Mənə ona görə "Zəhər Mamed" deyirlər ki... - Yeni icra başçısıTovuz rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Məmməd Məmmədov islahatlar olacağının anonsunu verib.

Avrasiya.net xəbər verir ki, yeni başçı Tovuz rayonunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı hazırladığı haqda Unikal.org-a danışıb.

- Prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinə başçı təyin olundunuz. Bu təyinatı gözləyirdinizmi?

- Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Bu işlər bizi qane eləmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

- Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

- Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər yaradacağıq, sahibkarlara yeni imkanlar tanınacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik. Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

- Rayon İcra Hakimiyyətində kadr islahatı olacaq? Yeni təyinatlar gözlənilirmi?

- Mən işə yeni başlamışam. Təyinatlar mütləq olacaq, icra hakimiyyətinin kadrları arasında cavanlaşma siyasəti aparacağıq.

- "Aqrokimya"da fəaliyyətinizi davam etdirirsinizmi?

- Təyinatıma görə mən orada işləməmək qərarı vermişəm.

- Mətbuatda sizə "Zəhər Məmməd" təxəllüsü ilə müraciət edildiyi qeyd edildi. Sizi yaxından tanıyanlar sizə belə müraciət edirlər?

- (gülür) Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz
Hacı Şahin ağladığı mərasimdən danışdıSon günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlər qalmaqallara səbəb olub. Belə ki, ilk olaraq deputat Seyid Taleh kimi tanınan mərsiyəxanın videosunu paylaşıb. Videoda Seyid Taleh mərsiyə oxuyur, arxada isə ilahiyyatçı Hacı Şahin Həsənli əyləşib ağlayır.

Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin islam dini ilə heç bir əlaqəsinin olmadığını yazıb.

Məsələ ilə bağlı Hacı Şahin Həsənlinin Musavat.com-a açıqlamasını təqdim edirik:

- Orada söhbət, fikir verirsinizsə, əzadarlığın xurafat kimi təqdim olunmasından gedir. Özünüz bilirsiniz ki, fəaliyyətimdə xurafat və mövhumata qarşı olduğumu bəyan etmişəm. Ümumiyyətlə, fəaliyyətimin əsas prioritet istiqaməti də xurafatla mübarizə olub. Əvvəla, milyonlarla insanın əsrlərlə icra etdiyi dini ayini xurafat adlandırmaq tamamilə yanlışdır. Əzadarlıq Qurani-Kərimlə heç bir ziddiyyət təşkil etmir. Bəzən soruşurlar ki, Qurandan tutalım İmam Hüseynin əzası ilə bağlı ayə gətirin. Axı Kərbəla hadisəsi Quran nazil olduqdan sonra baş verib. Quran bir şeyi qadağan etmirsə, ona yox demirsə o, icazəli olur. Əks arqument olaraq deyə bilərəm ki, Qurandan bircə ayə gətirin ki, orada əzadarlıq qadağan olunur. Ümumiyyətlə, bu, hisslərə, emosiyalara bağlı olan məsələdir. Din iki qatdan ibarət olmalıdır - rasional müstəvidə və emosional müstəvidə. Rasionallıqla emosionallıq bir-birini tamamlamasa, insan mənəviyyatında naqislik yaranır. Yəni böyük bir faciə yad olunursa, yüzlərlə insanın qətli, südəmər körpənin öldürülməsindən danışılırsa, bu da insanı kövrəldirsə, burada hansısa Quran ayəsi axtarmaq kökündən yanlışdır. Quranda bunu qadağan edəcək heç bir ayə yoxdur. Ümumiyyətlə, şəhidlərə əzadarlıq saxlamaq peyğəmbərin özünün qoyduğu əməllərdəndir. Peyğəmbər hələ İmam Hüseynin şəhidliyini öncədən xəbər verib, ona göz yaşı axıdıb və ona göz yaşı axıdanlar barədə dua etmişdi. Yəni bu, doğrudan da İslam aləmində misli görünməmiş bir faciədir. Bunu yad edərkən insanın kövrəlməsi isə ən təbii bir haldır. Təbii ki, bu, acizanə şəkildə ağlayıb, sızlamaq deyil. Yəni İmam Hüseynin məktəbi, Kərbəla bir qəhrəmanlıq məktəbidir. Ancaq bunun emosional yönü də var.

Şəhidə ağlamaq haqqında tarixdə də faktlar var. Uhut döyüşündən sonra peyğəmbər qayıdır, görür ki, şəhidlər üçün əzadarlıq edirlər, ancaq Həzrəti Həmzəyə ağlayan yoxdur. Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur və özü onun cənazəsinin yanında ağlayır, kövrəlir. Peyğəmbər öz övladını dəfn edən zaman ağlayır, anasının məzarı üstündə ağlayır. Yəni ağlamaq qadağandır deyənlər bu gün əsasən radikal cərəyanların təmsilçiləridir. Deyirlər ki, şəhid cənnətə gedir və cənnətə gedən üçün ağlamaq nəyə gərəkdir. Ümumiyyətlə, əzadarlıq məsələnin ictimai yönünə görədir. Fərdi baxımdan şəhid xoşbəxtliyə, səadətə çatır. Ancaq ictimai yöndən şəhidliyi təhlil etsək, bir cəmiyyətdə şəhid varsa, haqq uğrunda öldürülən varsa, bu, məsələnin faciəvi tərəfidir. Haqq uğrunda insan öldürülürsə, bizim şadyanalıq etmək haqqımız yoxdur. Tutalım bu gün Qarabağda övladlarımız şəhid olursa, biz onların cənazəsinin yanında qəmlənirik, kədərlənirik. Biz şəhidlərə təəssüf etmirik. Çünki onlar Allaha qovuşublar. Ancaq onu doğuran şəraitə etirazımızı bildiririk ki, niyə işğalçı öz torpağımızda əsgərlərimizi qətlə yetirir. Eləcə də Kərbəlada baş verən hadisənin matəm tərəfi onun ictimai yönünə aiddir.

- Seyid Talehin oxuduqları tez-tez tənqid olunur. Hətta buna görə onu təhqir edənlər də var. Sizcə, onun söhbətləri dinə uyğundurmu?

- Ümumiyyətlə, şəxslərin oxuduqlarını müzakirə etmək istəmirəm. Ancaq istənilən məsələdə, tutaq ki, dinin təbliğində, Qurani-Kərimin özünün ayələrinin başa düşülməsində yanlışlar ola bilər. Heç kim yanlışdan sığortalanmayıb. Ancaq bəhs edilən videoda hər hansı faciəli bir şey görmürəm. Kimsə də kimisə tənqid edə bilər. Biz özümüz də tənqidə açıq insanlarıq. Ancaq burada söhbət kiminsə təhqir olunmasından gedir. İstənilən insana qarşı təhqir yolverilməzdir. Bununla qətiyyən razılaşmaq olmaz. Xüsusilə də xalqımızın dəyərləri ilə bağlı olan məsələlərə belə yanaşmaq tamamilə yanlışdır. Ümumiyyətlə, insanların emosiyalarını ələ salmaq kökündən yanlış hərəkətdir. Əlbəttə ki, bunu statusu paylaşan bir insan edir. Bunun millət vəkili tərəfindən paylaşılmasını yanlış hesab edirəm. Söhbət məsələnin tənqid olunmasından gedir. Biz özümüz də müxtəlif məsələləri tənqid edirik. Əzadarlıqla bağlı ifrata varan, baş yaran insanlar olur ki, onlara qarşı hər zaman prinsipial mövqe tutmuşuq, tənqid etmişik. Ancaq bütövlükdə bu ayini gerilik adlandırmaq bizim tarixi keçmişimizin böyük bir hissəsini inkar etməkdir. Bizim demək olar ki, bütün klassiklərimiz mərsiyə janrına müraciət ediblər. Füzulidən tutmuş bu günə qədər böyük şairlərimiz bu mövzuya müraciət edib, mərsiyələr, ədəbi əsərlər yazılıb. Bu, demək olar ki, bizim mədəniyyətimizin bir çox sahələrinə sirayət edib. Belə bir şeyi bütövlükdə inkar etmək, gerilik adlandırmaq səhvdir.

- Bu kimi halların insanların cəhalətə sürükləməsi ilə bağlı fikirlərə münasibətiniz necədir?

- Cəhalətlə bu məsələnin heç bir əlaqəsi yoxdur. Fikir verirsizsə, Qurani-Kərimdən tutarlı dəlillər gətirilir və bildirilir ki, Allahı xatırladıqları zaman qəlbləri titrəyir, gözləri yaşla dolur. Yəni Quran sırf quru rasional təhlil deyil. Quran emosionallıqla rasionallığın vəhdətidir. Yəni insan ağlının süzgəcindən keçirdiklərini qəbul etdikcə, bu, onun emosiyalarına da müsbət təsir göstərir. Dini başqa düşüncələrdən fərqləndirən cəhət həm də budur ki, din həm ağıla, həm də hissə nüfuz edir. Bu nüfuzetmə sağlam, məntiqi əsaslara söykənirsə, nəinki elmə ziddir, geriliyə aparır. Əksinə, mütərəqqi bir dəyər olur. Bizim xalqımız əsrlərlə Əhli-Beyt əzadarlığını yaşadıb. Bunun nəticəsidir ki, çox öyündüyümüz tolerantlığa sahibik. Əslində bu əzadarlıq xalqa mərhəmət hissi aşılayır. Mərhəmətlə yanaşı şücaət, qəhrəmanlıq hissi aşılanır. Geriləmə o zaman baş verir ki, dinə yalnız ehkamçı düşüncə kimi yanaşırlar. Bütün radikal cərəyanlara fikir versək, bu tip mərasimlərə qarşı qətiyyətli mövqedədirlər və onları inkar edirlər. Bununla rəhimsizlik yaranır və dinə quru, sərt ehkam toplusu kimi yanaşılır. Ancaq İmam Hüseynin şücaəti ilə yanaşı məsələnin mənəvi, mərhəmət tərəfi qeyd olunursa, uşaqların qətli, insanların amansızcasına öldürülməsi şəxsləri qəmləndirirsə, bu, müsbət haldır. Sağlam şəxslərin inkişafının əsas amillərindən biridir ki, o, rasionallıqla emosionallığı uzlaşdıra bilsin. Dinin əsas istiqaməti də budur. Azərbaycanda olan dözümlülüyükdə peyğəmbər Əhli-Beytinə münasibətin az rolu olmayıb. Məzhəb fərqindən asılı olmayaraq bütün insanlar Məhərrəm ayına xüsusi sayğı ilə yanaşıb və xalqımız eyni ayinləri icra edib. Bu ayinlərinə təhqir etmək Azərbaycan xalqının mənəviyyatını, tarixini təhqir etməkdir.

- Cəmiyyət müasirləşdikcə dindəki qaydalar dəyişə bilərmi?

- Əlbəttə ki, cəmiyyət dəyişdikcə dindəki bəzi qaydalar zamana uyğunlaşmalıdır. Ümumiyyətlə, dində bir sabit hökmlər var, bir də zaman keçdikcə dəyişkən, zamanın dəyişikliyinə məruz qalan hökmlər mövcuddur. Dində heç nə dəyişmirsə, o, zamanla ayaqlaşa bilməz. Dinin müəyyən hissəsi hökmən zamanla dəyişməlidir. Ancaq dəyişməyənlər də var. Məsələn, namaz nə qədər zaman keçsə də, elə həmin namazdır. Əlbəttə ki, namazla, orucla bağlı yeni suallar doğur. Din xadimlərinin də vəzifəsi dini zamana uyğun şəkildə tanıtdırmaq, təbliğ etməkdir. Əzadarlıq ayinləri də belədir. Dünən məqbul sayılan, bu gün qeyr-məqbul sayıla bilər. Əzadarlığın formasında illər keçdikcə dəyişiklik ola bilər. Dinimiz hər zaman yalanı pis bir əməl sayır. Həcc ayini, namaz ayini isə zaman keçdikcə dəyişikliyə məruz qalmır. Bir xalq öz yas mərasimini necə keçirirsə, imamlara da əzadarlıq keçirən zaman bu metoddan istifadə edir. Çünki onun üçün matəm bu cürdür. Yəni belə fərqlər var.

Ancaq ifrat hər zaman ifratdır. Bu, yolverilməzdir. Qeyd etmişik ki, məhərrəmlikdə qan çıxarmaq, qurşağa qədər soyunub hər hansı bir hərəkətlər etmək yolverilməz haldır və bundan çəkinmək lazımdır. Ancaq bu o demək deyil ki, biz bütün əzadarlığı inkar edirik. İnsanlar hər hansı bir məqamda ifrata varırsa, onu inkar etməməliyik, sadəcə olaraq, doğru-düzgün tanıtmağa çalışmalıyıq.
Tanınmış diaspor təşkilat sədri DAK idarə heyətinin sədrliyi vəzifəsindən istefa verdiDünya Azərbaycanlıları Konqresinin sabiq idarə heyətinin sədri, eyni zamanda İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri,Dr. Asif Kurbanla təşkilatdan getməsi ilə bağlı söhbətləşmişik.

- Asif bəy, Siz diasporda aktiv təşkilat sədrlərindən sayılırsınız. Bu günlərdə DAK idarə heyətinin sədrliyindən çıxmağınızla bağlı açıqlama vermisiniz. Nədən getdiniz?

- 2016-ci ilin may ayında Belçikanın Brüssel şəhərində keçirilən qurultayda DAK-ın yeni idarə heyətinin etimadını qazanaraq, iki illik qurumun sədri seçildim. Ümumiyyətlə, sədrlik postu iki illik müddətinə seçilir. Prosedur qaydalarına görə vaxtım bitdiyi üçün sədrlik vəzifəsini təhvil verməliyəm. Yeni sədrin kim olacağını idarə heyəti müəyyən edir. Qurultaya qədər təşkilat komitəsi yaradılacaq. Təşkilat komitəsi müvəqqəti sədrlik işini qurultaya qədər davam etdirəcək.

Həm də idarə heyəti üzvlüyündən istefa verirəm. Bununla da iş görmək istəyən insanlara yol açmışıq oluram. Mənə iki il ərzində etimad göstərib sədr seçən idarə heyətinin bütün üzvlərinə öz təşəkkürümü bildirirəm.

- İki il ərzindən hansı işləri görə bildiniz?

- Bu iki il içində Azərbaycan,Türk dünyasına adına əlimdən gəldiyi qədər işlər gördüm. Xüsusilə,beynəlxalq səviyyədə uğurlu tədbirlərə imza atdıq. Azərbaycanın beynəlxalq camiədə haqlı davası olan Qarabağımızın gerçək tarixini ortaya qoymaq üçün beynəlxalq tədbirlər,konqreslər təşkil etdik. Dünyanın fərqli yerlərində yaşayan soydaşlarımızın problemlərinin həllinə kömək,vətənimizin və millətimiz adına edə biləcəyimiz işlərin ən yüksək səviyyədə etməyə çalışdıq.
“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”May ayının 29-da Moskvada yaşayan həmyerlimiz professor Ələddin Allahverdiyevin 71 yaşı tamam olur. Keçən ilin bu günlərində Bakıda keçirilən yubiley tədbiri öncəsi Karabakhmedia.az saytı üçün ondan müsahibə götürmək istəsək də, qismət bir il sonraya imiş. Ələddin müəllimlə müsahibəni və onun haqqında qısa arayışı Karabakhmedia saytının oxucularına təqdim edirik.

– Ələddin müəllim, Necəsiz? Bakıda havaların qızdığı hiss olunmaqdadır. Moskvada havalar necədir? Ümumiyyətlə məsafə etibarı ilə çox uzaqda olan Moskvadakı fəsillər ilə Bakıdakı fəsillərdə nə kimi fərqlər var?

– Sağ olun, yaxşıyam. İlin bahar fəsli, onun may ayı həm Bakıda, həm də Moskvada təbiətin canlanması, havaların qızması, hər iki şəhərin yaşıla bürünməsi ilə bağlı insanların qəlbində yeni bir coşqu, oyanış yaradır. Əlbəttə Moskva Bakıya nisbətən xeyli şimalda yerləşdiyindən onun iqlimi ilin bütün fəsillərində, xüsusilə qış fəslində daha soyuq şəraitdə keçir. Şiddətli küləkli və yağışlı günləri istisina olmaqla Bakının bütün fəsilləri gözəldir. Eyni fikri, qışda güclü şaxtaları çıxmaq şərtilə, Moskva haqqında da deyə bilərəm.

