Anar Nağılbazın anası: "Belə şayiələr atırsa, bizdə çoxlu faktlar var"Son günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib.

Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Cebhe.info-ya repçinin anası Şərqiyyə Cəbiyeva danışdı. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

[b]-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?
[/b]-Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyrik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.

[b]-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?
[/b]-Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.

[b]-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?
[/b]-Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.

[b]-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?
[/b]-Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.

[b]-Nə problemindən söhbət gedir?
[/b]-Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz. Anarın yerinə bir başqası olsa bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyif, mənim nəvələrimə... Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın, qızım (Ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?

[b]-Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. -
Bəs o iş necə oldu?
[/b][/b]-Hə, doğrudan da mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.

[b]-Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi "vururlar"...
[/b]-Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmaga getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.

[b]-Yayılan videoya və keçmiş gəlninizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciıt edəcəksiniz?
[/b]-Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzügün hərəkət eməyib, çıxıb yalandan şayiələr yayıbsa cəzasını çəkməlidir.

[b]-Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?
[/b]-Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifə gedir. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?
"Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm"Publika.az-ın “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli ilə müsahibəsini təqdim edirik.
– Elçin bəy, siz Lənkəranda doğulmusunuz?
– Bəli...
– Uşaqlığınız oralarda keçib?
– Bəli, 16-17 yaşıma kimi Lənkəranda olmuşam...
– Onda şeir yazırdınız?
– Əlbəttə...
– Maraqlıdır, tərcümeyi-halınızda birinci şair hesab olunursunuz, yoxsa siyasətçi?
– Mənim siyasi kimliyimlə ədəbi kimliyimin bir-birilə heç bir əlaqəsi yoxdur. Hərəsinin öz yeri var. Şairlik Allahın verdiyi bir istedaddır. Yəni mənim peşəm deyil. Yəni mən şair işləmirəm. Və həyatımı da şeir yazmaqla təmin etmirəm.
– Şeirdə iddianız yoxdur?
– Düzü, şeirdə elə bir iddam da yoxdur. Sadəcə, çox erkən yaşlarımdan yazıram. Çox da erkən yaşlarımdan çap olunuram, oxuyanlar da var, oxumayanlar da...
– Dediniz ki, şeirdə iddiam yoxdur. Amma çoxlu kitablarınız çap olunub. Bu qədər kitab iddia deyilmi?
– Mən şairliyə nə iddia etməliyəm ki? Bir şey ki, Allah tərəfindən verilib və yaranışdan səndə var. Və sən bu istedaddan istifadə edərək öz düşüncəni, fikirlərini, yaşantılarını dilə gətirirsən. İnsanlar isə bunu oxuyur. Və yaxud, oxumur. Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm. Sadəcə, bayaq da dedim ki, şairlik mənim peşəm, həyatımı təmin eləyən bir istiqamət, sahə deyil. Əgər mən ədəbiyyatla öz gəlirimi təmin etsəydim, buna peşə kimi yanaşsaydım, şübhəsiz ki, bu məsələlərdə iddialı şəkildə çıxış edərdim. Amma mən şeirdən heç bir gəlir əldə etmirəm. Gəlir əldə etmədiyim, maddi baxımdan qazanmadığım bir sahəni isə özümə peşə hesab eləyə bilmərəm. Təbii ki, şeirdən mənəvi cəhətdən böyük gəlir əldə eləyirəm. Bu da yaşamaq üçün mənə stimul verir.
– Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Axı heç siyasət, jurnalistika da sizin peşəniz deyil.
– Əslində, ixtisasla peşəni səhv salmaq lazım deyil. Bəli, siyasət mənim rəsmi olaraq ixtisasım deyil. Amma bir insan bir sahə ilə beş ildən artıq peşəkarcasına məşğul olursa, bu, onun peşəsi olduğunu sübuta yetirir. Mən artıq 20 ildir ki, siyasətlə məşğulam. Bundan daha uzun vaxtdır ki, jurnalistikadayam. Azərbaycanda kifayət qədər tanınmış baş redaktorlar, media başqanları var ki, peşələri jurnalistika deyil. Və yaxud, Azərbaycan siyasətində o qədər adamlar var ki, onlar politologiyanı oxumayıblar. Diqqət yetirsək, dünya liderlərinin də müxtəlif ixtisaslarının olduğunu görərik. Məsələn, Reyqan ixtisasca siyasətçi deyildi, aktyor idi. Zamanında bir xeyli filmə də çəkilib. İndi deyə bilərikmi Reyqan prezident deyildi, aktyor idi? Bu baxımdan siyasətə ixtisas müstəvisindən yanaşmağı doğru hesab etmirəm.
Azərbaycanda uzun müddət birpartiyalı sistem olub. Və ona görə də politologiya bir elm kimi inkişaf etməyib. Hər şey yalnız idealogiya üzərində qurulmuşdu. Bizdə politologiya bir elm kimi müstəqillik qazanandan sonra formalaşmağa başladı. Bəs ömrünün 1989-cu ildən bərisini siyasətə həsr edən adama demək olarmı ki, bu, sənin sahən deyil?! Hesab edirəm ki, bu, ədalətsizlik olardı.
– Maraqlıdır, ixtisasın olmadan da siyasətçi olmaq mümkündürsə, bəs onda politologiya fakültə olaraq nəyə lazımdır? Bu fikir jurnalistikaya da aiddir. Onsuz da kimin bəxti harda gətirir, orda da işləyir...
– Bunlar əslində, şans məsələsidir. Təbii, cəmiyyətdəki fərdlərin xüsusi istedadının bu sahələr üzrə olması və sonradan özünü inkişaf etdirməsi məsələləri də var. Amma o demək deyil ki, bu insanlar nəzəri biliklərə yiyələnməli deyillər. Və yaxud da, politologiya, jurnalistika ixtisası üzrə təhsil almalı deyillər. Amma bizim dövrün gənclərini, xüsusən də, keçid dövrünə düşən insanları bu günün gəncləri ilə müqayisə etmək doğru deyil. Axı bizim formalaşdığımız, yetişdiyimiz rejimlə sizinki eyni ola biləz. Yəni tarixi şəraitin diktə etdiyi şərtlər var və bunları nəzərə almaq lazımdır. Bizi tarixi şərait politoloq kimi yetişdirib. Biz birbaşa praktikadan, təcrübədən çıxan siyasətçilər və politoloqlarıq, məktəb partası axrasında yetişdirilən parnik, akvarium siyasətçiləri deyilik.
– Elçin bəy, şeir ilahi diqtədir. Siyasətdə isə lazım gələndə yalan da danışmalı olursan. Bəs bu iki sahə sizin içinizdə necə yola gedir? Biri həqiqətlə qidalanır, o birisi yalanla...
– Siyasətçi bütün hallarda səmimi olmalıdır, hətta yalan danışanda da.
– Səmimi yalan necə olur ki?
– Ümumiyyətlə, siyasət adamlarına bu cür yanaşmağı doğru hesab etmirəm. Məsələn, nəzəri siyasətlə məşğul olan insanlar hər hansı bir hadisəni proqnozlaşdırırlar və təhlil etdikləri zaman doğru bildiklərini deyirlər. Və cəmiyyət üçün ziyanlı olan tərəflərini dilə gətirmirlər. Çünki bunlar yalnız cəmiyyəti idarə edən şəxslər üçün lazımdır. Elə məsələlər var ki, onlar ictimai rəyə açıqlanmalı deyil, qapalı saxlanılmalıdır. Yaxud, istənilən bir prosesin təhlili zamanı Azərbaycanın mövqeyini, ölkənin maraqlarını, ictimai maraqları, dövlət maraqlarını nəzərə alıb danışırsan. Və bu zaman yanaşman kimlər üçünsə doğru olmaya bilər. Buna görə dedim ki, siyasətçi yalan danışanda da səmimi olmalıdır. Yəni yalan danışmaq xətrinə yalan danışmalı deyil. Yəni məqsədi ondan ibarət olmalı deyil ki, yalan danışsın.
– Fikir vermisinizmi, kim maddi imkanlarını təmin eləyibsə, hardansa çörəyi gəlirsə, oturmağa bir iş otağı varsa, o saat Azərbaycanın, dövlətin milli mövqeyindən danışır. Əlində imkan olayanlar isə insan, insanlığın maraqlarından çıxış edir...
– Əslində, dövlət maraqları heç vaxt insan maraqlarını üstələməli deyil. Dövlət də elə insan və insanın sosial rifahını, təhlükəsizliyini təmin etmək üçündür. Kiminsə korporativ maraqlarına toxunanda bunu dövlət maraqlarına toxunurmuş kimi qələmə verirsə, bu, kökündən yanlış bir mövqedir. Cəmiyyət - sıravi vətəndaş da, sosial statusa malik insanlar da bir şeyi anlamalıdır ki, onların təhlükəsizliyi bilavasitə dövlətdən asılıdır. Azərbaycan vətəndaşı ona görə sabit və əminamanlıq şəraitində yaşayır ki, onun müstəqil dövləti var.
Təbii, insanların sosial problemləri ola bilər. Hətta kənardan qayğısız və problemsiz görünən insanların da problemləri var. Amma problemlər həmişə olub və olacaq. Biz Sovet rejimində yaşamırıq ki, konkret standartlar müəyyənləşdirilsin və hər kəsə müəyyən məbləğ ayrılsın ki, onlar o çərçivə daxilində həyat tərzlərini minumum şərtlərlə təmin edə bilsinlər. Kapitalizmin öz qanunları və şərtləri var. Düzdür, şərtlər çox vəhşi şərtlərdir. Və bu, bəzən də qanunsuz və amansız görünə bilər. Çünki insan özü maddiyyatçıdır. Birinci öz maraqları gəlir, hər kəs digərindən daha yaxşı yaşamaq istəyir. Və bu da təbii qəbul olunmalıdır. Amma bu şeylər ədalətli qanunlar tərəfindən tənzimlənirsə, şübhəsiz ki, cəmiyyət inkişaf edir.
– Maraqlıdır, siyasi dünyagörüş baxımından siz müxalifətçisiniz?
– Azərbaycan cəmiyyətində təşəkkül tapmış, Milli Azadlıq Hərəkatından sonra formalaşmış bir qrup adamın siyasi münasibətlər çərçivəsindən yanaşanda, mən müxalifətçi deyiləm. Hakimiyyətin doğru addımlarını doğru qiymətləndirirəm, yanlış hesab etdiyim davranışları da sivil bir şəkildə və təhlil edərək dilə gətirməyi bacarıram. Sadəcə, qışqırmıram, bərkdən çığırmıram, yumruğumu yuxarı qaldırmıram...
– Elçin bəy, Elçibəylə münasibətləri olan adamların demək olar ki, çoxu onun haqqında hörmətlə danışırlar. Bəyə sevgilərini hər addımda ifadə edirlər. Belə idisə, bəs onun partiyasını niyə parçaladılar? Hərəsi Elçibəyin şəklinin altında bir stol qoyub oturub ki, bura mənim partiyamdır.
– Elçibəylə mənim şəxsi münasibətlərim olmayıb. Sadəcə, bir media adamı kimi görüşlərimiz olub. Və mən ona yalnız müsahib kimi yanaşmışam. İkincisi, mən ayrı-ayrı şəxslərin Elçibəyə olan münasibətindən də xüsusi olaraq danışa bilmərəm. Partiyanın parçalanmasını zəruri eləyən şərtlər isə tamamilə fərqli idi. Bu, birbaşa Elçibəyin şəxsiyyəti, tarixdə oyandığı rol və liderlik kefiyyətləri ilə bağlı məsələ deyildi. Bildiyiniz kimi partiya Elçibəy xəstələnəndən sonra parçalanmaya məruz qaldı, dünyasını dəyişəndən sonra isə faktiki olaraq parçalandı. Ona görə ki, səhvlərə yol verildi və bəzi şəxslər korporativ maraqlarından daha qabarıq şəkildə çıxış eləməyə başladı.
– Məsələn, kimlər?
– Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin müstəsna xidmətləri oldu. Onun çox məhdud dünyagörüşü, siyasi proseslərə özünün proqramtik adlandırdığı, lakin əslində, korporativ maraqlar çərçivəsindən yanaşması nəticədə təşkilatdaxili ziddiyyətləri dərinləşdirdi. Beləliklə, birmənalı şəkildə deyə bilərəm ki, Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin korporativ iddiaları rol oynadı.
– Xalq Cəbhəsi partiyası o qədərdir ki, adam hərdən qarışıq salır. Bilmirsən kim hansının sədridir...
– Şübhəsiz ki, müəyyən dövrdə bu qarışıqlıq var idi. Amma sonradan bu fərqlər aradan götürüldü və bu gün hər kəs bilir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hansı ideyanın daşıyıcısıdır və cəmiyyətdə hansı mövqedən çıxış edir. Azərbaycanın ən ucqar kəndində və ümumiyyətlə, bir çox yerlərdə insanlar partiyamızın və liderimiz, millət vəkili Qüdrət Həsənquliyevin mövqeyi haqqında kifayət qədər məlumatlıdırlar.
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyanın adındakı “Bütöv Azərbaycan” nəyi nəzərdə tutulur? Güneyli, Quzeyli Azərbaycanı?
– Bütöv Azərbaycan anlayışı bir neçə aspektdə dəyərləndirilir. Birinci dəyərləndirilmədə bugünki Azərbaycan Respublikasının, ikinci dəyərləndirmədə isə Güneyli, Quzeyli Azərbaycanın bütövlüyündən söhbət gedir. Bir şeyi də qeyd edim ki, bəzən bütövlük anlayışı fərqli qəbul olunur. Biz əslində, mədəni bütövlük, dil bütövlüyü, milli ruhun bütövlüyünün qorunub-saxlanılmasından danışırıq.
– Bəs ərazi bütövlüyündən niyə danışmırsınız?
– Axı bir partiya ərazilərin birləşdirilməsi mövqeyindən çıxış edə bilməz. Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Onlar ilk növbədə öz yaşadıqları dövlətin çərçivələri daxilində öz hüquqlarını müdafiə etməlidirlər, bu istiqamətdə addım atmalıdırlar. Azərbaycan Respublikasının vətəndaşı kimi və ya partiya funksioneri olaraq, mənim 35 milyon insana ağıl öyrətmək niyyətim yoxdur. Bütöv Azərbaycan bir məfkurədir, ideyadır və mən bu ideyanın daşıyıcısıyam, amma tarixi reallıqlar, beynəlxalq hüququn sərhədlərini də nəzərə alırıq.
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”Elvin Babayev: “Gənclərimizin əlində olan resurslar, bilgilər, imkanlar artdıqca, onlar öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar”

