Şeyxdən ölkə gündəmini dəyişəcək AÇIQLAMALAR: ”Guya, orada mənim...”Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. Hörmətli şeyximiz həmin müsahibədə son günlərin gündəm mövzularına dair bütün suallarımızı cavablandırıb. Hətta şeyx həzrətləri hələ heç yerdə demədiyi bəzi məsələləri də müxbirimizə açıqlayıb. İnanırıq ki, bu müsahibə ölkə ictimaiyyəti üçün son dərəcə maraqlı olacaq.

- Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm, Şeyxülislam həzrətləri, Sizin şəxsi müşahidəniz bizim üçün çox maraqlıdır. Hazırda dünyada dinlər, xüsusən də müsəlmanlar arasında davam edən ixtilafları aradan qaldırmaq mümkün olacaqmı? Yoxsa elə belə də davam edəcək?

- Bismillahir rəhmanir rəhim. Hazırda Peyğəmbər əleyhissəlamın mübarək mövlud günləridir. İstərdim sizin qəzetiniz vasitəsilə dünya müsəlmanlarının mövludunu təbrik edəm. Qurani-Kərimdə Allah buyurur ki, “İnnə ərsəlnakə rəhmətən lilaləmin”, yəni Peyğəmbərə xitabən bildirir ki, “Mən səni aləmlərə rəhmət olaraq” göndərmişəm. Aləmlər dedikdə bütün varlıq aləmi nəzərdə tutulur, orda müsəlman da var, xristian da, yəhudi də, buddist də və sair. Peyğəmbər aləmlərə rəhmətdir.

Ümidsiz olan şeytandır. İnsan son nəfəsinə qədər ümidini üzməməlidir. Peyğəmbərdən (s.ə.s) gələn hədislərə baxanda bunu aydın görürük. Biz ümidlə yaşamalıyıq. Düzəlməyəcək deyə yaxşı işlərimizdən əl çəkək düşüncəsi olmamalıdır. Quran bizə bu cür öyrətmir, Peyğəmbərimiz (s.ə.s), imamlar, böyük şəxsiyyətlər bizə bu yolu göstərmir.

"Ümidsiz olan şeytandır, insan ümidini üzməməlidir"

Ancaq təbii ki, problemlər var. Zənnimcə, əsas çətinliklərdən biri də odur ki, bəzi siyasi xadimlər dini məsələləri öz xeyrinə istifadə edir. Özünü dindar kimi göstərib, din adından çıxış edib dinə olan münasibəti öz xeyrinə istifadə etmək cəhdi var. Ona görə də, bu cür qarşıdurmalar baş verir. Əlbəttə, bütün siyasətçi və ya dövlət rəhbərləri deyil, bəzilərinin səbəbindən bu vəziyyət hətta məzhəblər arasında, xalqlar, millətlər içərisində də qarşıdurmalara gətirir.

Müsəlman dünyasında da bu cür vəziyyət var. Mən bunu müşahidə edirəm. Amma bu o demək deyil ki, biz ümidsiz olaq. Mən inanıram ki, bir gün gələcək qardaşlıq, dostluq, ədalət üstün dəyərə çevriləcək.

- Azərbaycanda açığı vəziyyət digər müsəlman ölkələri ilə müqayisədə daha ümidvericidir, ölkəmiz müsbət mənada xeyli irəlidə görünür. Hətta bəziləri bunu yenilik də sayır: müsəlmanların birgə vəhdət namazlarının qılmasını, heç bir münaqişələrin olmamasını və sair. Sizin bu mövzuda ölkəmiz üçün dəyərləndirməniz necədir?
Bizdə sünnilər və şiələr bir-birinə qardaş münasibəti bəsləyirlər


- Əlbəttə, bizdə vəziyyət yaxşıdır. Azərbaycanda olan dinlər, məzhəblərarası münasibət, xalqımızın qanında olan tolerantlıq, başqa dinlərlə birlikdə yaşamaq qabiliyyəti, başqa din və məzhəblərə, hətta başqa xalqlara münasibət çox yaxşıdır. Biz görürük ki, digər müsəlman ölkələrində məzhəblər arasında münasibət o qədər də yaxşı deyil. Amma bizdə o problem yoxdur. Bizim ölkəmizdə yaşayan həm sünnilər, həm şiələr çox tolerantdır, bir-birinə qarşı qardaş münasibəti bəsləyirlər. Ona görə də bir çox məscidlərimizdə, hansı ki, həmin bölgədə azlıqda sünni və ya şiə varsa, o məscidlərə iki imam təyin edirik. Həm sünni, həm də şiə imamlar. Bu bizim həyatımızdır. Eyni zamanda dövlətin də siyasəti bunu gərəkdirir. Bu vəziyyətin yaranması dövlətin siyasətindən də asılıdır. Dövlət ilk növbədə bu şəraiti yarada bilir. Həm müsəlmanlar, həm də başqa dinlər üçün. Bu da indi dünyada nadir nümunədir. Təsadüfi deyil ki, hazırda dünyada mövcud olan azsaylı dinlərarası, sivilizasiyalar arası dialoq mərkəzlərindən biri də Azərbaycanda yerləşir, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılıb. Bu mərkəzin həm ölkə daxilində, həm də xaricdə apardığı dini, dialoq təbliğatı və buna olan reaksiyalar göstərir ki, Azərbaycanın tutduğu yol doğru yoldur.

- Artıq 3 ildən çoxdur ki, qeyd etdiyiniz təşkilatın xətti ilə müxtəlif ölkələrdə - Türkiyə, İran, İspaniya, Finlandiya, Rusiya, Orta Asiya – tolerantlıq mövzusunda beynəlxalq konfranslar keçirilir. Hazırda dünyada etnik və dini-məzhəbi zəmində nifrətin yayıldığı bir zamanda dinlərarası dostluq, qardaşlıq, yaxınlaşma mövzusunda konfranslar, beynəlxalq tədbirlər keçirirsiniz. Dünyada bu təşəbbüsə reaksiya necədir? Həqiqətən, dinlərarası dostluq yaratmaq mümkündürmü?
Azərbaycan bu gün bir multikulturalizm mərkəzinə çevrilib


- Təbii ki mümkündür. Bu sahədə çox ciddi nəticələr var. Bu il 3 konfrans keçirmişik. Bunlardan birini Şimali Qafqazda keçirmişik, keçmiş SSRİ ərazisində yaşayan müftilərlə birlikdə. İkinci tədbiri İspaniyada, nəhayət üçüncünü də bu yaxınlarda Almaniyanın Berlin şəhərində keçirmişik. Sonuncu tədbirdən yeni gəlmişəm, hələ də məktublar, reaksiyalar gəlməkdədir. Çox müsbət təsir qoyub, təqdir edirlər. O konfranslarda iştirak edən çox yüksək vəzifəli şəxsiyyətlər, keçmiş prezidentlər, siyasətçilər, demək olar ki, bütün geniş yayılmış dinlərin təmsilçiləri, din xadimlərinin fikirləri yüksək idi. Əksər insanlar bu cür tədbirin təşkilinə təəccüblə baxır, həm də təqdir edirdilər.

Hətta Bundestaqın nümayəndəsi çıxışında dedi ki, mənə çox xoş gəlir ki, Azərbaycan bu gün bir multikulturalizm mərkəzinə çevrilmişdir. Bu siyasəti apardığı üçün Azərbaycan dövlət rəhbərliyinə təşəkkürünü bildirdilər. Bu böyük işdir. Bilirsiniz, Azərbaycan çox da böyük bir dövlət deyil. Bu təşəbbüsü ələ almaq, dünyada öz sözünü demək, tolerantlıq təbliğatını aparmaq böyük uğurdur. Bunu davam etdirməliyik. Çünki ölkə prezidenti, İlham Əliyev cənabları bu prosesi başladıb, islam həmrəyliyini insan həmrəyliyinə çevirmək fikrindədir. O istəyir ki, ölkəmiz bütün dinlərin həmrəyliyi mərkəzinə çevrilsin. Bu da insan həmrəyliyinə gətirib çıxarsın. Biz bu tədbirləri həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə keçirdik və baxdıq ki, bütün dünyada həmrəylik çağırışlarına ehtiyac var.

Karlovı Varıda müalicə alıram, mülküm yoxdur

- Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?

- Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.

- Beşmərtəbə bina da göstərilirdi ki, sizə məxsusdur.

Katolikos Qaregin dedi ki, bizim mətbuatda barəndə mənfi yazılar yazırlar

-Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.

- Amma bir şey də var ki, siz dövlət məmuru deyilsiniz. Sizin əmlakınız qanunla ola bilər... Yeri gəldi deyə soruşum. Nəvələriniz İstanbuldadır, ya Bakıda?

-(Gülür.) O da yalan məlumat idi. (Bir neçə il əvvəl mətbuatda Şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərləri nəzərdə tutur – K.R.) O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.

- Açığı, Siz tirajlı şəxssiniz. Sizinlə bağlı xəbərlər çox oxunur. Haqqınızda yazılan istənilən xəbər ən çox oxunanlar siyahısına daxil olur. Bəlkə də bununla əlaqədardır.

- Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar, barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burda yazanın məqsədi nədir? O niyə məni gözdən salmaq, qaralamaq istəyir?

Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.

“Dövlət maaş verir” ifadəsi yanlışdır


- Azərbaycan müstəqil olduqdan sonra dövlət bir mənada dini fəaliyyətləri QMİ-nin öhdəsinə buraxıb. Ancaq sonradan tədricən dövlət də dini sahədə müəyyən işləri görməyə başlayıb. Bu həm də dünyada baş verən proseslərlə bağlı olsa da, nəticə etibarı ilə son illərdə dini fəaliyyətləri QMİ ilə yanaşı dövlət qurumları da aparır. Bu səbəbdən də belə bir qənaət formalaşıb ki, QMİ-nin səlahiyyətləri azalıb. Sizcə belədirmi?

- QMİ-nin səlahiyyəti deyilən məqam məscidlərdir, ibadətlərin həyata keçirilməsi, namaz qılmaq, moizə deməkdir. Bunlar bizim qurumun — dini mərkəzin səlahiyyətimdə olan məsələlərdir. Əvvəldən də bu belə idi, indi də belədir. Qaldı ki, başqa işlər, onlarla bağlı situasiya əvvəllə müqayisdə dəyişib. Hazırda 800-dən çox aktiv, işlək məscid var. Onların fəaliyyətini təmin etmək - böyük ehtiyacları var - onları qarşılamaq QMİ üçün çətindir. İdarə olaraq çatdıra bilmirəm. Dövlətsiz bu işləri görmək mənim üçün çox çətindir. Biz hazırda bu konfransları da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçiririk. Dövlətin bu sahədə işlrə görməsi mənə yardımdır. Mənim səlahiyyətim dediyim kimi, məscidin içi, ibadət, moizədir. Bundan qalan məsələlər ümumi işlərdir, biz bir yerdə işləyirik, onlar da bizə yardım edirlər. Yəni heç bir ayrı-seçkilik yoxdur. Açığını deyim ki, bizim bu gün bir yerdə fəaliyyət göstərməyimiz ümumi işimizin xeyrinədir, həm dövlətçiliyimizin, həm də dinin.

- Yeri gəlmişkən, hökumət, yəni DQİDK bu il mollalara maşın verdi. Artıq maaşları da dövlət verir. Hazırkı sistemi, yəni dövlət-din münasibətləri sistemini mükəmməl hesab edirsiniz?

- Xahiş edirəm ki, o sözü düzəldəsiniz, “dövlət maaş verir” ifadəsi yanlışdır. Bu, prezidentin səlahiyyətlərindədir. Prezident həzrətləri ianə verir. Bu maaş deyil. Dövlət din xadiminə maaş vermir, yardım edir. Bizdə din dövlətdən ayrıdır.

O yardımı ayıran Mənəvi Dəyərlər Fondunun Himayəçilik Şurasının sədri mənim müavinim Müfti Salman Musayevdir. Onun namizədliyini mən irəli sürmüşəm. Bu qurumun vəzifəsi Prezidentin ayırdığı yardımı din xadimlərinə çatdırmaqdır.

