə-bilə necə göz yumurdunuz?

- Mehparənin uşaqları böyük idi. O, bu yaşdan sonra ayrıla bilmədiyini deyirdi. Dəfələrlə deyirdik ki, gəl, bizimlə qal. Amma razılaşmırdı. Ailəsini ata bilmirdi.

- Bir məqamı soruşum, siz bildirəndə ki, onlar ölkə sərhədlərindən kənara çıxmayıblar. Bundan sonra polis Fərhadı və oğlunun ifadəsini aldımı?

- Bunu bilən kimi Mehparənin qardaşı polis idarəsinə getdi. Orda bildiriblər ki, Mehparəni və qızlarını hər yerdə axtarıblar, amma tapa bilmirlər. Məcbur olub efirə çıxdıq. Gördük ki, işin üstü açılmır, ona görə Xoşqədəm xanıma müraciət etdik. Üç həftə sonra isə cinayətin üstü açıldı.

Efirdə səslənəndə ki, Mehparə və qızları Türkiyəyə gediblər, bu vaxt Fəqan guya qeyrətə gəlib. Deyib ki, biz qeyrətsiz deyilik ki, ana-bacımız Türkiyəyə getsin. İşin üstü açılandan bir gün əvvəl Fərhadla oğlu kafedə dalaşıblar. Fəqanı polis bölməsinə aparıblar. O, polisə hər şeyi etiraf edib.

- Qızlardan ailə həyatı quran, nişanlı olanı vardımı?

- Elə atası olan qıza kim nəzər salardı? Qızın birinə bir dəfə elçi apardım. Elçilərə dedilər ki, anamız ərə gedib nə gün görüb ki, biz də ərə gedək? Analarını çox istəyirdilər, ondan ayrıla bilmirdilər. Hər dəfə onlara kimsə elçi düşəndə, razı olmurdular.

İki il öncə Mehparənin qardaşı Elmana bir qız zəng edib demişdi ki, boş yerə onları axtarmayın, əvvəl bizimlə işləyirdilər, indi başqa yerə gediblər. Sonra mən həmin qıza zəng vurdum. Oğlan götürdü, aqresiv cavab verdi ki, bir də bu nömrəyə zəng edib, narahat etməyin. Məncə, biz efirə çıxandan sonra Fərhad kiməsə zəng elətdirmişdi. Sonradan həmin qızın nömrəsinə zəng çatmadı.

-Bəzən qız övladlarına qarşı kişilərdə aqresiyya olur, istəmirlər qızları olsun. Fərhad bəlkə qızlarını qəbul etmirdi, o səbəbdən onları öldürüb.

M.Əliyevanın qohumlarının bildirdiyinə görə, Fərhad qızlarına qarşı heç vaxt sevgi ilə yanaşmayıb. Hər fürsətdə onları döyüb, təhqir edib. Oğlu isə onunla eyni xarakterdə olub.

Söhbətimizi başa vuraraq, hadisənin baş verdiyi ünvana üz tutduq. Qətlin törədildiyi həyətin qapıları bağlı idi, ətrafda heç kim gözə dəymirdi. Hasardan həyətə daxil olub, 5 nəfərin vəhşicəsinə öldürüldüyü yerin fotolarını çəkə bildik.

Daha sonra qatil atanın qonşuluqda olan qardaşının evində olduq. Fərhadın qardaşı Raisin oğlu Vüsal Əliyevdən indiyədək bu hadisədən xəbərlərinin olub-olmadığını soruşduq.

V.Əliyev and-aman etdi ki, məlum hadisədən Fərhad və oğlunun həbsindən sonra xəbər tutublar.

- Bir qədər əvvəl həmin evdə olduq. Sizinlə məsafələri çox yaxındır. Necə ola bilər ki, 5 nəfəri qətlə yetirsinlər, sizin bundan xəbəriniz olmasın?

- Bizim onlarla münasibətimiz olmayıb. Nə biz onlara getmişik, nə onlar bizə gəliblər. Bu həyətdə dörd qardaş yaşayır. Heç kimin Fərhadgillə əlaqəsi olmayıb. Bir müddətdən sonra hiss elədik ki, Mehbarə xala və qızları həyətdə görünmürlər. Fərhad əmimdən soruşdum ki, bəs qızlar hardadı. Dedi ki, arvadı, uşaqları onu atıb, Bakıya gediblər. Bildirdi ki, 3-4 günə biz də şəhərə gedəcəyik. Sonradan əmimlə oğlu da yoxa çıxdı. Biz də fikirləşdik ki, yəqin Bakıda ev tutub, qalırlar. Hadisə nə vaxt olub, necə olub bilmirik. Məlumatımız olsaydı, dərhal polisə deyərdik.

- Sizə gəlməmişdən əvvəl hadisə olan evdə idim. Meyitlərin qoxusu hər yeri bürüyüb. Üç il ərzində bunu hiss etməmisiniz?

- Əvvəllər hiss etməmişik. Quyu açılandan sonra meyitlərin iyi ətrafı bürüyüb.

- Üç il ərzində əminizdən, ya da oğlundan bacılarının harada olduğunu soruşmusunuzmu? Çünki Mehparə Əliyevanın qohumları onları axtarışa vermişdilər.

- Fəqan il yarım əvvəl gəlmişdi. Ondan soruşdum ki, bacıların haradadır. Bakıda olduqlarını, işlədiklərini dedi. Hətta bildirdi ki, şəhərdə torpaq alıb, ev tikirlər.

- Əminiz cinayətin üstü açılandan sonra deyib ki, guya qeyrətini təmziləmək üçün öz ailəsini öldürüb.

- Yalan danışır, şər atır. Mehparə xala da, qızları da kişi qeyrətli olublar. Onların indiyədək bir səhv hərəkətlərini görməmişik. Əmim özünə haqq qazandırmaq üçün şər atır, ona inanmayın. Fərhadın necə insan olduğunu hamı yaxşı tanıyır. O, araqdan ötrü hər şey edərdi. Oğlu da özü kimi avara, səfehin biri olub. Bütün günü içib, evdə dava salıblar.

V.Əliyevlə söhbətləşdikdən sonra Mehparə Əliyevanın qonşuları ilə görüşdük. Onlar nələrin baş verdiyi hələ anlaya bilmədiklərini deyirlər.

- Biz onların necə namuslu insan olduğunu bilirik. Buna zərrə qədər şübhəmiz yoxdur. Mehparə uşaqlarını zülümlə böyüdüb. Fərhadın belə amansız olacağını gözləmirdik. Heyf, günahsız insanların həyatları məhv oldu. Fərhada, oğluna ən ağır cəza verilməlidir. Allah onların bəlalarını verəcək. Fərhad və oğlu Fəqan bu üç il ərzində özlərini təmkinli aparırdılar, evə gecə saatılarında gəlirdilər. Onların haradan gəlib-hara getdiklərindən xəbərimiz olmurdu. Onların evi ilə Kür çayının arasında 15 metr məsafə yoxdur. Bəlkə də evin altı ilə çay axır. Ola bilsin ki, Kür çayı cəsədlərin qoxusunu özünə çəkib.

Sakinlərlə söhbətimiz zamanı aydın oldu ki, zəhmətkeş ana və 4 məsum qızı heç bir səbəb olmadan, günahsız yerə öldürülüb. Şübhə yox ki, Fərhad və oğlu Fəqan tutduqları əmələ görə ən ağır cəzaya məhkum ediləcək.
"Onları danışsam Anar daş-qalaq olunar" - Keçmiş həyat yoldaşıAnar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva arasındakı qalmaqal səngimək bilmir.

Avrasiya.net cebhe.info-ya istinadən xəbər verir ki, repçinin ötən gün həyat yoldaşı haqqında söylədiyi "Hər dəfə bir "JEEP"-lə gəlirdi" açıqlaması qarşı tərəfi özündən çıxarıb

Anjelika Cəbiyeva məsələ ilə bağlı müsahibə verib:

-Çox təəssüf ki, Anar bu səviyyəyə enib. Mən JEEP-lərdən düşəndə, Anar, sən harada idin? Əgər sən kişisənsə, həyat yoldaşın barədə ümumiyyətlə, danışmamalı idin. Bir xanım kimi Anar məni çox əzib, təhqir olunmuşam, söyülmüşəm, çox şeylər olub, amma hamısını gizlətmişəm. O vaxt bunların heç birini açıb-ağartmamışam. Əgər Anarın dediyi lüks həyatın, bahalı maşınların, evin arzusunda idimsə, həyatımın 8 ilini onunla niyə çürüdürdüm? Onun dediyi kimi, "JEEP"lərdə gəzən idimsə, indi niyə kirayələrdə qalmışam? Anarın uşaqlarıyla kirayədə qalıram, pulu da zülmlə ödəyirəm.

-Evin kirayəsi nə qədərdir?
-Ev yiyəsi ilə 300 manata danışmışdıq. Gözəllik salonunda işləyirəm. Müştəri də həmişə olmur. Ev yiyəsi ilə danışıb, kirayəni 250 manata endirmişəm. Yəni, Anarın dediyi kimiydimsə, niyə indi altımda maşınım yoxdur? Niyə bahalı evdə yaşamıram? Üstəlik də uşaqlarımın tapdanmış hüquqlarını tələb edirəm. Anar söhbəti fırladıb mənim üstümə atmaqla nəyə nail olmaq istəyir? Hər şeyi mənim üzərimə atıb, özünü təmizə çıxarmaq istəyir.