Azərbaycanda gənclər təşkilatları öz aktivlikləri ilə seçilirlər. Bu təşkilatların təklif və təşəbbüsləri dövlət tərəfindən də müsbət qarşılanır. Elə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi də, bu baxımdan, maraqlı təkliflərlə çıxış edir. “Həmrəy”in sədr müavini Elvin Babayevlə həmsöhbət olub, görülmüş və görüləcək işlərlə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, Elvin Babayev 1988-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Mingəçevir şəhər 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. 2008-ci ildə hərbi xidməti başa vurub. Daha sonra Bakıda ali təhsil alıb. 2012-ci ildə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına magistratura üçün imtahan verib və Beynəlxalq əlaqələr ixtisası üzrə qəbul olub. Oranı bitirdikdən sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində işləyib. Hal-hazırda “Həmrəy” sədrinin müavini olaraq ictimai fəaliyyət göstərir.

-Azərbaycanda gənclərin öz potensiallarını üzə çıxarması üçün nə dərəcədə münbit şərait var?

- Bu gün Azərbaycan gəncləri çox şanslıdırlar, çünki onlara öz arzularını reallaşdırmaq üçün daha əlverişli, münbit şərait yaradılıb. Buna misal olaraq qeyd etmək istərdim ki, keçmişdə xaricdə təhsil almaq gənclər üçün maddi baxımdan çətin idi. Ancaq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə bu çətinlik aradan qaldırıldı və gənclərimiz bundan yararlana bildilər. Hal-hazırda isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı vasitəsilə gənclərimiz arzuladıqları nəticəni əldə edə bilərlər. Dövlət başçısının qeyd etdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək dövlətin gənclər siyasətində özünü göstərməkdədir.

Xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını və gələcəyini sağlam gənclikdə gördüyü üçün hakimiyyətə gəldikdən sonra ilk yaradılan nazirlik Gənclər, İdman və Turizm Nazirliyi olub

-Gənclərin ictimai fəaliyyətə marağı hansı səviyyədədir?

- Gənclərimiz bu gün ictimai-siyasi sahədə çox aktiv və fəaldırlar. Onların əlində olan resurslar, bilgilər, imkanlar artdıqca öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar. Azərbaycan gəncləri respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin ən qabaqcıl seçiciləri hesab olunurlar. Gənclərimiz yerli və beynəlxalq tədbirlərdə öz sözlərini sərbəst ifadə edərək respublikamızı layiqincə təmsil edirlər. Bu aktivliyin isə qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun gənclərə stimul verməsi ilə bağlıdır. Fond yarandığı vaxtdan minlərlə gəncin fərdi təşəbbüsünün dəstəklənməsi üçün çalışır.

-Siz Qırğızıstanda magistr təhsili alıbsız. Azərbaycanda da tez-tez gənclərlə bağlı tədbirlərdə olursuz. Azərbaycan gəncləri Qırğızıstan gənclərindən hansı cəhətlərinə görə fərqlənir?

- Bəli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi almışam. Bir neçə gün əvvəl Qırğızıstanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclər Bakıda qonağımız oldular. Onlardan bir neçəsi mənim tələbə yoldaşlarım idi. Bakını gəzdilər, tarixi yerlərə səfər etdilər. Onlara vətənimiz, tariximiz haqda geniş məlumat verdim. Bununla yanaşı, bir qrup ziyalı Azərbaycan gəncləri ilə tanış oldular. Onları hava limanından yola salarkən mənə “Sizin gənclərin sosial şəbəkələrdə aktivliyinə heyran qaldıq. Bizim gənclər sosial şəbəkələrdə bu qədər aktivlik göstərmirlər”- dedilər.
Bildiyiniz kimi, Azərbaycan gəncləri hər sahədə fəal olduğu kimi, internet informasiya portallarında da dövlətimizi, tariximizi, Azərbaycan həqiqətlərini, ümumilikdə millikultural dəyərləri layiqincə təbliğ edirlər. Bizim gəncləri fərqləndirən də məhz budur.

-"Həmrəy" olaraq gənclərlə bağlı hansı işlər görürsüz?

-Bizim əsas işimiz gənclərimizi hər sahədə maarifləndirmək və həmçinin dövlət atributlarını sevmək, milli maraqların keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik ideyalarını üstün tutmağın vacibliyini aşılamaqdır. Bu gün Azərbaycan gənclərinin Avropaya inteqrasiya etmək istəklərini nəzərə alaraq, inteqrasiya zamanı onlara milli identikliyin itirilməməsini tövsiyə edirik.