Maşın məsələsi də eynidir. Prezident tapşırıb, bəzi məscid icmalarına işlərini yüngülləşdirmək üçün maşınlar verilsin. Müvafiq qurum da bunu edib. Biz buna qarışa bilmərik, bu qanunla deyil, prezidentin öz təşəbbüsü ilə ehtiyat fondundan ayırdığı yardımdır. Vaxtıilə mərhum prezident Heydər Əliyev Təzə Pir məscidinə gələndə cibindən pul çıxarıb məscidin kassasına atdı. O da bir yardım idi, bizə maaş verilmək sayılmırdı.
Biz öz rəsədxanamızın verdiyi məlumata əsasən fətva veririk

- QMİ-nin Qazılar və Elmi Dini Şurası il ərzində Ramazan, Məhərrəm aylarının daxil olması ilə bağlı fətva verir, bir sıra dini və ictimai hadisələrə münasibət bildirir. Ancaq məlumdur ki, sırf dini fətvaları hər kəs öz məzhəbinə və inancına görə əldə edir. Gələcəkdə yerli bir dini mərkəzin, tam olmasa da, müəyyən qədər şəri məsələlərlə bağlı fətva mərkəzinin yaranması mümkündürmü? Bu barədə nə düşünürsünüz?

- Nə demək istədiyinizi başa düşdüm. Bu bir qədər gələcəyin işidir. Elə məsələlər var ki, onlar hər bir dövlətin, ölkənin özünə xasdır. Məsələn, orucluğun başlaması, yəni ayın görünməsi. Bununla bağlı bizim Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanası ilə müqaviləmiz var. Onlar bizə yeni ayın görünməsi, ayın başa çatması ilə bağlı elmi nəticələrə əsasən məlumat verirlər. Ayın nə sünnisi var, nə də şiəsi. Ola bilər ki, bu, Türkiyə ilə düz gəlməsin, ya da İranla eyni günə təsadüf etməsin. Bəzi adamlar çox zaman İranla eyni günə düşməsi və Türkiyə ilə ayrı günlərə düşməsinə görə şübhə ilə yanaşırlar. Türkiyə ilə bizim coğrafi en dairəsi fərqimiz iki saatdır. Bizim ölkəmizin coğrafi en dairəsi İranla uyğun gəldiyi üçün bəzən İranla bayramlarımız eyni günə təsadüf edir. Ancaq bu o demək deyil ki, biz İranın təqvimi ilə edirik. Biz öz rəsədxanamızın verdiyi məlumata əsasən fətva veririk. Əlimizdə sənəd olur, kağız gəlir ki, bu gün ay görünəcək, o zaman həmin günü bayram elan edirik. Bu əsas fətvadır, orucluqda, Qurban bayramında buna xüsusi ehtiyac yaranır. Başqa mövzularla bağlı isə bizim Fətva Şöbəmiz var, orada böyük alimlərimiz oturur. 15 nəfərə yaxın mütəxəssis var, onlar moizələrin mətnini hazırlayırlar, böyük məsələlər olanda onları son instansiya kimi Qazılar Şurasının iclasına çıxarıb orada müzakirə edirik. Şəri mövzularla bağlı suallar Fətva şöbəsinə gəlir və orda oturan, hər məzhəbin şəriətini bilən mütəxəssislər müvafiq suallara cavab verirlər.

- Uzun illər, hətta sovet dönəmində müsəlman ölkələri ilə dini-siyasi əlaqələrdə aktiv yer tutmusunuz. Bu gün müsəlman dünyasında, xüsusən də Yaxın Şərqdə baş verən müharibələrin əsas səbəbini nədə görürsünüz? Din-məzhəb məsələləri bu münasibətlərdə nə qədər rol oynayır?

- Bu suala qismən əvvəldə toxundum. İslam dini salam, yəni əmin-amanlıq, sülh, qardaşlıq, yardımlaşma dinidir. Ancaq bu gün İslamdan istifadə edən bəzi qurumlar, siyasi xadimlər onu öz maraqları üçün istifadə edir. Bütün dinlər belədir. Həzrət İsa, həzrət Musa, həzrət İbrahim, həzrət Adəm və həzrət Məhəmməd (s.ə.s) sülhə, qardaşlığa, yardımlaşmaya çağırıb. İndi isə dini həddən artıq siyasiləşdirirlər. Nəticədə bu vəziyyət yaranır. Siyasət dedikdə mən ümumi olaraq siyasi fikrin əleyhinə deyiləm. Şəxsi mənafeyə xidmət edən siyasət təhlükəlidir. Ancaq insanları doğru yola yönəldən siyasət müqəddəs işdir.

- Azərbaycanın son illərdə ərəb dünyası ilə əlaqələri inkişaf edib, siyasi-iqtisadi əlaqələr irəliləyib, turist səfərləri artıb. Azərbaycan İsraillə münasibətləri olsa da, Fələstin məsələsinə açıq dəstək verir, yardım edir. Ərəb liderlərinin Azərbaycana münasibəti necədir? Müsəlman aləminin bir hissəsi hesab olunuruq?

- Azərbaycan bu gün bütün dünya və eləcə də müsəlman aləmi ilə yaxın əlaqələr qurur. Təkcə Qafqaz Müsəlmanları İdarəsi dünyanın 100-dən çox ölkəsi ilə əlaqələrə malikdir. Bəzən bir dövlətdə bir neçə əlahiddə qurumla, müsəlman, xristian təşkilatla əlaqələrimiz var. Azərbaycan dövlətinin özünün də müsəlman ölkələri ilə çox yaxın əlaqələri var. İslam Əməkdaşlıq Təşkilatının toplantılarında bir neçə dəfə özüm iştirak etmişəm və şahid olmuşam ki, Azərbaycan orada mühüm rol oynayır. Fələstin münaqişəsinin sülh yolu ilə həll olunması, Qüds probleminin həlli ilə bağlı prezidentimizin dəfələrlə bəyanatı olub. Ötən il İstanbulda Qüds məsələsinə həsr olunmuş İslam Əməkdaşlıq Təşkilatı Baş Assambleyasında Azərbaycan prezidentinin çıxışı, Türkiyənin yanında olması çox mühüm hadisə idi. Bizim Fələstinlə çox yüksək səviyyədə əlaqələrimiz var. Eyni zamanda Azərbaycan müasir dövlətdir, bütün dünya ilə əlaqələr qurmaq istəyir. İsraillə də dövlətimizin əlaqələri var. Biz bu iki dövlətin, yəni Fələstin və İsrail arasında münasibətlərin qurulması, sülhün əldə olunmasını dəstəkləyirik. Münaqişənin iki dövlətli həll prinsipinin tərəfdarıyıq.
Həqiqətən çox maraqlı xatirələrim var

- Gələn il 70 illik yubileyiniz gəlir. Bunun yarıdan çoxunu, yəni 40 ilə yaxınını Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etmişiniz. Sovet dövründə Şeyx olmaq, dini proseslərə rəhbərlik etmək, özü də cavan yaşda necə idi? Ötən illərlə bağlı xatirə yazmağı düşünürsünüz?


- Gələn il, sağlıq olsun, həm 70 yaşım, həm də Şeyxülislamlıq fəaliyyətimin 40-cı ili olacaq. Mən öz yubileyimi ailəmin içində keçirəcəm, ailəmlə bir yerdə olmaq istəyirəm. Amma bunula bağlı hansı qərar qəbul edilərsə, ona uyğun da işimizi planlaşdıracağıq. Bunu gələcək göstərəcək.

Xatirələrə gəlincə, həqiqətən də vaxtım yoxdur. Amma həmişə fikirləşirəm ki, zaman ayırım, xatirələrimi yazım. Amma nə təqaüdə çıxa bilirik, nə də məzuniyyətə. Beləcə, qalıb hələ ki. İnşallah, vaxt olar, yazarıq. Amma həqiqətən çox maraqlı xatirələrim var. Mən iki dövlət, iki dünya görən bir adamam. Kommunist rejimində yaşayıb işləmiş, bu gün də müstəqil Azərbaycan vətəndaşı kimi çoxlu xatirələrim var. Çox şeylər dəyişib.

O zaman bizi xaricə getməmişdən əvvəl Moskvaya çağırıb söhbət edərdilər. Həccə gedəcək adamları çağırıb onlarla söhbət edərdilər. Deyirdilər ki, sənin sovet parpostun var, sən bununla qürür duymalısan. Bir sovet vətəndaşı 100 başqa insana bərabərdir və sair. Amma sonra sovet rejimi dağıldı və hər şeyin fərqli olduğu məlum oldu. Maraqlıdır ki, o zaman soveti tərifləyənlər, indi onların bəzisinin səsi bu tərəfdə də gəlir. Ən qorxulusu da odur ki, bəzən özlərini dindar kimi göstərir və bəzi işləri də xarab edirlər.

- Çox kritik dövrlər də daxil olmaqla 40 ildir Qafqaz müsəlmanlarının liderisiniz. Yaddaşınızda qalan və bu gün də xatırlayanda sizi həyəcanlandıran hansı hadisələr var?

- Ən çox yadımda qalan hadisə hələ sovetlərin dağılmadığı vaxt, səhv etmirəmsə 1990-cı ildə Seneqalda İslam Əməkdaşlqı Təşkilatının toplantısında iştirakımla bağlıdır. Hələ SSRİ vardı, Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Həmin Seneqaldakı toplantıda mən İranla, Pakistan baş naziri Nəvaz Şəriflə danışıqlar apardım, Səudiyyə Ərəbistanı və daha bir çox dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Və nətəcidə Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv elədik. Hansı ki, hələ kommunist dövləti qalırdı.

Həmin vaxt mənimlə bir nəfər də vardı, dövlət rəsmilərindən idi. Adını demək istəmirəm. Çox cəhd etsəm də, həmin adam qalmadı, geri qayıtdı. Orda Azərbaycanı SSRİ tərkibində ola-ola İƏT-ə üzv etdik. Yeganə bir dəfə qanunu onda pozmuşam. Prezident Ayaz Mütəllibovun əvəzindən üzvlük sənədinə qol çəkdim. Azərbaycanı təşkilata üzv qəbul elədilər, müsəlman dövlətlərinin rəhbərləri yaxınlaşaraq hamısı bir-bir məni təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün çox qürur duydum ölkəm, xalqım adına. İndiki kimi yadımdadır, həmin məmur mənə dedi ki, “evin yıxılsın, öz evini də yıxdın, mənim evimi də”.

Ən dəhşətli günüm isə 20 Yanvar günü olub. O günü unutmaq olmaz. 20 Yanvarda Azərbaycan xalqını məhv etmək istəyirdilər. Məni də provokasiyaya çəkib irəli vermək və islam fundamentalizmi adı ilə xalqa divan tutmaq istəyirdilər. Bu, çox ağır təqvim idi.

20 Yanvardan qısa müddət sonra Moskvada Ali Sovetin iclasında iştirak edirdik. Fasilə vaxtı yeməkdə idik, Qorbaçov gəldi. Bizim nümayəndə heyətində olan qadınlar ona 20 Yanvarı xatırlatdılar. Daha sonra mənə tərəf çevrildi, “bəs sən” deyib, mənə əl uzatdı. Ona əl vermədim, dedim ki, sizin əliniz mənim xalqımın qanına batıb. Bu hadisəni heç zaman unutmuram, məndə qürur hissi yaradır.
İrana ağır zərbə vuruldu: ABŞ-la gizli danışıqlar realdır?İqtisadçı Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- Neft qiymətlərinin aşağı düşməsi ABŞ-ın İran planını reallaşdırmasına nə dərəcədə kömək edəcək?