– Səhv etmiriksə, 50 ildir Moskvada yaşayırsız. Moskvaya gedişiniz necə oldu? Bu bir arzu idi, yoxsa?

“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ– Hələ IV-V siniflərdə oxuyarkən dərsliklərimizin birində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin qülləli binasının şəklini görmüşdüm və çox xoşuma gəlmişdi. “Mən burada oxuyacam” – deyə, bunun reallaşmasını tam təsəvvür etmədən uşaqlıq arzumu bildirmişdim. Sonralar Bakıda 190 №-li məktəbdə və Bakı Dövlət Universitetinin I-III kurslarında əlaçı oxuyarkən, riyaziyyat olimpiadalarında uğurla çıxış edərkən qəlbimdə yaşayan bu arzunun real olduğunu hiss etdim və III kursdan sonra ali təhsilimi davam etdirmək üçün Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürüldüm. Sonra aspiranturada saxlanıldım, dissertasiya müdafiə etdim, iş təklifindən imtina etmədim. Bu təklifə razılığıma 1973-cü ildə Ulu öndər Heydər Əliyevlə respublikamızın Moskvadakı daimi nümayəndəliyində tələbə və aspirantların görüşündə aspirant kimi mənim çıxışımdan sonra onun “çalışın qalın, yerləşin Moskvada, işləyin, respublikamızı layiqincə təmsil edin, tanıdın” sözləri xüsusi təkan verdi. İndi artıq 50 ildir ki, Moskvada yaşayıb işləyirəm.

“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ– Doğulduğunuz Göyçə mahalı, doğma Kəsəmən kəndi uşaqlıq xatirələrinizdə necə qalıb – kənd həyatı, əhalinin məşğuliyyəti?

– 57 ildir onlardan ayrılmağıma baxmayaraq, anadan olduğum Göyçə mahalı, Kəsəmən kəndi yaddaşımda ən əziz, xoş, canlı bir xatirə kimi əbədi həkk olunmuşdur. Xəyalımda yaşayan Göyçə mahalı mənim üçün eyni adlı gölü ilə bərabər, Tanrının sevgi ilə yaratdığı – hər tərəfdən dağlarla əhatə olunmuş, füsunkar təbiət gözəlliyini özündə cəm etmiş ilahi bir guşədir, müqəddəs torpaqdır. Sıra dağlar əhatəsində yerləşdiyinə görə Göyçə mahalına xalq arasında bəzən “Göyçə çuxuru” da deyirlər. Xatirəmdə yaşayan Göyçə mahalı onun hər bir övladına doğma olan söz-saz sənəti ilə vəhdətdədir, ayrılmazdır.

Mənim üçün eyni zamanda dünyanın ən gözəl, sakit, xoş, zəngin təbiəti, axar-baxarlı, mənzərəli məkanı anadan olduğum Kəsəmən kəndidir. Kəndimiz sıra dağlar ətəyində, hələ deyərdim, yamacında, yaşıllıqlar içərisində yerləşirdi. Nisbətən kiçik kənd olsa da, rayon kəndləri arasında ali təhsilli, savadlı mütəxəssislərinin sayının xüsusi çəkisinə görə sayılan kəndlərdəndi. Qaynar həyatı vardı. Göyçənin bütün kəndlərində olduğu kimi, camaatımız əkinçilik (taxıl, kartof, tütün, yonca), heyvandarlıq, bağçılıqla məşğul olurdu. Kolxozun böyük alma, armud, gilas, alça, gavalı bağı vardı. Həyətlərdə də eyni meyvələri olan səliqəli bağlar vardı. Həm də bizim Göyçə mahalının meyvələrinin tamının – dadının, ətrinin əvəzi yoxdu. Əfsuslar olsun ki, o ətirli meyvələrə mən bu günə qədər hələ də rast gələ bilmirəm. Kənd camaatının bir-birinə çox mehriban münasibəti vardı. Xeyir-şərdə bir-birinin yanında olar, lazım olan köməyi əsirgəməz, iş başa çatmayınca yanlarından çəkilməzdilər. Kənd camaatı arasında ali təhsil almış insanlara, xüsusilə müəllimlərimizə xüsusi hörmət, ehtiram vardı. Yay tətilini səbirsizliklə gözlərdik, Bakıda və qeyri şəhərlərdə oxuyan tələbələr bu vaxt kəndə yığışardılar. Onsuz da qaynar həyatı olan kəndimizdə daha da canlanma yaranardı. Demək olar ki, biz cavanlar hər gün səhərdən dağa qalxar, bir də axşam şər qarışanda evə dönərdik. Çox gözəldi... “Ağ suyun dərəsi”, “Qara suyun dərəsi”, “Bağırın bulağı”, “Cüt bulaqlar”, “Gözələr”, “Bəndin suyu”, Dəyirmanlar”, “Yurd yeri”, “Sarı yal”, “Ağ daş”, “Əsgər ölən”, “Suayrılan”, quzuqulaqlı, kığlı, baldırğanlı, yemlikli, cincilimli yamaclar... və daha haralar. Dağların arasında sanki xüsusi ölçülüb-biçilmiş “Yastana” deyilən futbol meydançamız vardı. Maraqlı oyunlarımız olardı. Hətta qonşu kəndin komandaları ilə də yarışardıq. Kəndimizdə (yəqin ki, bütün Göyçə kəndlərində olduğu kimi) gözəl bir adət vardı: kiminsə evinə gələn qonağa mütləq qohum-qonşu xüsusi diqqət yetirər (ağırlayar), evinə qonaq çağırardı. Biz tələbə və aspirantlar da kənddə qonaq hesab olunurduq, hər gün birimizin evində qonaq olardıq. Böyük və kiçik, heç bir məclis sazsız, sözsüz, aşıqsız keçməzdi. Əgər kənddə olmadığımız müddətdə rəhmətə gedən vardısa, mütləq kəndin mollası ilə birgə o evə başsağlığına gedərdik.

– Böyük türk dünyası Göyçəni sazlı-sözlü bir diyar kimi tanıyır. Göyçə mahalında şəxsən gördüyünüz məclislər, aşıqlar, şairlər haqqında xatirələriniz oxucular üçün çox maraqlı olardı.

– Gözəllik diyarı olan Göyçə mahalı oğuz yurdu kimi qədim tarixə, adət-ənənələrə, folklor nümunələrinə malikdir. Uşaqlıq, gənclik illərində şahidi olduğum aşıq məclisləri, onlarda cərəyan etmiş olaylar onun zəngin, özünəməxsus, təkrarolunmaz qayda-qanunları ilə, Misgin Abdal, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman və bu kimi onlarla bədii saz-söz xiridarlarının Göyşə aşıq məclislərində qoyduqları irsə, ənənəyə uyğun olaraq baş tutardı. Aşıq İmran, Aşıq Müseyib, Aşıq Qara, Aşıq Hacı, Aşıq Rza kimi aşıqlar məclislərini mütləq Dədə Ələsgər, Ustad Alı və başqa usta aşıqların ustadnamələri ilə başlayar, dinləyicilərin ümumi rəyi ilə bu və ya digər dastanı, nağılı şirin Göyçə ləhcəsində söyləyərdilər. Adətən payız, qış fəsillərində qurulan aşıq məclisləri səhərə qədər davam edər, iki-üç gün çəkərdi. Bu məclislərə gələn aşıqlar böyük ustalığa, səsə, aşıq sənətinin dərinliklərinə bələd olmalıydılar. Çünki aşıq sənətini dərindən bilən Göyçə camaatı aşıqdan ixtiyari havanı çalmağı, dastanı, aşıq şeirini saz üstündə ifa etməyi tələb edə bilərdi. Aşıqların çayla “boğazlarını islatmaq” üçün etdikləri arabir fasilələrdə onların balabançıları qaravəlli və məzəli əhvalatlarla dinləyiciləri əyləndirər, şənləndirərdilər. Buna görə balabançılardan da bütün saz havalarını bilməkdən, aşığı məharətlə müşayiət etməkdən əlavə belə əhvalatlar söyləmək bacarığı tələb olunurdu.

Göyçədə toy mərasiminin, onunla bağlı adətlərin xüsusi, özünəməxsus məna daşıyan gözəllikləri vardı. Qız seçmə-bəyənmə, elçilik, bəlgə, nişan, xına, nəhayət toy məclisi. Bəzən toy məclisindən qabaq, 1-2 gün oğlan evində aşıq məclisi də qurulardı. Toy mərasimi 2 hissəyə bölünərdi. Gündüz toy süfrəsi, axşam isə çalıb oynamaq. Toy süfrəsini adətən deyilən sağlıqlar arasında aşıqlar saz üstündə şənləndirərdilər. Çalıb-oynamaq yerində qadınlar bir tərəfdə, kişilər isə qənşər tərəfdə əyləşərdilər. Arada isə rəqs etmək üçün böş meydan olardı. Göyçə toyları adəti üzrə dəf-zurna müşayiəti ilə keçirilərdi. Şənlik başlamamışdan əvvəl “toyçular” (bizdə – Göyçədə belə deyərdik) kənddə sonuncu toyu olmuş gəlinin olduğu evə gədər, onu çal-çağırla toy məclisinə gətirər, bununla onu el içinə, məclislərə çıxarardılar. Toyun bir nəfər aparıcısı olardı. O meydanda fırlanar, toyun axarınca keçməsinə nəzarət edər, iştirakçılardan alınan sifarişləri növbəyə düzüb toyçulara çatdırardı. Qadınlar arasında toy yiyəsinin qohumlarından çox cəld bir qadın qız-gəlin arasında gəzərək, onları rəqs etməyə dəvət edərdi. Çox vaxt kişilər oturan tərəfdən onlara, “filankəsi rəqsə çıxarın” sifarişi gedərdi. Bir qayda olaraq, toy məclisi aparıcının əlində yaylıq tutaraq “Yallı” oynaması ilə qurtarardı.

Göyçə mahalında söz qoşmayan, şeir deyə bilməyən az adam tapılardı. O dövrdə gözəl şeirləriylə mətbuatda çıxış edən güclü istedada malik olan İsmixan Məmmədov (Didərgin), sevimli müəllimlərim, tanınmış şair-publisist, jurnalist Qəşəm Aslanov, gözəl dramaturq-şair Musa Kərimov, şeirləri ilə diqqəti cəlb edən Haqverdi Ələsgərov, Oruc Qarayev, Alqayıt Xəlilov çoxlarına tanış idi. Moskvada olmağımla şeirləri ilə çox gec tanış olduğum, yaradıcılığı qəlbimə çox yaxın olan mərhum Sərraf Şiruyə Göyçə şeir məktəbinin ən sevilən, görkəmli nümayəndələrindəndir. Hikmətli, lirik, vətənpərvər şeirlər, tarixi romanlar müəllifi, “Ulu Göyçə” kimi epik poemasıyla Göyçənin əsrarəngiz panoramasını yaratmış böyük şair Eldar İsmayıl bu gün də ilhamlı qələmiylə öz oxucularını sevindirir. Çox xoşdur ki, Göyçədən uzaqda olsalar da, Səyyarə Məmmədli, Sima Azadqızı, Xatirə Həsrət Göyçə, Sahib İbrahimli, Asəf Orucoğlu, Aqşin Hacızadə, Qılman İman, Müzahim Mehvalıoğlu, Firuz Cəlilov və bir çox başqaları öz istedadlı yaradıcılıqları ilə Göyçə şeir məktəbinin yaşadığına və uğurla inkişaf etdiyinə əminlik, inam yaradırlar.

– Qeyd etdiyiniz kimi, Göyçədə qələm təcrübəsi olmayan az-az adam olardı. Karabakhmedia.az saytında dərc olunan Musa Kərimov və Qəşəm Aslanov haqqında xatirələrinizdə oxumuşduq ki, sizin də şeirləriniz “Bolluq uğrunda” qəzetində dərc olunmuşdur. Bəs sonralar niyə şeir yazmadınız?

– Düz deyirsiniz, böyük şairimiz Hüseyn Arifin diliylə desək, Göyçədə hətta bulaqlar belə qafiyələrlə, şeirlə axır. Mən də uşaqlıqdan şeir yazmağa alüdə olmuşam, hətta bir neçə şeirim “Bolluq uğrunda”dan başqa “Sovet Ermənistanı” və “Azərbaycan gəncləri” qəzetlərində də dərc olunub. Moskvada Universitetin V kursuna qədər də ara-sıra şeirlər yazmışam. IV kursdan sonrakı yay tətilində xaricə – Macarıstana getməmişdən qabaq yataqxana otağımdakı şkafda “sirli” yerdə başqa əşyalarımla birgə iki qalın ümumi şeir dəftərimi də saxladım. Təəssüflər olsun ki, qayıdanda dəftərlərimin əşyalarla bərabər yox olduğuna məyusluqla şahid oldum. Yay vaxtı yataqxanada boş qalan otaqlara abituriyentləri yerləşdirərdilər. Görünür, onlar bu “sirli” yerdə yerləşən əşyalarla birgə həmin dəftərləri də özlərinə “hədiyyə” kimi qəbul etmişdilər. Mənə çox pis təsir edən bu hadisədən sonra iki-üç nadir anları çıxmaqla şeir yazmağa marağım söndü… Amma poeziyaya, yaxşı, mükəmməl, sanballı poeziyaya sevgi hissi məndə heç vaxt sönməyib.

“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ– Siz ədəbiyyat da daxil olmaqla incəsənəti, xüsusilə musiqini çox sevirsiniz. Bu sevgi haradan, necə yaranıb?

– Biz milli-mənəvi dəyərlər baxımından Tanrının töhfəsinə layiq görülmüş zəngin xəzinəyə malik nadir xoşbəxt xalqlardanıq. Təkcə muğamımız və saz-söz sənətimiz xalqımızın tarixinin köklərindən bu günə qədərki yaşamını özündə birləşdirən qürurverici mənəvi qüvvədir, gücdür. Hər bir azərbaycanlının mənəvi dünyası beşikdən, ana laylasından başlayaraq xalq mahnıları, saz və muğam üstündə formalaşır, tərbiyə olunur, püxtələşir, müdrikləşir.

Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir.

Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir... Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün Tanrının özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır... Məhz muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.

Həyatımın bütün məna kəsb edən dövrlərində, sevincli, kədərli anlarımda həmişə duyğularımdan, içimin emosional hisslərindən asılı olaraq köməyimə poeziya və musiqi – muğam, saz musiqisi və klassik musiqi çatıb. Moskvada, tələbəlik illərində olarkən imtahanlara klassik musiqiyə qulaq asaraq hazırlaşardım. Bir məqamı qeyd edim. Klassik musiqini, xüsusilə simfonik musiqini anlamaq, başa düşmək üçün müəyyən hazırlıq, zaman kəsiyi gərəkdir. O illərdə XX yüzilliyin əvvəllərində Berlində təhsil almış, musiqini dərindən bilən və sevən riyaziyyatçı alim akademik P.S.Aleksandrovun ikinci günlər (“Aleksandrovskiye vtorniki”) klassik alman musiqisinə (Bax, Mosart, Bethoven, Qaydn və s.) həsr olunan gecələri həyatımda xüsusi rol oynamış, klassik musiqini az-çox başa düşməyə, dinləmək mədəniyyətinə sahib olmağa kömək etmişdir. P.S.Aleksandrov Berlindən gətirdiyi çoxsaylı klassik musiqi disklərini səsləndirər, musiqinin ayrı-ayrı məqamlarını dinləyicilərə açıqlayar, onların suallarına təfərrüatı ilə cavablar verərdi. Yeri gəlmişkən qeyd edim, hələ tələbəlik illərindən topladığım fonotekamda dünya, Azərbaycan musiqi klassiklərindən tutmuş saz və xalq musiqimizə qədər 400-dən çox cürbəcür, hətta çox nadir disklər var. Ümumiyyətlə, Moskva Dövlət Universiteti mənim elmi-mədəni dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün Universitetin teatr zalında tamaşalarına bilet almaq çox çətin olan Böyük Teatrın opera və balet truppalarının hamilik (şeflik) tamaşalarına baxmaq imkanımız vardı. Müntəzəm olaraq Universitetin Akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə elmin ən müasir, mübahisəli problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı. Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” udardıq. Universitetin konsert zalında ölkənin ən məşhur, görkəmli alimləri, yazarları, kino, teatr xadimləri, bəstəkar və rəssamları ilə təşkil olunan görüşlər olduqca maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim.