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq bir çox layihələr həyata keçirmişik. Məsələn, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər, 2014-cü ildə Siyəzən, Xızı, Şabran, Quba, Qusar və Xaçmazda “Vətənimizin inkişafı üçün ictimai fəallıq”, “Sağlam həyat” adlı təlim-seminarlar keçirilib. "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi" layihəsi üzrə "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masada, Bakı şəhər regional miqrasiya idarəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirədə yaxından iştirak edərək yaranan və yaşanan problemlərin həllinə dəstək vermişik və s.

-Gənclərlə bağlı Prezident tərəfindən təsdiq olunmuş yeni Dövlət Proqramı gənclər üçün hansı perspektivlər açır?

-Azərbaycan gəncləri bir çox uğurlara imza ataraq cəmiyyətdə fəal rol oynayırlar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğuru ölkə başçısının “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması oldu. Dövlət Proqramında Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Gənclərimiz bu sərəncamdan istifadə edərək özlərinin innovativ potensialının üzə çıxarılmasına nail ola bilərlər. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq üçün imzalanan sərəncam dövlətin gənclərimizə olan inamını ifadə edir. Qəbul edilmiş proqram gənclərin maraqlı olduqları bütün sahələrdə fəal iştirakına şərait yaratmaqla yanaşı, onların məsuliyyətini artırır və hətta müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.

-"Həmrəy" gənclər təşkilatı bu proqramda göstərilən istiqamətlərdən nə kimi yararlanacaq?

-Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına nəzər salarkən diqqətimi çəkən və məni fərəhləndirən bir bəndə rast gəldim. Buna səbəb “Gənclər və informasiya texnologiyaları” bölməsinin 5.9.4-cü bəndində yer alan “İnternet televiziyası məkanında gənclər kanalının yaradılması”dır. Məhz gənclər televiziyasının yaradılması mənim təmsil etdiyim “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB tərəfindən təklif olunmuşdu. Bu gün bizim təklifin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Dövlət Proqramına salınması bizi çox sevindirdi. Buna görə dövlətimizə və dövlət başçısı İlham Əliyevə təşkilatımız, eyni zamanda bütün gənclər adından dərin təşəkkürümüzü bildiririk. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında keçirilməsi nəzərdə tutulan bütün layihələrdən yararlanmağa çalışacağıq və gənclərimizin maarifləndirilməsində öz işlərimizi davam etdirəcəyik.

-Ümumiyyətlə, perspektivdə hansı layihələr nəzərdə tutulub?

- Qarşıda yeni layihələrə start verməyi planlaşdırmışıq. Gənclər arasında (14 yaşından 32 yaşa qədər) bir neçə onlayn yazı müsabiqəsi təşkil etmək niyyətindəyik. Yəni onlayn vasitəsilə “Həmrəy” İB-in e-mail ünvanına müvafiq aktual mövzuya aid gənclərimiz yazdıqları məqalələri göndərəcəklər. Qaliblərə mükafatlar, hədiyyələr və diplomların verilməsi nəzərdə tutulub. Seçilmiş yazılar daha sonra kitab formatına salınaraq nəşr olunacaq. Dövlətçilik və vətənpərvərliyi özündə cəmləşdirən onlayn yazıların hansı mövzuda olması və digər məlumatlar yaxın zamanda KİV vasitəsilə elan olunacaq.

Fuad Hüseynzadə
Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”Belarus Prezidenti Aleksandr Lukaşenko 24 noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə getməkdən imtina edib. Bundan sonra Ermənistanın da belə addım ata biləcəyi ilə bağlı bəzi ekspertlərin çıxışları oldu. Bəs görəsən, Ermənistan 2013-cü ildə olduğu kimi yenə də son anda bu sammitdə iştirak etməkdən imtina edə bilərmi?

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Belarusun bu addımından sonra Ermənistanın da bu sammitə qoşulmaqdan imtina etməsini müşahidə edə bilərikmi? 2013-cü ildə baş verən hadisə yenidən yaşana bilərmi?

- Belarus Rusiyanın forpostu deyil, müttəfiqidir. Bir çox məsələlərə münasibətdə Belarus prezidentinin öz yanaşması var və biz Aleksandr Lukaşenkonun dəfələrlə xarakter nümayiş etdirdiyinin şahidi olmuşuq. Hesab edirəm ki, Şərq Tərəfdaşlığı sammitinə qatılmamaq Belarus prezidentinin öz mövqeydir və onun belə məsələlərdə Rusiyanın arzu və istəklərini nəzərə aldığını düşünmürəm.

Ermənistan isə bu sammitdən imtina etməyəcək. Çünki işğalçı ölkənin Kremldə Lavrov kimi vəkili və aradüzəldəni var. Rusiya Ermənistana Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə icazə verib. Avropadakı erməni diasporu bir çox ölkələrlə yanaşı, həm də Rusiyanın casus şəbəkəsi funksiyasını yerinə yetirib. Çoxsifətlilik, beşqat, onqat casusluq ermənilərin mental xüsusiyyətidir. Ruslar da onların bu sifətlərindən öz maraqları üçün istifadə edirlər. Ermənistan sammitə qatılacaq və Avropa İttifaqı ilə də ikitərəfli sazişi imzalayacaq. Avropa İttifaqı da Ermənistanın çoxsifətli inteqrasiya meyillərinə “özünüqoruma” instikti kimi yanaşıb onun Rusiyanın forpostu olduğuna önəm verməyəcək.

- Erməni politoloqlar Ermənistanın Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməsə, noyabrın 22-23-də Moskvanın Qarabağ haqqında yeni “Putin planı”nının Azərbaycana təqdim ediləcəyi ilə bağlı informasiya yayıblar. “Putin planı” adlanan bu sənədin mahiyyəti nədən ibarətdir? Bu planda Azərbaycanın mövqeyi nəzərə alınacaqmı?

- Bütün bunlar Rusiya və Ermənistanın müvafiq qurumlarının Azərbaycanın ictimai rəyinə ötürdüyü əsassız və təxribat xarakterli məlumatlardır. Mənim “Putin planı” adlanan bir sənəddən məlumatım yoxdur. Əgər söhbət Lavrovun haqqında söz açdığı həll variantından gedirsə, bunun da yalnız bəzi detalları ekspertlər tərəfindən açıqlanıb. Həqiqəti nə dərəcədə ifadə etdiyini söyləmək çox çətindir. Əgər söhbət problemin 5 rayonun azad edilməsi, digərləri ilə bağlı məsələlərin isə yol xəritəsində öz əksini tapmadan “həllindən” gedirsə, həmçinin bunun qarşılığında Rusiya regionda öz mövqelərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar və Ermənistan da müəyyən iqtisadi dividendlər əldə edəcəksə, bu həll deyil, indikindən daha ağır şərtlər altında əzilməklə barışmaqdır. Mən Azərbaycan hökumətinin milli maraqlarınıza ziddi olan, ərazi bütövlüyümüzü şübhə altına alan hər hansı bir anlaşmaya qol qoya biləcəyini tamamilə istisna edirəm. Həmçinin hesab edirəm ki, ölkəmizin bəzi KİV-ləri də Rusiyanın və Ermənistanın təxribat xarakterli məlumatlarını Azərbaycanın ictimai rəyinə təqdim edilməsi kimi yanlış və təhlükəli istiqamətdən imtina etməlidirlər. “Putin Qarabağı qaytarır”, “Rusiya Ermənistanı geri çəkilməyə məcbur edəcək” və s. bu kimi Rusiya prezidentinin, Moskvanın imicinin, fövqəlgüc statusunun təbliğinə xidmət edən təqdimatlardan əl çəkmək lazımdır. Oxucu cəlb etmək üçün Qarabağ məsələsində Azərbaycanın ictimai rəyinin bölünməsinə xidmət edən təqdimatlar çox yanlış, zərərli yoldur. “Putin planı” deyilən və münaqişənin həllinə xidmət edən heç bir plan yoxdur. Ortalıqda icrasını gözləyən BMT qətnamələri var. Rusiya da bu qətnamələrə səs verib. Çalışmaq lazımdır ki, bu qətnamələrin icrası adıçəkilən sənədlərdə qeyd olunduğu kimi qeyd-şərtsiz həyata keçirilisin.
"Xalq Cəbhəsi"nin baş redaktoru: “Biz bazara işləmirik”"Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 16 il ötür. Qəzet ilk dəfə 20 noyabr 2001-ci ildə çap edilib. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olub. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib.

2006-ci ildən etibarən isə "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir.

Modern.az saytı ilə həmsöhbət olan Elçin Mirzəbəyli bildirib ki, qəzet 20 noyabrda çapdan çıxsa da, həmin tarix Qarakənddəki vertolyot faciəsinin ildönümü ilə üst-üstə düşdüyündən, kollektiv ildönümünü bir gün sonra, yəni noyabrın 21-də qeyd edir.

- Elçin müəllim, “Xalq Cəbhəsi” qəzeti ilə yollarınız necə birləşdi?

- Artıq 12 ilə yaxındır ki, bu qəzetdə fəaliyyət göstərirəm. Amma bundan əvvəl də, mətbuat orqanı yarananda müəyyən yazılarla çıxış etmişəm. Eyni zamanda, kollektivlə də hər zaman iç-içə olmuşam. Bu baxımdan birgə fəaliyyətdə hər hansı problem olmadı. Əvvəllər də bir ailə idik. Bu gün də qəzetin təkcə hazırkı kollektivi ilə deyil, vaxtilə burada çalışanların hər biri ilə münasibətlərimizi qoruyub saxlayırıq.