"Anar əvvəldən video çəkməyin manyakıdır"

-Anar deyir ki, həmin video psixotrop maddələrin təsiri altında çəkilib.
-O özü də gözəl bilir ki, heç bir maddənin təsiri altında olmayıb. Çünki Anarın başqa videoları da var. Biz Anarla evli olan müddətdə özümə çoxlu təzyiqlər olub. Müxtəlif xanımlar vasiətsilə Anarın videoları göndərilib. Qız gəlib qapımda qışqırıb, Anar belə-belədi... Anarı da tutub, içəri basıblar. Axşam da yenidən evə qayıdıb. Anar "Maşın şou"ya çıxanda həmin xanım yenidən zəng etdi ki, mən də onun başqa videoları var. Mən də o xanıma dedim ki, görüşək, videoları mənə verin. Amma həmin videoları mənə vermədi. Onu da deyim ki, Anar elə əvvəldən belə videoların xəstəsidir, manyakıdır. O prosesdə özü özünü çəkəndir. Durub deyir ki, hansısa dərmanların təsirinə düşüb. Hansısa qadınla yeyib-içəndə necə kişisən ki, hiss etməmisən bunu? Yəni, məcburi heç kimin ağzına dərman tökmək olmur. Yəni, sən bunun istifadəçisisən, bunu boynuna alırsan...

"Əlimdə faktlar var ki, bununla Anarı yerlə-yeksan etmək olar"

-Deyirsiniz ki, videonu siz yaymamısınız?
-Xeyr. Həmin videonu mənə 6 il öncə, özü də hamilə olduğum vaxt göndərmişdilər. O videonu görəndə həkimlik oldum, uşağımı itirmək təhlükəsi ilə üz-üzə idim. O vaxt ailəmizdə həmin videoya görə boşanma söhbəti də oldu, amma videonu yaymaq ağlımdan keçmədi. Onda yayardım, haqlı da olardım. Bu söz-söhbətlərə də gəlib çıxmazdım. Əlimdə ondan da artıq kompromatlar var ki, bununla Anarı yerlə-yeksan etmək olar. Onun mənə qarşı etdiklərini açıqlamaq istəmirəm. Onun Suraxanı rayon Məhkəməsində işi var. Anar özü çox gözəl bilir nə işidir... Yəni, onlar qaldırılsa, açıqlansa, Anar gərək, ümumiyyətlə, Azərbaycanda yaşamasın, ölkədən köçsün. Ona görə də Anara məsləhət görürəm ki, telefonuma cavab versin, deyəcəyim sözləri dinləsin. Əgər insan olub, uşaqlarını evlə təmin edəcəksə, etsin. Yoxsa videonun yayılmağını üzərimə atmaqla mənə növbəti zərbəni vurmuş olacaq. Çünki o videoda mən təhqir olunmuşam. Niyə məhz digərləri yox, mənim təhiqr olunduğum videonu yayıblar? Bu söhbətdə mənəvi təzyiqi, stressi mən və uşaqlarım alıb. O, ata kimi məni və uşaqlarını düşünsəydi, səsimi yaymazdı. Anarın mənə etdiyi fiziki, mənəvi təzyiqləri, əməllərini açıb deyə bilərəm. Onları danışsam o, millətin qınaq obyektinə çevrilib, daş-qalaq olunar.

Mənə etdiklərinə görə məhkəmədə cavab verəcək"

-Anar Nağılbazdan nə vaxt boşanmısınız?
-İki ilə yaxındır ki, ayrılmışıq. Rəsmi olaraq isə 1,5 ildir ki, boşanmışıq.

-Onun yeni ailə quracağı Aytən xanımı tanıyırsınız?
-Xeyr. Amma bu ilin yayından bilirdim ki, Anarın həyatında qadın var. Həmin xanımla evlənəcək. Bu barədə özü mənə demişdi. Boşanmış insanın yenidən ailə qurması normaldır. Mən də bunu çox normal qarşılamışam. Mən də cavan xanımam, sabah ailə qura bilərəm. Bu, onun şəxsi işidir. Çünki biz rəsmi boşanmışıq. Anar deyirdi ki, mənə zəng etmə, yazma. Uşaqlar da yazmasın. Çünki Aytən qısqanır. Məni hədələyirdi, deyirdi ki, Azərbaycanda yaşamaq istəyirsənsə, ağıllı ol, səni yerlə-yeksan edərəm. Bunlar hamısı mənim tərəfimdən məhkəməyə təqdim olunacaq. Anar qanun qarşısında mənə vurduğu mənəvi, maddi ziyanı ödəyəcək. Ondan təzminat tələb edəcəyəm.

-Təzminatın miqdarı nə qədər olacaq?
-Bilmirəm, buna vəkilim, məhkəmə qərar verəcək. Çünki bu qalmaqaldan sonra mən də, uşaqlarım güclü əsəb, stress keçirdik. Oğlum Tamerlan məktəbə gedir, onu dərslərdən saxlaya bilmərəm. Anar bir az məntiqli, düşüncəli, sözün əsl mənasında bəy olsa, ailəsi bu vəziyyətə gəlib çıxmazdı. O düşünməlidir ki, mənim iki övladım var. Qızım var, anamın adını qoymuşam. Oğlunun 9 yaşı var. Sabah o, böyük kişi olacaq. Anar düşüncəli ata olsaydı, belə hərəkətlərə yol verməzdi. Onun düşüncəsinin hara qədər olduğu millətə də agah oldu.

"Toyumuzda atamla qardaşlarım iştirak etməyib"

-Anar Nağılbazla nə zaman, hansı şəraitdə tanış olmusunuz?
-Anarla ümumi dostun toyunda tanış olmuşduq. O adam Anarı yaxşı tanıyırdı. Ailəmə də onunla bağlı danışmışdı. Ona görə də ailəm Anarla evlənməyimi istəmirdi. Hətta toyumuzda nə atam, nə də qardaşlarım toyumuzda iştirak edib.

-Səbəb nə idi?
-Çünki onunla evlənməyimi istəmirdilər. Mən ailəmə qarşı çıxıb o insana ərə getdim, ailə qurdum.

-Adınız da bizim üçün maraqlıdır.
-Mən təmiz azərbaycanlıyam. Adımı məndən 6 yaş böyük qardaşım Mehdi qoyub. "Uzaq sahillərdə" filminə baxıb, oradakı Anjelika adını bəyənib. Mən yeni doğulubmuşam, 3 gün ağlayıb ki, bacımın adı Anjelika olacaq. Onun istəyi ilə bu ad mənə qoyulub.

-Neçənci ildə doğulmusuz?
-1986-cı ildə.

-Anar Nağılbazla aranızda böyük yaş fərqi var.
-Bəli, o, məndən 10 yaş böyükdür. 1976-cı ildə doğulub.

"Anar anasını döyərək, ayağını sındırmışdı"

-Keçmiş qayınananız Şərqiyyə xanım da baş verənlərdən çox üzülüb.
-Mənim indiyə kimi o ailəyə pisliyim dəyməyib. Bunu nə qayınanam, nə qayınatam, nə də qayınlarım inkar edə bilər. O evdə mən yaxşı gəlin yox, qız olmuşam. O evdə özümü gəlin kimi aparmamışam. Mən o anaya qayınana, ya xala yox, ana demişəm. Ataya da elə ata deyə müraciət etmişəm. Onlara müraciətim indi də elədir, onlar mənim böyüklərimdir. Bu da gördüyüm tərbiyədən irəli gəlir. Çünki 8 il az müddət deyil. Anar onların oğludur, ananı da başa düşürəm. Övlad nankor çıxmaya da... O ana da oğlundan az çəkmıyib. Ana olaraq oğlunun əməllərini gizlədirdi. Bir adam ki, anasını incidə, əzə keçə, onun arvad-uşaq heç vecinə olmaz. O insan anasını mənim yanımda elə təhqir edib ki... Ananı elə bir vəziyyətə salıb ki. Anarın ümumiyyətlə, Azərbaycan xalqının qarşısında danışmağa dili olmamalıdır. Anadır, əlbəttə danacaq. Hətta evinə polis gələndə də danmışdı ki, yıxılmışam...

-Anar Nağılbaz anasına əl qaldırmışdı?
-O, ana olaraq danmışdı bunu. Dedi ki, nə edim, oğlumdur?! Onun dediklərində həqiqət olsa məni yandırmaz. Deyərəm ki, cəhənnəm, mən bu yolun yolçusu olmuşam. Amma yalan sözlər adamı yandırır. Amma adama belə böhtan atanda yanıb-yaxılırsan. Sən nədən danışırsan? Hansı qeyrətdən, kişilikdən dəm vurursan? Bu sözləri deməklə özünü reklam edirsən? Ayıbdır.
"Məmurlar, deputatlar, nazirlər magiyaya müraciət edir"Avrasiya.net "Ekstra hiss” verilişinin qalibi, ekstrasens Nadim Alixanovun BakuPost.az-a verdiyi müsahibəni təqdim edir:

- Nadim, siz "Bitva ekstrasensov” verilişi ilə müqayisə olunan və Azərbaycanda kifayət qədər marağa səbəb olan "Ekstra hiss” verilişinin qalibi olmusunuz. Niyə sonradan Rusiyada eyni tip yarışa qatılmadınız?