- Əslində burada maraqlı bir neçə məqam var. Sentyabr-oktyabr aylarında ABŞ tərəfindən belə bir açıqlama var idi ki, noyabr ayının 6-dan İrana qarşı sanksiyaların yeni dalğası İran neftinin satışına qadağa qoyacaq. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb oldu. ABŞ-ın bu məsələyə baxışı dəyişdi. Çünki neft qiymətlərinin yüksəlməsi istər-istəməz ABŞ-ın rəqib saydığı ölkələrin, o cümlədən, İranın və Rusiyanın gəlirlərinin artmasına səbəb olacaq bir faktora çevrilirdi. Ona görə də noyabr ayının 6-da sanksiyaların yeni mərhələsi elan edilərkən neft satışına olan qadağa tətbiq edilmədi. Hətta İranın 8 ölkəyə neft satışına icazə verildi ki, bu da elə İran neftinin 95%-nin satıldığı ölkələr idi. Ona görə də sanksiyaların ikinci mərhələsi, əksinə, neft qiymətlərinə kəskin zərbə vuran faktora çevrildi və neft qiymətlərinin aşağı düşməsinə təsir edən birinci amil rolunu oynadı. Təbii ki, neftin qiymətlərinin (son iki aya nəzər salsaq) 87 dollardan 58 dollara qədər sürətlə aşağı düşməsi neftdən asılı olan ölkələrin, o cümlədən, İran və Rusiyanın gəlirlərinə mənfi təsir göstərəcək. İranın əsas gəlir mənbəyinin neftdən asılı olduğunu düşünsək, Tehrana daha böyük zərbə dəyəcək. Çünki Rusiyanın başqa təbii resursları daha çoxdur və iqtisadiyyatı İran qədər neftdən asılı deyil. Amma əsasən də xarici valyutaların ölkəyə daxil olması baxımından İranın iqtisadiyyatında neftdən kəskin asılılıq var. Ona görə, təbii ki, neft qiymətlərinin enməsi dolayısı ilə İran iqtisadiyyatına ciddi təsir göstərəcək.

- Bu gün İranda sanksiyaların təsirləri nə dərəcə hiss olunur?

- Rialın dəyərdən düşməsi, valyuta qıtlığının yaranması, ölkədə ciddi inflyasiya faktorunun qeydə alınması və qiymətlərin sürətlə bahalaşması ABŞ-ın İrana qarşı apardığı sanksiya siyasətinin artıq bariz nümunəsinə çevrilib.

- Bəs İran geri addım ata bilərmi?

- Hətta düşünürəm ki, İran və ABŞ arasında artıq hər hansı bir formatda, ictimaiyyətə məlum olmayan və gizli saxlanılan danışıqlar, çox güman ki, gedir. İsveçrə üzərindən belə danışıqların olması ehtimalı çox yüksəkdir. İran əgər həmin şərtləri qəbul edəcəksə, bu danışıqlar nəticə verəcək. Əslində ABŞ-ın şərtləri çox açıqdır: Suriyadan İranın tamamilə geri çəkilməsi, İraqın daxili işlərinə müdaxilənin sona çatdırılması, Yəməndə husilərə verilən dəstəyin kəsilməsi və s. Yəni ABŞ ətraf ölkələrdə İranın son zamanlar əldə etdiyi nəticələrin tamamilə sıfırlanmasını hədəfləyir. Burada nüvə məsələsi ikinci dərəcəlidir. Mən belə düşünürəm. Əsas məsələ İranın regional güc olmasının qarşısını almaq və onu regiondan geri çəkilməyə vadar etməkdir. Əgər bu sadalanan istiqamətlər üzrə İran təklifləri qəbul etsə və geri çəkilsə, o zaman ABŞ və İran arasında növbəti razılıq əldə oluna bilər. Bu zaman sanksiyaların tamamilə aradan götürülməsi də mümkündür.

- İranın ABŞ-ın şərtlərini qəbul etməsi rejimin sonu olmazmı?

- Doğrudur, bunun çox qısa bir zamanda olacağını düşünmək olmaz. Çünki İran rəhbərliyi daxilində artıq elə bir vəziyyət yaranıb ki, ABŞ-a qarşı ciddi güzəştlər edilsə, xalqın qarşısında durmaq qeyri-mümkün olacaq. Çünki İranda antiamerika təbliğatı illərdir çox güclü gedib. İran əhalisinin ciddi bir antiamerika yanaşması formalaşıb. Əgər İran rəhbərliyi ABŞ-a ciddi güzəştlərə getsə, bu zaman daxildə siyasi böhranın yaranmasını müşahidə edəcəyik. Amma bunun rejimin sonunu gətirib-gətirməyəcəyini hələ ki, söyləmək olmaz.
“Ən gözəl sərvətim övladlarımdır” - Mənim balamMüşfiq Ələsgərli: “Tərbiyə zamanı köhnə standartlar işə yaramır, amma yenilikləri də elə tətbiq etməlisən ki, öz kimliyindən çıxmayasan”

"Hər zaman övladlarıma demişəm ki, dövrün tələblərindən irəli gələn bütün şıltaqlıqlara dözərəm, yalnız təhsildə güzəştə getmərəm. Təhsildə güzəşt ola bilməz” - Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Mənim balam” rubrikası ilə bağlı qəzetimizə müsahibəsində qeyd etdi.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü olan müsahibimiz üç övlad sahibidir. O, övladlarının tərbiyə metodikasının sirlərini bizimlə bölüşdü.

- Müşfiq müəllim, övladlarınızı dədə-baba üsulu, yoxsa öz metodunuzla tərbiyə edirsiniz?
- Təbii ki, dədə-baba qaydasına üstünlük verirəm. Tərbiyə elə bir şeydir ki, insanın qanına-canına hopur. Bizim dövrümüzdə tərbiyə üsulları çox sərt olub. Ədəb-ərkan qaydalarına daha çox diqqət yetirilib. Bu baxımdan, nə qədər yenilikçi olsaq da, canımıza hopmuş əvvəlki standartlardan tam kənarlaşa bilmərik. Nəsillər arasında tərbiyə fərqliliyi hər zaman olub. Heç zaman köhnə nəsil yenisini bəyənməyib. Hər dövrün öz xüsusiyyətləri var. İctimai münasibətlərdə, ədəb-ərkan məsələlərində, əlbəttə, yenilik olmalıdır. Bu, dünyanın inkişaf qanunauyğunluqlarından biridir. Amma indiki dövrün modernləşmə-yeniləşmə prosesində bir problem var. Əvvəllər baba ilə nəvə arasındakı baxış fərqi, tutaq ki, 15 faiz olurdu ki, bunu da həzm etmək mümkün olurdu. İndi isə dəyişikliklər o qədər sürətlə gedir ki, keyfiyyətcə yeni bir insan tipi meydana gəlir və bu tiplər də insanları narahat edir. Misal üçün, babam başına börk qoyardı. Ancaq atam "norka” papaq geyərdi. İndiki nəsil isə, tutaq ki, papağı, ümumiyyətlə inkar edir. Bir də görürsən ki, baş örtüyü olmadan, qışın ortasında "dizi cırıq şalvarlar”da çıxıblar küçəyə...
“Ən gözəl sərvətim övladlarımdır” - Mənim balam
- Hər zaman köhnə və yeni baxış söhbətləri olub, olacaq da...
- Əlbəttə, elədir. Amma baxır, köhnə dediyin nədir? Bizim elə adətlərimiz var ki, onun mövcudluğunun heç bir ziyanı yoxdur, əksinə, müsbət çalarlıdır. Köhnədən qalıb deyə, hər şeyi silib atmaq da olmaz. Bizim dövrümüzdə valideynə, ataya, ümumiyyətlə böyüklərə hörmət çox sərt tələb idi və bu hörməti göstərməyin formaları var idi. Məsələn, yaşadığımız evdə gün ərzində ata evə 10 dəfə də daxil olardısa, hər dəfə ayağa durardıq. İndikilərdən tələb etmək olmaz ki, sən 10 dəfə ayağa durub otur. Formanı dəyişməklə, məzmunu saxlamaq olar: axı böyüyə hörmət etməyin nə pis tərəfi var ki? İctimai nəqliyyatda yaşlı adam gəlirsə, ona yer verməyin nəyi pisdir ki?.. Burada cəmiyyətə ziyan verəcək heç bir şey yoxdur. Milli kimliyimizi ehtiva edən, cəmiyyət və özümüz üçün ziyansız olan adətləri qoruyub-saxlamalıyıq. Bu baxımdan, köhnə və indiki nəsil arasında ziddiyyət var. Bəzən insanları təəccübləndirən hallarla rastlaşıram. Bizim dövrümüzdə deyirdilər ki, böyüyün yanında gərək möhkəm danışmayasan, bu, eyib hesab olunurdu. Bu adət bizim canımıza-qanımıza hopub. Hərdən ictimai nəqliyyatdan istifadə edirəm. Görürəm ki, gənclərin səsi hər tərəfi götürüb, qışqıra-qışqıra danışırlar, ədəbsiz sözlər işlədirlər, yersiz hərəkətlər edirlər. Nə böyük-kiçik bilirlər, nə ətrafdakılara hörmət qoyurlar. Açıq-aşkar nümayiş etdirirlər ki, ətrafdakıların mənə aidiyyəti yoxdur. Qulağında qulaqcıq, ağzında saqqız çeynəyərək yanındakı yaşlını heçə saymaq, bəyəm, modernləşməkdirmi? Ümumi davranış qaydası var ki, buna riayət olunmalıdır. Əgər cəmiyyətin içində yaşayırsansa, ona hörmətlə yanaşmaq lazımdır.

- Qeyd etdiniz ki, sizin dövrünüzdə sərt tərbiyə üsulları var idi. Bəs həmin üsulları övladlarınızın üzərində tətbiq edirsinizmi?
- Milli-mənəvi dəyərlərə çox bağlıyam. Özümü azərbaycanlı və azərbaycançılıq ideologiyasından kənarda təsəvvür edə bilmirəm. İşimlə əlaqədar dünyanın müxtəlif ölkələrində oluram: sıralarında inkişaf etmiş ölkələr də var, inkişafdan qalmış ölkələr də. Ən inkişaf etmiş ölkədə belə 4-5 gündən artıq qala bilmirəm. Bu, təkcə Azərbaycanın iqlimi ilə bağlı deyil, onun adət-ənənəsinə bağlıyam. Biz azərbaycanlılarda, mənsub olduğumuz türkdilli xalqlarda insanlığa və bəşəriyyətə sevgi var, hörmət var. Gündəlik həyatımızda, bəlkə də, bunun fərqinə varmırıq, amma kənarda olanda, belə isti münasibət üçün qəribsəyirsən. İstiqanlılığı, ədəb-ərkana bağlılığı övladlarıma da təlqin edirəm. Əlbəttə, indiki dövrün tərbiyə üsulları da fərqlidir, dövrə uyğun metodlar tapmalısan. Əvvəlki dövrün tərbiyə metodu imperativ idi: deyiləni etməliydin. İndi isə, necə deyərlər, interaktiv üsul seçmək lazım gəlir. Nisbətən gənc yaşlarımda tərbiyə vermək metodu baxımından müəyyən çətinliklər çəkirdim. Həmkarlarımla söhbətlərdə hiss edirdim ki, onlar da bu ağırlığı çəkirlər. Köhnə standartları tətbiq edə bilməzsən, bu, aydındır. Amma hansı yeniliklər tətbiq etməlisən, hansı yeniliklərə açıq olmalısan ki, öz kimliyindən çıxmayasan? Hətta uşaqlar bütün dediklərimi qəbul etsələr belə, mən özüm hiss edirdim ki, onları çətinliyə salıram. Çünki bir ailənin standartları ailədən kənarda keçmir, cəmiyyətə uyğunlaşmaq lazımdır. Onları tutub-saxlayanda hiss edirəm ki, cəmiyyətdən təcrid olunurlar. Onları proseslərin gedişatına, hadisələrin axarına da tam buraxa bilmərəm, belədə görürsən ki, nələrsə yolunda getmir. Ortaq bir yol seçmək lazımdır...

- Övladlarınıza zaman ayıra bilirsinizmi?