- Hər şey olduğu kimi qalmır və istər-istəməz zamanın tələblərinə uyğun olaraq dəyişilir. Bəs “Xalq Cəbhəsi” qəzeti zamanla ayaqlaşaraq, hansısa dəyişikliyə uğrayıbmı?

- Bu gün informasiya texnologiya dövrünü yaşayırıq, yeni resurslar yaranır, internet media daim inkişafdadır. Bu baxımdan çap mediası üçün təbii ki, müəyyən problemlər qalır. Dövlətin verdiyi dəstək , eyni zamanda dostlar sayəsində ayaq üstə qalmağa, yeni dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Amma dəyişməyən informasiya siyasətimizdir. Yəni ölkə maraqlarına, dəyərlərinə , tariximizə, Güney Azərbaycana, bütövlükdə türk dünyasına olan münasibətimiz eynidir. Bunlar dəyişməyən məqamlardır və zamanın tələblərindən asılı olmayacaq.

- Hazırda Azərbaycanda kifayət qədər media qurumları, o cümlədən qəzetlər fəaliyyət göstərir və rəqabət var. Maraqlıdır, “Xalq Cəbhəsi” qəzetinin rəqabət bazarında yeri necədir?

- Biz bazara deyil, mənəviyyata işləyən insanlarıq. Buna görə də bizim mənəvi müstəvidə yerimizi dar edən kimsə yoxdur. Həmkarlarımızla da gözəl şəkildə anlaşırıq. Azərbaycanın peşəkar media qurumları ilə - fərqi yoxdur çap və ya internet media qurumları - kifayət qədər yaxşı əlaqələrimiz var.

- Ümumiyyətlə qəzetin 16 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndiririk. Bütün çətinliklərə baxmayaraq keçdiyimiz şərəfli yol, qəzetin ilk baş redaktoru Vüsalə xanımdan, həmin dövrlərdə bizim qəzetdə çalışan insanlardan başlamış, bu günə qədər işləyən hər bir kəsə təşəkkür edirəm. Sevinirəm ki, vaxtilə “Xalq Cəbhəsi” qəzetində çalışan, ona rəhbərlik edən və ya əməkdaşlıq edən şəxslər bu gün Azərbaycan mətbuatında öz yerlərini tutublar. Onlar harada olmaqlarından asılı olmayaraq bizim ailənin üzvü olaraq qalacaqlar.
“Ay Fəzail Ağamalı, deyəsən restoranda dollarları hara dürtdüyünü unutmusan?” — deputatdan ŞOK MÜSAHİBƏMilli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Fəzail İbrahimli “Ölkə.Az” xəbər portalına müsahibəsində deputat həmkarını qınayıb, onu yalan danışmaqda ittiham edib.

Müsahibəni təqdim edirik:

– Deputat həmkarınız Fəzail Ağamalının haqqınızda söylədiyi fikirlərlə tanışsınız?

– Bəli, məlumatım var. Mən də bu məsələlərlə bağlı ona cavab vermək istəyirəm.

– Fəzail Ağamalı bildirir ki, siz öz oğlunuzu qorumaq üçün onun oğlunun adını gündəmə gətirmisiniz. Bu doğrudurmu?

– Siz mənə sual verirsiniz ki, doğrudanmı onun oğlunun adından istifadə etmisiniz? İndi mən də sizə sual verirəm ki, sizcə Fəzail Ağamalının oğlunun adından istifadə etmək insana uğur gətirə bilərmi? Mən siyasətə gəldikdən sonra bu cür məsələlərlə əlaqədar daim problemlərlə qarşılaşmışam. Bunun da öz səbəbləri var. Birincisi, Fəzail Ağamalı “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir ki, bu adı təmizləməklə məşğulam. Deputat Ağamalı “Fəzail” adına elə imic verib ki, mən bəzən ayrı-ayrı qurumlarla əlaqə saxlayanda, onlara birinci soyadımı, sonra adımı söyləyirəm. Çünki Fəzail deyən kimi, Ağamalı yada düşür.

– Yəni, adınız Fəzail olduğu üçün utanırsınız?

– Xeyr, elə demək istəmirdim. Adımın çox böyük mənası var, adımla hər zaman fəxr etmişəm. Mənim adım fəzilətlərin cəmi deməkdir. Fəzilətlərin cəmində də 10-15 dəyərli ifadə var. Buna görə də mən Fəzail adını daşıdığım üçün heç zaman utanmıram. Sadəcə olaraq, Fəzailin Fəzail haqqında yaratdıqlarını özüməməxsus formada qorumağa çalışıram.

– Bəs nə üçün Fəzail Ağamalı ilə aranızda yaranan soyuqluq ictimai gündəmə səbəb oldu?

– Qısaca deyim ki, mənim oğlum yıxılana kömək etdiyi üçün özünə problem yaradıb. Amma mən hesab edirəm ki, o düz edib. Təxminən oktyabrın 3-də saytlardan biri Fəzail Ağamalının oğlunun adam vurması barədə xəbər yayıb. Sonra isə həmin sayt təkzib verərək, Fəzail Ağamalıdan üzr istəyib. Bundan sonra “Fəzail Ağamalı” yerinə, “Fəzail İbrahimli” ifadəsi işlədilməyə başlayıb. Bununla da Fəzail Ağamalı gündəmdən çıxıb. Mən isə öz müsahibələrimdə söyləmişəm ki, qəza törətmək başqa, insana kömək etmək başqadır. Qısası məlum hadisəni hüquq mühafizə orqanları və mətbuat araşdıraraq, üzə çıxarıb. Hətta, oğlumun kömək etdiyi adamın valideyni də mətbuata müsahibə verərək, təşəkkür edib. Bununla da bu məsələ gündəmdən çıxıb. İndi iki aydan sonra Fəzail Ağamalı yatıb yuxu görüb və beynində şübhələr başlayıb ki, guya həmin vaxtı onun oğlunun adını hansısa xəstəxana ilə əlaqəyə girərək, mən gündəmə gətirmişəm. Guya mən bunun kölgəsində yatmışam. Məni də kölgədə yatmaqda ittiham edir. Mən isə deyirəm ki, ay Fəzail Ağamalı sənin heç kölgən də yoxdur! Fəzail Ağamalının ancaq tikanı var. Ağlı kəsəndən də Fəzail Ağamalı həmin tikanları ona-buna batıra-batıra gəzir. Onun növbəti hədəfi də mən oldum. Ən azı iki millət vəkilinin bir-biri haqqında belə düşünməyi cəmiyyətdə ikrah hissi yaradır. Mənim də, Fəzail Ağamalının da 40 min seçicisi var. Biz bir-birimizi ittiham etməklə, axı 80 min nəfərlik insana qarşı hörmətsizlik etmiş oluruq. Fəzail Ağamalı heç zaman bunu düşünməyib. Onun üçün müqəddəs heçnə yoxdur. Sual verə bilərsiniz ki, axı niyə birinci sənin oğlun deyil, Fəzail Ağamalının oğlunun adı çəkilib? Sizcə, səbəb nədir? Çünki ictimai rəydə belə fikirlər var ki, harada mənfi hallar olursa, bunu Fəzail Ağamalıdan şübhələnirlər. Harada pis əməl olursa, Ağamalıdan qaynaqlana bilər. Bax, onun oğlu haqqında yayılan xəbərlərin də kökü məhz bu amillərə görədir. Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır! Bu fikirləri mən deyil, özün özün haqqında yaradırsan. Ona görə də cəmiyyət hər zaman nə pis əməl olursa, səndən şübhələnir.
İki ay əvvəl belə hadisə oldu və həqiqət ortaya çıxandan sonra məsələ bitdi. Daha bu məsələni 2 aydan sonra niyə gündəmə gətirirsən? Fəzail Ağamalı, gündəmdə qalmaq üçün iki aydan sonra bu fikirləri söyləyirsən? Hər kəs öz həyat tərzindən danışır. Görünür, Fəzail Ağamalının da həyat tərzi belədir. Axı sənin həyat tərzin hamıya məlumdur. Bu gün oturub şirin-şirin “Yeni Müsavat” qəzetinə palaz boyda müsahibə vermək nə deməkdir? Bunu övladların bilir, qoy nəvələrin də bilsinlər. Ay Fəzail Ağamalı, deyəsən bir neçə il öncə Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan? İndi həmin qəzetə şirin-şirin müsahibələr verirsən! Özü də mənim şərəf və ləyaqətimi təhqir edirsən. O hadisə olub-bitib və hüquq mühafizə orqanları da araşdırmalar aparıblar. İndi Fəzail Ağamalı yenidən istintaq işi aparır.

– Dediniz ki, şərəf və ləyaqətiniz təhqir olunub. Buna görə məhkəməyə müraciət edəcəksiniz?

– Xeyr, onu məhkəməyə vermək istəmirəm. Çünki mən Fəzail Ağamalını yaxşı tanıyıram. Mən onunla ötən əsrin 80-ci illərindən tanışam. Onu mən tanıdığım kimi, hər kəs də tanıyır. Hər kəs onu pis əməl sahibi kimi tanıyır, görür.
Bilirsiniz, hər kəs dünyaya özünəməxsus formada gəlir, hər kəs öz xarakteri və həyat tərzi var. Mən onun müsahibədə dediyi bir fikirinə görə Fəzail Ağamalıya təşəkkür edirəm. Fəzail Ağamalı mənim haqqımda deyir ki, biz ayrı-ayrı adamlarıq, bir-birimizə əks qütblərdə təmsil olunuruq. Bəli, adlarımız eyni olsa da, həyat tərzimiz, xarakterimiz və siyasi mövqeyimiz bir-birimizdən kifayət qədər fərqlidir. Ona görə də mən onun haqqında çox danışmaq istəmirəm. Tanrıdan arzum odur ki, Fəzail Ağamalı tezliklə sağalsın, işinin başına dönsün və oturub onunla üzbəüz söhbət edim, onunla bağlı içimdəki düşüncələrimi bölüşüm. O zaman Fəzail Ağamalı başa düşsün ki, mən namərd yox, çox mərd adamam ki, bütün bunların hamısını mətbuata ötürmədim, gizli saxladım.