- Qatılmışdım. Moskvadakı verilişin seçim turlarından da keşmişdim. Amma orda o verilişi yaradan prodakşn mənə bildirdi ki, qalib olmaq üçün 200.000 dollar verməlisən. Çünki onlar mənim gücümü bilirdilər. Orda 3-4 əsl ekstrasens olur, qalanı şou üçün aktyor kimi daxil olunur. Həm də bildiyiniz kimi, 3-lüyə düşən qalibləri müqavilə ilə Moskvada 2-3 il işlədirlər. Özü də işin şərtləri dəhşətli dərəcədə ağırdır: sənə qiymət qoyulur, müştəriləri onlar yazır, sən səhərdən gecəyə kimi bir otaqda müştəri qəbul edirsən, qazancın 70-i onların, 30 faizi sənin olur. Bu əsl qul işidir. Üstəlik orada qalmaq, yemək xərcini də özün ödəyirsən. Mən bu şərtlərə razı olmadım. Gül kimi gücümü ruslara niyə xərcləyim? Sonra da müqavilə bitən kimi səni pisləməyə başlayırlar. Necə ki, Zirəddini indi efirlərdən qovurlar. Niyə "Bitva”dan sonra onu güclü reklam edirdilər, gözün üstə qaşın var deyəni yox idi? Çünki pul qazandırırdı. Zirəddinə fikir verin, indi-indi özünə gəlir. Əvvəl işləməkdən bir dəri bir sümük idi; əzgin, yorğun, gücsüz. 3 ilin içində qocaldı. O cür qul şəraitində işləmək asan deyil. Amma Zirəddinə bu lazım idi, çünki ora gedənə kimi heç nə idi. Azərbaycanda qalsaydı yenə heç kim olaraq həyatına davam edəcəkdi.

"BU YAXINLARDA ÇÖRƏK KƏSDİYİM BİR JURNALİST MƏNİ DÖVLƏT ORQANINA SATDI”

- Saytımızda Zirəddinin Rusiyada aparıcı tərəfindən verilişdən qovulduğu ilə bağlı xəbəri verdikdə, bir rəy yazmışdınız: "Belə gücü vardısa, əvvəldən bilərdi ki, ordan qovulacaq, getməzdi. Qovulandan sonra nə hay-haray salıb?”

- Düz demişəm də... Ekstrasensin özü ilə bağlı az da olsa nəsə hissiyatı olmalıdır axı. Çox tanınmış insanlar var ki, Zirəddinin onların gələcəyi ilə bağlı dedikləri düz çıxmayıb. Bir jurnalistə demişdi ki, 30 yaşında öləcəksən. O vaxt saytda da getmişdi bu yazı. Üstündən 5-6 il keçib, indi o jurnalistin 34 yaşı var. Özü barədə də deyib ki, 35 yaşında öləcəyəm. Hanı, özü də az qala 40 yaşı keçir. Hər dəfə 5 il ömrünü artırmaqla məşğuldur (gülür).

- Siz Azərbaycanda qaldınız, amma burda Rusiyadakı kimi pul yoxdur. Həm də dediniz ki, artıq geniş fəaliyyət göstərmirsiniz. Səbəb nədir?

- Azərbaycanda ekstrasenslər üçün şərait yoxdur. Bizdə adamı çox sıxışdırırlar. Sabir var idi, Moskvadadır, Etibar var, Rusiyadadır, Nuridə Moskvadadır. Burdakılar ancaq adamı ilişdirməyə çalışır. Elə bil ki, mən kiməsə yalvarıram, məcbur edirəm ki, yanıma gəl. Sizə kömək ediriksə, niyə bizi oyuna salırsınız? Bu yaxınlarda 7 il tanıdığım, çörək kəsdiyim bir jurnalist məni dövlət orqanına satdısa, daha kimə inanım? Türkiyədə televiziyada, internetdə kofe falı, kart falı, hər şey leqaldır, açıq şəkildə həyata keçirilir. Burda online kofe falı edə bilərsən? Yox. Ona görə daha kimi oldu qəbul etmirəm. Nəyimə lazım? O gün gedib "Topaz”da 1300 manatımı uddum, pulumu qazandım.

- Deyirlər ki, 2017 ci il üçün proqnozlarınızın əksəriyyəti düz çıxmadı. Nə baş verdi ki? Nə demişdiniz ki, olmadı?

- Əslində, mənim verdiyim o müsahibədə proqnozlar sırf 2017-ci il üçün deyildi. Qarşıdakı illər üçün idi. Müsahibəmi düzgün təqdim etmədilər, ya da səhv anladılar. Guya mən demişəm ki, Qarabağı qansız ala biləcəyik. Xeyr. Demişəm ki, qansız ala bilməyəcəyik. Qarabağla bağlı mənim proqnozum budur: Qarabağı bizdən Rusiya alıb. Rusiya da 2018-2019-a doğru torpaqların az bir hissəsini qaytaracaq. Xüsusən apreldən sonra oyunlar qızışacaq. O az hissənin qaytarılması da Rusiyanın xarici qüvvələrə özünü sübutu üçün və bu ölkənin hökumət başçısının hakimiyyətdə çox qalması üçün olacaq. Mənim hissiyatım budur ki, Qarabağ münaqişəsi elə bir vaxtda qızışacaq ki, artıq bir çox ölkələrin öz aralarında müharibələr başlayacaq. Sonra bu müharibələr birləşib III dünya müharibəsinə çevriləcək. Dünya müharibəsi isə artıq başlayıb, bu da iqtisadi müharibədir. Dünya müharibəsi başlayanda isə artıq Qarabağ mövzusu heç kimə maraqlı olmayacaq.

DEPUTATI HƏBSDƏN MƏN QURTARDIM

- 2018-ci il üçün konkret əmin olduğunuz proqnoqlarınız hansılardır
?

- 2018-c il üçün hissiyatım bunları göstərib:

• Azərbaycan səmasında təyyarə düşəcək. Bu, öz təyyarəmiz də ola bilər, digər ölkənin də

• Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı ərəfəsində terrorlar olacaq

• 2018-2019-da Ukraynada hökumət dəyişəcək

• Türkiyə, Gürcüstanda partlayışlar olacaq

• Dünyada bir lider, prezidentlərdən biri sui-qəsd nəticəsində öldürüləcək

• Maddi, iqtisadi vəziyyət getdikcə pisləşəcək. Çünki III dünya müharibəsinin səbəbi elə iqtisadi böhrandır. Mən dolların 2.50 manat olacağını demişdim, bu fikrimdə qalıram. Süni yolla nə etsələr də, dollar qalxacaq

• Süni yolla yaradılan zərbələr nəticəsində zəlzələlər, təbii fəlakətlər çoxalacaq

• 2018-də insanların kütləvi tələfinə, ölümünə start veriləcək. Dünyanı idarə edən qüvvələrin qərarı budur. 2021-ci ildən sonra insanlar bir qarın çörəyə qul kimi işlədiləcək

• Baltikyanı ölkələr çox qarışacaq

• Bizdə prezident seçkiləri əvvəlkilərə nisbətən çox gərgin keçəcək. Çox fərqli hadisələr baş verəcək

• Keçən il demişdim ki, Əli İnsanov, İlqar Məmmədov həbsdən çıxacaq. Amma deməmişdim məhz 2017-də. Demişdim ki, onlara verilən cəzanı axıra kimi tam çəkməyəcəklər. Yaxın zamanda azadlığa çıxacaqlar, özü də ard-arda.

- Bəs məmur, nazir dəyişikliyi görürsünüzmü?

- Xırda dəyişikliklərdir. Bilirsiz məmurlar, deputatlar, nazirlər magiyaya müraciət edir. Bir deputat və icra başçısı var idi, artıq həbs olunmaq ərəfəsində idi, məni çağırdı, birdən elə hadisələr cərəyan etdi ki, həbs fikrindən daşındılar. Son anda yuxarıdan fikir dəyişilir. Ya elədiyi yaxşılıq yada düşür, ya yazıqları gəlir, dəymirlər. Bu da bizim təsirimizin nəticəsidir. Məmurlar, nazirlər gözə-nəfsə çox gəlirlər. Onların ayağını qazan da çox olur.

XOŞQƏDƏMLƏ DOĞUŞ AYRILACAQLAR

- Məşhur simalar barədə nə deyə bilərsiniz? Məsələn, Fədayə Laçının aqibəti barədə...

- Fədayənin uzun müddət həbsdə qalacağını görmürəm. Tez azad olunacaq. Ev dustaqlığı görürəm. Onun o cinayətdə elə də böyük rolu yoxdur. Başqa ekstrasenslər, astroloqlar kimi deməyəcəyəm ki, bu il 3 xalq artisti öləcək. Onu uşaq da bilir ki, xalq artistlərinin çoxu yaşlı, xəstə adamlardır. Təbii ki, ildə 3-4 nəfərin rəhmətə getməsi normaldır. Mən gənc oğlan və ya aktyor, ya müğənninin ağır avtomobil qəzası keçirəcəyini görürəm. Müğənni Damla ehtiyatlı olsun. Nəsə o çox gözümə gəlir. Aparıcı Zaur Baxşəliyev səhhətinə diqqət yetirsin, mədəsini müalicə etdirsin, kəskinləşmə olacaq. Bir də Xoşqədəmlə Doğuşu sona qədər birgə görmürəm, ayrılacaqlar.