- Əlbəttə, mənim üç övladım var, sonuncu qızıma nəvəm də deyirəm. Çünki iki övladdan sonra onun dünyaya gəlməsində böyük fasilə yarandı. Böyük qızım 20 yaşındadır, balacanın isə 8 yaşı var. İndi başa düşmüşəm ki, babalar niyə nəvələrini çox istəyirlər. Onlarla daha çox vaxt keçirirsən və onun səmimiliyini görə bilirsən. İlk övladım dünyaya gələndə kirayədə qalırdıq. Kirayə pulu, gündəlik dolanışığı təmin etmək üçün çox işləyirdik, buna görə də övladlarımıza lazımı qədər zaman ayıra bilmirdik. Belə olanda uşağın fərqinə vara bilmirsən... İndi, şükürlər olsun ki, hər şey yoluna düşüb və mən onlara daha çox vaxt ayırıram. Ən azı, hər gün axşam, əgər səfərdə deyiləmsə, zamanında evə gəlirəm, vaxtımı onlarla keçirirəm, söhbətləşirik, dərdləşirik, məsləhətləşirik.

- Övladın tərbiyəsində onun çevrəsinin və böyüdüyü mühitin də böyük rolu var. Belə olan halda, siz övladlarınızın dost çevrəsinə nəzarət edə bilirsinizmi?
- Əslində, məni bu məsələ çox narahat edirdi. Günü bütöv uşaqlarla keçirmək olmur. Cəmiyyət öz təsirini göstərir. Amma bir gün dostlarımızdan biri yaxşı məsləhət verdi: dedi ki, bu qədər narahatlıq keçirmə, övladlarına, xüsusən də qızına yaxşı təhsil ver. Əgər yaxşı təhsil alsa, şüuru daha yüksək inkişaf edəcək, yaxşını yamandan seçəcək, özü-özünü yanlışlardan qoruya biləcək. Sən ona mükəmməl təhsil versən, ona nəzarət etməyə ehtiyac yoxdur. Artıq özü müəyyən edəcək ki, yaxşı nədir, pis nədir. Mən bu fikri bəyənirəm və tətbiq edirəm, amma istənilən halda uşağı müəyyən yaşa qədər tamamilə sərbəst buraxmaq olmaz. Valideynin seçim üsulu olmalıdır ki, ona hər yaşda necə davranmağı öyrətsin. 18-20 yaşa qədər uşağın üzərində nəzarət olmalıdır. Nəzarət o demək deyil ki, övladın hər addımını izləməlisən. Uşağa sərbəstlik də vermək lazımdır. Nə qədər istəsək də, çərçivəyə sala bilmərik. İndi müasir dövrdür, evimizin dəvətsiz qonağı olan televiziyalarda ən azı 180 kanal var, gənclərin baxış bucağı da dəyişir. Mən övladlarıma orta məktəbdə telefon almamışam. Yuxarı sinfə keçəndə isə onlarla əlaqə saxlamaq üçün telefon aldım. Bu telefon da smartfon deyil, zəng eləmək üçün idi. Uşaqlarım haqqında ən yaxşı informasiyanı onlar özləri verirlər. Şərait yaratmışam, hər şeyi özləri danışırlar. Bir-birimizə güvənirik. Amma istənilən halda həftədə bir dəfə məktəbə gedib uşağın dərs sistemi ilə maraqlanmışam, yoldaşlarını araşdırmışam, kənardan da olsa, nəzarət sistemim olub. Amma bundan özlərinin çox zaman xəbərləri olmayıb. İstəməmişəm düşünsünlər ki, mən onları izləyirəm. Sadəcə, valideyn uşağın bütün fəaliyyətlərindən xəbərdar olmalıdır.
“Ən gözəl sərvətim övladlarımdır” - Mənim balam
- Bəs onların təhsilinə müdaxilə edirsinizmi?
- Hər zaman övladlarıma demişəm ki, dövrün tələblərindən irəli gələn bütün şıltaqlıqlarınıza dözərəm, təkcə təhsildən başqa. Təhsildə güzəşt ola bilməz. Onların ixtisas seçiminə müdaxilə etmirəm. Böyük qızım kollecədə oxuyur, bağça müəlliməsi olmaq istəyirdi. Heç bir etiraz etmədim. Amma dedim ki, kolleci bitirib ali təhsil də al. Razılaşdıq, indi universitet imtahanlarına hazırlaşır. 18 yaşı olan kimi imtahan verib sürücülük vəsiqəsi də aldı. Dil kurslarına da gedir. Hesab etmirəm ki, insan təhsilin akademik nöqtəsinə çatmalıdır, akademik olmalıdır. Ən azı həyatda seçim edəcək qədər bilgisi olmalı, dillər bilməlidir. Azərbaycan dilini gözəl bilirlər və sevirlər. Bununla bərabər, kursa gedirlər, ingilis dili öyrənirlər.

- İndi daha çox ziyalı təbəqənin nümayəndələri övladlarını rusdilli məktəblərə yazdırır və bununla fəxr edirlər. Bəs siz necə?
- Mən onları xarici dilli məktəbə qoymamışam. Bunu bilərəkdən etmişəm. Hesab edirəm ki, Azərbaycanda yaşayan vətəndaşın övladı Azərbaycan dilində təhsil almalıdır. Hətta övladlarıma demişəm ki, ingilis dilini öyrənəndən sonra rus dilini də öyrənərsiniz. Amma təməl təhsil, tərbiyə doğma dildə olmalıdır. Mən bunun variantını görmürəm. Milli kimlik bir bütöv kompleksdir. Baxış sistemi, dünyagörüşü, dili, fizioloji görkəmi, təfəkkürü ilə, düşüncə tərzi ilə tam bir məsələdir. Misal üçün, siz "Gallenvagen” maşınına rusun "Vaz 2106” maşınının təkərini bağlaya bilməzsiniz. Axsayacaq, özünü itirəcək, sonda qəza törədəcək. Azərbaycanlısansa, təfəkkür tərzin, hadisələrə baxışın, mədəniyyətin, danışığın Azərbaycan dilində olmalıdır. Xarici dil öyrənmək isə mütləqdir.

- Övladlarınız sizin peşənizi davam etdirmək fikrində deyillər. Özünüz istəmədiniz, yoxsa onların jurnalistikaya marağı olmadı?
- Atam hər zaman deyirdi ki, kim olursan-ol, peşəkar ol, sevdiyin işlə məşğul ol. Əslində, onlar təkid etmədilər ki, jurnalist olmaq istəyirlər. Mən də elə situasiya yaratdım ki, bu peşəni seçməsinlər. Böyük qızım Şuşa Humanitar Kollecində bağça müəlliməliyini oxuyur. Paralel şəkildə universitetə hazırlaşır. Oğlum Murad yüksək qiymətlə orta məktəbi bitirdi. ADA universitetində ingilis dilində informasiya texnologiyaları ixtisası üzrə təhsil alır. Muradı məktəbə tez qoymuşdum. Birinci kursu bitirəcək, hələ 17 yaşı var. Kiçik övladım nənə-baba yanında çox olub. Adı Mələkdir, 8 yaşın içindədir. Dərs əlaçısıdır. 49 nömrəli məktəb-liseyə qoymuşam.

- Mələyi fərqli edən nədir?

- Nənə, baba sevgisi. Onun təhsil aldığı məktəb Bayraq Meydanı ilə üzbəüzdür. O, uşaq olanda həftədə bir neçə dəfə məni məcbur edirdi ki, Bayraq Meydanına gedək. Bayrağa salam deyib qayıdırdı. Məktəbə qoyulmasında seçim o olub ki, məktəbi Bayraq Meydanının ətrafında olsun, bayrağa nə qədər istəyir salam versin. Hazırda bayraq dirəyi təmirdədir. Hər gün oradan keçəndə deyir ki, "salam, Azərbaycan bayrağı, sənə yaxşı tikiş arzulayıram”. Onun bu cür yanaşması mənə də maraqlıdır. Onunla tez-tez söhbət edirik.

- Adətən valideynlər ilk övlada düşkün olurlar, ancaq siz deyəsən sonuncusuna düşkünsünüz.
- Çalışıram ki, sevginin artığı, əskiyi olmasın. Düzdür, cəmiyyətdə belə bir baxış var, xüsusən də kənd yerlərində. Oğlan uşağına xüsusi önəm verirlər. O qədər ailələr var ki, bunun qurbanı olublar. Evin böyük oğlu mütləq şəkildə qeyd-şərtsiz hörməti gətirilməli, işlə, təhsillə təmin olunmalıdır və ondan sonra digər övladlara diqqət yetirilməlidir. Bunun hamısını paralel şəkildə digər övladlara etməyə gücləri çatmırdı və bütün potensiallarını böyük ovladın üzərinə yatırırdılar. Mən belə ailələrin şahidi olmuşam. Bu, yanlış düşüncə tərzidir. Uşağa potensialına və bacarığına görə yön vermək lazımdır. Uşaq valideynin canıdır, qanıdır, özüdür. Sən bir gözünü çox, o biri qulağını necə az istəyə bilərsən? Uşaqlar arasında fərq qoymuram. Təbii ki, onların fərqli xüsusiyyətləri var. Nəfəsin çatdığı qədər çalışmalısan ki, o bərabərliyi yarada biləsən. Övlad Allahın gözəl payıdır. Mənim ən gözəl sərvətim övladlarımdır.

Xəyalə Rəis
"Kaspi"
"Keçilən yol qürürvericidir"""Xalq Cəbhəsi" qəzetinin bu günə qədər ayaqda durması və nəşrə davam etməsinin özü belə əslində böyük uğurdur".

Bunu "Sherg.az"a bu gün 17-ci il dönümünü qeyd edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib.

Qəzetin keçdiyi bu uzun yola nəzər salan baş yazar qeyd edib ki, keçilən yol qürurlu bir yoldur:

"Bu yolun hər adddımında həmkarlarımın və ya dəyərli komandanın əməyi var. "Xalq Cəbhəsi" Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli maraqlarından çıxış edir. Bizim qəzetdə milli maraqlar bütün korporativ maraqlardan üstün tutularaq hər zamaan ön planda dayanıb. Peşə etkası və qaydalarını qoruyub saxlamağa çalışmışıq. Təbii ki, bundan sonra da belə olacaq. Proseslərin önündə olmağa cəhd göstərmişik. Cəmiyyətimizdəki ağrılı proseslər zamanı və ya Azərbaycana qarşı həyata keçirilən "qara-piar" kampaniyaları ərəfəsində çalışmışıq ki, ölkəmizə olan düşmən münasibətə qarşı öz mövqeyimizi sərgiləyək. Əlbəttə, bütün bunlar vacib amillərdir. Eyni zamanda dövlət də Azərbaycan mediasına dəstəyini əsirgəmir. Ölkəmizdə çap mediası Azərbaycan dövlətinin mətbuata göstərdiyi dəstək nəticəsində ayaqüstədir.

- Belə bir düşüncə, yanaşma var ki, hər qəzet öz baş redaktoruna oxşayır...

- Hər bir insanda olduğu kimi kimi hər bir KİV orqanının da öz xarakteri var. Qənaətimə görə, "Xalq Cəhbəsi" qəzetinin obrazı milli maraqlar üçün öz qətiyyətini nümayiş etdirməyi bacaran obrazdır. Milli maraqlar və milli dəyərlər bizim üçün həmişə priotetdir. Bu priotet bizi "Şərq" qəzeti ilə də birləşdirir. Bizm oxşar cəhətlərimiz də çoxdur. Bu mənada düşünürəm ki, keçdiyimiz yol çox şərəfli yoldur və qürürvericidir. Baxın, təmizlik, saflıq, sədaqət, sadiqlik bu qəzetin mayasında gəlir. Baxın, "Xalq Cəbhəsi" qəzetindən ayrılıb başqa müəssisələrdə çaçlışan insanlar bu günə qədər bizimlə
münasibətlərini ən yüksək səviyyədə saxlayırlar. Hesab edirəm ki, bunun özü də çox önəmli bir faktdır.

-"Xalq Cəbhəsi" qəzetini digər media quruluşlarından fərqləndirən cəhətlər hansılardır?