– Siz gizli saxladım deməklə, nəyi nəzərdə tutursunuz?

– Mən mətbuatda Fəzail Ağamalının səhhəti ilə bağlı oğlunun müsahibəsini oxumuşdum. Oğlu deyirdi ki, atası xaricə dincəlməyə gedib və sairə.

Ümumiyyətlə, Fəzail Ağamalı ilə hər zaman məsafəli münasibətimiz olub. Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Amma onun üçün müqəddəs heçə olmadığı üçün ondan özümü gözləmişəm. Yəni, Fəzail Ağamalı bir dəqiqənin içərisində min illərin ibadətini tapdalayıb keçmək imkanında olan adamdır.

Mən siyasətə gələndə içimdə bir andım olub ki, əxlaqımı siyasətə dəyişməyim, heç zaman qərəzli mövqedə olmayım və dövlətçilik məsələsində şəxsi mənafeyimdən də imtina edim. Mən bütün bunları göz bəbəyim kimi qoruya-qoruya bu günə gəlib çıxmışam. Ona nə qədər nail olmuşamsa, bunu cəmiyyət və siz jurnalistlər bilir. Mən istəmirim ki, Fəzail Ağamalınım səviyyəsinə enim. Namərdlik də belə məqamlarda, yəni sandıq çaılanda, pambıq töküləndə üzə çıxa bilər. Mən isə sandığın qapalı qalmasını istəyirəm.
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!” - bu sözləri öz yaşam şüarına çevirmiş bir insanla həmsöhbətik...

İbad Hüseynov Qarabağ müharibəsinin iştirakçısıdı. O, cəbhədə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan bayrağı” ordeninə də layiq görülüb. Qarabağ uğrundakı döyüşlərdə İbad Hüseynov kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Qəhrəmanın döyüş yoluna qədərki xidməti Sovet ordusunda olub.

- İbad bəy, Sovet ordusunda idiniz, necə oldu ki, Qarabağa – döyüşməyə gəldiniz?

- Qarabağdakı münaqişə barədə əsgərlikdə eşitdim. Onda Rusiyanın Amur vilayətində hərbi xidmətdəydim. Eşitdik burda olanları. Yanımda olan vətənimin igid oğlanları ilə birgə komandirə müraciət etdik ki, bizi buraxsın, gələk Azərbaycanımıza. Amma icazə vermədilər. Başladıq ac qalmağa. Hardasa, beş-altı gün ac qaldıq. Axırda bizi buraxdılar. Mənimlə birgə orda Emin adlı bir oğlan da vardı. Naxçıvanlı idi. İkimizi də tanımadığımız bir şəhərə gətirib atdılar. Dörd ay orda qaldıq. Cibimizdə qəpik də yox idi. Naəlac düşündük ki, şəhər bazarına gedək. Bazarda naxçıvanlılarla rastlaşdıq. Göyərti satırdılar. Onlara yaxınlaşıb dedik: “Bizi buraxıblar. Üstümüzdə pul yoxdu vətənə getməyə. Bizə kömək edin gedək.”
Bizimçün 70 manat pul yığdılar. O pulla biz ancaq köhnə hərbi hissəmizə gələ bilərdik. Gəldik hərbi hissəyə. Orda məni hamı idmançı kimi tanıyırdı. Gecə ilə çatmışdıq. Orda yemək yedik. Dedik, bizə pul lazımdı evimizə dönməyə. Pul yığdılar. Bilet aldıq, gəldik Moskvaya. Ordan da Bakıya. Bakıdan da gəlib düşdüm Ağdama. Yollar bağlı idi.

- Bəs, kəndinizə necə getdiz?

- Bizim kəndimizə heç bir maşın getmirdi. 1990-cı ilin sentyabrı idi. Təsadüfən, bizim kəndə yük maşını gedirdi. Yük maşınının üstündə kəndimizə gəldim. Kəndimizdə hamı pərən-pərən düşmüşdü. Qardaşım kənd sovetinin sədri idi.

- Döyüşə necə başladız, o zaman ümumi vəziyyət necə idi?

- Ermənilər Şuşadan gələn avtobusu saxlayıb sərnişinləri qırmışdılar. Şüşələr dağılmışdı. Kəndə hazır döyüşçü kimi qayıtmışdım. Kəndimizdə könüllülər dəstəsi yaranmışdı. Könüllülərin kəşfiyyat qrupunun rəhbəri oldum. Gizir idim. Silahımız adi tüfəng idi. Bir dəfə bir ermənini öldürdüm, “5-45” markalı avtomat götürdüm. Bundan sonra, dəfələrlə erməni tərəfə keçdik. Onları öldürürdük, silah-sursatlarını ələ keçirirdik. Kəndimiz ətrafında gedən döyüş əməliyyatları mənim rəhbərliyimlə olub. Döyüşlər vaxtı elə bil ki, nəsə məni qoruyurdu.

Bütün hadisələrdə ani qərar vermişəm. Kəşfiyyata gedəndə öncədən döyüşmək nəzərdə tutulmurdu. Amma anidən elə məqam yaranıb ki, demişəm, bu post dağıdılmalıdır. Qərargah partladılmalıdır. Ani qərarlarım uğurla nəticələnib.

- Ən çox erməni terrorçusu Melkonyanın başını kəsməyinizlə məşhursuz, amma sizin döyüş çox uzun olub...

- O, mənim axırıncı böyük əməliyyatım olub. Eşitmişdim "Avo" haqqında. Bilirdim ki, Xocalıdakı qətliamı, Qaradağlıdakı qırğını törədənlərə başçılıq edib. Onun əlindən dəmir çeynəyirdim. Uşaqlara tapşırdım ki, “harda Avonu görsəniz, atəş açmayın, mənə xəbər edin”.

1993-cü ilin iyun ayı idi. Kəşfiyyat qrupum üçün qərargahımızı Ağdamda, İydəlik adlanan yerdə qurmuşdum. Səhər-səhər uşaqlara təlim keçirdim. Rabitəçim Lənkərandan Fərzi adlı bir oğlan idi. Gəldi, məlumat verdi ki, bəs, ermənilər Ağcabədinin Qiyaməddinli kəndində hücuma keçiblər. Üstündən beş dəqiqə keçmədi ki, komandir Barat Quliyev mənə zəng vurdu. Təcili hərbi hissəyə çağırdı. Qərargaha getdim ki, Ağdamın MTN rəisi də ordadı, müavini də. Başqa komandirlər də vardı. Hamısı mənə baxırdılar. Mənim günüm kəşfiyyatda, ermənilərin arxasında keçirdi. Tanklarını, postlarını partladırdım. Barat Quliyev mənə dedi ki, ümid sənədir. Bir hadisə törətməlisən ki, hücum müvəqqəti dayansın. Biz özümüzü toparlayaq.
Oturdum maşına, gəldim kəşfiyyatçılarımın yanına. Məni gözləyirdilər ki, nə xəbər gətirmişəm. Dedim ki, uşaqlar, bu gedişimiz sonuncu gediş ola bilər. Yəni, o biri ucunda ölüm var. Kim istəyir, könüllü qabağa gəlsin.

Otuz altı kəşfiyyatçıdan cəmi on ikisi irəli çıxdı. Onlara yatıb, dincəlməyi əmr elədim. Günorta vaxtı idi. Uşaqları yatmağa göndərdim, özüm oturub plan cızmağa başladım. Parçadan düzəlmiş şəxsi xəritəm var idi. Hardan gedək, hardan getməyək, düşünürdüm. Axşamçağı, saat yeddidə uşaqları oyatdım. Hərəsinə bir vərəq verdim. Dedim, gediş planı cızın. Əlbəttə ki, onların plan cızmağı mənə lazım deyildi. Sadəcə, istəyirdim onlar ürəklənsin ki, komandir bizə etibar edir. Dedim, vərəqlərə hərə öz planını cızsın ki, hansı yolla gedəcəyik. Özüm bəribaşdan gedəcəyimiz planı hazırlamışdım. Hərəsi bir şey cızdı. Heç baxmadım da. Bir saat sonra yola düşdük.
"Avo"nu bir aydan çox idi ki, izləyirdim. Hardan gəlir, hara gedir, hansı maşınla gəlir, artıq bilirdim. Fikrimdə onunla rastlaşmağı nəzərimdə tutmamışdım həmin gün kəşfiyyata gedəndə. Çayı keçib öz kəndimizə, Muğanlıya getdik. Orda da dörd nəfəri ayırdım - Elçin, Qamət, Fikrət, bir də bir oğlan vardı, Seyid deyirdik, ona. Dörd nəfərlə erməni mövqelərinin içinə doğru getdim. İyunun 12-də günorta Seyid qaça-qaça gəldi ki, bəs, çoxdandı izlədiyimiz "UAZ" Xocavənd səmtdən kəndə tərəf gəlir. “Avo”nun qərargahı elə bizim kəndin yaxınlığında, dağın arasındaydı.