- Astroloq Səbuhi Rəhimli ilə də son günlər aranızda gərginlik var. Nə baş verir?

- Aygün xanım, mən Səbuhi Rəhimlini astroloq kimi qəbul etmirəm. O mənim adımı hallandırıb, saytlarda yazılar verir. Mənimlə dirəşir. Səbuhi mənim videoma baxsın, gəlsin "Topaz”a. Onun hansı proqnozları doğru çıxıb ki? Azərbaycanda astroloq yoxdur. Astroloq da ekstrasensliyin qırıq-quruq parçasıdır, hava proqnozu kimi bir şeydir. Onlar yaxşı psixoloqdurlar, söz yığınından başqa bir şey demirlər. Dünya enerji üzərindədir. Bürclər, planetlərlə proqnoz olmur. Dünyada ümumiyyətlə astroloq yoxdur, bunlar hamısı boş şeydir.

"ÇELSİ”YƏ "QARABAĞ”A ÇOX QOL VURMAMA TAPŞIRIĞI GƏLMİŞDİ

- "Topaz”da tez-tez pul udduğunuzla bağlı açıqlama vermişdiniz. Belə başa düşdüm ki, futbolla maraqlanırsınız, baxırsınız. "Qarabağ”ın Çempionlar Liqasındakı oyunları barədə fikirləriniz nədir?

- Bilirsiniz, futbol oyunları qumardır, idarə olunur. Bu, təkcə bizim komandada yox, bütün dünya klublarında belədir. Qarabağ-Çelsi oyununda "kofsent” elə gəldi ki, insanları "Qarabağ”ın "Çelsi” ilə heç-heç olacağına inandırmışdılar. Bu hesaba pul qoyanlar çox oldu. Oyunun əvvəlində də "Qarabağ” hücumlar etdi, elə təəssürat yarandı ki, hətta uda bilər. Pullar axışdı. Sonra noldu, "Çelsi” 4 qol vurdu. Hələ "Çelsi” 8-9 qol vura bilərdi, vurmadı, istəmədi, çünki göstəriş belə gəlmişdi. Əgər "Qarabağ” "Çelsi”ni udsaydı, dünya futbol kontorları müflis olardı. Hətta mənə elə gəlir ki, topun içinə belə cihaz qoyulub. Hakimlər belə idarə olunur. Qulağında qulaqcıq var. Nə deyirlərsə, onu da edir. Bunları görmək üçün hissiyat lazımdır. Sizə dediyim proqnozlar müsahibə zamanı mənə gəlmir. İl ərzində gəlir, gözümə görünür, mən bu qeydləri edirəm.
İşdən çıxarılan icra başçısı: "Ziya Məmmədov mənə dedi ki, çaşarsan ha birdən"Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib.

Avrasiya.net Yaşar Məmmədovun bu mövzuda Unikal.org-a müsahibəsini təqdim edir:

- Dünən tutduğunuz vəzifədən azad olundunuz...

- Əvvala qeyd edim ki, mən Prezident İlham Əliyevin əsgəriyəm. 2010-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum. İşimi təhvil-təslim etdikdən sonra tərk etmişəm. Bundan sonra da qalan ömrümü Prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.

- Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz…

- Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki?

- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?

- İşdən azad olunmağıma gəldikdə isə bir daha deyirəm, mən prezidentin əsgəriyəm. Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib. Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm...

- İlham Əliyevin dünənki sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?

- Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa “fikir” söyləyərsən? Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı.

- Bəs siz nə dediniz?

- Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.

- Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?

- Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin. Normal yaşamağım üçün yetərli məbləğdir.
Zaur Darğallı: “İndiyə kimi bildiyim işlə məşğul olmuşam” Üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə faydalı bir iş görməyin insana yaxşı hisslər bəxş etdiyini deyir. Bir çoxlarına çətin, ciddi rejimli iş kimi gələn sahəsinin zövqlü tərəfi də məhz insanlara faydasının toxunduğunu hiss etməkdir. "İnsanlarla ünsiyyətdə imicimizin əsas mesajı sadəlik, onlara yaxın olmaq və gülər üzdür” – deyən müsahibimiz Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernator müavini olan azərbaycanlı gənc Zaur Darğallıdır.

Əlavə edək ki, Kvemo Kartli bölgəsinə Bolnisi, Qardabani, Dmanisi, Tetri-Tskaro, Marneuli, Tsalka, Rustavi bələdiyyələri aiddir.

Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Hazırkı vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.

- Son iki təyinatınıza - ondan əvvəlkiləri də aid edə bilərik - fikir versək, görərik ki, önəmli, məsuliyyətli vəzifələri üzərinizə götürmüsünüz. Gənc nəsil adətən iş seçərkən rəngarəngliyə meyl edir. Gənc yaşda məmur olmaq sizin üçün yorucu gəlmir?
- Bir çox insan gənc yaşından özü üçün müəyyən sahəni seçir və sevdiyi işlə məşğul olmağa çalışır. Mən isə məktəbi bitirdikdən sonra ictimai sahəni seçmişəm və işin özü mənə hər zaman zövq verib. Çünki üzərimizə düşən vəzifəni yerinə yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə fayda gətirmək insana yaxşı duyğular bəxş edir. İnsanlar üçün nəsə etmək, az da olsa faydanın toxunmasını hiss etmək gözəldir.

- İşinizin zövqlü tərəfləri də məhz bunlardır ki, məhz sizin diqqətinizi çəkir?
- Bəli. İnsan işlədiyi yerdə, seçdiyi yolda vicdanla çalışmalı, üzərinə düşən vəzifəni maksimum şəkildə düzgün yerinə yetirməlidir. Hazırda təyin olunub çalışdığımız vəzifə daimi olaraq bizə aid deyil, müvəqqəti olaraq burda varıqsa, xalqımız, dövlətimiz qarşısında bizə göstərilən etimadı doğrultmalı, öz səlahiyyətimiz çərçivəsində işimizi layiqincə yerinə yetirməliyik.

- İşin zövqlü tərəfi ilə yanaşı, xarakterinizdə də siyasətə uyğunluq hiss olunur. Bəlkə bu istiqamətə meyillənməyinizdə xarakterinizin də rolu var?
- Ola bilər. Tələbə illərindən aktiv şəkildə qeyri-hökumət təşkilatlarında çalışmışam, idarə etmək, icra etmək, cəmiyyəti yaxşıya doğru dəyişmək istəyim olub. Əlbəttə ki, siyasi işlərdə də bu komponentlər mühüm yer tutur.

- Məktəb illərindəki təhsilin insanın gələcəyində rolu böyük olsa da, tələbəlik illərində özünü necə təsdiq etməsi karyerasında daha önəmlidir. Tələbəlik illərini necə keçirmisiniz?
- Məktəb illərindəki aktivliyim tələbəlik illərində də davam etdi. Tələbə vaxtı - 17 yaşımdan qeyri-hökumət təşkilatlarında çalışırdım, müxtəlif layihələr üzərində işləyirdim. Paralel olaraq beynəlxalq media qurumlarında çalışırdım. Demək olar ki, 4-5 il müxtəlif beynəlxalq seminarlarda, treninqlərdə davamlı iştirak etdim, çox aktiv, maraqlı və faydalı illər idi.

- Müsahibə üçün xeyli vaxtdır danışsaq da, heç cür vaxtınız olmurdu. İş rejimi sizdə necədir? Planlı bir rejiminiz varmı?
- Mənim üzərimə düşən vəzifə bölgədə olan azərbaycanlı əhalinin problemləri ilə məşğul olmaqdır. Paralel olaraq müxtəlif tədbirlər təşkil edirik, bölgəmizə daxil olan rayonlarda yerli hakimiyyətin əhali ilə işinin, həyata keçirilən işlərin daha effektiv olması üçün çalışırıq. Gürcüstan hakimiyyətinin ölkənin inkişafı ilə bağlı böyük planları var. Bölgənin inkişafı üçün görüləcək işlərimiz çoxdur. Son illərdə bölgədə ciddi inkişaf tempi müşahidə olunur, biz bir neçə ilə bölgədə qismən mövcud olan – yollar, suvarma, içməli su və müxtəlif problemləri tam olaraq həll edəcəyik, həmçinin kəndlərdə gənclərin inkişafı üçün müxtəlif infrastrukturun inkişaf etdirilməsi ilə bağlı planlarımız var. Yerli hakimiyyətlərlə bu planları həyata keçirmək, bölgəmizdəki inkişaf prosesinin daha da sürətli şəkildə getməsi üçün çalışırıq.