- Fəaliyyətdə olduğumuz gündən bizim qəzetdə analitik yazılara çox üstünlük verilir. Bu, bizim üçün böyük önəm kəsb edir. Azərbaycan tarixi , mədəniyyəti ilə bağlı fundamental yazılara , araşdırmalara daha geniş yer veririk. Güney Azərbaycan məsələsi bizm üçün prioritetdir. Bu, həmişə belə olub, belə də olacaq. "Xalq Cəbhəsi" fəaliyyətə başladığı ilk gündən Güney Azərbaycan məsələsinə ayrıca bir səhifə ayırıb. Mütəmadi olaraq oradakı soydaşlarımızın problemləri və mədəni həyatları ilə bağlı məlumatlar veririk. Bu xətt "Xalq Cəbhəsi" üçün prioritet olub və bu gün də bu priotet öz yerini qoruyub saxlamaqda davam edir. Biz ənənələrə sadiq qalan mətbuat orqanıyıq. Əlbəttə, fərqli cəhətlərimizlə yanaşı oxşar tərəflərimiz də var. Hər bir şəxsin, insanın özünəməxsus bir çaları, obrazı olduğu kimi, qəzetlərin də özünəməxsus çaları, obrazı var. Qəzetlər həmçinin orada çalışan insanlara bənzəyirlər. Söhbət fərd olaraq məndən deyil, bütün kollektivdən gedir.

- Son zamanlar kassik mətbuatın öz yerini internet mediaya verməsilə bağlı iddialar dolaşır. Hətta bəziləri bir az da önə gedərək saytların qəzetləri sıradan çıxardığını bəyan edir. Sizcə, doğrudanmı qəzet erası bitib və qəzetlər artıq yerini saytlara verib?

- Ümumiyyətlə, belə bir fikrin formalaşması və ya formalaşdırılması arzuolunan deyil. Çap mediası çökəcəksə, sayt rəhbərləri bundan nə qazanacaqlar ? Hər kəs öz işi ilə məşğul olmalı, öz yolu ilə getməlidir ? Hər hansı bir bir media quruluşunun rəhbəri digər mətbuat orqanının sıradan çıxmasına sevinməməlidir. Bu, etik və mənəvi baxımdan doğru yanaşma deyil. Düşünürəm ki, çap mediası öz yerini itirməyəcək. Əksinə elə zaman gələcək ki, klassik media öz mövqeyini daha da gücləndirəcək. Çap mediası arxivdir, tarixdir,. Bu tarix qorunub saxlanılır. Saytlar bu imkanlar var ki, istənilən məlumatı redaktə edib dəyişmək olur. Çap mediasında isə belə imkanlar yoxdur. Çap mətbuatının məsuliyyəti də elektron medianın məsuliyyətindən çoxdur, böyükdür. Qəzet tirajlandısa, bitdi. Çap olunan hər sözə görə, cavab verməlisən. Bu məsuliyyət elekrton mediada yoxdur. Digər yandan çap mediasında olan ənənəvi institutlar bu günə qədər özlərini qoruyub saxlayırlar.

Başda Akif Aşırlı olmaqla "Şərq" qəzetinin kollektivi "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylini və bu qəzetin kollektivini 17-ci il dönümləri münasibəti ilə təbrik edir, "Xalq Cəbhəsi"nə uzunömürlü bir yol, şərəfli fəaliyyələrində bol və tükənməz uğurlar arzulayır.
Aqil Abbas: "Evimizin qabağındakı dükana 300 manat borcum var"Gürcüstanda 600 min şəxsin banklara 500 milyon dollardan artıq borcu bağlanacaq. Azərbaycanda da manatın devalvasiyasından sonra banklara borcu olanlara dövlətin güzəşt etməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb, hətta işin araşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilib. Amma hər dəfə KM bankların xeyrinə qərar verib. Gürcüstan borcluların kreditini silə bilirsə, Azərbaycan niyə oxşar addım atmır?

Avrasiya.net deputat Aqil Abbasın "Azadlıq" radiosuna müsahibəsini təqdim edir:

- Mən də oxudum elə bir xəbər, kreditləri bağlayacaqlar deyirlər. Amma hələ bağlamayıblar. Qərar var. Yaxşı haldır, gürcülər bu addımı atırsa. Mən biləni, borc birdəfəlik silinmir, müvəqqəti olaraq silinir, dəqiq bilmirəm. Ancaq yaxşı addımdır. Yəqin o adamların borcunu bağlayırlar ki, ödəyə bilmirlər, ödəməyə də nə pulları var, nə mülkləri, nə də tutub əllərindən alınacaq bir şeyləri. Uğurlu addımdır. Həm də qarşıdan seçkilər gəlir, seçkini qazanmaq üçün atılan addım da ola bilər. Hər halda, xalqın xeyrinədir, istəyir seçki olsun, istəyir olmasın.

- Aqil müəllim, Gürcüstandan daha varlı ölkə olan Azərbaycanda niyə belə addım atılmır?


- Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi belə addım atılsın. Buna dövlətin imkanı var. Azərbaycan Gürcüstandan beş dəfə varlı ölkədir. Həm büdcəsi ondan beş dəfə çoxdur, həm də ÜDM ildən ilə artır, ixracatımız artır, sərmayə qoyuluşları çoxalır. Yəni, ölkədə iqtisadi inkişaf var. O baxımdan, Azərbaycan da belə bir addım ata bilər və istərdim ki, atsın. Düzdür, mənim banka borcum yoxdur. Evimizin qabağındakı dükana 300 manat borcum var. Amma istərdim ki, Azərbaycan da belə bir addım atsın. Yəqin, bu söhbət olacaq, büdcə müzakirələrindən sonra parlamentdə qaldırıla bilər. Yəqin, Gürcüstanın təsiri ola bilər.

- Bu məsələni ardıcıl olaraq həmkarlarınızdan Vahid Əhmədovla Əli Məsimli qaldırır. Siz də onlara qoşula bilərsinizmi? Onlar dəfələrlə hökumətə müraciət etsələr də, digər deputatlar belə təşəbbüslə çıxış etməyiblər. Maraqlıdır, niyə?

- Onlar təkliflə çıxış ediblər, amma son çıxışında Vahid Əhmədov da, deyəsən, dedi ki, banka borcu olanlar bu borcu ödəməlidirlər, ancaq sadəcə olaraq, devalvasiyadan qabaqkı borcun həcmində. Mən də bunu istəyirəm. Vətəndaş axşam yatıb səhər borcu artıbsa, dollar bahalaşıbsa, insanlar ağır vəziyyətə düşür. Yəni, devalvasiyadan əvvəlki borcunu ödəsin, yerdə qalanını dövlət ödəsin, bu, daha yaxşı olar. Özəl bankdır, pulunu istəyir, haqqı da var desin: «Kredit almısan, borcumu qaytar». Amma necə qaytarmalıdır? Dollar 78 qəpik olan həcmdə qaytarsın, qalanına da dövlət kömək etsin. Bu, daha düzgündür.

- Azərbaycanda iki dəfə məsələnin hüquqi baxımdan aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edilsə də, hər dəfə qərar bankların lehinə oldu. Bundan sonra Azərbaycan hökumətinin vətəndaşın xeyrinə qərar verməsini gözləmək olarmı?

- Konstitusiya Məhkəməsi qanunu qoruyur. Özəl bank da Konstitusiya Məhkəməsini məhkəməyə verə bilər ki, «qardaş, pulu sən vermisən, mən?». Bank iflasa uğraya bilər. Onda bankı bağlayaqmı? Yəni, Konstitusiya Məhkəməsi qanuna əsaslanır. O biri tərəfin, yəni Nazirlər Kabinetinin, iqtidarın işidir ki, qərar versin: «Sən borcunu 78 qəpikdən ödə, qalanını biz həll edək». Bu şəkildə problem həll oluna bilər. Yoxsa hamı bankdan borc götürsün, sonra da bu borcu bağışlasınlar, qanuna sığmır, axı, banklar məhv olub gedər.

- Həmkarınız Jalə Əliyeva deyib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün Gürcüstan kimi borcları silə bilmir. Bu arqument ağlabatandırmı, sizcə?

- Bilmirəm, Jalə xanımın nə deməsi haqqında əlimdə məlumat yoxdur. Düzdür, Azərbaycan müharibə şəraitindədir, amma imkanları Gürcüstandan böyükdür.
Ərəbləri Bakıya cəlb edən 2 səbəb - Səfir açıqladıAvrasiya.net Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun Report-a müsahibəsini təqdim edir:

- Azərbaycanla BƏƏ arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı anlaşma və etimada əsaslanan, həyatın bütün sahələrini əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. Habelə, müxtəlif səviyyəli qarşılıqlı səfər mübadiləsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi iki dost ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişafına xidmət edir.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri və səfər çərçivəsində Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi təkan verib. O da vurğulanmalıdır ki, yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsi, həmçinin qeyri-hökumət təşkilatları, biznes dairələri arasında görüşlər ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafı, gündəlikdə duran məsələlərin müzakirəsi və yeni əməkdaşlıq məsələlərinin təşəbbüs edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə deməliyəm ki, Azərbaycan və BƏƏ arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensial mövcuddur. Sözügedən sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə olunur, əməkdaşlıq çevrəsində yeni seqmentlər cəlb edilir.

- Səfirlik "Made in Azerbaijan" brendinin BƏƏ-də təbliği istiqamətində hansı işlər görür? Azərbaycanlı biznesmenlərin BƏƏ bazarlarında iştirakı qaneedicidirmi?

- BƏƏ-in əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini, Körfəz ölkələrinin bu məhsullara olan tələbatının böyük hissəsinin BƏƏ ərazisindən idxal olunduğunu nəzərə alaraq, bu ölkə Azərbaycan üçün hədəf bazarlardan biri kimi müəyyən edilib. Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.

Son iki il ərzində Azərbaycan istehsalı olan məhsullar Dubayda hər il keçirilən və dünyanın ən böyük beynəlxalq kənd təsərrüfatı malları sərgisi olan “Gulfood” və “WOP” sərgilərində, “İslam Həmrəyliyi İli – istiqamət Azərbaycan” şüarı altında Əbu-Dabinin ən möhtəşəm “Emirates Palace” mehmanxanasında təşkil olunan Azərbaycan mədəniyyəti, incəsənəti, turizmi və məhsulları sərgisində, BƏƏ-nin qurucusu Şeyx Zayedin adını daşıyan və hər il iki ay ərzində yüz minlərlə ziyarətçi qəbul edən “Şeyx Zayed İrsi” festivalında təşkil olunan Azərbaycan pavilyonunda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçirilən mərasimdə iştirakçıların böyük marağına səbəb olub, nəticədə Azərbaycan məhsullarının ixracı ilə bağlı BƏƏ və regionun digər ölkələrinin şirkətləri ilə razılıqlar əldə edilib.

Sevindirici haldır ki, BƏƏ-də fəaliyyət göstərən ticarət şəbəkələrində Azərbaycan istehsalı olan məhsulların satışının həcmi artıb. Hazırda bu halın davamlılığının təmin edilməsi və bu ölkədə məhsullarımızın sayının artırılması istiqamətində iş aparılır. Bu məqsədlə keçirilən tədbirlərlə yanaşı, səfirlik tərəfindən Azərbaycan məhsulları və onların istehsalçıları barədə mütəmadi olaraq məlumatlar BƏƏ-nin əsas idxalçı şirkətləri arasında yayılır.

Azərbaycan regionun ticarət, turizm və maliyyə mərkəzi hesab olunan Dubay şəhərinə mütəmadi ticarət missiyaları təşkil edir. Bu missiyalar çərçivəsində Azərbaycan məhsullarının tanıdılması və ixracı istiqamətində danışıqlar aparılır. Lakin biz Dubayla yanaşı, digər əmirliklərlə də əməkdaşlıq üçün potensial görürük və bu məqsədlə ticarət missiyasının Abu-Dabi və Şarja əmirliklərində də təşkil olunması istiqamətində iş aparılır.

Azərbaycan müəssisələri ticarətlə yanaşı iqtisadiyyatın bir çox seqmentlərində-tikinti, istehsal və emal sahələrində təmsil olunur. Belə ki, bir neçə gün bundan qabaq, Azərbaycanın Karvan-L şirkəti BƏƏ-nin Fuceyra şəhərində nəhəng Balıq Mərkəzinin tikintisi planlarını açıqlayıb.