Kənardan baxanda, deməzdin ki, orda qərargah var. "UAZ" əvvəlcə ermənilərin səngərinə tərəf getdi. Səngərlə aramızdakı məsafə 15 km olardı. Bir az da gözlədik pusquda. Gördük, "UAZ" geri qayıdır. Maşın gəldi-gəldi, çaydan keçəndə ilişdi.

Gördük bir cüssəli erməni düşdü maşından. “Avo”nu üzdən belə yaxından görməmişdik deyə tanımırdıq. O, arxasınca gələn iki əsgərə çığırıb nəsə əmr elədi, əsgərlər maşının yanına qayıtdı. Həmin cüssəli hərbçi üzü biz tərəfə gəlirdi. Arada 500 metr məsafə vardı. Binoklla dəqiq sifətinə baxırdım. Məndə səssiz silah vardı. Uşaqlara dedim ki, mən onunla qarşılaşacağam. Uşaqlar dedi ki, arxadan səssiz silahla vur. Mən də gənc, idmançı, döyüşdə... Özümə inam vardı. Kəndin içiylə dönəcəyə qədər qaçdıq. Uşaqları döngədə gizlədib, tək yola çıxdım. Üzü “Avo”ya tərəf getməyə başladım. Silahı qoluma taxmışdım. “Avo” da əlində çantası, xəritəsi, komandir geyimində aşağıdan gəlirdi.

Məktəbin həyətində qəfil qarşılaşdıq. Dayandıq ikimiz də. Rusca çığırdı ki: “Silahı tulla!” Mən də ona çığırdım rusca ki, “At silahını!” Elə bildi, öz ermənilərindənəm. Başladı ermənicə nəsə danışmağa. Sonra mən azərbaycanlı olduğumu dedim. Başladı ermənicə bağıra-bağıra düz üstümə yeriməyə. Karıxdım. Aramız 20-25 m idi. Bir də gördüm silahı mənə tuşlayıb. Barmağını qoydu tətiyə, amma mən cəld tərpənib atəş açdım.

Balaca kol quşunu gözündən vururdum, yaxşı nişançı idim. “5-45” markalı avtomatla “Avo”nun qarnından vurdum. İkinci gülləni atanda arxaya əyilib, səndirlədi. Avtomat da 5 m qırağa düşdü. Cəld özünü düzəldib qalxdı, cumdu avtomata. Götürdü silahı. Yuxarı qalxmaq istəyəndə çatdım yanına. Təpiklə sifətindən vurdum. Arxası üstə düşdü. Üstünə atılıb, xirtdəyindən tutdum. Bıçağı çıxartdım, başladı yalvarmağa. Türkcə təmiz danışırdı. Mənə təklif elədi ki, ölkədən xaricə çıx, sənə kömək edərəm. Qolunun birini qanırıb dizimin altına qoydum. Başını da, qolunu da kəsdim. Sonra dedilər ki, qolunu niyə kəsdin. Dedim: “Komandir, mən onun düşünən başını kəsdim, bir də bizim uşaqları vuran əlini”.

Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək.

- Bəs, ordan necə qayıda bildiz? Axı Melkonyanı öldürəndən sonra sizi axtaracaqdılar...

- Axşam düşürdü yavaş-yavaş, saat 6-7 olardı. Elə bil zəlzələ oldu. Ermənilər hamısı kəndə doluşdu. Sən demə, bizi dağdan görüblər. Uşaqlara demişdim ki, kəndin içində sərbəst gəzin, ermənilər elə bilsin, onlardansınız. Hamımız rus hərbi geyimində idik. Ermənilər “Avo”- deyib qışqıranda anladım ki, öldüyünü bilirlər. Kəndə atəş aça-aça doldu ermənilər. Hamımız qorxuya düşdük. Nə irəli, nə geri qaça bilirdik. Elə bil Allah məni yönəltdi ki, öz səngərimizə tərəf qaçmayaq. O tərəfə qaçsaydıq, indi çoxdan ölmüşdük. Ermənilərin səngərinə tərəf qaçdıq. Uşaqları üzüm bağında gizlətdim. Erməni postunun 50 metrliyindəydik. Artıq hava qaralmışdı. Ermənilər qaranlıqda bizi axtarırdı. Gecə saat 3-4 olardı, axtarmağı dayandırdılar. Uşaqları oyatdım ki, durun, indi biz çıxaq aradan. Uşaqları yolla aşağı düşürtməyə başladım. Ratsiyanı açdım. Çığır-bağır vardı. Komandirlə əlaqə saxladım ki, artıq içəridəyik. Ratsiyanı tez söndürdüm ki, dalğa ilə tutarlar birdən. Bir də ratsiyanı açanda komandirə dedim ki, Ağdamın Mərzili kəndi yaxınlığından çıxırıq, tapşırın, bizimkilərdi, vurmasınlar. Gəldik hərbi hissəyə. Bizi qarşıladılar. Ermənilər susmuşdu. Biz tərəfə bir güllə də atılmırdı. Mən “Avo”nun başını kəsib, əlimdə gətirmişəm. Başı əlimdə görənlərin hamısı da sağdı. Komandir başı atdı əsgərlərin ayağının altına. Təpiklədilər. İyunun 12-i “Avo”nun başını kəsmişəm. 19-da basdırıblar onu.

- Öldürdüyünüz ermənilərin sayı təxminən neçə nəfərdir?

- Qarabağ müharibəsi başlayandan sonunadək döyüşmüşəm. Bütün döyüşlərim də qələbə olub. Öldürdüyüm erməniləri saymamışam. Çox vaxt öldürdüklərimi, hətta diri erməni də gətirmişəm hərbi hissəyə. Öldürdüyüm ermənilərin silahlarını gətirib öz hərbi hissəmizə vermişəm. Kiçik bir dəstə mənim gətirdiyim silahlarla silahlanmışdı.

- İbad bəy, sizcə düşmənin başını kəsmək doğrudurmu?

- Biz heç vaxt dinc adama güllə atmadıq. Bir qoca erməni tutmuşduq əli silahlı. Onun silahını aldım, dedim, buraxın getsin. Getdi, ermənilər özləri öldürdülər onu. Elə bildilər ki, satqındı, silahını özü bizə verib. Bir dəfə də sahədə erməni qadınlarıla rastlaşdıq. Başladılar qışqırmağa. Dedim: “Qışqırmayın. Susun, gedirik, sizə heç nə eləmərik”. Bir dəfə də çayın qırağında iki qadına rast gəldik. Biri qucağı uşaqlı idi. Toxunmadıq.

- Ermənilər bizim uşaqları, qadınları amasızcasına öldürür. Biz isə onların qocasına, qadınına, uşağına toxunmamışıq...

- Bilirsənmi, erməni niyə bizim torpaqlarımızı ala bildi? Onlar qırdılar, kəsdilər, hamısını da bizə göstərdilər ki, gözümüz qorxsun. Məncə, kiminsə günahsız yerə başını kəsmək düz deyil. Döyüş başqa şeydi. Döyüşdə sən öldürməsən, səni öldürərlər. Sən kəsməsən, səni kəsərlər. Kəşfiyyata gedən vaxt ermənilər bizi tutsaydı, diri-diri yeyərdilər. Mən “Avo”nun başını gətirəndə də uşaqlardan mənə deyən oldu ki, başı ataq. Deyirdilər ki, ermənilər bizi tutsa, yeyəcəklər. Dedim, yox, baş sübut kimi getməlidir. Düşmənin başı kəsilməlidir. "Avo"nun qərargahının koordinatlarını verdim bizimkilərə. O qərargahı mən dağıtdım. Bizim toplar dağıtdı oranı. Kənardan baxsa, kimsə bilməzdi orda qərargah var. Görünməz yerdəydi. Yəni, döyüşdə asmalısan da, kəsməlisən də... Qana-qan olmalıdı.

- İndi münaqişənin sülh yolu ilə həllinin mümkün ola biləcəyi də çox danışılır. Siz necə fikirləşirsiniz bu barədə?

- Tutaq ki, nə vaxtsa sülh oldu, bəs qisas? Tökülən qanların qisasını kim alacaq? Məncə, torpaqlar müharibə ilə geri alınmalıdır. Ermənilərin dərsi verilməlidir. Həmişə ermənilərə güzəştə getmişik, bu da bizi məhv edib. Düşmənin cavabı verilməlidir. Qisasa qisas! 25 ilə çatır ki, Ana Torpaq əsarətdədir, erməni deyir, bunu bizə bağışla. Mən buna razı olmaram. Biz onlara zərbə vurmalıyıq. Erməni bizdən qorxur. Onlar dəqiq bilsə ki, biz ayağa qalxmışıq, torpağı qoyub qaçarlar. Gücümüz olsa da, millət kimi ayağa durmağa hazır deyilik. Mən həmişə deyirəm ki, top-topxanadan ötədi canlı qüvvənin döyüşü. Hamı bilməlidir ki, vətənçün atılan addımlar əbədiliyə gedir. Vətənçün öldürməyə hazır olmalıyıq. Mən görmüşəm ki, təlimsiz döyüşə çıxmaq məğlubiyyət gətirir. Döyüşdə düşmənə zərbə vurmasan, o nə döyüşdür?! Bəs niyə deyilir: “Oğul düşmən çəpəridir”. Burda anlam bu olmalı ki, oğul vətənin düşmən çəpəridir. Oğul əsl vətənpərvər kimi yetişdirilməlidir. Lazım olan anda vətəni qorumağa hazır olmalıdır. Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!

- İbad bəy, sizin gənc əsgərlərə məsləhətiniz nə olardı?