– Professor, keçən ilin may ayında Gəncədə və Bakıda çox gözəl yubiley tədbirlərinizi doğmalarınız və dostlarınızın əhatəsində keçirdiniz. Həmin məclislərdə xüsusi diqqət çəkən bir çox fərqli məqamlar oldu. Xüsusən sizin leksikonunuzda digər dillərdəki sözlərin olmaması, milli musiqimizin sədaları altında çox gözəl rəqsiniz tədbir iştirakçılarını valeh etdi. Bu barədə fikirləriniz də oxucular üçün maraqlı olardı.

– Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsbiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir.

Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım.

Bir şeyi qeyd edim, mən qarmon, saz və xüsusilə zurnanın müşayiətilə səslənən oyun havalarımızı çox xoşlayıram. Bakıda, Gəncədə, Naxçıvanda toy məclislərində iştirak edərkən orada qara zurnanın səsini eşitməsəm, sanki toyda olmağımı hiss etmirəm. Zurnayla dəf sədaları altında səslənən oyun havası ruhu cuşə gətirir, bədəni, onun əzalarını oyadır, oynadır, rəqsin ritminə uyğun hərəkətə gətirir...

– Ələddin müəllim, siz uzun müddət Rusiyada yaşayan bir şəxs kimi Rusiyanın Azərbaycana olan münasibətini necə qiymətləndirərdiniz?

– Rusiya imperiya çəkili böyük, zəngin tarixə, mədəniyyətə malik dövlətdir. Sovet dövründə onun başqa sovet xalqlarının elmi-mədəni inkişafında xidməti danılmazdır. Bununla bərabər, Rusiyanın o dövrdə də, bu gün də tək Azərbaycana deyil, həmin xalqların yaşadığı respublikalara münasbətini “bizim himayəmiz, nəzarətimiz altında “müstəqil” həyat sürün” fikri ilə ifadə etmək olar. Sovet dönəmində mərkəzləşmiş idarə sistemində bu fikir maneəsiz alınırdısa, bu gün, müstəqil dövlətlər şəraitində bunu həyata keçirmək xeyli çətinləşib, mürəkkəbləşib. Bu gün həmin fikrə güclü müqavimət göstərən ölkələrə Rusiya cürbəcür vasitələrlə təpgi, təsir etməklə öz nüfuz dairəsində saxlamağa çalışır.

“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ– Hər halda işlədiyiniz universitetdə erməni müəllimlər də var, olmamış olmaz. Münasibətləriniz necədir? Heç məlum hadisələrlə bağlı diskusiyalarınız olurmu? Ümumiyyətlə, onların Ermənistan – Azərbaycan münasibətlərinə fikirləri necədir?

– Mənfur ermənilərin murdar xisləti hamımıza məlumdur, nə qədər pərdələnməyə çalışsalar belə. Bəli, bizim universitetdə də bir neçə nəfər erməni milliyyətli professor, dosent və müəllim işləyir. Onların çoxuyla həmkar kimi rəsmi qarşılıqlı münasibətimiz var. Bir nəfərlə, əslən Tiflisdən olan kafedra müdiri, professorla münasibətlərimiz nisbətən “mülayimdir”. Rəsmi münasibətlərimiz olan müəllimlərin bəziləri ayrı-ayrı tədbirlərdə görüşərkən Azərbaycan musiqisi haqqında xoş sözlər söyləsələr də, həmişə Ermənistan – Azərbaycan münasibətləri haqda söhbət düşərkən tutarlı, dəqiq, faktla verilən cavablara susaraq həmişə mövzudan qaçıblar. Hətta bir-ikisi mənim kabinetimdə olarkən başım üstə asılmış Göyçənin xəritəsini onlara göstərib, “mənim Vətənimdir, orda doğulmuşam və ordan qovulmuşuq, amma əvvəl-axır, gec-tez biz ora qayıdacağıq” sözlərimə, ürəklərində olanı büruzə vermədən hər biri başı aşağı, sükutla cavab verib. Tiflisdən olan isə həmişə mənə yaxınlıq göstərərək, “Ermənistan düz iş görmür, Qarabağı müharibəsiz qaytarmalıdılar, Göyçənin xəritəsinə isə işarə vurub, inşallah (day Boq!) sən də Vətəninə gedəsən”, – deyir. Münaqişə düşdüyü andan bu günə qədər bu mövzuyla bağlı iştirak etdiyim bütün müzakirələrdə mən qarşıma bir məqsəd, qeyri-erməni millətlərə (ermənilər onsuz da tarixi saxtalaşdırmaqda ustadırlar), ilk növbədə ruslara münaqişənin həqiqi səbəblərini, onun yaranma və inkişaf mərhələlərini, bu münaqişədə Rusiyanın tutduğu mövqeyini, Rusiya imperiyasının bütün dövrlərdə əzəli torpaqlarımızda İran, Türkiyə, Livan, Suriya və başqa ölkələrdə yaşayan ermənilərin yerləşdirilməsində, Azərbaycan türklərinin dəfələrlə Ermənistandan deportasiya olunmasında, Qarabağın ermənilərə təhvil verilməsində (əminəm, müvəqqəti olaraq) rolunu açıqlamaqla, başa salmaqla, dəlillərlə sübut etməklə onları özümüzə tərəfdaş etməyə çalışmaq olmuşdur. Bu mənada əlimdə olan materiallar, faktlar, topladığım ədəbiyyat həmişə köməyimə gəlmişdir. Ümumiyyətlə, bilirəm ki, Rusiyada yaşayan ermənılər də, nadir istisnalar olmaqla, adi vaxtlarda özlərini münaqişəmizdə neytral aparsalar da, həlledici anda özlərinəməxsus xisləti göstərməlidirlər.

– Bu gün hüquqşünas, filoloq, jurnalist, filosof, menecer, hətta iqtisadçı və s. humanitar sahələrdə mütəxəssis olmaq istəyən bəzi gənclərimiz riyaziyyat nəyimə lazımdır fikrinə əmindirlər. Hamı üçün, o cümlədən bütün gənclərimiz üçün, riyaziyyatçı alim kimi sizin fikriniz maraqlı olar, riyaziyyat insanlara nə verə bilər, onun insan həyatında əhəmiyyəti nədir?

–Riyaziyyatı öyrənmək, anlamaq, başa düşmək insanın mədəni səviyyəsinin formalaşmasında mühüm rol oynayır. Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir. Riyaziyyat elmi və onun həyatımızın ayrı-ayrı sahələrində – başqa elmlərdə, texnikada, məişətdə tətbiqi, uğurla istifadə edilməsi həyatda böyük problemlərin həll olunmasına imkan yaratmışdır. İki misal gətirim. Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Kaliforniya universitetinin (Berkli) professoru mərhum Lütfi Əsgər Zadənin 6 mühüm riyazi nəzəriyyəsindən biri, qeyri-səlis məntiq nəzəriyyəsi bu gün dünyanın, xüsusilə Yaponiyanın və ABŞ-ın, məşhur müxtəlif şirkətləri tərəfindən foto və videokameraların, paltaryuyan maşınların, vakuum kimyəvi təmizləyicilərin istehsalında, qatarların, avtomobillərin, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə, fəlsəfədə, psixologiyada, linqvistikada, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. İkinci bir misal. Alimlər hesablamışlar ki, yalnız C.Maksvellin elektromaqnit dalğaların yayılmasını ifadə edən riyazi tənliklərinin fiziki mahiyyətinin texnikanın müxtəlif sahələrində olunmuş tətbiqlərindən alınan gəlir bəşəriyyətin tarix boyu elmə qoyduğu sərmayədən dəfələrlə böyükdür.

– Bu gün, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatımızda hakim kəsildiyi dövrdə gənclərimiz nadir hallarda kitabxanalara üz tutur, kitablardan az istifadə edirlər. Onlar ən çox elektron kitablara müraciət edirlər. Sizin bu fakta münasibətiniz necədir?

– Əlbəttə, bu fakt məni məyus etməyə bilməz. Eyni zamanda bu hal elmin, texnikanın inkişafı ilə bağlı olan qaçılmaz bir durumdur. Əgər gənclərimiz internetdən, elektron kitablardan yetərincə istifadə edirlərsə bu da çox yaxşıdır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, internetdə həqiqətdən, elmi sübutlardan uzaq olan yanlış məlumatlara da çox tez-tez rast gəlmək olar. Buna görə, ciddi redaksiyadan, ekspertizadan keçmiş kitablar bu gün də xüsusi məna kəsb edir. Məşğul olduğum elm sahəsində axtarışlarımla bağlı olaraq həyatımın böyük, əhəmiyyətli bir hissəsi ölkənin ən zəngin Rusiya Dövlət (keçmiş V.İ.Lenin adına) və Moskva dövlət universitetinin kitabxanalarında keçmişdir. Bu gün də müntəzəm olaraq 3000-dən çox kitabı olan şəxsi kitabxanama müraciət edib lazım olan məlumatla dəyərləndikcə zövq alır, məmnunluq hiss edirəm.

– Siz həyatda özlərinə layiqli mövqe tutmuş iki övlad böyütmüsünüz. Sizcə ailədə övladın tərbiyəsində hansı amillər mühüm rol oynayır?

– Ailədə övladın tərbiyəsində ilk növbədə xüsusu rol oynayan amillər valideynin şəxsi nümunəsi, onun sözüylə əməli arasında olan vəhdət, insanlara olan səmimi münasibətlərdir. Düzlük, elmə, təhsilə, kitaba, böyüyə, qadına hörmət, hətta süfrə arxasında davranış və s. övladın tərbiyəsində xüsusi rol oynayır. Yerində və tərzində deyilmiş söz də bəzən gənclərin həyatında xüsusi əhəmiyyətə malik olur. Övladın fikrinə ciddi, bərabər həmsöhbət səviyyəli yanaşma, düşüncə və mülahizələrindəki yanlışlığı xeyirxahlıqla, əsəbiləşmədən, dəlillərlə başa salmaq da onun düzgün tərbiyəsində və şəxsi ləyaqətinin qorunmasnda, formalaşmasında çox vacib amillərdəndir.

– Ələddin müəllim, sizin üçün xoşbəxtlik nə deməkdir?

– Ola bilsin sizə qəribə gələcək, uzun illər qürbətdə yaşamağım, müəyyən həyat təcrübəsi əldə etməyim bu fikri söyləməyə məndə əminlik yaradıb: mənim üçün dünyada ən böyük xoşbəxtlik müstəqil, azad Vətənində özünü daxilən azad, sərbəst hiss etmək deməkdir.

– Vətən məfhumu, Vətəni sevmək ifadələri sizdə hansı fikirlərlə bağlıdır?

– Vətən, Torpaq kimi məfhumlarla ifadə olunan Tanrının bizə bəxş etdiyi varlıqlar ən müqəddəs dəyərlərimizdəndir. Buna görə onları qoruyub saxlamaq, gələcək nəsillərə təhvil vermək hər birimizin mənəvi borcudur. Mənim üçün Vətən dünya xəritəsində özünə yer tapmış adicə bir ölkə yox, onun daxilində yaşayan xalqın milli-mənəvi dəyərlərini: dilini, dinini, tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini, ayrı-ayrı milli xüsusiyyətlərini, rəngarəng təbiətini, onun gözəlliklərini və s. özündə birləşdirən bir varlıqdır. Vətən məfhumuna məxsus olan bu məziyyətləri bilmədən, dərindən tanımadan onu sevmək, onun əsgəri, onun könüllü əsgəri olmaq mümkün deyildir. Bu sevgi milli-mənəvi dəyərləri bilən, qəlb süzgəcindən keçirən hər bir qürbətdə yaşayan şəxsin də ürəyində daima yaşayır. Əlli il Vətəndən kənarda, qürbətdə yaşadığım dövrdə mənə ən çox təsir edən, qəlbimə toxunan kiminsə qərəzli, ya qərəzsiz, Azərbaycanım haqqında deyilmiş adi bir irad olmuşdur. Bu anlarda həmişə mənim köməyimə xalqımın milli-mənəvi dəyərlərini az-çox bilməyim gəlmiş, həmsöhbətimin fikrində yanlış olduğunu başa düşməsini sübut etməyə imkan yaratmışdır. Uzun illər qürbətdə yaşasam da, qəlbimdə Vətənə olan sevgi bir an da sönməmiş, daima beynimdə gözəl şairimiz N.Xəzrinin Moskvada oxuyarkən yazdığı bu misraları fırlanmışdır:

Könül ayrılmayır öz baharından,
İlham baharından, söz baharından.
Deyirəm Vətənin bircə qış günü
Yaxşıdır qürbətin yüz baharından.

Bir də ürəyimi daima sızladan “Od gəlini” tamaşasında səslənən, sözləri dahi C.Cabbarlıya və musiqisi görkəmli bəstəkar Ə.Bədəlbəyliyə məxsus olan “Azad bir quşdum” mahnısı olmuşdur.

Təəssüflər olsun ki, bu gün Vətən, Torpaq deyib, bar-bar bağırıb aləmə səs salan urapatriotlarımız az deyil. Qarabağ uğrunda müharibə vaxtı və hətta dinc dövrdə öz övladlarını cəbhədən və əsgərlikdən yayındıran məmurlarımız, yazarlarımız, bəzi “vətənpərvər ziyalılarımız” heç də az olmayıb. Övladlarını müharibəyə yollayıb, özü də onların arxasınca əlinə avtomat götürüb həm ilhamlı sözüylə döyüşçülərimizi ruhlandıran, həm də silahıyla düşmənlə üz-üzə vuruşan el-obasının qəlbində özünə əbədi abidə qoymuş mərhum şairimiz Sərraf Şiruyə kimi, həyat yoldaşına “gözün aydın olsun, övladımız Vətən uğrunda şəhid oldu” deyən böyük ürək sahibi Xəlil Rza Ulutürk kimi sözüylə əməli bir əsil, həqiqətən Vətəni dərindən sevən Vətəndaş yazarlarımız, ziyalılarımız, məmurlarımız çox azdır.

– Keçdiyiniz elmi həyat yoluna nəzər salsanız, onu necə qiymətləndirə bilərsiniz?

– Hələ gənclik illərimdən riyaziyyata və onunla bağlı elmə olan marağım, vurğunluğum harmonik qanunla inkişaf edərək heç vaxt sönməmişdir. Aspirant və tələbəlik dövründən başlayaraq, aldığım elmi nəticələrin nüfuzlu jurnallarda, elmi toplularda çap olunması, konfranslarda, simpoziumlarda, qurultaylarda məruzələrlə çıxışlar, ixtiralarımın qeyddən keçirilməsi elmi ictimaiyyətdə gördüyüm işlərə müsbət rəy formalaşmasına imkan yaratmışdır. Bildiyiniz kimi, elmlə professional məşğul olmaq heç vaxt güclü maddi gəlir gətirməyib. Mənim üçün ilk növbədə həll olunmamış problemlərin həllindən aldığım nəticələr, onların həlli üçün istifadə olunan metodlar, elmi nəticələrin ayrı-ayrı sahələrdə (mikroelektronikada, müdafiə sənayesində, kosmik fəzanın və dünya okeanının tətbiqində, tibbi texnikada və s.) tətbiqi, məxfi olmayan ayrı-ayrı nəticələrin elmi cəmiyyət tərəfindən qiymətləndirilməsi – məqalələrimə istinad, elmi konfranslara təşkilat komitəsinin üzvü, plenar məruzəçi, ekspert kimi dəvət almaq, dissertasiyaların rəsmi opponentləri sifətində çıxış etmək, bir alim kimi mənə mənəvi zövq, stimul verməklə xüsusi məna kəsb etmişdir. Bunlar mənim üçün ən böyük dəyər, qiymətdir.

Tanrıma minnətdaram ki, həyatım boyu məşğul olduğum elm sahəsində onun mənə bəxş etdiyi istedad və bacarıq potensialını yetərincə açmağa təkan vermiş, imkan yaratmışdır.