- Məmurun həm də insanlarla gözəl ünsiyyət qabiliyyəti olmalıdır. Bunu heç də hər məmur bacarmır. Bəs sizin idarəetmədə hansı prinsipləriniz var?
- Bilirsiniz, əhalini tam olaraq razı salmaq çətin işdir. Bizim əsas məqsədimiz bölgədə inkişaf prosesinin sürətli getməsidir. Görülən işlərin keyfiyyətinin, sayının artmasına, büdcənin düzgün xərclənməsinə, layihələrin daha da genişlənməsinə çalışırıq. Əlbəttə ki, bunların hamısı əhalinin istəyindən, qoyduqları problemlərin prioritetlərindən irəli gəlir. Biz hər zaman bölgəyə daxil olan hər rayonda insanların qaldırdığı problemə önəm veririk. Elə problemlər var ki, tez həll olunur, bəzən isə müxtəlif prosedurlar tələb etdiyi üçün zaman aparır.

- Problemin həlli üçün müraciət edənlər bir az səbirsiz olurlar, yerində həll olunmasını istəyirlər...
- Bu, ümumiyyətlə, Qafqaz xalqlarına xas olan xüsusiyyətdir. Hər şeyin tez bir zamanda həll olunmasını istəyirik. Əlbəttə ki, hakimiyyətimiz də bütün problemlərin tez həll olunmasında maraqlıdır, ancaq bununla yanaşı, görülən işlər keyfiyyətli olmalı və planlaşdırılmış şəkildə icra edilməlidir. Biz əhali üçün tam olaraq açığıq, heç bir insan nə yerli, nə də regional hakimiyyət səviyyəsində deyə bilməz ki, mən qubernator, qubernator müavini ilə görüşə getdim, amma qəbul edən olmadı. Tam açıq şəkildə çalışırıq, hər bir insanı dinləməyə hazırıq və bunu edirik. Problemini dinləyirik və həmin andan imkanlarımız çərçivəsində həlli üçün işləməyə başlayırıq.

- Klassik siyasət adamları ciddi obrazı seçsələr də, bu gün siyasətdə çalışanlar, məmurlar bir az pozitiv olmağa meyl edirlər. Hətta bunun üçün psixoloqlarla xüsusi iş aparırlar. Çünki bu zaman insanlarla daha yaxşı ünsiyyət qurmaq olur. Maraqlıdır, insanlarla yaxşı ünsiyyət qurmaq üçün sizin hansısa üsulunuz var?
- İnsanlarla pozitiv şəkildə rahat ünsiyyət qura bilirəm. Özümü dartıb, insanlara yuxarıdan aşağı baxmıram, onlarla eyni səviyyədə olan şəxs kimi söhbət edirəm. İmicimizin əsas mesajı sadəlik, gülərüzlük və insanlara yaxın olmaqdır. Dərk edir və bilirik ki, bizim bu işdə olmağımızın başlıca məqsədi insanlara xidmət etməkdir.

- Karyerada uğur əldə edənlərin iddiaları böyük olur. Sizdə necə, karyera ilə bağlı planlar varmı?
- Həyatda hər kəsin məqsədi, arzusu olmalıdır. Bu, önəmlidir. Bu gün mən hakimiyyət komandasının bir üzvüyəm. Hakimiyyətin liderləri var, onlar komandanın hər bir üzvünün harada olacağını müəyyənləşdirirlər. İndi məni bura layiq görüblər, burdayam və öz işimi layiqincə görməyə çalışıram. Sabah hara layiq görsələr, orda da olacağam. Əlbəttə ki, bizim öz məqsədlərimiz, iddialarımız da ola bilər. Amma ümumi komandanın üzvüyük və bu komandanın atdığı addımlardan irəli gələrək verdiyi qərara görə öz yerimizi tuturuq.

- Yeni təyinatla fərqli mühitə düşəndə uyğunlaşma məsələsi var. Bu, çox vaxt alır?
- Bu, insanın özündən asılıdır. Məni öz sahəmdən götürüb başqa yerdə tamam başqa istiqamətdə bir işə təyin etsələr, çətin olar. Amma indiyə kimi bildiyim işlə məşğul olmuşam. Buna görə də düşdüyüm yerə, işə uyğunlaşmaq o qədər də çətin olmur.

- Elə insanlar var ki, haqsız olsalar belə, narazı olurlar və onları inandırmaq elə də asan olmur. Belə məqamlarda necə davranırsınız?
- Belə hallar olur. Məsələn, biz qanunla bu cür olduğunu deyirik, amma onlar qanuna zidd olaraq öz şəxsi istəklərini yerinə yetirmək istəyirlər. Onlara maksimal şəkildə asan dildə başa salırıq, yenə də bəzən öz istədiklərini deyirlər. Şəxsən mən bu kimi hallarda heç vaxt aqressivləşmirəm. Bizim məqsədimiz də insanlara hər şeyi düzgün şəkildə izah etməkdir. Bizim vəzifədə olmağımızın təmin edən əhalimizdir, aldığımız məvacib də onların verdiyi vergilərdən formalaşır. Bizim funksiyamız əhaliyə xidmət etməkdir, onlara aqressiv münasibət göstərmək, qışqırmaq yox. Ona görə mən vətəndaşın haqsız olduğu halda düzü qəbul etməsi üçün sonuna qədər səylə çalışıram. Maksimal güzəştə gedirəm ki, vətəndaş özünü rahat hiss etsin və problemi həllini tapsın.

- Belə başa düşdüm ki, səbirli adamsız...
- (Gülür) Bəli, özü də çox...

- İşlə yanaşı ailəyə, dostlara vaxt ayırmaq məsələsi də var. Bizi sevən insanlara vaxt ayırmayanda onlar o qədər də səbirli davranmırlar, inciyirlər. Bu cəhətdən balansı qoruya bilirsiniz?
- Dostlara, ailəyə də vaxt ayırmaq lazımdır və mən buna çalışıram. İşdə vətəndaşlar necə bizim üçün önəmlidirsə, şəxsi həyatda da önəmli insanlar var və onlara da vaxt ayırmalıyıq. Hər birinə lazımınca vaxt ayırmağa çalışıram və hələ ki indiyə qədər balansı qoruyub saxlamağı bacarmışam. Hələ ki narazılıq edən yoxdur (gülür). İllər keçdikcə iş yükü artır, buna görə çətin ola bilər, amma hələ ki o cəhətdən, problem yaşamıram.

- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Uğurun sirri dostların, ailənin dəstəyidir. Ən önəmlisi isə çoxlu çalışmaq lazımdır. Amma bundan da öncə, gərək bacarığın olan sahədə özünü tapasan və orda çalışasan.

kaspi.az
AB-nin Bakıya dəstəyinə qarşı Kremlin “Qarabağ planı”Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçıları Qarabağla bağlı bəyanat qəbul ediblər. İndiyə kimi KTMT Qarabağ məsələsinə müdaxilə etmirdi və bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səlahiyyətində olması ilə izah edirdi.

Politoloq Nəzakət Məmmədovanın Axar.az-a KTMT-nin Qarabağla bağlı bəyanat qəbul etməsinin səbəbləri barədə danışıb.

- KTMT-nin birdən-birə Dağlıq Qarabağ konflikti ilə bağlı belə bir bəyanat verməsinin səbəbi nədir?

- KTMT-nin belə bir bəyanat verməsinin bir neçə səbəbi ola bilər. Düşünürəm ki, Avropa Birliyinin son sammitində dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələsinin birmənalı surətdə dəstəklənməsi bəyanatına qarşılıq olaraq, Rusiya MDB məkanındakı münaqişələrə münasibətdə həm də millətlərin öz müqəddəratını təyinetmə prinsipini ehtiva edən bəyanat yaymaqla, “balans” yaratmaq istəyir. Çünki Avropa Birliyinin bəyanatı Azərbaycanın mənafelərinə, milli maraqlarına qeyd-şərtsiz uyğun gələn mötəbər bir sənəddir. Münaqişələrin beynəlxalq hüquqa, dövlətin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həlli əsas götürülən bu sənəd Rusiyanı və Ermənistanı narahat edir. Çünki post-sovet məkanındakı münaqişələrin hər biri Rusiyanın nəzarətindədir və o, beynəlxalq hüququn bir-birinə zidd iki prinsipini - ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini eyni münaqişəyə tətbiq etməklə onun həllinin mümkün qədər uzanmasına şərait yaradır. Bununla da münaqişə tərəflərini öz təsir və təzyiqi altında saxlamağa çalışır. Avropa Birliyinin bəyanatında isə ərazi bütövlüyü əsas götürülür və bu prinsip əsasında münaqişələr daha tez həllini tapa bilər.

- Məhz danışıqların intensivləşdiyi dönəmdə qəbul edilən bu bəyanatda BMT qaydalarının əksi olan məqamların önə çəkilməsinin səbəbi nədir?

- KTMT dövlət başçıları Minskdə bu bəyanatı qəbul etməklə Avropa Birliyinə və onun bəyanatına dəstək olan tərəfdaş MDB ölkələrinə xatırlatmaq istəyir ki, münaqişələrə Rusiyanın yanaşması dəyişmir. Eyni zamanda, Ermənistana da bir daha dəstək ifadə olunur. Çünki öz müqəddəratını təyinetməni Ermənistan hər zaman beynəlxalq hüququn ən başlıca prinsipi kimi göstərməyə çalışır. Bunlarla yanaşı, son dövrlərdə Türkiyə də bu münaqişənin həllinə maraq göstərməyə başlamışdı və Ərdoğanla Putinin görüşlərində bu məsələnin müzakirə olunduğunu bilirik. Yəni, həm Türkiyə, həm Avropa Birliyinin münaqişəyə münasibət bildirməsindən narahat olan Rusiya bir daha öz mövqeyini ortaya qoyaraq məsələnin Minsk Qrupunun səlahiyyətində olduğunu, həmsədrlərin isə həm ərazi bütövlüyü, həm öz müqəddəratını təyinetmə prinsipinə əsaslanmağa davam edəcəyini bildirmiş oldu.
Anar Nağılbazın anası: "Belə şayiələr atırsa, bizdə çoxlu faktlar var"Son günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib.

Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Cebhe.info-ya repçinin anası Şərqiyyə Cəbiyeva danışdı. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

[b]-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?
[/b]-Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyrik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.

[b]-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?
[/b]-Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.

[b]-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?
[/b]-Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.

[b]-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?
[/b]-Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.

[b]-Nə problemindən söhbət gedir?
[/b]-Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz. Anarın yerinə bir başqası olsa bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyif, mənim nəvələrimə... Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın, qızım (Ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?

[b]-Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. -
Bəs o iş necə oldu?
[/b][/b]-Hə, doğrudan da mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.

[b]-Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi "vururlar"...
[/b]-Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmaga getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.

[b]-Yayılan videoya və keçmiş gəlninizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciıt edəcəksiniz?
[/b]-Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzügün hərəkət eməyib, çıxıb yalandan şayiələr yayıbsa cəzasını çəkməlidir.

[b]-Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?
[/b]-Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifə gedir. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?
"Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm"Publika.az-ın “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli ilə müsahibəsini təqdim edirik.
– Elçin bəy, siz Lənkəranda doğulmusunuz?
– Bəli...
– Uşaqlığınız oralarda keçib?
– Bəli, 16-17 yaşıma kimi Lənkəranda olmuşam...
– Onda şeir yazırdınız?
– Əlbəttə...
– Maraqlıdır, tərcümeyi-halınızda birinci şair hesab olunursunuz, yoxsa siyasətçi?
– Mənim siyasi kimliyimlə ədəbi kimliyimin bir-birilə heç bir əlaqəsi yoxdur. Hərəsinin öz yeri var. Şairlik Allahın verdiyi bir istedaddır. Yəni mənim peşəm deyil. Yəni mən şair işləmirəm. Və həyatımı da şeir yazmaqla təmin etmirəm.
– Şeirdə iddianız yoxdur?
– Düzü, şeirdə elə bir iddam da yoxdur. Sadəcə, çox erkən yaşlarımdan yazıram. Çox da erkən yaşlarımdan çap olunuram, oxuyanlar da var, oxumayanlar da...
– Dediniz ki, şeirdə iddiam yoxdur. Amma çoxlu kitablarınız çap olunub. Bu qədər kitab iddia deyilmi?
– Mən şairliyə nə iddia etməliyəm ki? Bir şey ki, Allah tərəfindən verilib və yaranışdan səndə var. Və sən bu istedaddan istifadə edərək öz düşüncəni, fikirlərini, yaşantılarını dilə gətirirsən. İnsanlar isə bunu oxuyur. Və yaxud, oxumur. Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm. Sadəcə, bayaq da dedim ki, şairlik mənim peşəm, həyatımı təmin eləyən bir istiqamət, sahə deyil. Əgər mən ədəbiyyatla öz gəlirimi təmin etsəydim, buna peşə kimi yanaşsaydım, şübhəsiz ki, bu məsələlərdə iddialı şəkildə çıxış edərdim. Amma mən şeirdən heç bir gəlir əldə etmirəm. Gəlir əldə etmədiyim, maddi baxımdan qazanmadığım bir sahəni isə özümə peşə hesab eləyə bilmərəm. Təbii ki, şeirdən mənəvi cəhətdən böyük gəlir əldə eləyirəm. Bu da yaşamaq üçün mənə stimul verir.
– Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Axı heç siyasət, jurnalistika da sizin peşəniz deyil.
– Əslində, ixtisasla peşəni səhv salmaq lazım deyil. Bəli, siyasət mənim rəsmi olaraq ixtisasım deyil. Amma bir insan bir sahə ilə beş ildən artıq peşəkarcasına məşğul olursa, bu, onun peşəsi olduğunu sübuta yetirir. Mən artıq 20 ildir ki, siyasətlə məşğulam. Bundan daha uzun vaxtdır ki, jurnalistikadayam. Azərbaycanda kifayət qədər tanınmış baş redaktorlar, media başqanları var ki, peşələri jurnalistika deyil. Və yaxud, Azərbaycan siyasətində o qədər adamlar var ki, onlar politologiyanı oxumayıblar. Diqqət yetirsək, dünya liderlərinin də müxtəlif ixtisaslarının olduğunu görərik. Məsələn, Reyqan ixtisasca siyasətçi deyildi, aktyor idi. Zamanında bir xeyli filmə də çəkilib. İndi deyə bilərikmi Reyqan prezident deyildi, aktyor idi? Bu baxımdan siyasətə ixtisas müstəvisindən yanaşmağı doğru hesab etmirəm.
Azərbaycanda uzun müddət birpartiyalı sistem olub. Və ona görə də politologiya bir elm kimi inkişaf etməyib. Hər şey yalnız idealogiya üzərində qurulmuşdu. Bizdə politologiya bir elm kimi müstəqillik qazanandan sonra formalaşmağa başladı. Bəs ömrünün 1989-cu ildən bərisini siyasətə həsr edən adama demək olarmı ki, bu, sənin sahən deyil?! Hesab edirəm ki, bu, ədalətsizlik olardı.
– Maraqlıdır, ixtisasın olmadan da siyasətçi olmaq mümkündürsə, bəs onda politologiya fakültə olaraq nəyə lazımdır? Bu fikir jurnalistikaya da aiddir. Onsuz da kimin bəxti harda gətirir, orda da işləyir...
– Bunlar əslində, şans məsələsidir. Təbii, cəmiyyətdəki fərdlərin xüsusi istedadının bu sahələr üzrə olması və sonradan özünü inkişaf etdirməsi məsələləri də var. Amma o demək deyil ki, bu insanlar nəzəri biliklərə yiyələnməli deyillər. Və yaxud da, politologiya, jurnalistika ixtisası üzrə təhsil almalı deyillər. Amma bizim dövrün gənclərini, xüsusən də, keçid dövrünə düşən insanları bu günün gəncləri ilə müqayisə etmək doğru deyil. Axı bizim formalaşdığımız, yetişdiyimiz rejimlə sizinki eyni ola biləz. Yəni tarixi şəraitin diktə etdiyi şərtlər var və bunları nəzərə almaq lazımdır. Bizi tarixi şərait politoloq kimi yetişdirib. Biz birbaşa praktikadan, təcrübədən çıxan siyasətçilər və politoloqlarıq, məktəb partası axrasında yetişdirilən parnik, akvarium siyasətçiləri deyilik.
– Elçin bəy, şeir ilahi diqtədir. Siyasətdə isə lazım gələndə yalan da danışmalı olursan. Bəs bu iki sahə sizin içinizdə necə yola gedir? Biri həqiqətlə qidalanır, o birisi yalanla...
– Siyasətçi bütün hallarda səmimi olmalıdır, hətta yalan danışanda da.
– Səmimi yalan necə olur ki?
– Ümumiyyətlə, siyasət adamlarına bu cür yanaşmağı doğru hesab etmirəm. Məsələn, nəzəri siyasətlə məşğul olan insanlar hər hansı bir hadisəni proqnozlaşdırırlar və təhlil etdikləri zaman doğru bildiklərini deyirlər. Və cəmiyyət üçün ziyanlı olan tərəflərini dilə gətirmirlər. Çünki bunlar yalnız cəmiyyəti idarə edən şəxslər üçün lazımdır. Elə məsələlər var ki, onlar ictimai rəyə açıqlanmalı deyil, qapalı saxlanılmalıdır. Yaxud, istənilən bir prosesin təhlili zamanı Azərbaycanın mövqeyini, ölkənin maraqlarını, ictimai maraqları, dövlət maraqlarını nəzərə alıb danışırsan. Və bu zaman yanaşman kimlər üçünsə doğru olmaya bilər. Buna görə dedim ki, siyasətçi yalan danışanda da səmimi olmalıdır. Yəni yalan danışmaq xətrinə yalan danışmalı deyil. Yəni məqsədi ondan ibarət olmalı deyil ki, yalan danışsın.
– Fikir vermisinizmi, kim maddi imkanlarını təmin eləyibsə, hardansa çörəyi gəlirsə, oturmağa bir iş otağı varsa, o saat Azərbaycanın, dövlətin milli mövqeyindən danışır. Əlində imkan olayanlar isə insan, insanlığın maraqlarından çıxış edir...
– Əslində, dövlət maraqları heç vaxt insan maraqlarını üstələməli deyil. Dövlət də elə insan və insanın sosial rifahını, təhlükəsizliyini təmin etmək üçündür. Kiminsə korporativ maraqlarına toxunanda bunu dövlət maraqlarına toxunurmuş kimi qələmə verirsə, bu, kökündən yanlış bir mövqedir. Cəmiyyət - sıravi vətəndaş da, sosial statusa malik insanlar da bir şeyi anlamalıdır ki, onların təhlükəsizliyi bilavasitə dövlətdən asılıdır. Azərbaycan vətəndaşı ona görə sabit və əminamanlıq şəraitində yaşayır ki, onun müstəqil dövləti var.
Təbii, insanların sosial problemləri ola bilər. Hətta kənardan qayğısız və problemsiz görünən insanların da problemləri var. Amma problemlər həmişə olub və olacaq. Biz Sovet rejimində yaşamırıq ki, konkret standartlar müəyyənləşdirilsin və hər kəsə müəyyən məbləğ ayrılsın ki, onlar o çərçivə daxilində həyat tərzlərini minumum şərtlərlə təmin edə bilsinlər. Kapitalizmin öz qanunları və şərtləri var. Düzdür, şərtlər çox vəhşi şərtlərdir. Və bu, bəzən də qanunsuz və amansız görünə bilər. Çünki insan özü maddiyyatçıdır. Birinci öz maraqları gəlir, hər kəs digərindən daha yaxşı yaşamaq istəyir. Və bu da təbii qəbul olunmalıdır. Amma bu şeylər ədalətli qanunlar tərəfindən tənzimlənirsə, şübhəsiz ki, cəmiyyət inkişaf edir.
– Maraqlıdır, siyasi dünyagörüş baxımından siz müxalifətçisiniz?
– Azərbaycan cəmiyyətində təşəkkül tapmış, Milli Azadlıq Hərəkatından sonra formalaşmış bir qrup adamın siyasi münasibətlər çərçivəsindən yanaşanda, mən müxalifətçi deyiləm. Hakimiyyətin doğru addımlarını doğru qiymətləndirirəm, yanlış hesab etdiyim davranışları da sivil bir şəkildə və təhlil edərək dilə gətirməyi bacarıram. Sadəcə, qışqırmıram, bərkdən çığırmıram, yumruğumu yuxarı qaldırmıram...
– Elçin bəy, Elçibəylə münasibətləri olan adamların demək olar ki, çoxu onun haqqında hörmətlə danışırlar. Bəyə sevgilərini hər addımda ifadə edirlər. Belə idisə, bəs onun partiyasını niyə parçaladılar? Hərəsi Elçibəyin şəklinin altında bir stol qoyub oturub ki, bura mənim partiyamdır.
– Elçibəylə mənim şəxsi münasibətlərim olmayıb. Sadəcə, bir media adamı kimi görüşlərimiz olub. Və mən ona yalnız müsahib kimi yanaşmışam. İkincisi, mən ayrı-ayrı şəxslərin Elçibəyə olan münasibətindən də xüsusi olaraq danışa bilmərəm. Partiyanın parçalanmasını zəruri eləyən şərtlər isə tamamilə fərqli idi. Bu, birbaşa Elçibəyin şəxsiyyəti, tarixdə oyandığı rol və liderlik kefiyyətləri ilə bağlı məsələ deyildi. Bildiyiniz kimi partiya Elçibəy xəstələnəndən sonra parçalanmaya məruz qaldı, dünyasını dəyişəndən sonra isə faktiki olaraq parçalandı. Ona görə ki, səhvlərə yol verildi və bəzi şəxslər korporativ maraqlarından daha qabarıq şəkildə çıxış eləməyə başladı.
– Məsələn, kimlər?
– Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin müstəsna xidmətləri oldu. Onun çox məhdud dünyagörüşü, siyasi proseslərə özünün proqramtik adlandırdığı, lakin əslində, korporativ maraqlar çərçivəsindən yanaşması nəticədə təşkilatdaxili ziddiyyətləri dərinləşdirdi. Beləliklə, birmənalı şəkildə deyə bilərəm ki, Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin korporativ iddiaları rol oynadı.
– Xalq Cəbhəsi partiyası o qədərdir ki, adam hərdən qarışıq salır. Bilmirsən kim hansının sədridir...
– Şübhəsiz ki, müəyyən dövrdə bu qarışıqlıq var idi. Amma sonradan bu fərqlər aradan götürüldü və bu gün hər kəs bilir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hansı ideyanın daşıyıcısıdır və cəmiyyətdə hansı mövqedən çıxış edir. Azərbaycanın ən ucqar kəndində və ümumiyyətlə, bir çox yerlərdə insanlar partiyamızın və liderimiz, millət vəkili Qüdrət Həsənquliyevin mövqeyi haqqında kifayət qədər məlumatlıdırlar.
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyanın adındakı “Bütöv Azərbaycan” nəyi nəzərdə tutulur? Güneyli, Quzeyli Azərbaycanı?
– Bütöv Azərbaycan anlayışı bir neçə aspektdə dəyərləndirilir. Birinci dəyərləndirilmədə bugünki Azərbaycan Respublikasının, ikinci dəyərləndirmədə isə Güneyli, Quzeyli Azərbaycanın bütövlüyündən söhbət gedir. Bir şeyi də qeyd edim ki, bəzən bütövlük anlayışı fərqli qəbul olunur. Biz əslində, mədəni bütövlük, dil bütövlüyü, milli ruhun bütövlüyünün qorunub-saxlanılmasından danışırıq.
– Bəs ərazi bütövlüyündən niyə danışmırsınız?
– Axı bir partiya ərazilərin birləşdirilməsi mövqeyindən çıxış edə bilməz. Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Onlar ilk növbədə öz yaşadıqları dövlətin çərçivələri daxilində öz hüquqlarını müdafiə etməlidirlər, bu istiqamətdə addım atmalıdırlar. Azərbaycan Respublikasının vətəndaşı kimi və ya partiya funksioneri olaraq, mənim 35 milyon insana ağıl öyrətmək niyyətim yoxdur. Bütöv Azərbaycan bir məfkurədir, ideyadır və mən bu ideyanın daşıyıcısıyam, amma tarixi reallıqlar, beynəlxalq hüququn sərhədlərini də nəzərə alırıq.
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”Elvin Babayev: “Gənclərimizin əlində olan resurslar, bilgilər, imkanlar artdıqca, onlar öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar”