- Müharibədə hamı bir-birinə qardaş idi. Zəifi də, güclüsü də... “Ay ondan mən güclüyəm, ya nə”- söhbəti yox idi. Müharibədə güc yerimir, ürək yeriyir. Müharibədə hamı bir-birinin təəssübünü çəkir. Təbii, gücün qarşısında çox şey acizdir. Hazırda müharibə şəraitində olan ölkənin vətəndaşıyıq. Mülki həyatda da bir-birimizə qardaş olmalıyıq. Müharibə olarsa, bir-birimizə arxa olmağa hazır olmalıyıq. Bu gün bizə lazım olan ən vacib şey birlikdi. Tək-tək bizi qırmaq asan olar. Bizə mehribançılıq lazımdır. Çünki Qarabağı almağımız hələ qarşıdadır. Qarabağa girib, sağ qayıtmaq oğulda hünər istəyir. Əgər bir-birimizə arxa durmasaq, biz bunu bacarmarıq. İstərdim ki, əsgərlikdə də gənclər qardaşlığı, kürək-kürəyə söykənməyi bacarsınlar. Əsgərlərə xüsusilə vətənpərvərlik hislərini aşılamaq lazımdır. Vətənpərvərlik hissi atom silahından da qüvvətlidir.
Metbuat.az
Səsi ilə məşhurlaşan Pərvin Səfərov: “Çobanam deyə heç kim mənə əl tutmadı…”Qoyun otararkən oxuduğu ifaya görə sosial şəbəkədə məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışması ilə əlaqədar narahatçılıq içindədir. Musiqi təhsili almayan iştirakçı bununla bağlı bir neçə sənətkara ağız açsa da, müsbət cavab almayıb.

Pərvin Səfərov AzNews.az-a müsahibəsində ona biganə qalanların adlarını açıqlayıb:

- “O səs Türkiyə” yarışmasından nə xəbər var?

- Müsabiqə öz axarı ilə gedir. Hələ ki, birinci tur keçirilir. Yanvar ayında isə ikinci tur başlayacaq. İkinci tur başlayan kimi yenidən Türkiyəyə gedəcəm. Əgər ikinci turdan da keçsəm sonra layihələr başlayacaq. Orada iştirakçılarla duetlər oxuyacağıq. Yaxşı mahnılar seçib mübarizə aparacağıq. İnanıram ki, mən bu turdan da üzüağ çıxacağam. Performanslar auditoriyanın istəyi ilə qarşılanır. İştirakçıların arasında peşəkarlar çoxdur. Seçimləri də onlar edir. Ümidliyəm...

- Türkiyədən başqa dəvətlər necə, alırsınızmı?

- Dəvətlər çoxdur. Amma hamısından imtina etdim.

- Səbəb nə idi?

- Bilirsiniz, “O səs Türkiyə” yarışmasının şərtləri var. Mən orada müqavilə imzalamışam. Müsabiqədə iştirak etdiyim vaxtlarda heç bir yerdə çıxış edə bilmərəm. Bunlar iştirakçılara qadağandır. Ona görə də gözləməliyəm. Neçə gün idi ki, Bakıdayam. Gəldim ki, musiqiçilərdən kömək istəyim. Baxdım ki, alınmır. Sabah kəndə qayıdacağam. Görünür, yazı belə yazılıb, onu dəyişdirmək mümkün deyil.

- Sirr deyilsə Bakıya niyə gəlmişdiniz?

- Əlbəttə ki, səbəbi var. İstədim dövlət mənə dəstək olsun. Axı mən Türkiyə səhnəsində Azərbaycanın adını təmsil edirəm. İstədim ki, tanınmış musiqiçilərdən təhsil alım, Azərbaycan klassikasını düzgün şəkildə ifa edim, necə olmasa, böyük səhnəyə çıxacağam. Vokalın yolları var. Amma gərək gəlməyəydim, sözüm yerə düşdü. Heç kim mənlə maraqlanmadı. Daha kiməsə ağız açmayacam. Hamı mənim səsimin olmasını bilir. Bu əsas deyil, düzgün də ifa lazımdır. Bunun da öz yolları var. Nə yazıq ki, musiqi təhsilim olmadığındam mən o yolları bilmirəm.

- Yəni konkret olaraq, kimdən kömək istədiniz, hansı xalq artisti ilə görüşdünüz?

- Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin köməkçisi Anarla görüşdüm. O, məni bir vokalistlə görüşdürdü. Düzdür, mənə bəzi ifaları oxumağımda kömək edəcəklərini dedilər. Amma mənim Bakıda qalmaq imkanım yoxdur. Bir neçə yerə müraciət elədik, müsbət cavab almadıq. Məcbur oldum, kəndimə qayıdım.

- Məşqsiz, heç bir təhsil almadan başqa ölkənin böyük səhnəsində çıxış etmək sənə çətin gəlmir?

- Allaha sığınıram. Bundan sonra necə olacaq, özüm də bilmirəm. Görüşdüyüm kim vardısa, ağız açıb dərdimi deyib, kömək istədim. Hətta yolda Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə görüşdüm. Ona köməyə ehtiyacım olacağını dedim. Nazir bildirdi ki, “regionda olan musiqicilərə deyərəm, sənə kömək edərlər”. Mən inanmıram ki, kimsə ürəyimcə olan, məni qabağa aparan təhsil verə. Bölgə müəllimləri hara, xalq artistləri hara. Bütün müsabiqələrdə Azərbaycan musiqisinin başında olan rəhbər şəxslərə ağız açdım. Biganəlik gördüm. Bir adam mənə əl tutmadı. Nədir ki, çobanam, arxamda kimsəm yoxdur. Peşəkar səhnədə olmamışam. Məni Türkiyədə dəstəkləyirlər. Mən də onlardan kömək istəyirəm. Dolanaşıq yerim isə qoyunlarımdır.

- Deyirlər Türkiyə səhnəsindən sonra qoyunları satmısan?

- Yox, onları satsam qışda nə yeyərəm? Videogörüntüdən sonra qoyunlara göz dəydi, bir ikisi öldü, zəifləyən də oldu. İndi-indi düzəlir. Allah onları mənə çox görməsin. Başqa yerdən gəlirim yoxdur, onları dar günə saxlamışam.
"Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək"Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov "Ölkə.Az"ın suallarını cavablandırıb.

Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?

- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.

- Sizin kəndin adı nədir?

- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var. Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.

- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...


- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var.

- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?

- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir.

- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?

- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.

- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?

- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.

- Harda?

- Məktəbin yanında.

- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?

- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.

- İki kənd arasında əvvəldən ədavət olub?


- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil.

- Uşağın valideynləriylə qohumluğunuz varmı?


- Xeyr, qohum deyilik.

- Ailəni tanıyırsınız?

- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur.

- Uşağın anası göz yaşları tökür...

- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar.

- Söhbət nədən gedir?

- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar. Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı.

- Bu da təzə söhbətdi?

- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir. Hamısı ürəkbulandırıcı sözlərdi.

- İlkin müəllim də məktəbə getmir?

- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir.
"Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı"Avrasiya.net teleaparıcı Vüsalə Kərimovanın "Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- "Maşın” realiti şousunun ən yaddaqalan iştirakçılarından biri olduz. Tez-tez avtomobil ətrafında qalmaqal yaşadız, mübahisələr etdiz. Nədənsə şoudakı qalmaqal real həyata keçdi. Yarışmada qarşıdurma yaşadığınız Günel Ələkbərova "Maşın”dan gedəndən sonra sizinlə bağlı ittihamlar səsləndirdi. Sizin Günelin ittihamlarına münasibətiniz necədir?

- Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər: "Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (Red: müğənni Yaşar Cəlilov) onun 17 yox, 28 yaşı var. Demək söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar.

Bir o sözə görə Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın "ə” hərfi yoxdur. "Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın.

Lazım olarsa mən qayıdım. Həyat yoldaşı dediyi insan çıxıb mənimlə danışmaq istəyirsə, danışsın. Amma kimlə bağlı mənlə danışacaq? Onu haqqında nə deyirəmsə, əcəb edirəm. Bəs onun arvadı ağzının qatığını dağıdanda ər harda idi? Niyə o ər Günelin qulağını burub yanında otuzdurub demədi ki, ay qız, sən onu filankəslə görmüsən? Həmin ər qabağıma çıxıb deyəcək ki, arvadımı kiminləsə görmüsən? Ona "dux” istəyirəm. Onların qarşısına hüquqlarını müdafiə edən kimsə çıxmayıb. Onun kimi yekə ağızlı insanların ağzını büzsün, bir də belə qələt eləməsin.

- "Maşın”da kimlərin əsl üzünü gördüz?

- "Maşın”la bağlı yanlış fikirlər var. Məsələn, bu gün işə çıxmışam. Məni görən hamı deyir ki, "halal olsun, özün idin”. Həqiqətən də oynamırdım, özüm kimi yarışırdım. Həyatda necəyəmsə, orda da elə idim. İnsanlar elə bilir ki, şouda kiminsə üzü açılır. Bu yarışma sadəcə bir oyun idi. Bu oyunda kim oynamağı bacarırsa, elə də davam edir. Orada üz açılmır, sadəcə olaraq insan belə idi, siz də onu tanıdız. İnsanlar həyatda necəydilərsə, orda da elə idilər. Şəxsən mən belə idim. Mən olduğum kimiyəm, maska bağlamağı sevmirəm. Məni qəbul edən belə qəbul etsin, etməyənin də öz işidir. Mən bir qədər başqa düşünürəm. Həyatda bir dəfə səhv etmişəm, "Kimlər nə düşünər?” demişəm. Nişanlı vaxtlarımda var idi.