– Yaşadığınız, olduğunuz, səyahət etdiyiniz hansı yer, məkan sizin üçün əzizdir?

– Qəlbimdə bərqərar olub daimi sevgi ilə yaşayan uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı. Hər ikisi haqqında saatlarla söhbət etməyə, bölüşməyə xatirələrim var. Son əlli il yaşadığım, övladlarımın dünyaya gəldiyi Moskva şəhəri də mənə əzizdir. İnsanlar arasında səmimiyyətin təbiiliyini, vacibliyini başa düşmək, təbiət gözəlliklərini duymaq, adət-ənənələrə hörmət etmək, saz-söz sənətini anlamaq Göyçə ilə bağlıdır. Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi, mənim həyatımda muğam musiqisini anlamaq, sevmək, teatrla, kino ilə, təsviri incsənətlə, heykəltaraşlıqla, memarlıqla yaxından tanış olmaq, arxitekturanın gözəlliyini duymaq, xalqımızın ayrı-ayrı görkəmli sənət adamlarının yaradıcılığı ilə tanış olmaq imkanı məndə bu sahələrdə müəyyən dünyagörüşü formalaşmasında və s. Bakı böyük rol oynamışdır. Gəncliyimdə Bibi Heybətdən Qara şəhərə qədər hər maraq doğuran tarixi guşəsini qarış-qarış gəzdiyim Bakı qəlbimin əbədi sevgisidir. Həm də Bakı anamın doğma Vətəni, doğulduğu məkan kimi mənə əzizdir. Hər dəfə Bakıya gələrkən Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı, ən çox ona məxsus olan qutabından, küftə-bozbaşından və düşbərəsindən ləzzət, zövq alıram.

“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ– Məzuniyyətinizi harda və ya hansı ölkədə keçirməyi xoşlayırsız?

– Həyatım boyu bütün tətil və məzuniyyətlərimi, harada yaşamağından, ixtiyari ölkədə istirahət etmək imkanımın olmağından asılı olmayaraq, anamın, Məsumə xanımın yanında keçirmişəm. Bakıda oxuduğum dövrdə Göyçədə, Kəsəməndə, Moskvada oxuyub işlədiyim dövrlərdə Göyçədə və Bakıda, Göyçənin deportasiyasından sonra isə Gəncədə və Bakıda. Yalnız bircə il, 1970-ci ilin yayında ölkədə xolera baş verdiyindən 3 gün “Vnukovo” aeroportunda qalıb uça bilməmişəm. Tətil və məzuniyyətlərimi Göyçədə və Bakıda, mənə doğma, yaxın olan insanların əhatəsində keçirmək mənim içimdən gələn istək, tələbat, övladlıq borcuyla bağlıdır. Hər dəfə doğma ata-anamla, qardaş-bacılarımla, qohumlarla, uşaqlıqdan qəlbimə yaxın olan iki əziz, doğma məkanda – Göyçə və Bakıda olmaq mənə mənəvi güc, qüvvət vermişdir. 1978-ci ildə atamız rəhmətə gedəndən sonra imkan düşəndə anamı görmək üçün ildə bəzən 2-3 dəfə onun ziyarətinə gedirəm. Anam Məsumə xanım Bakıda doğulub. 1 №-li Tibb Texnikumunun III kursunda oxuduğu vaxt müharibədən sonra Bakıda qulluq edən atamın sevgisinə cavab verərək onunla Göyçəyə getmişdir. O çox güclü hafizəyə malikdir. Yaşının yüzü haqlamağına baxmayaraq, insan bədəninin sümüklərinin latınca adlarını bu gün də əzbərdən bilir. Biz övladları onun yanında poeziyadan, mahnılarımızdan söhbət edərkən, yadımızdan çıxan misranı, bəndi ondan soruşarıq. Onun ən çox sevdiyi şairlər Aşıq Ələsgər, M.Ə.Sabir və S.Vurğundur. Onları əzbər bilir. Aşıq Ələsgərə isə o bir ilahi möcüzə kimi baxır. Anamla mən hər mövzuda maraqlı müsahib kimi söhbət edə bilirəm və bu mənə zövq verir. Mənim üçün anamın yanında olmaq, onun hikmətiylə nurlanmaqdan gözəl istirahət yoxdur. Allah bütün anaları qorusun! Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin!

– Sizdən xahiş etsək, XX əsr Azərbaycan tarixində xüsusi, ən böyük rol oynamış bir şəxsin adını çəkin, siz hansı adı, və nə üçün məhz onu çəkərdiniz?

– XX əsr Azərbaycan tarixində böyük rol oynamış yalnız bir nəfərin adını çəkmək çox çətindir. Bu əsrdə xalqımız tarixə dövlətçiliyin, elmin və mədəniyyətin inkişafında xüsusi rol oynayan onlarca korifey şəxsiyyətlər bəxş etmişdir. Lakin xalqımızın XX əsr tarixində xüsusi, müstəsna rolu olan üç böyük şəxsiyyətin adını qeyd etmək istərdim: M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və H.Əliyev. İki siyasi, dövlət xadiminin xalqımız qarşısında misilsiz, onun yeni, müstəqillik tarixini yaratmaq kimi taleyüklü işində xidmətləri danılmazdır. Ü.Hacıbəylinin xidmətlərini isə bir qədər geniş açıqlamaq istərdim.

Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış cahanşümul dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazanmasında əvəzsiz rol oynamışdır. Onun təkcə “Arşın mal alan” operettası dünyanın 80 dilinə tərcümə olunmuş, 76 ölkəsinin 187 teatrında tamaşaya qoyulmuşdur.

İstər XX əsr musiqimizin, istər XX əsr teatrımızın tarixi, istərsə də əsrin birinci yarısında siyasi və ictimai həyatımızın mürəkkəb və ziddiyyətli yolu Üzeyir Hacıbəylinin adıyla sıx surətdə bağlıdır. Üzeyir Hacıbəyli eyni zamanda bəstəkar, müəllim-pedaqoq, gözəl alim, incə yumorlu yazıçı-dramaturq, kəskin qələmli jurnalist, publisist, yorulmaz ictimai və siyasi xadim kimi hərtərəfli fəaliyyəti olan böyük bir şəxsiyyətdir.

O, ilk növbədə bir bəstəkar kimi dahi Məhəmməd Füzulinin ölməz poeması əsasında yaranmış ilk Azərbaycan operasının, bütün Şərqin də ilk operasının, dünya musiqisində yeni, muğam-opera janrının – “Leyli və Məcnun”un, dünya şöhrətli “Arşın mal alan”ın və “O olmasın bu olsun”un, bütün türk dünyasının qeyrət, qəhrəmanlıq və cəngavərlik himninə çevrilən “Koroğlu” operasının, dahi Nizaminin bənzərsiz qəzəl inciləri ilə həmahəng səslənən “Sənsiz” və “Sevgili canan” romanslarının, türkçülüyü, iki qardaş – Azərbaycan və Türk xalqlarının nisgilini, türkün şanlı bayrağını tərənnüm edən “Çirpınırdı Qara dəniz” mahnısının, hər üç, ilk müstəqil Azərbaycan Demokratik Respublikasının, sovet və müasir müstəqil Azərbaycanın Respublikasının Dövlət himnlərinin və onlarca bu kimi möhtəşəm musiqi əsərlərinin yaradıcısıdır.

Üzeyir Hacıbəyli müəllim-pedaqoq kimi istedadlı bəstəkar məktəbi yaratmış, o dövrün və sonrakı nəsil Azərbaycan musiqi incəsənətinin görkəmli nümayəndələrinin hər birinin taleyində, musiqiçi kimi formalaşmasında böyük rol oynamışdır. Sevimli bəstəkarımız Fikrət Əmirov “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” məşhur fikrinə rəğmən yazırdı: “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”.

Üzeyir Hacıbəylinin səhnə əsərləri – opera və musiqili komediyaları, onların əsasında çəkilən filmlər bir məktəb kimi onlarla artistin, xanəndənin, dirijorun, rejissorun istedadlarının parlamasına təkan vermiş, imkan yaratmışdır.

Zənnimcə, Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmaqdadır. Çox xoşdur ki, bu dəyərli, çox əvəzsiz tövsiyə bu günə qədər bütün bəstəkarlarımızın, musiqiçilərimizin yaradıcılığında əsas tutulur. Təsadüfi deyil ki, Fikrət Əmirovun simfonik muğamları, Vaqif Mustafazadənin caz-muğam sintezi, muğam ustası Alim Qasımovun dünya instrumental ifaçıları ilə birgə çıxışları Üzeyir bəyin bu tövsiysinə əsaslandığından Azərbaycan musiqisinin şöhrətini dünyaya yaymışdır. Hətta dahi bəstəkar Qara Qarayevin şah əsərlərindən olan, həvəskarların tam başa düşə bilmədiyi, lakin peşəkar musiqiçilərin çox yüksək qiymətləndirdikləri 3-cü simfoniyasının 2-ci hissəsində aşıq musiqisinin melodiyaları səslənir. Bunlara görə bir çox tədqiqatçıların Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisində öz milli musiqimizə, muğam, aşıq musiqisinə əsaslanaraq gördüyü işləri Mustafa Kamal Atatürkün türk milli dəyərlərinə söykənərək Türkiyənin siyasi tarixində etdiklərinə bənzətmə fikirləriylə tam razılaşıram. Atatürkün siyasətdə oynadığı rol, Türkiyənin müstəqilliyini və ərazi bütövlüyünü təmin edərək onu dünyaya tərəf çevirdi. Həmin işi Üzeyir bəy musiqimizdə gördü. Yeri gəlmişkən, məşhur Türk bəstəkarı Adnan Sayqun görkəmli dirijorumuz Niyazi ilə söhbətlərinin birində Azərbaycan musiqisinin milli dəyərlərə söykənən inkişaf mərhələlərini, istiqamətini yüksək qiymətləndirərək, təəssüf hissiylə qeyd edirdi ki, Türk simfonik musiqisi milli kökündən ayrılaraq avropalaşmağa doğru meyl almışdır.

– Ələddin müəllim, siz böyük bir həyat yolu keçmisiniz. Ona nəzər salıb deyə bilərsinizmi həyatınızdan, teleyinizdən razısınız?

– Bilirsiniz, həyatımdan, taleyimdən şikayət etməyə mənim haqqım yoxdur. Buna bir səbəb də yoxdur. Allahımın xoş nəzəri həmişə mənim üstümdə olmuş, bütün arzularımın çin olmasına yol göstərmiş, kömək etmişdir. Həyat yolumda taleyimə təsiri olan insanlar həmişə xeyirxah, alicənab xüsusiyyətə malik olublar. Bu insanlara – müəllimlərimə, valideynlərimə, səmimi, etibarlı dostlarıma, qarşılıqlı xeyirxah münasibətdə olan insanlara minnətdarlığımı bildirərək, dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara cansağlığı, uğurlar diləyirəm! Daima sevdiyim peşəmlə – elmlə məşğul olmuşam, sazdan, muğamdan, klassik musiqidən, bədii sözdən, təsviri incəsənətdən, teatrdan, təbiət gözəlliklərindən, səmimi dostlarla, ağıllı insanlarla ünsiyyətdən nəsə yeni bir şey götürmüşəm, zövq, ləzzət almışam, doymamışam. Əgər həyatımda qarşıma arzuedilməz bir olay çıxıbsa, deməli, günah özümdə olub, nəyisə özüm nə vaxtsa lazımınca etməmişəm. Eyni zamanda əlavə etmək istərdim: dəqiq bilirəm, həyatda əhəmiyyətsiz xırdalıqları nəzərə almasaq, Allahım qarşısında utanacağım bir hərəkət etməmişəm!

– Ələddin müəllim, müsahibə üçün çox sağ olun, minnətdarıq.

– Siz də sağ olun. Ümid edirəm ki, söhbətimiz pis alınmadı.

Araz Yaquboğlu,
Ramil Cəbrayıl


Ələddin Allahverdiyev haqqında qısa arayış

Allahverdiyev Ələddin Məmmədhüseyn oğlu 1947-ci ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla başa vurmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və onun aspiranturasını bitirmiş, “Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” İnstitutuna işə qəbul edilmiş, kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir.
Rusiya-ABŞ müştərək “Green Star İnternational” şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini, Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiyasının direktoru, Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru, iqtisadiyyat və menecment fakültəsinin dekanı, həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru, hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəri vəzifələrində çalışır.
Ələddin Allahverdiyev məxfi və tam məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox elmi əsərin müəllifidir. 30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli plenar məruzə ilə çıxış etmişdir. Onun aldığı elmi nəticələr mikro- və akustotlektronikada, tibb texnikasında, dünya okeanının və kosmik fəzanın tədqiqatında, müdafiə sənayesində və s. uğurla tətbiq olunmuşdur.
Professor Ələddin Allahverdiyev “Moskvanın 850 illiyi” dövlət medalı ilə, üç dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nın təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanları ilə təltif olunmuşdur. “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adına və döş nişanına layiq görülmüş, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V.Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
Ələddin müəllimin bir oğlu, bir qızı, dörd nəvəsi var.
Oğlu, Allahverdiyev Toğrul “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və “Təşkilat menecmenti” ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini “Fərqlənmə” diplomları ilə bitirib. İqtisad elmləri namizədidir. “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır.
Qızı, Allahverdiyeva-Rəfibəyli Aytən İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasını “Fərqlənmə” diplomu ilə bitirmişdir. Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir.
Professor Ələddin müəllim haqqında daha geniş məlumatı Vikipediyadakı Ələddin Allahverdiyev adlı məqalədən oxuya bilərsiniz.
Xlopotovdan SOS: Bakı İrəvanı milçək kimi əzəcəkBu günlərdə erməni mətbuatı yaxın aylarda Ermənistan Silahlı Qüvvələrinin “Tor” zenit raket komplekslərini əldə edəcəyini yazıb.

Müstəqil hərbi ekspert Aleksey Xlopotov “Sputnik”ə sözügedən silahla və hadisələrin bundan sonrakı inkişafı ilə bağlı danışıb.

- Rusiya Ermənistanı “Tor” raketləri ilə təchiz etmək niyyətindədir. Bu, necə silahdır və hansı təhdidləri daşıyır?

- “Tor” – bu, hava hücumundan müdafiə təyinatlı hərbi silahdır. Quru birləşmələrini havadan zərbələrdən qorumaq üçün zenit raket kompleksidir. Yəni istisnasız olaraq müdafiə silahıdır. Erməni tərəfinin bu silahı əldə etmək cəhdi, vəziyyətin gərginləşəcəyi halda özünün ən yaxşı zərbə qurğularını, hər şeydən əvvəl tank birləşmələrini, həmçinin “İsgəndər”lərini Azərbaycan aviasiyasının sürətlə məhv etməsindən xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Ciddi və effektli silahdır, lakin hər halda taktiki xarakter daşıyır. “Tor” mümkün hərbi münaqişənin gedişinə ciddi təsir göstərmək imkanlarına malik deyil. Bundan əlavə, anladığım qədəri ilə o hələ çatdırılmayıb.

Bununla yanaşı, belə bir çatdırılmanın mümkünlüyü barədə məlumatın özü də göstərir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə sonuncunu Moskvanın Ermənistana qarşı kursunun dəyişmədiyinə əmin edib və bir daha hərbi yardıma və dəstəyə görə zəmanət verib. Bunu öz növbəsində Rusiyanın Cənubi Qafqazdakı vəziyyətə nəzarəti öz əlində saxlamasının bir əlaməti olaraq da qiymətləndirmək olar.

- Ermənistanın artıq “İsgəndər”ləri var və İrəvan daim onları istifadə etməklə hədələyir. Baxmayaraq ki, Rusiya tərəfi daha əvvəl erməni mütəxəssislərin bu silaha yaxın buraxılmayacağını və onun saxlanılmasını da Rusiya tərəfinin özünün həyata keçirəcəyini açıqlamışdı. Necə düşünürsünüz, Ermənistan Cənubi Qafqazda bu “Pandora qutusu”nu açacağı halda Rusiyanın reaksiyası necə ola bilər?

- Ermənistanın “İsgəndər”lərlə ilk olaraq Azərbaycan və ya keçmiş DQMV ərazisindəki obyektlərə zərbə endirəcəyi halda, Rusiyanın reaksiyasının necə olacağını proqnozlaşdırmağı, belə bir addımın atılması ehtimalının aşağı olduğuna görə təyin edə bilmərəm. Bu, Ermənistan üçün özünə sui-qəsd olardı.