- Azərbaycan və BƏƏ arasında olan qarşılıqlı investisiyaların həcmi nə qədərdir və bu sərmayələri artırmaq mümkündürmü?

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın inkişafı üçün həyata keçirilən strategiya nəticəsində ölkəmizdə cəlbedici investisiya mühiti yaradılıb. Bildiyiniz kimi, Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var, hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistləri Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir.

Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədi ilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir.

Eyni zamanda BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər. BƏƏ-li iş adamları tərəfindən cari ilin 10 ayı ərzində ölkəmizin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 100 milyon ABŞ dollarına yaxındır.

- Azərbaycan-BƏƏ hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının tarixi dəqiqləşibmi?

- Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən iqtisadi müstəvidə müsbət dinamika ilə inkişaf edir. İqtisadi sahəyə aid dövlət qurumları, iş adamları və şirkətlər arasında təmaslar, qarşılıqlı investisiyalar, ticarətin genişlənməsi, turizm sektorunun inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak ikitərəfli iqtisadi əlaqələrin intensivliyinin göstəricilərindəndir. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya iqtisadi-ticarət əlaqələrin genişlənməsi, strukturlaşması üçün vacib bir mexanizm hesab olunur. Komissiyanın növbəti iclasının dekabr ayında Bakı şəhərində keçirilməsi istiqamətində danışıqlar aparılır.

- İlin sonunadək Dubayda Azərbaycanın Ticarət evinin açılacağı gözlənilir. Bunun dəqiq tarixi müəyyənləşdirilibmi?

- Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində verdiyi tapşırıqların həyata keçirilməsi çərçivəsində Azərbaycan regional əməkdaşlıq meyarlarını da nəzərə alaraq bir neçə strateji ölkədə ticarət nümayəndəlikləri açıb. Məlum olduğu kimi bu nümayəndəliklərdən biri də BƏƏ-də təsis edilib.

Şübhəsiz ki, ticarət nümayəndəliyinin açılması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verən yeni amillərdən biri olub. Səfirliyin və nümayəndəliyin birgə fəaliyyəti nəticəsində cari ilin sonuna kimi ölkəmizdə istehsal olunan malları təşviq edən Ticarət Evinin açılması planlaşdırılır. Dubay şəhərinin mərkəzində, məşhur Bürc əl-Ərəb mehmanxanasının yaxınlığında yerləşən Ticarət Evində Azərbaycan Respublikasının ticarət nümayəndəliyi, Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin və mədəniyyətinin bu ölkədə daha da tanıdılması, eyni zamanda BƏƏ-də yaşayan Azərbaycanlılar icmasının tez-tez toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.

Onu da qeyd etməliyəm ki, cari ilin 4-5 noyabr tarixlərində Azərbaycan Ticarət Evinin fəaliyyət göstərəcəyi ticarət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan Azərbaycanın gənc rəssamlarının sərgisinin açılış mərasimi keçirilib. Səfirlik və ticarət nümayəndəsi aparatı ilə birgə keçirilmiş mərasimdə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, tanınmış rəssam Sakit Məmmədov, teleaparıcı və xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran), BƏƏ-nin iş adamları, incəsənət xadimləri, səfirlik, Ticarət Nümayəndəliyi və Baş Konsulluğun əməkdaşları iştirak ediblər.
“Belə getsə, dünyada heç kimin heç kimə etibarı qalmayacaq” – Cavad CahangirzadəABŞ-ın İrana qarşı təxminən 40 ildir davam edən sanksiyaları, nəhəyət ki, iki-üç il əvvəl ləğv ediləndə, hamımız artıq Yaxın Şərqdə sülhün güclənəcəyini zənn etdik. Amma bu belə olmadı, Donald Trampın simasında Respublikaçıların hakimiyyəti Barak Obamanın simasında Demokratların istər ölkə daxilində, istərsə də xaricdə qazandığı uğurların bir-bir üzərindən xətt çəkməyə başladı. Bunlardan biri də 5+1 ölkələrinin İranın nüvə proqramına dair imzaladığı çözüm sazişindən çıxmasıdır. Arxasınca da İrana qarşı əvvəlki sanksiyaları bir az daha sərt formada tətbiq edib. Bununla da bölgəmiz, hətta dolyasıyla bütün dünya ciddi sıxıntılara girməkdədir. Bəs bu vəziyyətdə dünya hara gedir, sonumuz nə olacaq? Bir çox məsələdə Demokratların üstün olduğu Konqresin dəstəkləmədiyi Tramp çaşdırıcı qərarları ilə dünyanın səmtini hara çevirir?

İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə ilə söhbətimizdə elə bu suallara cavab tapmağa çalışdıq. Gəlin birlikdə oxuyaq görək iranlı diplomat nələr deyir...

- Amerikanın İranla üz-üzə dayanması, aralarında ixtilaf yeni deyil: bir tarix 40 il əvvəldən, başqa bir tarix 70 il əvvəldən başlayır. O vaxt İranın milli hökumətinə qarşı çıxan Birləşmiş Ştatlar baş nazir Məhəmməd Musaddıqı devirib, şahı yenidən hakimiyyətə gətirdi. O zamandan ölkələrimiz arasında problem var. Şah devrində Amerikanın ölkəmizdə yüzlərlə müşaviri vardı. İqtisadiyyatın demək olar ki, bütün sahələri üzrə müşavirləri çalışırdı. Onlar istəyirdi ki, İranı istədikləri kimi idarə etsinlər. Amma İran xalqı buna razı deyildi, istəmirdi ki, kimsə onun iç işlərinə qarışsın. İslam inqilabının baş verməsi ilə Amerika İran üzərində nəzarətini tamam itirdi. Amma bilin ki, İran Asiyanın və Yaxın Şərqin ən vacib ölkələrindən biridir və ABŞ onun əhəmiyyətini ciddi anlayırdı. Ona görə də bu itki ilə razılaşa bilmirdi. İnqilabdan sonra İraqla İran arasında 8 il davam edən müharibə başladı. Həmin dövrdə də ABŞ və digər qüvvələr İranı məğlub eləsin deyə İraqa hər cür dəstək verirdilər. İndi deyirlər Amerika ilə İran arasında etimadsızlıq divarı var. Bu neçə ildə həmin divarı dağıtmaq üçün nəinki bircə kərpic götürülməyib, əksinə, Trampın məlum qərarı ilə həmin divar daha da möhkəmləndirildi. Harda görünüb ki, 5-6 dövlətlə bir ölkə iki il boyunca bənd-bənd, kəlmə-kəlmə danışıqlar aparsın, sonda da bir sənədə qol çəkilib, razılıq bağlansın, amma sonda bir nəfər çıxıb desin ki, mən Amerikanın prezidentiyəm, bu proses onu qane eləmir və sənədi cırsın. Beynəlxalq qaydaları bundan artıq heçə saymaq mümkün deyil. Bu İrana və onun timsalında bütün ölkələrə mənfi ismarıcdır. Yəni ABŞ demək istəyir ki, bundan sonra harda və hansı dövlətlə danışıqlar aparılsa, mütləq Ağ Evdən icazə alınsın. Müqavilələr dövlətlər arasında bağlanır, prezidentlər sadəcə icraçıdır. Məsələn, tutaq ki, İran və Azərbaycan prezidentləri arasında müqavilələr imzalanıb, amma cənab Ruhani bir neçə il sonra dövlət başçısı postundan gedəcək. Çünki İranda yalnız iki dövrə prezident seçilmək olar. Belə çıxır ki, o gedəndən sonra ölkələrimiz arasındakı sazişlərə xitam verilməlidir, əlbəttə ki, yox. Burada söhbət bilirsiniz necədir, Obama prezident olanda Tramp onu tənqid edirdi, deyirdi ki, o, Amerikanı zəiflədərək dünyanın birinci dövləti statusundan məhrum edib. Ona görə də Tramp dediyinin üstündə dayanır və birinciliyi qaytarmağa çalışır. ABŞ onun hakimiyyəti dövründə bir sıra qlobal sazişlərdən çıxdığını elan edib.

- ABŞ-da keçirilən seçkilərdən sonra Tramp iqtidarının mövqeyi bir az yumşala bilər...

- Seçkidən sonra qüvvələr nisbəti bir az dəyişib, baxaq görən nə olacaq. Amerikanın öz daxilində də müxalif mövqeli insanlar var. Məsələn, Pompeo, Bolton və sair belələrindəndir. Son seçkidən sonra fərqli hadisələrin baş verməsi gözləniləndir. Çünki Amerika bu syasəti ilə bir yana çıxası deyil. Gözləyək görək nə olur.

- Vaşinqtonun yeni sanksiyaları İranda konkret hansı sahələrə şamil olunur və sizcə bu sanksiyalar İrana ildə nə qədər zərər vura bilər?

- Əvvəlki sahələrdir. Düzdür, təxminən üç il olardı ki, həmin embarqolar qaldırılmışdı, Tramp onları yenidən geri qaytarıb. Deyirlər ki, dava-dərmana, kənd təsərrüfatı məhsullarına və sair sanksiya tətbiq olunmur, amma yalandır. Axı həmin məhsulları alıb gətirmək üçün valyutanın dövr etməsi lazımdır. Əgər pul əməliyyatları dayandırılırsa, o zaman necə alaq dərmanı? Düzdür, İran dərmana olan ehtiyacının 97 faizini yerli istehsal hesabına ödəyir, amma qalan üç faiz var ki, onları Avropadan alırıq. Bunlar çox ağır onkoloji və sair xəstəliklər üçün olan dərmanlardır. Bu gün dünyanın hər yerində, ö cümlədən Azərbaycanda, Türkiyədə, Avropada, Amerikada tələbələrimiz təhsil alır, onlara pul necə göndərilsin, axı bank köçürmələri dayandırılır. Söz açdığımız hadisələr bu gün İranın başına gəlir, amma digər ölkələr də sığortalanmayıb, sabah onlar da bununla üzləşə bilərlər. Onu da deyim ki, əvvəlki sanksiyalar indikindən daha yüngül və miqyası dar idi. İndi vəziyyət çox çətindir. Amerika istəyir ki, kənardan təzyiqləri artırmaqla ölkə daxilində xalqı ayağa qaldırsın. Bu onların uzun illərdir həyata keçirmək istədiyi plandır, amma İran xalqı bunu başa düşür və təxribata uymayacaq. Deyiblər 2019-cu ilədək İran hakimiyyətini dəyişəcəklər, iki ay qalır 2019-cu ilə, baxaq görək gücləri çatacaqmı. İran müzakirələrə tərəfdardır və neçə ildir ki, danışıqlarda fəal iştirakı ilə bunu isbatlayıb. Biz deyirik ki, bəli, sülh müharibədən yaxşıdır, danışmaq da susmaqdan yaxşıdır. Amma sonunda mütləq nəticə olmalıdır, boş yerə vaxt itirilməməlidir.

- ABŞ sanksiya qoydu, bəs nüvə proqramı üzrə digər iştirakçı olan və əvvəllər Trampı dəstəkləməyən ölkələr bu məsələdə İrana dəstək verəcəkmi, yoxsa onlar da geri çəkilir?

- Nüvə proqramı üzrə müzakirələrin tərəfi olan ölkələr əvvəldən bildiriblər ki, ABŞ-ın mövqeyi ilə razı deyillər. Eyni münasibəti Beynəlxalq Atom Enerjisi Agentliyi də bildirib. Rusiya, Çin də ədalətli mövqe nümayiş etdirir bu məslədə. Biz həmin dövlətlərdən gözləyirik, görək dediklərinə əməl edə biləcəklərmi. Ümumiyyətlə, bütün dost və tərəfdaş ölkələrdən gözləntilərimiz var.

- Konkret bir misal, prezident Ruhaninin Fransaya səfəri zamanı 100 Airbus təyyarənin alınmasına dair saziş bağladı. Maraqlıdır, fransızlar Trampın qərarına uyaraq belə böyük sazişi təxirə salacaqlarmı?