Toyumuza iki ay qalmış üzüyü qaytarmışdım. Həmin vaxt valideynlərimi düşündüm. Məni geri qaytaran digər səbəb isə kimlərinsə nə düşünməyi idi. Məsələn, fikirləşərlər ki, bu qız tələbədir. Mənim sevib-seçdiyim oğlan öz rayonumuzdan olsaydı geri qayıtmazdım. Mən Qaxdan, o Naxçıvandan idi. Tələbə vaxtı institutun yataqxanası var idi. 1-2-ci mərtəbədə qızlar, digərlərində oğlanlar qalardı. Nişanlım da orada qalırdı. Düşünürdüm ki, camaat nə deyər, biz eyni yataqxanada yaşayırdıq. Bu fikirlər məni geri qayıtmağa vadar etdi. Nə oldu? Kaş özümə rahat olan bir həyatı seçsəydim. Səhvi onda etdim. İndi isə səhv edə bilmərəm.

- Sosial şəbəkələrdə haqsız tərəf kimi sizi göstərirlər. Sizi tənqid edənlərin sayı daha çoxdur.

- Klaviatura arxasında şir, pələng olmağa ehtiyac yoxdur. Nə böyük şeydir? Hamının telefonu var, girib axtarış verirsən. Görürsən ki, bu adam hansı yuvanın quşudur, nə işlə məşğul olur. Baxın, ondan sonra dəyərləndirin. İnsanların keçmişini xatırlatmaq lazımdır. İnsanlar bir qədər qabağa gedən kimi elə bilirlər ki, keçmişlərində ləkə buraxmayıblar. Hamının həyatda səhvi var, səhvsiz insan yoxdur. Amma bu, o demək deyil ki, kimsə ağzına gələni danışmalıdır, mən isə susub oturmalıyam. O adam keçmişini görmək istəmirsə, mən güzgü kimi onun qabağında duraram. Birinci özünə baxsın. Ümumiyyətlə o, ağızna Vüsalə adını alıb danışmağa layiq biridir? Kimsə deyə bilməz ki, mən Vüsalə ilə oturub-durmuşam, pul xərcləmişəm, maşın, ev almışam. Heç kim bunu deyə bilməz. 17 yaşına kimi oğul böyütmüşəm. Oğlumun da heç bir şeyə ehtiyacı olmayıb. Ağızlarına gələni sosial şəbəkələrdə yazırlar.

Mənim xüsusilə qadınlara yazığım gəlir. Qadın nə qədər keyfiyyətsiz ola bilər ki, başqalarında nəsə tapsın. Mənim haqqımda həyasız, tərbiyəsiz yazan insanlar həyatda necədir? Sadəcə onların lövhəsində gəzişmək kifayətdir. Ay insan, mənim sənə nə pisliyim dəyib? Neyləmişəm? Mənim haqqımda təhqir yazırsansa, yığıdığım günahları boynuna götürüsən. Bu cəmiyyətdən heç nə gözləmirəm. Əxlaqsız insanlara ailə qadını, evdar xanım, ana deyərək göyə qaldıran insanlar gördüm. Mübahisə etdiyim insanlar haqqında keyfiyyətli sözlər, mənim haqqımda isə əksinə fikirlər yazırdılar. Özüm özümdən şübhələnirdim. İnsanı asıb kəsmək necə asan ola bilər?

- Elə ittihamlar Yaşar Cəlilovun üzərində dayandı. Çünki Günelin "Oğlu yaşında kişiylə sevgilidir” deməyi ilə əməkdaşlıq etdiyiniz ifaçı başa düşüldü. Bu ittihamlar nə dərəcədə doğrudur?

- Yazırlar ki, Yaşar hardadırsa, Vüsalə də ordadır. Ay balam, mən Yaşardan pul qazanıram. İnsan qazancının 30 faizini işlərini gördüyüm üçün mənə verir. Mən niyə onun geyiminə, işinə qarışmamalıyam? Bəs niyə maaş verir? Gözünə, könlümə vurulduğu üçün? Onunla 7 ildir ki, çalışıram. Bizdə doğmalaşma var. Onun bir şeyi olanda mən, başqa bir şey olanda o, mənim yanıma qaçır. Deyirlər ki, "Vüsalə Yaşarın yanında bitmişdi”. Atanın, ya ərinin yanında bitmişəm? Sizə nə var axı? Yaşara xoş, mənə xoş… Siz niyə naxoşsuz? Bunun hamısı paxıllıqdan irəli gəlir. Bəlkə Yaşar hardasa oturub məndən bezdiyini deyib, xəbərim yoxdur? Axı biz rahadıqsa, siz niyə narahat olursuz? Belə şeylər mənə çatmır.

- Artıq oğlunuz Ayxanın 17 yaşı tamam olub. Bu söz-söhbətlərə o necə reaksiya verir?

- Oğlum heç vaxt yazılan rəylərə, xəbərlərə reaksiya verməyib. Biz ümumiyyətlə belə şeylərə fikir vermirik. Ana-oğuldan başqa, qardaş-bacı və dostuq. Bizim bir-birimizdən gizlətdiyimiz heç nə yoxdur. Ayxan bilir, kimin oğludur. Onun anası tanınmış insandır. O, nəyin real, nəyin isə qeyri-real olduğunu yaxşı seçən biridir. Günelin açıqlamasından sonra oğlum mənə mesaj yazdı: "Ana, bu nədir? Bütün saytlar ağzına gələni yazır”. Mən də ona cavab verdim ki, oğlum, belə şeylərə fikir vermə. Ağız torba deyil ki, büzüb yığasan. O da söylədi ki, dostlarım var. Oğlumu başa düşürəm, amma Ayxanın dostları da bilir ki, mən kiməm.
Oğlum televiziyanın içində böyüyüb. 1996-cı ildən etibarən televiziyada çalışmışam, o isə 2000-ci ildə dünyaya gəlib. O sıradan biri olmadığını gözəl bilir. Uşağım tələbədir, 1-ci kursa gedir. Qoyun dərslərini rahat oxusun, nə istəyirsiz? Yenə deyirəm, kiminsə ailəsini dağıtsam, ərlərində, qardaşında gözüm olsa, nəysə. Mənim heç kimlə işim yoxdur. Əksinə, camaatın mənimlə işi var.

- Vüsalə Kərimova sevgidə yaş məsələsini özündə kompleks hesab edir?

- Belə biri deyiləm. Məsələn, mənim 25 oktyabrda 40 yaşım olacaq. Heç kim mənə yaşımı vermir. Özümü də bu yaşda görmürəm. Hərdən 40 rəqəmi insana birtəhər görünür. Mən özümü, ruhumu o yaşda görmürəm, bunu da kompleks etmirəm. Elə yaşda olan oğlanlar var ki, çox böyük düşünürlər. Elələri də var ki, uşaq kimidirlər. Oğlumun 17 yaşı olmağına baxmayaraq dostlarının hamısı yaşca böyükdür. Mən ona aşılamamışam, mühiti belə gətirib. Gələcəkdə oğlum yaşca böyük biriylə ailə quracaqsa, yola gedəcəksə mən nə karəyəm?
Onun özü bilər, seçiminə qarışmaram. Kişilərdə sevdiyi qadın kiçik yaşda olursa, daha çox problemlər yaranır. Çünki balaca qızlar əyləncəni, gəzintini çox sevirlər. Oğlanlar isə daha ağıryana olurlar. Onların xarakterləri uyuşmur. Oğlanın qarşısında yaşı oturuşmuş xanım olanda xarakterlər uyğunlaşır. Ona görə də, yenə deyirəm oğlumun bu mövzuda seçiminə belə qarışmayacağam. Sadəcə onun əxlaqı mənə maraqlı ola bilər. Bu mövzuda ona xəbərdarlıq edə bilərəm.

- Bəz özünüz necə? İkinci baharınızı yaşamaq istəmirsiz?

- İkinci bahar nə vaxt qabağıma çıxdı ki, mən də geri çevirdim? Həmişə ikinci bahar yaşamaqdan qorxmuşam. Sıradan evdar xanım, başqa sahədə çalışan biri olsaydım seçim etmək daha rahat ola bilərdi. Üzdə olan insan üçün çətindir. Mənə yaxınlaşan insanın məqsədini bilmək olmur. Ona inanmaq, etibarını qazanmaq zaman ala bilər. Bu gün danışıb, sabah onunla ailə qura bilmərəm. Uşaq deyiləm, 40 yaşım var. Bu yaşımda səhv edə bilmərəm. Tək yaşamağa alışmışam, belə rahatdır. Bundan sonrakı illərdə çətin ola bilər. Bəlkə də eqom var, eqoistəm. Amma rahat yaşamağı sevirəm. Mənim qapıdan içəri bir, kənarda isə başqa həyatım var. Qapıdan içəridəki həyatımı daha çox sevirəm.

- Son olaraq sula vermək istəyirəm ki, verilişiniz mövsümdən hələ qayıtmayıb. Sizi yeni verilişdə görəcəyik, ya necə? ATV-dəki dəyişiklik sizin işinizə təsir edibmi?

- Dəyişikliyin mənə heç bir təsiri olmadı, sıravi bir işçiyəm. Sadəcə olaraq dəyişiklik zamanı "Maşın” başladı, orada iştirak etdim. Yeni rəhbərliklə mövsümlə bağlı heç bir müzakirəm olmamışdı. Ondan öncə rəhbərliklə görüşüm oldu, dedilər ki, şoudan sonra danışarıq. Ola bilər ki, "Yüz ölç, bir biç” davam edəcək və yaxud başqa bir layihə ilə tamaşaçı qarşısına çıxacağam.