Düşünmürəm ki, Rusiya belə bir vəziyyətdə nə iləsə əhəmiyyətli dərəcədə kömək edə bilər – maksimum kəşfiyyat məlumatları çatdıra bilər. İstənilən halda Rusiya açıq şəkildə təcavüzkarın tərəfində çıxış etməyəcək. Öz bazalarında təcrid olunacaq, onların müdafiəsini saxlayacaq və paralel şəkildə diplomatik kanallar vasitəsilə atəşkəsə nail olmağa çalışaraq gözləyəcək. Bəli, əslində, müharibə Paşinyanın maraqlarında deyil. O hələ hakimiyyətə yenicə gəlib və əsas vəzifəsi daxili-siyasi cəbhədə öz mövqeyini möhkəmləndirməkdir.

Paşinyana müxalif olan qüvvələrin sərhəddə hərbi təxribat təşkil edə biləcəyi isə başqa məsələdir. Yenə də bu qüvvələrin “İsgəndər”ləri əldə etməsi ehtimalı həddən çox azdır, demək olar ki, mümkünsüzdür.

- Ermənistan mətbuatı iddia edir ki, Rusiyadakı futbol üzrə dünya çempionatı Azərbaycan silahlarını susmağa vadar edəcək. Necə düşünürsünüz, Moskvanın fikrinin Cənubi Qafqazda olmadığı, dünya çempionatı ilə məşğul olduğu bir məqamda regionda gərginlik yaşana bilərmi?

- Azərbaycana gəldikdə, onun hərbi-iqtisadi potensialını nəzərə alaraq, münaqişənin hərb yolu ilə həll variantının ən cəlbedici ehtimallardan biri sayıldığını demək olar. Obrazlı şəkildə desək, Azərbaycan Ermənistanı demək olar ki, bir anın içində zəhlətökən milçək kimi əzə bilər. Ermənistanda bunu yaxşı başa düşürlər və... qorxurlar. Məhz buna görə də belə yazılar dərc olunur.

Hərbi sahədə üstünlüyü olan Azərbaycan hərbi əməliyyatların başlaması üçün vaxtı və yeri seçmək hüququna sahibdir. Ona öz əməllərini maskalamaq üçün hər hansı bir hadisə barədə təxmin etmək ehtiyacı yoxdur. Əslində, Azərbaycan sadəcə “güclünün hüququ” ilə də hərbi əməliyyatlara başlaya bilər. Bu zaman niyə Azərbaycan Rusiyada keçirilən dünya çempionatının arxasında gizlənsin və ya ona köklənsin?

2008-ci ildə Cənubi Osetiya münaqişəsinin hadisələrini xatırlamaq lazımdır. O zaman Pekində keçirilən Olimpiya Oyunları Gürcüstana Cənubi Osetiyada hərbi əməliyyatlara başlamağa mane olmadı.

Azərbaycan Prezidenti İlham Əliyev dövrünün ən müdrik siyasətçilərindən biri olması ilə tanınır. Düşünmürəm ki, onun planlarında Cənubi Qafqazda genişmiqyaslı müharibəyə başlamaq barədə müddəa var. Ermənistan tərəfinin təxribatlarına icazə verməyəcəyi isə qətidir və bu halda maksimal şəkildə sərt cavab verəcək. Vəziyyətin gərginləşməsinə yol verməmək məqsədilə, Paşinyan Ermənistanın daxilində olan vəziyyətə nəzarət etməlidir.
Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı - SensasiyaRusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsovun Axar.az-a müsahibəsi:

– Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacizadə Rusiya XİN nümayəndəsinin Abxaziyada Qarabağ separatçıları ilə görüşünə görə Moskvaya etiraz ediləcəyini və bu görüşün regionda sülhə xidmət etmədiyini bildirdi. Bu diplomatik açıqlamaya Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyri-diplomatik və sərt cavabı Rusiyanın İrəvana son günlər artan qayğısını gündəmə gətirdi. Sizcə, Paşinyan hakimiyyətə gələndən sonra Kreml rəsmi İrəvana dəstəyini artırıb?

- Mən sizin sadaladığınız hadisələri kəskin dəyərləndirməkdən çəkinərdim. Lakin doğrusu, hərbi münaqişənin iştirakçı olan dövlətin digərinin getdikcə artan aqressiv hərəkətlərinə bir başqa reaksiya verməsini gözləmək sadəlövhlük olardı: rəsmi Bakı və Azərbaycan mətbuatının mövqeyi xalqınızın indiki halda Moskva və İrəvanın sözügedən hərəkətlərindən qaynaqlanan narahatlığını obyektiv əks etdirir.

– Üstəlik, Ermənistana “Tor2” sistemlərinin verilməsinə başlanılıb. Bunun nəticəsi olaraq İrəvanda artıq Naxçıvanla bağlı iddialar səsləndirilir və Naxçıvan istiqamətində əsgərimiz şəhid olur...

– Mənim qənaətimə görə, Cənubi Qafqaz regionundakı vəziyyətə ən böyük təhdidi sadalananlardan başqa Naxçıvan ərazisində Azərbaycan ordusunun hərbi qulluqçusunun qətlə yetirilməsi faktı yaradır. Belə ki, bu ərazidə cəbhə xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhədidir. Bu insidentə dövlət sərhədlərini tənzimləyən 1921-ci il Moskva və Qars müqavilələrinə söykənən beynəlxalq sistemdən baxılır. Məhz bu səbəbdən yeni - Rusiya və Türkiyənin bu münaqişəyə biləvasitə cəlb olunması təhlükəsi gündəmə gəlir (doğrusu, bu təhlükə daim mövcud olub – O.K.). Bu halda adı çəkilən ölkələrin münaqişə tərəflərinə dəstək verəcəkləri qaçılmaz hala çevriləcək. Müvafiq olaraq Türkiyə Azərbaycan tərəfinə, Rusiya isə Ermənistana keçəcək. İlin əvvəlindən mən arxasında ABŞ siyasi elitasının dayandığı rəsmi İrəvanın buna cidd-cəhd və səylər etdiyi barədə daim çıxışlar etmişəm. Onların əsas məqsədi Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmaq, Türkiyəni NATO-da saxlamaq və Rusiyanın beynəlxalq təcridini dərinləşdirməkdir. Bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir, lakin çox təəssüf ki, Moskva bunu başa düşmür.

– Moskvanın Qarabağ probleminə yanaşmasının dəyişmə ehtimalı mövcuddurmu?


– Mənim cavabım neqativdir. Münaqişənin cərəyan etdiyi bütün dövr ərzində Rusiyanın mövqeyi tam trotskiçi, yəni “nə hərb, nə sülh” olub və bu mövqe dəyişməz olaraq qalacaq. Bu da İrəvana hərbi-siyasi üstünlük verir.
Lakin son vaxtlar Moskvaya əvvəllər olmayan başqa hərbi-siyasi faktorlar təsir göstərməyə başlayıb və bu səbəbdən Kremlin bu məsələdə mövqeyi dəyişikliklərə məruz qalmalıdır. Əks halda Kremli diplomatik sahədə daha bir məğlubiyyət gözləyir.
“Kərkükdə yenidən diriliş dastanı yazılır” – Türkmənlərin mənəvi lideriİraqda may ayının 12-də baş tutan parlament seçkiləri heç də ölkəyə rahatlıq gətirmədi, əksinə, müharibədən yenicə çıxmış, insanları tez-tez terror partlayışları ilə sarsılan narahat, ziddiyyətlər tüğyan edən məkana çevrilib. Xüsusilə də tarixin bütün etaplarında haqq və hüquqları əllərindən alınan, hər vəchlə başlarından basılan, döyülən, öldürülən, zindanlara atılan türkmən xalqı bu dəfəki seçkidə yenə təcavüzə məruz qaldı. Artıq on gündür gecə-gündüz kişili-qadınlı, uşaqlı-böyüklü küçələrdə etiraz edən, çadırlar qurub oturaq aksiyaya davam edən türkmən xalqının səsini eşidən varmı? Onlar 21-ci əsrdə səslərini Bağdada eşitdirə biləcəıklərmi? Axı hər cür çətin şəraitdə kürdlər İraqı parçalamağa çalışdığı halda, məhz türkmənlər ölkənin ərazi bütövlüyünü qoruyub, İraqın vahid bayrağını enməyə qoymayıb...

İraq türkmənlərinin mənəvi lideri, Türkməneli Partiyasının sədri, məhz bu dəfəki seçkilərdə haqqı pozularaq, aldığı halal səslər saxtalaşdırılaraq millət vəkili mandatından məhrum edilən Riyaz Sarıkahya ilə söhbətləşib, Kərkükdə və ümumilikdə Türkmənelində baş verən hadisələrə işıq salmağa çalışdım. Görək seçki prosesinin birbaşa iştirakçısı olan türkmən mənəvi lideri nə deyir:

- Seçkinin nəticələri sadəcə Seçki Komissiyası tərəfindən elan edilib. Hələ ki, İraqın Federal Məhkəməsi nəticəni təsdiqləyəcək qərar çıxarmayıb. Ona görə də kimin millət vəkili seçildiyi dəqiq deyil. Buna baxmayaraq, deyə bilərik ki, biz türkmənlərin haqlarına həmişə biganə yanaşılıb. İllərdir hər yerdə türkmənlərə edilən zülm və haqsızlığa göz yumulub.

- Mövcud qanunlara əsasən Kərkükdən neçə millət vəkili seçilə bilər və onlar türkmən, ərəb və kürdlər arasında faiz etibarı ilə necə bölünür?

- Qanuna əsasən Kərkükdən 13 millət vəkili seçilir. Bunlardan bir yer mütləq xristian vətəndaşlar üçün nəzərdə tutulub – onların kvotasıdır. Qalan 12 millət vəkili isə seçki prosesində mübarziə apararaq, seçilir. Son nəticəyə əsasən türkmənlərdən 3, ərəblərdən də 3, amma kürdlərdən 6 millət vəkili seçildiyi bildirilir. Bayaq dediyim kimi, bir nəfər də xristian kvotasından seçilib.

- Seçkilərin saxtalaşdırıldığı deyilir. Bunu kim edib və saxtalaşma prosesi necə icra olunub? Niyə polis və ya Kərkükdəki Haşdi Şabi qüvvələri əvvəlcədən ehtiyyat tədbirləri görməyiblər?

- Kərkükdə saxtakarlıq komputer sistemində edilib. Bizdə səslər əllə deyil, elektron qaydada sayılıb. Vətəndaş istədiyi bir namizədə səs verir, amma səs ona deyil, proqramda öncədən seçilmiş başqa bir namizədə gedir. Komputer proqramını qarışdıran xüsusi məqsədli qrup isə Kərkük seçki komissiyasının öz işçiləri olub. Onlar seçkinin nəticələrini birbaşa Təlabani qrupunun xeyrinə dəyişiblər. Həmin işçilərin hamısı nəticələrin dəyişdirildiyi bilinən ilk saatlardaca Kərkükdən Süleymaniyyəyə qaçıblar. Amma onu da deyim ki, Kərkük kimi həssas bir şəhərdə Amerika və digər maraqlı mərkəzlərdən icazəsiz elektron proqramı bu şəkildə poza bilməzdilər.

- Məqsəd nə idi, sadəcə türkmənlərin uduzmasına nail olmaq, yoxsa ümumən sərf etməyən namizədlərin yolunu bağlamaq?

- Proqramın dəyişdirilməsinin başlıca məqsədi səsləri kürd namizədlərin hesabına yönləndirmək olub. Lakin bir məsələ də var ki, kürd hərəkatının dəstəkləmədiyi, kimliyindən asılı olmayaraq, istənilən namizədin yolunu bağlamağa çalışıblar. Kərkükdə Hasan Turan, Tuz Hurmatuda Niyazi bəy və Cassim bəy də milli siyasət yürütdükləri üçün kənarda qalıblar. Mənə gəlincə, milli layihələrimə görə seçilmədiyimi bildirdilər. Hansı ki, Kərkükdə əhalinin əksəriyyəti birmənalı şəkildə mənim seçiləcəyimi düşünürdü. Bu gün seçkinin nəticələrinin böyük miqyasda saxtalaşdırıldığını seçki komissiyasının özü də qəbul edir. Kərkükdəki qanun pozuntuları 67 faiz olaraq təsdiqlənib. Hətta Seçki Komissiyasının rəhbərlərindən olan Sait Kakai bunu teleproqramda da etiraf elədi və etiraz olaraq komissiyadan istefa verdi...

- Saxtakarlığı kürdlər edibsə, deməli, Bağdad hökuməti müstəqilliyini elan etmələrinə rəğmən yenə də kürdlərə dəstək verir...

- BMT-nin İraq ofisi Seçki Komissiyasına təzyiq göstərir ki, Kərkükdəki narazılığı nəzərə alsın. Amma hələ müsbət nəticə yoxdur. Bu gün sual yaranır: İraq hökumətini kim quracaq: İbadi, Amiri, yoxsa Muktada əs-Sədrin adamı Cəfərmi? Qısası, seçiləcək baş nazir Amerika və İran tərəfindən qəbul olunmalı, üstəlik, onun baş nazir olmasına İngiltərə, Türkiyə və Səudiyyə Ərəbistanı da razılıq verməlidir. Başqa bir tərəf də var – Nəcəfin dini mərkəzi də ona qarşı çıxmamalıdır. Bunları ona görə deyirəm ki, haqqında danışdığımız problemin həlli hökumətin qurulmasından asılıdır. Əgər problem çözülmədən davam edərsə, o zaman seçki etirazları yenidən gündəmə gələr. Onu da qeyd edim ki, Kərkükdə qalib gəldiyini düşünən kürd mənşəli millət vəkillərinin mandatı rəsmiləşə bilər, amma onların az da olsa dəyəri-qiyməti olmaz. Hətta öz partiyalarında, sıravi kürdlər arasında da hörmətləri qalmaz.

- Əgər belədirsə, türkmənlər öz haqlarına qovuşmaq üçün bundan sonra kimdən dəstək ala bilərlər?

- Biz hələlik heç kimdən dəstək gözləmirik. Sülhsevər, dinc aksiyalarımızı davam etdirəcəyik. Xalqımız qoca-cavan, qadın-kişi – hər kəs verdikləri səslərə sahib çıxmaq üçün on gündür ki, gecə-gündüz çadırlarda, küçələrdə aksiya keçirir. Hesab edirəm bundan sonra kimsə türkmənin haqqını yemək istəsə, planını əvvəlcədən on dəfə düşünməlidir. Türkmən xalqının aksiyaları yalnız türkmənlərin qərar və iştirakı ilə gerçəkləşir. Kərkükdə yenidən diriliş dastanı yazılır - durmadan mücadələyə davam deyirik.

- İzlədiyim xəbərlərə görə türkmən gənclər ölüm orucuna başlayıblar. Nəzərə alsaq ki, indiyədək keçirilən aksiyalar nəticəsiz qalıb, bundan sonra bu cür etiraz üsullarına əl atmağa ehtiyac varmı?

- Türkmən hərəkatının çox böyük çətinlikləri var. Buna baxmayaraq, bir milli məclis qurma layihəmiz mövcuddur. Əgər bunu reallaşdıra bilsəydik, türkmən xalqını da həmin məclis təmsil və idarə edərdi. Məclisin mövqeyi milli hərəkatımızın da mövqeyi olardı və qəbul etdiyi qərarlara sayğı göstərərdik.

- Türkmənlər olaraq qarşıda nə kimi addımlar atmağı düşünürsünüz?

- Yaxın günlərdə türkmən, kürd və ərəblərin liderlərini bir araya gətirərək, bu məsələni müzakirə etmək niyyətimiz var. İstəyirik Kərkük üçün siyasi model tərtib edib, onu federasiyanın bir hissəsinə çevirməyə nail olaq.

Vüsal Tağıbəyli
“Avropa Şurası Parlament Assambleyası prezident İlham Əliyevi hədəfə alıb”Avrasiya.net Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirovun “Ölkə.Az”a müsahibəsini təqdim edir:

– Bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən korrupsiyada adı hallanan AŞPA üzvlərinə, o cümlədən Milli Məclisin deputatı Səməd Seyidova qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərara münasibətiniz necədir?