Azərbaycanda gənclər təşkilatları öz aktivlikləri ilə seçilirlər. Bu təşkilatların təklif və təşəbbüsləri dövlət tərəfindən də müsbət qarşılanır. Elə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi də, bu baxımdan, maraqlı təkliflərlə çıxış edir. “Həmrəy”in sədr müavini Elvin Babayevlə həmsöhbət olub, görülmüş və görüləcək işlərlə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, Elvin Babayev 1988-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Mingəçevir şəhər 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. 2008-ci ildə hərbi xidməti başa vurub. Daha sonra Bakıda ali təhsil alıb. 2012-ci ildə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına magistratura üçün imtahan verib və Beynəlxalq əlaqələr ixtisası üzrə qəbul olub. Oranı bitirdikdən sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində işləyib. Hal-hazırda “Həmrəy” sədrinin müavini olaraq ictimai fəaliyyət göstərir.

-Azərbaycanda gənclərin öz potensiallarını üzə çıxarması üçün nə dərəcədə münbit şərait var?

- Bu gün Azərbaycan gəncləri çox şanslıdırlar, çünki onlara öz arzularını reallaşdırmaq üçün daha əlverişli, münbit şərait yaradılıb. Buna misal olaraq qeyd etmək istərdim ki, keçmişdə xaricdə təhsil almaq gənclər üçün maddi baxımdan çətin idi. Ancaq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə bu çətinlik aradan qaldırıldı və gənclərimiz bundan yararlana bildilər. Hal-hazırda isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı vasitəsilə gənclərimiz arzuladıqları nəticəni əldə edə bilərlər. Dövlət başçısının qeyd etdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək dövlətin gənclər siyasətində özünü göstərməkdədir.

Xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını və gələcəyini sağlam gənclikdə gördüyü üçün hakimiyyətə gəldikdən sonra ilk yaradılan nazirlik Gənclər, İdman və Turizm Nazirliyi olub

-Gənclərin ictimai fəaliyyətə marağı hansı səviyyədədir?

- Gənclərimiz bu gün ictimai-siyasi sahədə çox aktiv və fəaldırlar. Onların əlində olan resurslar, bilgilər, imkanlar artdıqca öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar. Azərbaycan gəncləri respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin ən qabaqcıl seçiciləri hesab olunurlar. Gənclərimiz yerli və beynəlxalq tədbirlərdə öz sözlərini sərbəst ifadə edərək respublikamızı layiqincə təmsil edirlər. Bu aktivliyin isə qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun gənclərə stimul verməsi ilə bağlıdır. Fond yarandığı vaxtdan minlərlə gəncin fərdi təşəbbüsünün dəstəklənməsi üçün çalışır.

-Siz Qırğızıstanda magistr təhsili alıbsız. Azərbaycanda da tez-tez gənclərlə bağlı tədbirlərdə olursuz. Azərbaycan gəncləri Qırğızıstan gənclərindən hansı cəhətlərinə görə fərqlənir?

- Bəli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi almışam. Bir neçə gün əvvəl Qırğızıstanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclər Bakıda qonağımız oldular. Onlardan bir neçəsi mənim tələbə yoldaşlarım idi. Bakını gəzdilər, tarixi yerlərə səfər etdilər. Onlara vətənimiz, tariximiz haqda geniş məlumat verdim. Bununla yanaşı, bir qrup ziyalı Azərbaycan gəncləri ilə tanış oldular. Onları hava limanından yola salarkən mənə “Sizin gənclərin sosial şəbəkələrdə aktivliyinə heyran qaldıq. Bizim gənclər sosial şəbəkələrdə bu qədər aktivlik göstərmirlər”- dedilər.
Bildiyiniz kimi, Azərbaycan gəncləri hər sahədə fəal olduğu kimi, internet informasiya portallarında da dövlətimizi, tariximizi, Azərbaycan həqiqətlərini, ümumilikdə millikultural dəyərləri layiqincə təbliğ edirlər. Bizim gəncləri fərqləndirən də məhz budur.