- Təyyarələrdən beşi artıq İrana gətirlib. Amma qalanlarının da tezliklə gətiriləcəyi gözlənilmir. Bu qalır qarşı tərəfin verdiyi sözü tutmasına.

- Sizdə belə bir məlumat varmı ki, hazırda dünya üzrə neçə dövlət ABŞ-ın qərarına qoşulmayacaq və neçəsi də tərəddüd edir?

- Bildiyimə görə İsrail, Səudiyyə Ərəbistanı və bir neçə kiçik ərəb ölkəsindən başqa ABŞ-ın İrana qarşı sanksiyalarıni açıq dəstəkləyən dövlət yoxdur. Bayaq da dedim, istər Avropa olsun, istər Çin, Rusiya, Hindistan və ya İranın yaxın qonşuları, hər biri Vaşinqtonun qərarına qarşı çıxdığını bildirib.

- Tutaq ki, hansısa ölkə Amerikanın sözünə baxıb sanksiyalara qoşuldu, bəs onlar İranla ticarət etmədikləri üçün zərərə uğramayacaqlarmı? Vaşinqton bu halda həmin ölkələrə dəyən zərəri ödəməyə boyun olub bəlkə? Bu barədə nə deyərdiniz?

- Yenə deyirəm, o ölkələr ki, Vaşinqtonu açıq şəkildə, cani-dildən dəstəkləyirlər, sayları çox azdır. Hesab edirəm həmin ölkələrin İranla əlaqələri o qədər də geniş deyil. Təbii ki, az da olsa ziyana düşmələri qaçılmazdır. Amma mən deyərdim ki, ən böyük ziyan ümumilikdə dünyaya dəyəcək. Özü də bunun iqtisadi ziyanları siyasi zərərlərdən çox aşağıdır. Çünki belə getsə, dünyada heç kimin heç kimə etibarı qalmayacaq.

- Sözügedən məsələdə ABŞ Türkiyəyə, hətta müəyyən mənada Azərbaycana İranla əlaqələri saxlamaq üçün müəyyən güzəşt tətbiq etməyə razı olub. Bu güzəştlər nədən ibarətdir?

- İranla Azərbaycan arasında neft sahəsində müqavilə mövcuddur. Hesab edirən Amerika məhz bu sahədə güzəşt edeceyini bildirir. Eləcə də Türkiyə ilə aramızda neftin daşınmasına dair saziş var və 6 ay müddətinə həmin məsələyə də güzəşt nəzərdə tutulur.

- Amerika qərarını verib, yaxşı, İran bu qərara qarşı hansı addımlar atmağı, sanksiyalar torunu yırtmaq üçün xarici ölkələri özünə çəkmək üçün nə kimi tədbirlər görməyi planlaşdırır?

- Əlbəttə ki, İran Amerika ilə üz-üzə dayanaraq yaşayacaq. Bu dünyada yaşamaq ancaq Amerikanın, Trampın və çevrəsindəkilərin haqqı deyil. Biz deyirik: əgər xalq istəyirsə ki, hökuməti qalsın, qalmalıdır. Amerika indi dollardan siyasi məqsədlər üçün istifadə edir. Emmanuel Makron da Parisdə keçirilən I Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə dair tədbirdə dedi ki, hazırda dollar dünya üzərində güclü təsir imkanlarına malikdir. Bu sözü Rusiya da deyir, Çin də, İran da, Türkiyə də, başqaları da. Ona görə də lazımdır ki, dövlətlərimiz arasında iqtisadi-ticarət əlaqələrini öz milli valyutalarımızla aparaq. Məsələn, rublla, yuanla, lirə ilə, rialla və sair. İranın böyük uğurları var. Bu gün dünya üzrə 5,6 milyon iranlı tələbə var. İran raket sənayesində uğurlar əldə edib. İran qaz ehtiyyatlarının həcminə görə dünyada ikinci yerdədir. Eləcə də neft ehtiyyatlarına, mədənlərinin həcminə görə də İran qabaqcıl ölkələrdəndir. Kənd təsərrüfatı sahəsində böyük uğurlarımız var. Qeyd edim ki, bu sahədə hər il ümumilikdə 120 milyon ton məhsul toplanılır İranda. Bu gün ölkəmizdə irili-xırdalı 700 min müəssisə fəaliyyət göstərməkdədir. İran ildə 2,5 milyon maşın istehsal etməklə bu sahədə dünyada 7, ya da 8-ci yeri tutur. Bütün bu uğurlara biz hələ 40 ildir davam edən embarqolar şəraitində nail olmuşuq. Sanksiyalar götürülsə dövlətimizin inkişafı daha da sürətlənəcək. Yeri gəlmişkən, mən Elmar Məmmədyarova da təşəkkür edirəm ki, Türkiyədə keçirilən üçtərəfli görüşdə açəq bəyanat verib, Azərbaycanın İrana münasibətdə müstəqil siyasət yürütdüyünü bildirib. Prezidentlər Həsən Ruhani və İlham Əliyevin son illərdə dəfələrlə keçirdikləri görüşlər də ölkələrimiz arasında əlaqələrin nə qədər güclü olmasına isbatdır. Bizim prezident həmişə deyib ki, Azərbaycanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyi, İranın inkişafı Azərbaycanın, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz İran xalqı və dövləti olaraq Azərbaycanın dost və qardaş münasibətlərini yüksək dəyərləndirir və heç vaxt unutmayacağıq.

Vüsal Tağıbəyli
Mohammed Salem: “Vollongong bir dünya Universitetidir”“Biz bu Universiteti Şərqin zəngin elm və təhsil ənənələrinə söykənib yaratdıq. Biz istəyirik ki, burada Şərqin zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə dünyanın qabaqcıl texnologiyalarının sintezindən, sivilizasiyaların vəhdətindən yaranan bir Univeristet quraq.”

Müsahibim Avstraliyanın Vollongong Universiteti Dubay filialının prezidenti, professor Mohammed Salemdir.

“Universitet Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Biznes, mühəndislik, informasiya texnologiyaları, incəsənət və humanitar elmlər sahəsində geniş bir proqram spektrini təklif edən, etik, mobil, texnoloji cəhətdən savadlı məzunlar yetişdirməyi qarşısına hədəf kimi qoyur təhsil müəssisəsi. Təhsil ocağında həyata keçirilən bütün proqramlar milli məşğulluq bazarının tələbatlarını ödəmək üçün xüsusi hazırlanıb. Universitet beynəlxalq miqyasda akkreditə olunmuş dərəcədə əcnəbi tələbələr üçün ideal bir seçimdir. Beynəlxalq səviyyədə tanınmış ixtisasları olan Dubay Vollongong Universiteti öz məzunlarına karyera qurmağa imkan verir. Universitetin on minə yaxın məzunu regionda dövlət və özəl sektorda yüksək səviyyəli vəzifələr tuturlar.” Bu sözləri görşümüz zamanı Universitet haqqında məlumat verən Mohammed Salem dilə gətirdi. O, eyni zamanda qeyd etdi ki, Universitetin bütün akademik proqramları BƏƏ Təhsil Nazirliyi – Ali Təhsil İşçiləri və ali təhsil sektorunun yüksək keyfiyyətli tənzimləyicisi olan Üçüncü Təhsil Keyfiyyəti və Standartları Agentliyi tərəfindən təsdiqlənib, Avstraliyanın Vollongong Universiteti tərəfindən akkreditasiya edilib. Universitet 2018-ci ildə “Yaxşı Universitetlər Təşkilatı”nın bütün tələbə təcrübələrində 5 ulduz əldə etmiş iki Avstraliya Universitetindən biridir.

Bakıda Qlobal Karyera İnstitutunun təşkilatçılığı ilə keçirilən “Gələcəyin təhsili: Yeniliklərin tətbiqi və müasirlik” mövzusunda Beynəlxalq konfransa məruzəçi kimi dəvət olunmuş Mohammed Salemlə müsahibəni təqdim edirik.

- Mohammed bəy, Avstraliyanın Vollongong Universitetinin flialını nə üçün məhz Dubayda açmaq qərarına gəldiniz?

- Dubayda bütün sahələr üzrə perspektivlər olduqca çoxdur. Bunu artıq bütün dünya qəbul edir. Burada Universitetin filialının yaradılması ilk olaraq bu amildən qaynaqlandı. Bu Universitetin digər bir filialı isə Honq-Konqdadır. Bildiyimiz kimi, Honq-Konq da sürətlə inkişaf edən şəhərlər sırasındadır. Biz Qazaxıstanla, Nigeriya ilə, Çinlə və bir sıra başqa ölkələrlə əməkdaşlıq edirik, amma filialımız hələlik iki şəhərdə mövcuddur. Zamanla dünyanın digər ölkələrində də filiallarımız açıla bilər. Biz dünyaya qapılarımızı açan bir elm və təhsil ocağıyıq. Müasir dünyada elm və təhsil çox aktualdır. Bu aktuallıq inkişaf etdikcə, yaxşı təhsil verən universitetlərə də tələbat artır. Biz bu Universiteti Şərqin zəngin elm və təhsil ənənələrinə söykənib yaratdıq. Biz istəyirik ki, burada Şərqin zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə dünyanın qabaqcıl texnologiyalarının sintezindən, sivilizasiyaların vəhdətindən yaranan bir Univeristet quraq.

- Mohammed bəy, tələbələr sizin Universitetdə daha çox hansı ixtisaslar üzrə təhsil almağa maraq göstərirlər?

- Universitetin bakalavr pilləsində Biznes inzibatçılığı, Kommersiya, Marketinq, İnsan resursları, Beynəlxalq biznesin təşkili, Maliyyə və mühasibatlıq, Rəqəmsal sistemin təhlükəsizliyi, Multimedianın inkişafı, İnformasiya texnologiyaları, İnformasiya sistemlərinin idarəedilməsi, Elektrik, Telekommunikasiya, Kompüter bilikləri, Mülki və Mexaniki mühəndislik ixtisasları üzrə təhsil almaq mümkündür. Magistr pilləsində isə ixtisas seçimi imkanı daha genişdir. Logistika elmləri, Təhsil tədqiqatları, Beynəlxalq tədqiqatlar, Keyfiyyətin ölçülməsi, Media və telekommunikasiya və digər ixtisaslarda təhsil almaq tələbələr üçün əlçatandır. Biz bu ixtisaslar üzrə dünyanın qloballaşan mühiti ilə ayaqlaşmağı bacaran mütəxəssislər hazırlayırıq. Bütün ixtisaslara tələbat var. Amma tələbələr daha çox Biznes və mühəndislik ixtisaslarını seçirlər.

- Sizcə tələbələr nə üçün daha çox bu ixtisaslara maraq göstərirlər?

- Düşünürəm ki, bu, müasir dünyanın tələbləri ilə bağlı olan amildir. Dünyanın inkişafında quruculuq işləri, bunun isə təməlində biznes və mühəndislik dayanır. Bu ixtisaslara geniş aspektdə baxdıqda, onların nə qədər əhəmiyyətli olduğunu görmək mümkündür.

- Dubay Vollongong Universiteti, ümumiyyətlə, müəllimlərin və tələbələrin, dissertantların elmi-tədqiqat işlərinə hansısa formada dəstək verirmi?

- Bizim müəllimlər üçün də, tələbələr üçün də qrant proqramımız var. Qrant proqramını əldə etmək üçün Universitet müsabiqə elan edir. Bu müsabiqədə qalib gələnlər qrant proqramından yararlanmaq imkanı əldə edirlər. Bunun üçün müəllimlər, tələbələr, elmi-tədqiqat işi ilə məşğul olanlar maraqlı ideya ilə çıxış etməlidirlər. Elə bir ideya irəli sürməlidirlər ki, bu ideya müəyyən bir sahənin inkişafına xidmət etsin, tərəqqiyə yol açsın. Universitetdə çalışan alim-professorlara xaricdə tədqiqat aparmaq üçün də maliyyə ayrılır. Universitetin professor heyəti geniş pedaqoji, elmi-tədqiqatçılıq təcrübəsi ilə dünyaya səs salan, elmi müstəvidə mövqeyi, sözü olan alimlərdən ibarətdir. Biz bu elmi potensiala söykənib fundamental layihələr həyata keçiririk. Bizim qrant proqramlarımız bütün sahələr üzrə fərqlidir. Ümumiyyətlə, Universitetin qrant proqramına qoşulmaq üçün çox maraqlı, elmi, iqtidasi əhamiyyəti olan ideyalarla çıxış etməlisən. Bu zaman Universitet sənin ideyanı dəstəkləyəcək.