– Əvvəla, onu qeyd edim ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir, ədalətsizdir və qərəzli xarakter daşıyır. Təbii ki, burada ən çox sual doğuran məsələ nədən məhz Azərbaycan nümayəndə heyətinin rəhbərinin hədəf seçilməsidir. Hesab edirəm ki, əslində hədəfdə birbaşa Səməd Seyidov deyil. Əsas hədəfdə müstəqil siyasət həyata keçirən Azərbaycanın dövlət rəhbərliyidir. Birbaşa hədəfdə isə Azərbaycan prezidenti cənab İlham Əliyevdir. O səbəbdən ki, Azərbaycan dövlətinin müstəqil siyasətini məhz cənab İlham Əliyev müəyyən edir, o istiqamətləndirir. Azərbaycan dövlətinin xarici siyasəti milli maraqlara söykənir, heç bir beynəlxalq güc mərkəzinin, ayrı-ayrı təşkilatların və beynəlxalq mərkəzlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının mənafeyinə uyğun xarici siyasətdir. AŞPA-da isə bu siyasəti Səməd Seyidov həyata keçirir. Azərbaycan prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu AŞPA-da icra edən məhz Səməd Seyidovdur. Ona görə də Avropa Şurası Parlament Assambleyası əslində Azərbaycan dövlətini və prezident İlham Əliyevi hədəfə alıb və onun siyasətini həyata keçirən Səməd Seyidov isə birbaşa hədəfə çevrilib.

Bu həm də onunla bağlıdır ki, Səməd Seyidov Azərbaycan prezidentinin siyasətini çox bacarıqlı və uğurlu şəkildə həyata keçirir. Səməd Seyidov müstəqil fikirli və sözü olan şəxsdir, zaman-zaman avropalıları onların öz dilində açıq şəkildə tənqid edirdi və Azərbaycanın mövqeyini bildirirdi.

Digər tərəfdən isə Səməd Seyidov bu yaxınlarda Türkiyənin Afrin əməliyyatları ilə bağlı da çox açıq şəkildə mövqe ortaya qoyaraq, qardaş ölkəni dəstəklədi. Həmin qüvvələr Türkiyəni də hədəfə alıblar. Avropa İttifaqı 40 ildən çoxdur ki, Türkiyəni bu quruma daxil etmir. AŞPA isə dəfələrlə Türkiyəyə qarşı təzyiqlər tətbiq edib. Belə bir vəziyyətdə görürlər ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA kürsüsündən onları açıq şəkildə konkret faktlarla ittiham edir.

Bütün bunlar isə son nəticədə Səməd Seyidovu hədəfə aldı və ona qarşı sanksiyalar tətbiq edildi.

“Kim həyatı ilə risk etmək istəyirsə, Avropanın inkişaf etmiş ölkələrində küçədə gəzsin”

– Siz həm də Azərbaycanla Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü olan deputatsınız, Avropa ölkələrinə tez-tez səfərlər edirsiniz. Bu qərardan sonra Avropaya səfər edən zaman özünüzü necə hiss edəcəksiniz?

– Bəli, biz Avropada tez-tez oluruq və oradakı reallıqlarla yaxından tanışıq. Misal üçün, bu yaxınlarda Almaniyada baş vermiş bir hadisəni danışım. Almaniyada bir nəfər avtomobili tərk edən zaman içərisindəki kameranı çıxarıb gizlədir. Ondan soruşanda ki, nə üçün avtomobilin qapısını bağlayandan sonra kameranı da gizlədirsiniz? Həmin adam cavabında bildirdi ki, mən maşınımdan ayrılandan sonra avtomobilin şüşəsini sındırıb kameranı apara bilərlər. Yəni, təkcə bu fakt Avropada vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Mən özüm də dəfələrlə bunun şahidi olmuşam.

Mən Brüsseldə səfərdə olarkən məsləhət gördülər ki, axşam saatlarında küçədə gəzmək çox təhlükəlidir. Bizə tövsiyə etdilər ki, saat 21:00-dan sonra küçəyə çıxmayaq, əks halda təhlükələrlə üz-üzə qala bilərik.

Biz onlara söylədik ki, Azərbaycanda insanlar səhərədək çox rahat və təhlükəsiz şəraitdə gəzə bilərlər. Heç bir təhlükə yoxdur. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu eşidən avropalılar bizi bəxtəvər insanlar hesab edirdilər. Bizə deyirdilər ki, siz Azərbaycanda yaşadığınız üçün çox bəxtəvərsiniz.

Bütün bunları indi müqayisə edəndə bir daha əmin oluruq ki, Azərbaycan çox inkişaf edib.

Vaxtilə Napoleon da demişdi ki, kimin nədən problemi varsa, ən çox ondan danışır. Doğrudan da bu gün Avropa qədər insan hüquqlarından danışan məkan yoxdur. Ancaq dünyada Avropa qədər də insan hüquqlarının ən çox pozulduğu başqa region mövcud deyil.
Əslində, bu gün çox mürəkkəb qarşudurmaların baş alıb getdiyi dünyada Azərbaycan ən sabit ölkələrdən biridir. Xüsusilə də Azərbaycan müsəlman dünyasında sabitlik adası kimi nüfuza malikdir.

Bu gün Azərbaycana ona görə çox turist axını var ki, ölkəmiz sabit və təhlükəsizdir. Azərbaycan sabit ölkə olduğu üçün bu qədər nüfuzlu və nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Bəs Azərbaycan nə üçün sabit ölkədir? Bax bu sualın cavabını axtaranda əmin olursan ki, Azərbaycanda hakimiyyətlə xalqın birliyi var. Xalq öz prezidentini dəstəkləyir, prezident də heç bir beynəlxalq dairənin diktəsilə hərəkət etmir, yalnız öz xalqının mənafelərinə uyğun siyasət həyata keçirir.
Həm də bu sabitlik inzibati yollarla əldə edilməyib. Azərbaycanda sabitlik xalq və hakimiyyətin ortaq birliyindən əmələ gəlib, hakimiyyətin fəaliyyəti xalqı məmnun edir. Son prezident seçkilərində də cənab İlham Əliyevin 86 faizdən çox səs toplayaraq prezident seçilməsi dediyim məsələlərin birbaşa təsdiqidir.

Yəni, o ölkələr bu gün sabit deyil, o ölkələr təhlükəlidir ki, orada xalq hakimiyyəti qəbul etmir və kütləvi etirazlar edir. Bu zaman artıq toqquşmalar baş verir və vətəndaş qarşıdurması yaranır. Biz bu proseslərin hamısını ötən əsrin 90-cı illərində görmüşük.

Çox təəssüf ki, indi Avropanın əksər ölkələri 90-cu illərin Azərbaycanı xatırladır. Mən Avropanın tanınmış şəhərlərinə gedəndə, orada bir daha bunun şahidi oluram. Misal üçün, Strasburqda, Parisdə və digər şəhərlərdə axşam vaxtı küçədə gəzmək təhlükəlidir. Dövlət təhlükəsizlik üçün heç bir təminat vermir. Əgər kimsə həyatı ilə risk etmək istəyirsə, o zaman Avropanın inkişaf etmiş ölkələrində küçədə gəzə bilər. Azərbaycan isə bu mərhələni ötən əsrin 90-cı illərində keçib. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra ölkəmizdə 1996-cı ildə sabitlik tam bərqərar olmağa başlayıb.

“Vidadi İsgəndərli Fransaya satılmış insandır”

– Xaricdən Azərbaycan hakimiyyətinə qarşı radikal çağırışlar edən şəxslərə müraciətiniz nə olardı?

– Mən Göyçay rayonundan seçilmiş millət vəkiliyəm. Xaricdə gizlənən həmin anti-milli ünsürlərdən biri olan və söyüşü siyasətə gətirən adamlardan biri Vidadi İsgəndərli də Göyçayda doğulub. Mən onun doğulduğu kənddə olmuşam, həmin kəndin sakinlərilə görüşmüşəm. O insanlar birmənalı şəkildə prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Həmin kəndin sakinləri ilə görüşüm zamanı bildirdilər ki, Vidadi İsgəndərlinin Göyçay camaatının adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Kənd camaatı açıq şəkildə deyir ki, Vidadi İsgəndərliyə heç bir sakin dəstək vermir və onu tanımır.
Kənd camaatı mənə bildirdi ki, Vidadi İsgəndərli Fransaya satılmış insandır.

Ümumiyyətlə, Vidadi İsgəndərli, Orduxan Teymurxan və digər bu kimi ünsirlər Azərbaycana qarşı yönəlmiş xarici qüvvələrin əlində alət kimi istifadə olunur. Xarici dairələr onlardan istifadə edirlər.

Eyni zamanda onlara satqın olduqları üçün nifrət edilir. Xarici qüvvələr məqsədlərinə çatandan sonra isə onları istifadə edib tullayacaqlar.

Mən məqaləmdə də ABŞ-ın 40-cı prezidenti Ronald Reyqandan bir misal çəkmişəm. Reyqan deyirdi ki, ən qədim peşənin sakinləri, yəni fahişələr bir halda fiziki deyil, mənəvi mənunluq hissi yaşayırlar. Bu da qarşındakının milli dönük və xəyanətkar olduğunu bilib, ona xidmət etməkdən imtina edərkən yaşanan hisdir. Bu halda onlar öz peşələrinin xəyanətkarlığın fövqündə dayandığından məmnunluq hissi yaşayırlar.

Vidadi İsgəndərli kimi adamlar söyüşü siyasətə gətirən insanlardır. Ona görə də bu cür adamlarla söyüş meydanında deyil, intelektual meydanda danışmaq lazımdır.

Çalışmaq lazımdır ki, bu cür adamları intelektual meydana cəlb edək. Bu adamlar intelektual meydanda dərhal ağ bayraq qaldıracaqlar. Çünki onlar savad, bilik, elm və səviyyə sahibləri deyil. Ancaq etiraf edim ki, onlar söyüş meydanında qalibdirlər. Harada alçaqlıq, təhqir, söyüş varsa, orada onlar bacarıqlıdır. Hesab edirəm ki, onların səviyyəsinə enmək olmaz. Onlarla yalnız intelektual səviyyədə mübarizə aparmaq lazımdır. Mir Şahin də intelektual səviyyəli insan olduğu üçün, həmin ünsürlər bu cür adamları hədəfə alırlar.

Həmin Vidadi İsgəndərli dəfələrlə mənim haqqımda da olmayan şər-böhtan, söyüşlər söyləyib. Amma mən ona hər zaman elmi və mədəni dildə cavab verməyə çalışmışam. O isə bu cür söhbətlərdən qaçıb.
Müsəlmanların parçalanmasına yol verilməyəcək - Şeyx məhkəmə çəkişməsinə aydınlıq gətirdiGürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov digər bir dini qurum tərəfindən məhkəməyə verilməklə yanaşı, sosial şəbəkələrdə təhqir və təhdidlərlə üzləşib. Ramin İgidov məhkəməyə verilmə və bunun arxasında hansı məqsədlərin dayandığı ilə bağlı Avrasiya.net-in suallarını cavablandırıb.

- Gürcüstanda təmsil etdiyinizi dini idarə ilə başqa dini qurum arasında məhkəmə məsələlərinin olduğunu eşitmişik, bu məsələlər nə ilə bağlıdır və hazırda nə yerdədir?

- Bəli təəssüflər olsun ki, belədir. Məlumat olaraq nəzərinizə çatdırım ki, əsas üç məsələdə məhkəməyə şikayət olunub. Şikayət edən tərəf də Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (UGMADİ) adlı təşkilatdır. Birinci məhkəmə dövlətimizn 2014-cü ildə sabiq baş nazirin sərəncamı ilə 4 dini konfessiyalara - içərisində də müsəlmanlara Sovet totalitar rejimi dövründə dəymiş zərərlərin qismən qarşılanması məqsədi ilə pul vəsaitin ayırmasından sonar başladı. O zaman (həmin ildə yaranan) Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) Gürcüstanda Ədliyyə Nazirliyi tərəfindən (QHT-dən fərqli) İctimai təşkilat olaraq qeydiyyatdan keçmiş üç təşkilatların sədrləri ilə görüş keçirdi.

Nazirlər Kabinetində keçirilən görüşdən məqsəd (Dövlətlə dini İacmalar arasında vasitəçi orqan olan) Dini Agentliyin baş nazirin yeni sərəncamı ilə təşkilatları xəbərdar etmək idi. Orada sovetlər dövründə müsəlmanlara dəyən zərərin qismən qarşılanması proqramında bizim iştirak etməyimizin necəliyi də bəhs olundu. Üç təşkilat Bütöv Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ), Bütün Gürcüstan Müsəlmanlar Birliyi (BGMB) və Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (UGMADİ) bu proqramı həyata keçirmək üçün ya bir təşkilat ətrafında birləşməli idi, ya Təmsilçilik Şurası təşkil edib aralarından bir subyekti təmsilçi olaraq təyin edib təşkilatlar arasında birgə işləməli və ya da bu proqramda iştirak etməkdən imtina edilməli idi.

O zaman UGMADİ-nin sədri (indiki sədr Mir Təqi Əsədovun atası Mir Hüseyn Əsədov idi) bu məsələ haqda Nazirlər Kabinetində davamlı görüşlərlərdə oldu. Sonda iki təşkilat BGMİ və BGMB arasında daxili memorandum anlaşılması əsasında Təmsilçilik Şurası üzərində razılıq əldə olundu. Ancaq üçüncü təşkilat olan UGMADİ o zaman digər iki təşkilatlarla razılaşıb birləşə bilmədi. Atası öncə razılaşsa da onun qərarına müdaxilə edən Mir Təqi Əsədov iki təşkilatın qərarı ilə razılaşmadan imtina etdi. İki təşkilat, yaranan Təmsilçilik Şurasında BGMİ-nin dövlətlə tərəf müqabil olmasını və Təmsilçilik Şurasının TŞ rəhbərliyinin Şeyx Ramin İgidovaverilməsini qərara aldı. Ancaq UGMADİ-ni təmsil etdiyini bildirən Mir Təqi Əsədov bu iki subyektin (əksəriyyətin) qərararı ilə razılaşmadan imtina etdi. Orada deyiləndə ki, fikirinizi yazılı şəkildə bildirin O, əhəmiyyət vermədən yazılı bildirməkdən də imtina etdi.

Sonra nəzərdə ututlmuş məbləği iki təşkilatın iştirakı ilə yaranan TŞ-nın vəsaitinə köçürmək istəyərkən Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) son olaraq 2014-cü ilin noyabr ayında məktub ünvanlayaraq üçüncü sübyektin də yaranmış TŞ-na qoşulmasını tövsiyə etdi. Əgər 10 gün ərzində qoşulmadıqları təqdirdə imtina etmiş hesab olunacaqları söylənildi. O zamana qədər sədr dəyişikliyi edən UGMADİ yaranan TŞ-ndakı təşkilatların sədrləri ilə görüşüb TŞ-na qoşulma sahəsində çalışmaqdansa DMDA-ya cavab məktubu ünvanlayaraq müəyyən şərtlərlə birləşməyə razı olduğunu bildirdi. (Yeri gəlmişkən onu da qeyd edim ki, onların da sonar fikirlərini dəyişib təmsilçilik Şurasına qoşulmaq istəyindən Şuranın sədrinin xəbəri belə olmadı.)

Sonra da iki dini qurumla razılığa gəlib TŞ-na üz olmayan UGMADİ təşkilatı Dini Məsələlər üzrə Dövlət Agentliyini nədən iştirak etmədilər deyə mülkü məhkəməyə verdi. DMDA-ya da biz sizə məlumat vermiş, tövsiyə də etmişdik ki, razılığa gəlib qoşulasız deyə cavab verdikdə heç bir əhəmiyyəti olmadı. İndi də arada qalan əsas dini qurumlar oldu.