-"Həmrəy" olaraq gənclərlə bağlı hansı işlər görürsüz?

-Bizim əsas işimiz gənclərimizi hər sahədə maarifləndirmək və həmçinin dövlət atributlarını sevmək, milli maraqların keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik ideyalarını üstün tutmağın vacibliyini aşılamaqdır. Bu gün Azərbaycan gənclərinin Avropaya inteqrasiya etmək istəklərini nəzərə alaraq, inteqrasiya zamanı onlara milli identikliyin itirilməməsini tövsiyə edirik.

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq bir çox layihələr həyata keçirmişik. Məsələn, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər, 2014-cü ildə Siyəzən, Xızı, Şabran, Quba, Qusar və Xaçmazda “Vətənimizin inkişafı üçün ictimai fəallıq”, “Sağlam həyat” adlı təlim-seminarlar keçirilib. "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi" layihəsi üzrə "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masada, Bakı şəhər regional miqrasiya idarəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirədə yaxından iştirak edərək yaranan və yaşanan problemlərin həllinə dəstək vermişik və s.

-Gənclərlə bağlı Prezident tərəfindən təsdiq olunmuş yeni Dövlət Proqramı gənclər üçün hansı perspektivlər açır?

-Azərbaycan gəncləri bir çox uğurlara imza ataraq cəmiyyətdə fəal rol oynayırlar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğuru ölkə başçısının “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması oldu. Dövlət Proqramında Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Gənclərimiz bu sərəncamdan istifadə edərək özlərinin innovativ potensialının üzə çıxarılmasına nail ola bilərlər. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq üçün imzalanan sərəncam dövlətin gənclərimizə olan inamını ifadə edir. Qəbul edilmiş proqram gənclərin maraqlı olduqları bütün sahələrdə fəal iştirakına şərait yaratmaqla yanaşı, onların məsuliyyətini artırır və hətta müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.

-"Həmrəy" gənclər təşkilatı bu proqramda göstərilən istiqamətlərdən nə kimi yararlanacaq?

-Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına nəzər salarkən diqqətimi çəkən və məni fərəhləndirən bir bəndə rast gəldim. Buna səbəb “Gənclər və informasiya texnologiyaları” bölməsinin 5.9.4-cü bəndində yer alan “İnternet televiziyası məkanında gənclər kanalının yaradılması”dır. Məhz gənclər televiziyasının yaradılması mənim təmsil etdiyim “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB tərəfindən təklif olunmuşdu. Bu gün bizim təklifin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Dövlət Proqramına salınması bizi çox sevindirdi. Buna görə dövlətimizə və dövlət başçısı İlham Əliyevə təşkilatımız, eyni zamanda bütün gənclər adından dərin təşəkkürümüzü bildiririk. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında keçirilməsi nəzərdə tutulan bütün layihələrdən yararlanmağa çalışacağıq və gənclərimizin maarifləndirilməsində öz işlərimizi davam etdirəcəyik.

-Ümumiyyətlə, perspektivdə hansı layihələr nəzərdə tutulub?

- Qarşıda yeni layihələrə start verməyi planlaşdırmışıq. Gənclər arasında (14 yaşından 32 yaşa qədər) bir neçə onlayn yazı müsabiqəsi təşkil etmək niyyətindəyik. Yəni onlayn vasitəsilə “Həmrəy” İB-in e-mail ünvanına müvafiq aktual mövzuya aid gənclərimiz yazdıqları məqalələri göndərəcəklər. Qaliblərə mükafatlar, hədiyyələr və diplomların verilməsi nəzərdə tutulub. Seçilmiş yazılar daha sonra kitab formatına salınaraq nəşr olunacaq. Dövlətçilik və vətənpərvərliyi özündə cəmləşdirən onlayn yazıların hansı mövzuda olması və digər məlumatlar yaxın zamanda KİV vasitəsilə elan olunacaq.

Fuad Hüseynzadə
Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”Belarus Prezidenti Aleksandr Lukaşenko 24 noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə getməkdən imtina edib. Bundan sonra Ermənistanın da belə addım ata biləcəyi ilə bağlı bəzi ekspertlərin çıxışları oldu. Bəs görəsən, Ermənistan 2013-cü ildə olduğu kimi yenə də son anda bu sammitdə iştirak etməkdən imtina edə bilərmi?

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Belarusun bu addımından sonra Ermənistanın da bu sammitə qoşulmaqdan imtina etməsini müşahidə edə bilərikmi? 2013-cü ildə baş verən hadisə yenidən yaşana bilərmi?

- Belarus Rusiyanın forpostu deyil, müttəfiqidir. Bir çox məsələlərə münasibətdə Belarus prezidentinin öz yanaşması var və biz Aleksandr Lukaşenkonun dəfələrlə xarakter nümayiş etdirdiyinin şahidi olmuşuq. Hesab edirəm ki, Şərq Tərəfdaşlığı sammitinə qatılmamaq Belarus prezidentinin öz mövqeydir və onun belə məsələlərdə Rusiyanın arzu və istəklərini nəzərə aldığını düşünmürəm.

Ermənistan isə bu sammitdən imtina etməyəcək. Çünki işğalçı ölkənin Kremldə Lavrov kimi vəkili və aradüzəldəni var. Rusiya Ermənistana Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə icazə verib. Avropadakı erməni diasporu bir çox ölkələrlə yanaşı, həm də Rusiyanın casus şəbəkəsi funksiyasını yerinə yetirib. Çoxsifətlilik, beşqat, onqat casusluq ermənilərin mental xüsusiyyətidir. Ruslar da onların bu sifətlərindən öz maraqları üçün istifadə edirlər. Ermənistan sammitə qatılacaq və Avropa İttifaqı ilə də ikitərəfli sazişi imzalayacaq. Avropa İttifaqı da Ermənistanın çoxsifətli inteqrasiya meyillərinə “özünüqoruma” instikti kimi yanaşıb onun Rusiyanın forpostu olduğuna önəm verməyəcək.

- Erməni politoloqlar Ermənistanın Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməsə, noyabrın 22-23-də Moskvanın Qarabağ haqqında yeni “Putin planı”nının Azərbaycana təqdim ediləcəyi ilə bağlı informasiya yayıblar. “Putin planı” adlanan bu sənədin mahiyyəti nədən ibarətdir? Bu planda Azərbaycanın mövqeyi nəzərə alınacaqmı?

- Bütün bunlar Rusiya və Ermənistanın müvafiq qurumlarının Azərbaycanın ictimai rəyinə ötürdüyü əsassız və təxribat xarakterli məlumatlardır. Mənim “Putin planı” adlanan bir sənəddən məlumatım yoxdur. Əgər söhbət Lavrovun haqqında söz açdığı həll variantından gedirsə, bunun da yalnız bəzi detalları ekspertlər tərəfindən açıqlanıb. Həqiqəti nə dərəcədə ifadə etdiyini söyləmək çox çətindir. Əgər söhbət problemin 5 rayonun azad edilməsi, digərləri ilə bağlı məsələlərin isə yol xəritəsində öz əksini tapmadan “həllindən” gedirsə, həmçinin bunun qarşılığında Rusiya regionda öz mövqelərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar və Ermənistan da müəyyən iqtisadi dividendlər əldə edəcəksə, bu həll deyil, indikindən daha ağır şərtlər altında əzilməklə barışmaqdır. Mən Azərbaycan hökumətinin milli maraqlarınıza ziddi olan, ərazi bütövlüyümüzü şübhə altına alan hər hansı bir anlaşmaya qol qoya biləcəyini tamamilə istisna edirəm. Həmçinin hesab edirəm ki, ölkəmizin bəzi KİV-ləri də Rusiyanın və Ermənistanın təxribat xarakterli məlumatlarını Azərbaycanın ictimai rəyinə təqdim edilməsi kimi yanlış və təhlükəli istiqamətdən imtina etməlidirlər. “Putin Qarabağı qaytarır”, “Rusiya Ermənistanı geri çəkilməyə məcbur edəcək” və s. bu kimi Rusiya prezidentinin, Moskvanın imicinin, fövqəlgüc statusunun təbliğinə xidmət edən təqdimatlardan əl çəkmək lazımdır. Oxucu cəlb etmək üçün Qarabağ məsələsində Azərbaycanın ictimai rəyinin bölünməsinə xidmət edən təqdimatlar çox yanlış, zərərli yoldur. “Putin planı” deyilən və münaqişənin həllinə xidmət edən heç bir plan yoxdur. Ortalıqda icrasını gözləyən BMT qətnamələri var. Rusiya da bu qətnamələrə səs verib. Çalışmaq lazımdır ki, bu qətnamələrin icrası adıçəkilən sənədlərdə qeyd olunduğu kimi qeyd-şərtsiz həyata keçirilisin.