Nəhayət, mülkü məhkəmə proseslərinin sonunda onların əleyhinə qərar verdikdən sonra şikayətçi təşkilat UGMADİ mülkü məhkəmənin qərarı ilə razılaşmayıb Apelyasiya məhkəməsinə də müraciət etdi. Apelyasiya məhkəməsi onların indi də TŞ-na qoşulmaq haqlarının olduğunu bildirərək tələblərini təmin olunmasının mümkünlüyü haqda qərar verdi. Bu zaman sosial şəbəkələrdə təhqirlərə və təhdidlərlə məhkəməni udduqlarını söyləyən UGMADİ-nin əməkdaşlarına TŞ-nın sədri tərəfindən normalda qoşulmada heç bir problemin olmadığı söylənildi. Ancaq onların indi TŞ-na qoşulmalarını xoşməramlı hesab etməyən BGMİ-nin şeyxi Ramin İgidov TŞ-da olduqları halda aşağıdakı bəndlərə əməl edəcəklərinə söz verməklə dağıtmağa deyil əl-ələ veib xidmət göstərmək üçün qoşulmalarının isbat etmələrini istədi.

1.Şiə və Sünnü müsəlmanların ayrı idarədə və icma olaraq tanınması sahəsində Konistitusiya məhkəməsindən əl götürülsün. (Çünki qoşulduğu təmsilçi təşkilatda hər iki məzhəb mövcuddur. Necə ola bilər həm İdarə ilə birgə TŞ-na qoşulsun və həm də içəridən parçalamağa çalışılsın;

2. İki təşkilat birləşərkən memorandum əsasında fəaliyyət proqramı təşkil edərək konpesiyasiyanın xərclənmə sahəsində qərarvermə hüququnu iki sədrə deyil (dinimizin tələbinə görə) regionları təmsil edən ruhanilərə vermişdir. Onlar da qoşulduqları halda təklif etdikləri ruhanilərin əlavə olunması ilə bu qərara razı olacaqlarına söz versinlər.

3.Qoşulduqları halda (iki təşkilatın rəyi ilə qərara alınan) TŞ-nın sədrinin BGMİ-nin şeyxi olduğu ilə razılaşıb bundan sonra bu sahədə məhkəmələrdən əl götürsün.

Bu şərtlərlə razılaşmayan UGMADİ-nin məqsədlərində ziddiyyət hesab edən TŞ-nın sədri olan BGMİ-nin şeyxi (yəni mən) bu dəfə Ali məhkəməyə üçüncü subyektin birləşməməsinin alınmaması üçün müraciət etdi. Nəhayət Ali Məhkəmə prosesləri neçə aylar sürdükdən sonra sonda qərarında onların şikayətini məqbul hesab etməyib öncəki məhkəmələrin də qərarlarını yanlış hesab etdi. Və bu haqda gələcəkdə heç bir şikayət etmək haqlarının olmadığını bildirdi.

- İkinci məhkəməyə geçməzdən öncə soruşmaq istərdik ki, UGMADİ-nin sədri iddia edir ki, siz onların adından imza atmısız? Bir də onların təşkilatına (UGMADİ-yə) Təmsilçilik Şurasından ayrıca dövlət vəsaitindən büdcə veriləcək bu doğrudurmu?

- Əvvəla mən qərarlarıma təmsil etdiyim TŞ adından və BGMİ-nin İdarınin şeyxi kimi imza atıram. Kiminsə adından imza atmağa nə haqqım var, nə də buna ehtiyacım. Mir Təqi Əsədovun dediyi əgər onların TŞ iştirak etmədiklərini bildirməkdirsə bəli, yuxarıda söylədiyim bir daha söyləyirəm ki, üçüncü subyektin yəni onların təşkilatı olan UGMADİ-nin TŞ-na qoşularaq üzv olması baş tutmadı və onlar əksəriyyətin qəbul etdiyi şəraitdə birləşmədən imtina etdilər.
Onlara ayrıca büdcə verilməsinə gəlincə deyə bilərəm ki, mən bunu Dövlətin Dini qurumundan eşitməmişəm və məhkəmənin qərarında da belə bir sözə rastlaşmamışam. Tutaq ki, doğrudur və dövlət ayrıca dəstək olmaq istəyir. Bunun mənə aidiyyatı yoxdur. Fikirimi soruşulsa da - bu qərara da narazı deyiləm.

- İkinci məsələ bildiyimiz qədər Konistitusiya məhkəməsinə verilmiş iki məzhəbin bir arada olmaması və ayrı İcma olaraq tanınması haqdadır?

- Bəli, elədir. Öncə qeyd etmək istəyirəm ki, Azərbaycanla birgə Gürcüstanda da 19-cu əsrdən müsəlmanlar bir arada İslam dini adına dini icma olaraq təmsil olunmaqdadırlar. Gürcüstanda yaşayan azərbaycanlılar bu haldan hər zaman məmnun qalmış və hətta şiə, sünnü kəlmələrinin işlədilməsini məzhəb ayrı-seçkiliyi salmaq kimi hesab edərək ikrah hissi ilə qarşılamışlar. Təəssüflə, təşkiltaında 430-dan çox ruhani birləşən, iki məzhəbin, dini İslam olan müxtəlif millətlərin və etnik qrupların bir arada olduğu BGMİ-nə “nə haqla müsəlmanlar adından danışırsız” deyən UGMADİ təşkilatı Azərbaycanlı müsəlmanların fikirini nəzərə almadan onların məzhəb adına parçalanmaları üçün Konistitusiya məhkəməsinədə şikayət etmişdir. Bu hərəkətlərinə bəraət qazandırmaq üçün isə iki səbəb söyləyirlər. Deyirlər əvvəla nədən katoliklər, protestantlar və provaslavlar xristianlıq adı altında deyil ayrıca icmadılar, biz isə bir yerdəyik. İkinci sözləri isə budur ki, sabah bir özünü sünnü hesab edən radikal məzhəbə mənsub birinin cinayət törətdikləri halda nədən onun suçu mənim məzhəbimidə əhatə etsin və onun əziyyətini çəkmiş olum.
Bu iki səbəb də yersizdir. Birinci ona görə ki, katolik və provaslavlardan fərqli olaraq müsəlmanlar tarixən bir olmuş və bu unikallıq sahəsində də dünyaya nümunə olaraq vəhdətlərini dinin əsasları əsasında qorumuşlar. Və ayrıldıları halda heç kim İslam icması əvəzinə birinə Şiizm (Şiəlik) və digərinə isə Sünnizm (Sünnülük) çağrılmasını istəməz, Çünki hər iki qardaş məzhəb özünü müsəlman hesab edib belə tanınmasını istəyir. Bir də ki, məzhəb fərqliliyi bizim daxili məsələdir və qardaş məzhəbin işləri ilə də ilgilənən şəxslər, şərq və qərb üçün müftilər fəaliyyət göstərir.

İkinci səbəbə gəlincə, onu deyim ki, Allah eləməsin ki, ölkəmizdə belə qruplaşmalar yaransın. Tutaq ki, nə vaxtsa olsa da ədalət tələb edir ki, cinayəti törədənin özü məsuliyyətə cəlb olunmalıdır. Yoxsa təmsil etdiyi din, məzhəb və ya millət suçlanmamalıdır. Əgər İslamafobiya siyasəti aparmaq məqsədi ilə dinimizlə düşmənçilik siyasəti yürütmək istənildikdə isə məzhəbə belə baxılmaz. Necə ki, dünyanın müəyyən yerlərində İslamla düşmənçilik edənlər müəyyən radikal təkfirçi qruplaşmanın etdiyini heç zaman “bunu sünnü ya şiə etdi” deməyib “müsəlman terroru” deyə xəbər yayıblar.

- Üçüncü məhkəmə məscidlə bağlıdırmı? Ümumiyyətlə məscidlərin mülkiyyət problemləri nələrdir?

- Bəli məscidlə bağlı da şikayət olunubdur. Öncə məlumat üçün bildirim ki, Gürcüstanda olan 300-dən çox məscidin üçdə ikisinin sənədlərində problemlər vardır. Əksər problemli məscidlər isə Qərbi Gürcüstanın payına düşür. 2011-ci ildə (mən məsuliyyətdə olduğumdan öncə) keçmiş hökümətin zamanında heç bir hüquqi varisi və reyistr qeydiyyatı olmayan məscidlər avtomatik olaraq dövlət mülkiyyəti kimi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansında qeydiyyata düşdü. (Məncə həmin dövrdə əsas səhv ictimaiyyətə açıqlanmadan belə addımın atılması idi. Buna görə də yanlış anlaşılmalaravə qısqanclıqlara səbəb oldu.)
Dövlət qanununa görə Dini məkanların da Tarixi abidələr kimi dövriyyədə olması dayandırılmışdır. Yəni bir quruma bağışlaya, və ya sata bilməz. (Bu qanun qonşu ölkələrdə də belədir.) Buna görə də 49 il müddətində istifadə üçün qərb və şərqi Gürcüstanın və məzhəb, millət və regionların bir arada olduğu aidiyyatı dini qurum hesab etdiyi Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verdi.

Ona qədər rəsmi xəritədə belə görnməyən və hüquqi ünvanı olmayan məscidlərimizə yeni komunal xətti çəkildikdə (qaz, işıq və su verildikdə) və onları təmir etdikdə müəyyən problemlərlə üzləşirdik. Çünki qeydiyyatı olmadığından abonentlik ala bilmirdik. Buna görə də İdarənin sərəncamına verilməsi üçün şərqi və qərbi Gürcüstanın müftilərinin də təklifi ilə Dini Məsələlər üzrə Dövlət Agentliyinin vasitəçiliyi ilə İqtisadiyyat Nazirliyinə müraciət etdik. DMDA-da bu məsələ ilə bağlı komissiya təşkil edilərək bu günə qədər 160-dan çox məscid artıq müsəlman İcmasını təmsil edən İdarənin sərancamına verilmişdir. Onlardan şərqi Gürcüstanın payına düşən sənədsiz, qeydiyyatı olmayan 17-məsciddən biri olan İmam Əli (ə) adına Marneuli şəhərindəki məscid də təmsil etdiyim dini İdarənin (hüquqi ünvanı Tbilisi Cümə məscidi olmaqla) BGMİ-nin sərəncamına verildi. UGMADİ-nin bu dəfəki məhkəməyə şikayəti isə BGMİ-nin sərəncamından çıxıb İmam Əli adına məscidin nəzdində fəaliyyət göstərən və məscidi idarə edən Şuranın sərəncamına verilməsi ilə bağlı oldu.

Mənim fikrimcə, məscidin mülkü qeydiyyatından və sərəncamından çox onların statusu, (məscid kimliyi) tarixi haqqında çalışmaq lazımdır. Məqsədim məscidlərin problemsiz olaraq ibadət yeri kimi fəaliyyət göstərməsidir. Mən onlara bildirmişəm ki, sözü gedən məscidin məhkəmə prosesi bitdikdən sonra BGMİ-nin sərəncamından çıxarılması haqda müraciət edəcəm.Çünki İmam Əli adına məsciddə fəaliyyət göstərən din xadimi və dindarlardan ibarət şuraya məscidi düzgün idarə edəcəklərinə şübhəm yoxdur. Hətta həmin məsciddə İmam Əli adına Xeyriyyə fondunun gördüyü xeyriyyə işlərini də alqışlayır, müsbət qiymətləndirirəm. Əgər o zaman qədər məhkəmə onların tələblərini təmin edərsə də müsbət qarşılayaram. Onsuz da nə o və nə də digər məscidin heç bir işinə BGMİ zorla müdaxilə etməmiş, əksinə ehtiyac olduğu halda dəstək vermiş, yardım göstərmişdir.

- Bilmək istərdik ki, Gürcüstan Müsəlmanları İdarəsi olaraq dövlət tərəfindən ayrılan vəsaiti nələrə xərcləyirsiz? Bu neçə ildə nə işlər görmüsüz?

- Bizə ayrılan təzminat xarakteli pul vəsaiti Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirildiyi əsasda bu 4 sahəyə xərcləyə bilərik: 1. Dini məkanların təmiri və abadlaşması; 2. Din xadimlərinin maaşla təmini; 3. Dininin sağlam şəkildə təbliğ və təlimi; 4. Müəyyən xeyriyyə işləri.

1) Nəzərinizə çatdırım ki, BGMİ olaraq bu günə qədər 100-dən çox məscidlərdə təmir işi aparmış, yeniləmiş,yeni tikilməkdə olan məscidlərin inşasına yardımçı olmuş və onlarla məscidlərin müəyyən ehtiyaclarını qarşılamışdır.

2) 430-dan çox din xadimini maaşla təmin etmişdir. Bu proqramdan məqsəd məntəqələrdə məscidlərində fəaliyyətin olması, insanların dini ehtiyaclarının din xadimləri tərəfindən qarşılanması və sovetlər dövründə dəymiş ideoloji zərərin qarşılanması.

3) Təlim və maarifləndirmə sahəsində bir çox proqramlar həyata keçir və keçməkdədir. Bu günə qədər 60-a yaxın Azərbaycan və onlarla da gürcü dillərində dini kitablar və qəzet və jurnallar iri tirajda, gürcü və Azərbaycan dillərində dəfələrlə Qurani-Kərimin tərcüməsi çap olunub. Dini bayram və mərasimlərin hamısını keçirilmiş, müxtəlif dini mövzularda onlarla konfrans və seminarlar, Quran kursları və yarışlar təşkil olunub. Dini web saytlar, internet TV və mobile portalımız fəaliyyət göstərir. Həcc və digər müqəddəs yerlərə ziyarətlər təşkil olunub və olunmaqdadır.

4) Xeyriyyə sahəsində isə demək olar ki, Beynəlxalq Uşaqlar Günü kimsəsiz uşaqlar yurdlarına ehtiyacları olduqları mebel və əşyalar alınır, Beynəlxalq Əlillər Günü və s. vaxtlarda əlilliyi olan vətəndaşlara onlarla əlil arabaları alınıb verilir. Qurban bayramına məntəqələrdə Qurban kəsilərək yoxsul ailələrə verilir və bu sahədə İdarəyə verilən Qurbanlar kəsilib minlərlə ailələrə dağıdılır. Ramazan ayında dindar yoxsul yüzlərlə ailəyə iftarlıq ərzaq kisələri verilir və yeni dərs ili zamanı yüzlərlə yoxsul ailənin uşaqlarına məktəb ləvazimatı alınır və verilən zəkat və yığılan sədəqələr hər ay onlarla müraciət edənlərə bağışlanır.

- Siz problemlərin həllini və arada olan narazılıqların həllini nədə görürsüz?

- Biz hüquqi dövlətdə yaşayırıq hər kəs yanlışlıq gördükdə islahat naminə etiraz və şikayət edə bilər. Amma unudulmamalıdır ki, biz din xadimiyik etirazlar etika çərçivəsində olub tənqidlər təhqirlərə çevrilməməlidir. Hər kəs gəldiyi qərara görə Allah, bəndə və dövlət yanında məsuliyyət daşıyır. Qərarlarda məsum olmadığımızdan yanlışlığa da yol verə bilərik (bunu da ruhanilər öz aralarında müzakirə etməlidirlər). Amma ruhaniləri cılız təhqir və söyüşlərlə günahlandırmaq haqqı heç kəsə verilməyibdir. Fərqli mövqe və düşüncədə olan isə kimisə xəyanətdə ittiham edib dalıyca da Quran ayəsindən sitat gətirənbilməlidir ki, onun fikri vəhy deyil və nə də o səhvdən sığortalanmış doğruluq testi deyil.

Arzu edərdim ki, müxalif olanlar da bir arada hərə bir sahədən yapışıb xalqımızı dininə xidmət göstərəydik.Arzu edərdim ki, müsəlman qardaşlarının dini problemləri nə başqa icmalar (erməni kilsəsi, yəhudi, babdist və s. icmalar) və nə də sosial şəbəkələrdə müzakirə edilməyib orda təhqirlər söylənilməyəydi. Bir halda ki, başqa dinlərin din adamlarının belə məhkəməsi ayrıca gizlin keçirilir. Allahdan son arzum isə budur ki, söylənilən fikirlər və tutulan iradlar nə yersiz inadkarlıq, nə nəfsi istəklər, nə ambisiyalar və nə də xaricdən idarəetmələr xatirinə olmayaydı. Çünki əsas xəyanət o zaman baş verər.
"Azərbaycan Tacikistanın diqqətini cəlb edib" -  Səfir Həsən MəmmədzadəAzərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə Tacikistanın "Avesta” nəşrinə müsahibə verib.

Avrasiya.net WorldMedia.Az-a istinadən həmin müsahibəni təqdim edir:

- 2017-ci il dekabrın 8-də Azərbaycanın Litvadakı diplomatik missiyasının rəhbəri vəzifəsindən geri çağırılaraq, Tacikistana səfir göndərilmisiniz. Buraya ilk gəlişinizdə sizdə hansı təəssüratlar yarandı?

- Azərbaycanın Tacikistandakı səfiri təyin olunduqdan dərhal sonra ölkənizin adət-ənənələrilə, mədəniyyətilə daha dərindən maraqlanmağa başladım. Əvvəllər, tələbəlik illərində və xarici səfərlər etdiyim, müxtəlif seminar və konfranslara qatıldığım zaman Tacikistanın təmsilçilərilə təmaslarım olub. Ortaq mədəniyyət bizi dostluq bağları ilə bağlayır. Biz bu günədək dostluq edir, əlaqə saxlayırıq.

Lakin bu, Tacikistana ilk səfərim idi və bu səfər məndə ölkəniz, insanların qonaqpərvərliyi, buranın ənənələrilə bağlı müsbət emosiyalar yaradıb. Ən əsası və dəyərlisi isə insan amilidir. Ölkənizdə olduğum qısa müddətdə bu istilik və qonaqpərvərliyin şahidi olmuşam. Ölkələrimiz arasında səmimi və dost münasibətlərinin oduğunu görmək çox xoşdur.

- Cənab səfir, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin çoxəsrlik tarixi var. Azərbaycan və tacik xalqlarını ortaq adət-ənənələr, din birləşdirir. İki ölkə arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Bizim xalqlarımız qədim tarixi köklərə malikdir. Buna bir çox misalar gətirmək oar: bənzər ənənələr, ortaq bayramlar, toy mərasimləri, ailədə və cəmiyyətdə gənc nəslin yaşlılara hörməti, uşaqların valideyn sözünə baxması və sair. Bu dəyərlər bizim gündəlik həyatımızın ayrılmaz hissəsidir. Coğrafi uzaqlığa baxmayaraq, xalqlarımız arasında bu dəyərlərə əsaslanan kifayət qədər qarışıq nikahlar da var.

- Bəs siyasi münasibətlərimizin səviyyəsi necədir?

- Əlbəttə, ikitərəfli münasibətlərimiz dinamik inkişaf edir. Bu münasibətlərin müsbət tərəfi odur ki, ölkələrimiz arasında hər hansı siyasi fikir ayrılığı yoxdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Tacikistan prezidenti Emomali Rahmon arasında çox sıx əlaqələr və səmimi dostluq olub və iki lider tərəfindən münasibətlərin çox möhkəm təməli qoyulub. Bu gün də Azərbaycan-Tacikistan əaqələri prezidentlər İlham Əliyev və Emomali Rahmonun rəhbərliyi atında inkişaf edir. Artıq qeyd etdiyim kimi, Azərbaycan-Tacikistan ikitərəfli əməkdaşlığı dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir, prezidentlərimiz arasında olan səmimi dostuq münasibətləri ümumi atmosferə də müsbət təsirini göstərir. İki dövlət bir-birini həm ikitərəfli, həm də beynəlxalq formatda dəstəkləyir. Bu il Azərbaycan Tacikistan vətəndaşarının ali təhsil alması üçün 2 kvota ayırıb. Bu kvota artırılacaq.

- Mümkünrsə, bir neçə kəlmə də ölkələrimiz arasındakı hüquqi baza haqda danışardınız.

- Müstəqilliyin əldə edilməsindən sonra ölkələrimiz arasında 45-dən çox sənəd imzalanıb. Hazırda daha onlarla sənədin imzalanması imkanları nəzərdən keçirilir. Bu sənədlər ikitərəfli münasibətlərdə tənzimləmə rolunu oynayır.

- Bəs iqtisadi münasibətlərimiz necə inkişaf edir?

- Səfirliyin əsas vəzifələrindən biri də iqtisadi münasibətlərin inkişafıdır. Lakin, təəssüf ki, obyektiv və ya subyektiv səbəblərdən ölkələrimiz arasında iqtisadi münasibətər mövcud potensialımıza uyğun gəlmir. Bu əlaqələrin inkişafında Tacikistanın Bakıdakı səfirliyinin fəal rolunu da qeyd etmək lazımdır.

Regiondakı pozitiv addımlar, qonşu ölkələr arasında siyasi münasibətlərin istiləşməsi Azərbaycanla Tacikistan arasında tranzit tariflərinin aşağı salınmasına gətirib çıxaracaq və bu, gələcəkdə iqtisadi münasibətlərimizin genişlənəcəyinə ümid yaradır. Azərbaycanla Tacikistan arasında birbaşa aviareyslərin olmaması da münasibətərin inkişafında çətinliklər yaradır.

İki ölkə iqtisadi-ticari əməkdaşıq üzrə hökumətlərarası komissiyanın rolunu ayrıca qeyd etmək istərdim. Komissiya mövcud problemlərin həllinə çalışır və onları həll edir. Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, o cümlədən zəngin tarixi ilə tanınan xalçaçılıq sənəti, Tacikistan tərəfinin böyük marağına səbəb olub. Bundan başqa, Azərbaycan brendi olan "ASAN Xidmət” də Tacikistanın diqqətini cəlb edib.

Azərbaycan da öz növbəsində, əldə etdiyi təcrübəni bölüşməyə hazırdır və bu, ondan xəbər verir ki, ölkəmizdə aparıan islahatlar və iqtisadi siyasət dərin düşünülmüş, ölçülüb-biçilmiş siyasətdir. Bu, öz müsbət nəticələrini verir.

İqtisadi sahədə ikitərəfli münasibətlərimizin əsas göstəricisi allümin istehsalında əməkdaşlıqdır. Vaxtilə Azərbaycandan gil-torpaq, koks və digər neft-kimya məhsulları alan TALCO zavoduna bu məhsulların tədarükünü bərpa etmək istəyirik. Bu sahədə işlər davam edir və biz bu işi hərtərəfli dəstəkləyirik. Hazırda bu əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzərində işlər davam edir.

- İki ölkə arasında keçirilən biznes-forumlar nə dərəcədə səmərəlidir?

- Qeyd etdiyimiz kimi, hər iki ölkənin iş adamları müxtəlif vaxtlarda toplaşaraq birgə iş qurulmasının yollarını axtarır. Bu münasibətlərin səmərəli qurulması üçün bəzi maneələr var idi, lakin onlar da aradan qaldırılır və ümid edirik ki, yaxın vaxtlarda biz müsbət nəticənin şahidi olacağıq. Biznes elə bir sahədir ki, orada maraqlar və gəlir var. Onlar mütləq özünə yol tapmalıdır. Əlbəttə ki, səfirliyin məşğul olduğu məsələlərdən biri də biznes-forumların keçirilməsi və bundan müsbət nəticələrin alınmasıdır.

- Azərbaycanda tacik-fars ədəbiyyatının klassikləri Əbu Abdulla Rudaki, Əbülqasım Firdovsi, Səədi Şirazi, Hafiz, Ömər Xəyyam, Əbdürrəhmani Cami və digərlərini sevdikləri kimi, Tacikistanda da dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Xəqani Şirvani, Məhəmməd Fizuliyə böyük rəğbət var. Onların dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfəsi olub. Ölkələrimiz arasında mədəni əlaqələrin indiki səviyyəsini necə qiymətəndirirsiniz?

- Adlarını çəkdiyiniz şair, yazıçı və dramaturqları həm Azərbaycanda, həm də Tacikistanda sevirlər. Bu mütəfəkkirlərin əsərlərinə hər iki ölkənin məktəb dərsliklərində rast gəlmək olar. Sevindiricidir ki, Düşənbə şəhərini Əbuəli ibn Sina (Avisenna), Sədrəddin Ayni və Rudakinin heykəlləri bəzəyir və bu heykəllərin müəllifləri azərbaycanlı heykəltəraşlardır. Hər iki ölkə zəngin tarixi irsə malikdir. Tacikistanda muğamı dinlədikləri kimi, Azərbaycanda da şaşmakom və falakı sevirlər. İllərdir Azərbaycanın keçirdiyi musiqi festivallarında Tacikistandan da xüsusi yaradıcılığı ilə fərqlənən mədəniyyət xadimləri iştirak edirlər. Şəxsən mən avtomobildə gedərkən radioda Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev və Zeynəb Xanlarova kimi mədəniyyət xadimlərinin ifalarını eşidirəm və Azərbaycan mədəniyyətinin Tacikistanda nə qədər sevildiyinə bir daha əmin oluram.

Biz ölkələrimizi mədəniyyət sahəsində daha da yaxınlaşdırmaq üçün bir sıra tədbirlər keçirməyi düşünürük. Mədəni münasibətlərimizin dərinliyinə varsaq, bu sahədə inkişaf meyllərinin olduğunu görərik. Coğrafi baxımdan uzaq olmağımıza rəğmən, Azərbaycan və tacik xalqları arasında əlaqələr həmişə inkişaf edib.

Mövzunun konkretləşdirsək, belə bir misal gətirmək olar: 14-cü əsrdə görkəmli şair, filosof, mütəfəkir Kamol Xucandi Nizami Gəncəvinin "Xəmsə”sini oxuduqdan sonra Azərbaycan fəlsəfi fikrilə tanış olmaq, onun dərinliyinə varmaq üçün belə bir uzaq məsafəni qət etməyə qərar verib. O, Xucanddan o zaman bütün Şərqdə elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmış Gəncəyə yola düşür. Beləliklə də, Kamol Xucandi burada elmin sirlərinə yiyələnib, bir neçə il yaşayıb, oxuyub-öyrənib, yazıb, yeni əsərlər yaradıb. Bütün bu faktlar azərbaycanlılarla taciklər arasında mədəni münasibətlərin sıx olduğundan xəbər verir.

- Qarabağ münaqişəsi uzanır. Sizcə, onun həllinə mane olan əsas əngəl nədir?


- Doğrudan da Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, həllini tapmır. Bildiyiniz kimi, Sovet İttifaqı dağılmazdan əvvəl Dağlıq Qarabağda yaşayan ermənilər yerli əhaliyə qarşı separatçı cinayətlər törətməklə Azərbaycandan ayrılmağa cəhd edib. Bu zaman insanlar əsrlər boyu yaşadıqları doğma torpaqlardan zorla qovulub və qətlə yetirilib. Azərbaycana qarşı yürüdülən bu təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon, yaxud Azərbaycan ərazisinin 20%-i işğal olunub, minlərlə insan itkin düşüb, qadınlar, qocalar, uşaqlar girov götürülüb, dəhşətli işgəncələrə məruz qalıb, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobud şəkildə pozulub. Xocalıda və Azərbaycanın başqa yaşayış məntəqələrində soyqırım aktları törədilib.

Bu işğalçı siyasət, beynəlxaq hüququn norma və prinsiplərinin, insan haqlarının kobud şəkildə pozulması nəticəsində 25 il əvvəl 1992-ci il mayın 8-də Azərbaycan mədəniyyətinin beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya dahi şəxsiyyətlər, yazıçılar, şairər və musiqiçilər vermiş Şuşa şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı minlərlə muzey eksponatı talan edilib, yüzlərlə tarixi-mədəni abidə dağıdılıb, müqəddəs məbəd və məscidlər vandalizm aktlarına məruz qalıb, böyük sayda nadir qədim əlyazma nümunələri məhv edilib, təhsil və səhiyyət obyektləri xarabalığa çevrilib.

Doğrudur, oxşar hadisələr postsovet məkanının başqa ölkələrində də yaşanıb. Lakin bizi xalqa qarşı həyata keçirilmiş etnik təmizləmə, soyqırım və təcavüz aktları xüsusi qəddarlığı ilə seçilib.

Buna baxayaraq, biz hələ də münaqişənin sülh yolu ilə nizamlanacağına ümid edirik. Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verməyən əsas məneə Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, beynəlxalq normalara, BMT qətnamələrinə əməl etməməsi və buna rəğmən, cəzasız qalmasıdır. Biz müşahidə edirik ki, əli qana bulaşmış Sarqsyan rejiminin çökməsindən sonra Ermənistanın yeni hakimiyyəti münaqişənin nizamlanması üçün addımar atacaq. Çünki bu münaqişədən azərbaycan xalqı ilə yanaşı ermənilər də əziyyət çəkir. Onlar hakim rejimin girovuna çevrilib.

Biz diplomatlar ümid edirik ki, artıq atəş səsləri eşidilməyəcək, bölgədə və qonşuluqda sülh və təhlükəsizlik hakim olacaq, 25 il əvvəl doğma evlərindən qovulmuş insanlar doğma yurdlarına qayıdacaq. Əvvəllər mən Avropada çalışırdım və avtomobillə bir ölkədən digərinə keçərkən sərhədləri hiss etmirdim. Ümid edirəm ki, bizim bölgədə də belə olacaq. Lakin bunun üçün qonşu qonşunun torpağına göz dikməməlir.

- Mümkünsə, bir neçə kəlmə Tacikistandakı Azərbaycan diasporu haqda da danışardınız.

- Sevindirici haldır ki, azərbaycanlılar Tacikistanın siyasi həyatında fəal rol oynayıb və bu gün tacik xalqı onların adlarını hörmətlə anır. Məsələn, Mirzə Davud Hüseynov. O, Tacik Sovet Sosialist Respublikasının ilk rəhbəri, Tacikistanın ilk birinci katibi olub. 1938-ci ildə Stalin repressiyasına məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində Azərbaycandan Mərkəzi Asiyaya kömək üçün 4 min adam göndərilib. Onların bir qismi Tacikistanda işləyib. 50-ci illərdə isə Azərbaycandan buraya onlarla həkim göndərilib. Onlardan biri burada Respublika Xəstəxanasına rəhbərlik etmiş həkim Maqsud Səfər oğlu Qasımov olub. O zaman burada epidemiya tüğyan edirmiş. Həkim Qasımov Tacikistanın Moskva rayonunda epidemiyanın qarşısını ala bildiyi üçün ordenlə mükafatlandırılıb.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının baş onkoloqu Məmməd Əliyevin atası Cavad Əliyev də burada işləyib. Əliyev rəhbərlik etdiyi poliklinika hazırda onun adını daşıyır.

Sovet vaxtı su təsərrüfatı nazir Poad Poladzadə də əmək fəaliyyətinə Tacikistanda başayıb. Biz azərbaycanlıların axtarışlarını davam etdirir və onların hər birinin adını kartotekaya daxil edirik.

- Cənab səfir, bilirik ki, mayın 28-də sizin Respublika özünün Müstəqillik Gününü qeyd edir. Zəhmət olmasa, Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən də danışın.

- Bu il biz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edirik. 2018-ci il ölkədə "ADR ili” elan edilib. 1918-ci il mayın 28-də yaradılmış və Şərqin ilk demokratik respublikası olmuş ADR cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28- Azərbaycanı işğal edən bolşeviklərin Qırmızı ordusu onu süquta uğradıb. Lakin ADR öz müstəqilliyini elan etməklə, xalqın müstəqilliyə, azadlığa və milli müqəddəratını həll etməyə can atdığını hər kəsə nümayiş etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı formalaşıb, sərhədlər müəyyən edilib, Respublikanın bayrağı, himni və gerbi yaradılıb, doğma dilimiz dövlət dili elan edilib, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti (Bakı Dövlət Universiteti) təsis edilib.

Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səsvermə hüququ ADR-də verilib. Bu, hətta Amerika və bəzi Avropa ölkələrindən də əvvəl olub.

Bundan başqa, qısa müddətdə dünyanın bir çox ölkəsi ilə diplomatik münasibətlər qurulub.

Bir də 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən müstəqil olub və özünü ADR-in varisi elan edib. O andan Demokratik Respublikanın atributları – bayrağı, himni və gerbi fə bərpa olunub.

Bir sözlə, mayın 28-i Azərbaycan xalqı üçün böyük və əlamətdar tarixdir. O vaxtdan xalqımız Azərbaycanın müstəqilliyini bəyan etdiyi 28 mayı təntənəli şəkildə qeyd edir. Artıq dediyim mimi, 2018-ci il "Azərbaycan Demokratik Respublikası İli” elan edilib və hökumət tərəfindən il boyu silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.