- Mohammed bəy, istərdim Universitetin məzunlarının nailiyyətlərindən bəhs edəsiniz. Artıq 25 ildir ki, fəaliyyət göstərirsiz. Elə məzunlarınız varmı ki, elmdə, sənayedə, biznesdə geniş miqyasda tanınır?

- Bu Universiteti on minə yaxın tələbə bitirib. Universitetin bir departamenti var ki, məzunlarla mütəmadi olaraq əlaqə saxlayır. Biz onları ardıcıl olaraq izləmək imkanına malikik. Bizim məzunlarımız Dubayda istər dövlət, istərsə də özəl sektorda ən yüksək vəzifələri daşıyırlar. Bizim məzunlarımızla dünyanın hər yerində rastlaşa bilərsiniz. Böyük şirkətlər, kompaniyalar Universitetimizin məzunlarını məmnuniyyətlə işə qəbul edirlər.

- Dubay Vollongong Universiteti dünya universitetlərinin reytinq sıralamasında hansı mövqedə qərarlaşır?

- Bilirsiniz ki, dünyada universitetlərin reytinqlərini göstərən müxtəlif təşkilatlar var. Bunlar təhsil ocaqlarını müxtəlif istiqamətlər üzrə dəyərləndirib reytinqini müəyyənləşdirirlər. Ən nüfuzlu qiymətləndirmə indekslərindən biri də QS-dir. Bizim universitet QS qiymətləndirməsinə əsasən dünya universitetləri arasında 230-cu yerdədir.

- Sizin Universitetin müəllimləri, alim-professor heyəti dünyanın indeksli elmi nəşrlərində aktual problemlərlə bağlı elmi məqalələrlə çıxış edirlərmi?

- Bəli. Bizim müəllimlərimiz dünyanın ən reytinqli elmi jurnallarında məqalələrlə çıxış edirlər. Buna kifayət qədər misal göstərmək olar. Universitetin reytinqini yüksəldən amillərdən biri də məhz budur.

- Universitetin kampusları varmı? Ayrı-ayrı fakültələr özlərinə məxsus kampuslara malikdirlərmi?

- Bizim böyük bir kampusumuz var. 2020-ci ildən isə biz yeni kampuslarla təchiz olunacağıq. Universitetin maddi texniki bazası isə müasir dövrn tələblərinə tam cavab verir. Vollongong Universiteti bir dünya Universitetidir.

- Universitetin dünyanın hansı universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur?

- Universitetin Avstraliyadakı mərkəzi dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Dubay filialı isə hələlik İtaliyanın, İngiltərənin və Asiyanın Universitetləri ilə əməkdaşlığa qoşulub.

- Mohammed bəy, Universitetdə hansı təqaüd proqramları tətbiq olunur?

- Universitet hər il payız semestrinin başlanğıcında, yeni qəbul olan, eləcə də yuxarı kurs tələbələrinə bir sıra təqaüdlər verir. Belə ki, bakalavr təhsili almaq istəyən tələbələr üçün 15-20, magistr təhsili almaq istəyənlər üçün isə 15-25 faiz güzəşt tətbiq edilir. Təqaüdlər məhduddur. Bundan ilkin olaraq univeristetə gəlib, onun xidmətlərindən yararlanmaq istəyənlər bəhrələnə bilirlər. Universitet “Akademik nailiyyətlər təqaüdləri”nə, “İdman təqaüdləri – Adam Gilchrist İdman Mükafatı” təqaüdlərinə malikdir.

- Sizin universitetdə, məlumatıma görə dörd minə yaxın əcnəbi tələbə təhsil alır. Onlar təhsillərini bitirdikdən sonra Dubayda qalıb işləyirlərmi? Ümumiyyətlə, hökümət əcnəbi tələbələrin bu ölkədə qalıb işləmələrində maraqlıdırmı?

- Bu çox maraqlı sualdır. Bəli, Dubayda təhsilini başa vurduqdan sonra bu ölkədə qalıb işləmək arzusunda olanlar çoxdur. Bu, ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Dövlət də onlar üçün şərait yaradır. Dövlət bunda maraqlıdır. Bəzi tələbələr təhsil aldıqları müddətdə də işləyirlər. Dövlət buna da imkan yaradır. Təhsillərini başa vurduqdan sonra dövlət bu ölkədə qalmaq arzusunda olanlara müəyyən müddət üçün viza verir. Bu müddət ərzində məzunlar özlərinə münasib iş tapırlar.

- Ümiyyətlə, Dubayın, yaxud dünyanın ayrı-ayrı şirkətləri, kompaniyaları mütəxəssis hazırlığı ilə bağlı sizinlə əməkdaşlıq edirlərmi?

- Bəzən şirkətlər öz işçilərini bizdə təhsil almağa, yaxud da seminarlarda, treninqlərdə ixtisaslarını təkmilləşdirməyə, proqramlarda iştirak etməyə göndərirlər. Biz şirkətlərlə mütəmadi əlaqə saxlayırıq. Onların mütəxəssis tələbatlarını öyrənirik. Biz, ümumiyyətlə, dünyanın mütəxəssis ehtiyaclarını öyrənirik. Eyni zamanda, qloballaşan dünyanın ehtiyac duyduğu peşələr, sənətlər haqqında apardığımız araşdırmaların da işimizin təşkil olunmasında bizə böyük faydası dəyir...

- Mohammed bəy, Bakını xoşladınızmı, Bakıda keçirilən Beynəlxalq konfransdan razı qaldınızmı?

- Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Xəzər dənizi, Qız qalası, İçərişəhər və insanların səmimiyyəti, qonaqpərvərliyi ona xüsusi yaraşıq verir. Bu şəhərin gecəsi gündüzü, gündüzü isə gecəsi ilə bəhsə girib. Onu sevməmək mümkün deyil. Konfransa gəlincə, mənim sizin müəllimlərinizə, elm adamlarınıza çox böyük hörmətim yarandı. Müəllimləriniz öyrənməyə, elm adamlarınız öyrətməyə çox həvəslidirlər. Elmə, öyrənməyə həvəs olan yerdə isə inkişaf da olar, tərəqqi də...Yaxşı təşkil olunmuş Beynəlxalq konfransda, Universitet rektorları, komitə sədrləri, müəllimlər və təhsil işçiləri ilə görüşlərdə, söhbətlərdə bu tendensiyanı müşahidə etdim.

Müsahibəni apardı: Böyükağa MİKAYILLI
Arzu Nağıyev: “İşğalçılar Qarabağdan çıxmayınca...”“Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyevin AzNews.az-a müsahibəsi

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.
Bu dəfəki müsahibimiz siyasi analitik, “Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyevdir.

- Cənab Nağıyev, bildiyiniz kimi ABŞ noyabrın 5-də İrana tətbiq olunacaq sanksiyaların ikinci mərhələsinə start verdi. İran rəhbərliyi isə həmin sanksiyalarla bağlı səsləndirdiyi bəyanatlarda qorxmadığını deyir. Sizcə, bu bəyanatlar özünə təsəllidir, yoxsa, İranın güvəndiyi qüvvələr var?


- Trampın seçkiqabağı verdiyi həssas bəyanatlardan biri ondan ibarətdir ki, Şimali Koreya və İran nüvə proqramından əl çəkməsə, eyni zamanda İranın terrorizmi maliyyələşdirmə məsələsi davam etsə, regionda İsrailə qarşı tətbiq olunan hər hansı bir məsələdə onlara sanksiya tətbiq olunacaqdır. Əsas məsələ də nüvə proqramı ilə bağlıdır. Birinci mərhələdə o qədər də ciddi sanksiyalar tətbiq olunmamışdı. Artıq noyabrın 5-dən sanksiyaların ikinci mərhələsi başlayıb. Bu mərhələ, demək olar ki, bütün bank, neft sektorunu, ümumilikdə İranı əhatə edir.

Ruhaninin verdiyi bəyanatlar tam şəkildə problemi həll etmir. Onun əsas güvəndiyi mənbələr Rusiya, Çin və bir sıra başqa dövlətlərlə olan əlaqələridir. Təbii ki, İranın iqtisadi vəziyyətində problemlər olacaq. Çünki artıq rialın dollar və digər valyutalara nisbətdə məzənnəsində kəskin azalma var. Bu bahalaşma, iqtisadi problemlərlə nəticələnə bilər. Təbii ki, İran Hürmüz körfəzini bağlamaq şansını da əldə edə bilər. Lakin bu da hərbi qarşıdurma ilə nəticələnə bilər. Yəni cənab Ruhani bəyanatlar versə də, bu çox ciddi şəkildə iqtisadi, siyasi və hərbi baxımdan İrana təsir edəcək. Hətta bu, vətəndaşlar arasında narazılığa səbəb ola bilər. Sanksiyaların birinci mərhələsi tətbiq olunanda biz belə narazılıqların şahidi olmuşuq.

- Sanksiyalardan söz düşmüşkən, qeyd edim ki, həm də Rusiyanın baş naziri Dimitri Medvedyev Ukrayna tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq Ukraynaya qarşı sanksiyaların tətbiq olunması üçün sənəd imzalayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Rusiyanın Ukraynada öz maraqları var. Məlumdur ki, Donbas məsələsinə görə Rusiya Ukraynada müharibə elan edib. Ukraynaya hansı sanksiyaları tətbiq edə bilər ki? Artıq müharibənin elan olunması ən ağır sanksiyalardan daha ağırdır. Ukrayna ilə Rusiyanın demək olar ki, iqtisadi, siyasi əlaqələri yoxdur. Ən böyük problem Donbasla bağlıdır. Bu gün Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır. Rusiyanın Krımı ilhaq etməsi məsələsi gündəmdədir. Məhz buna görə də Rusiya Ukrayna qarşıdurması davam edəcək.

Düşünmürəm ki, Ukrayna tam şəkildə Rusiyanın tətbiq etdiyi sanksiyalardan asılıdır. Çünki Rusiyanın özünə də Qərb tərəfindən məhz Ukrayna problemlərinə görə böyük sanksiyalar tətbiq olunub.

- Gürcüstanda keçirilən Prezident seçkilərini necə şərh edərdiniz?

- Mən əvvəllər də belə bir proqnozla çıxış etmişdim ki, üç qrupun namizədi var. Birinci, Salome Zurabişvilidir. Hansı ki, “Gürcü arzusu” partiyası tərəfindən tam şəkildə dəstəklənir.

İkinci, Qriqor Vaşadze, Saakaşvili tərəfdarı olan 10 partiya tərəfindən dəstəklənir. Üçüncü, Baxtadzenin “Avropa Gürcüstanı” partiyasıdır. Salome Zurabişvili və Qriqor Vaşadzenin ikinci tura keçməsi gözlənilən idi. Çünki Gürcüstanda əsas seçki prosesində iki təbəqədən istifadən olunub: varlı təbəqə və kasıb təbəqə. Onların hər biri ayrı-ayrılıqda həm Vaşadzeni, həm də Zurabişvilini təbliğ edən və dəstəkləyən təbəqələrdir. Bu da gözlənilən idi. Düşünürəm ki, dekabrın 2-də keçiriləcək ikinci tura çox ciddi hazırlıqlar gedir.

- Sizcə, hansı namizədin şansı daha çoxdur?

- Məhz hakimiyyətin dəstəklədiyinə görə Zurabişvilinin şansı daha çoxdur.

- Yəqin ki, Ermənistanda gedən proseslərdən də xəbərdarsınız. Paşinyanın baş nazirlikdən imtina etməkdə məqsədi nə idi? O, nə planlaşdırır?


- Hesab edirəm ki, Paşinyan baş nazirlikdən imtina etməklə səlahiyyətlərini saxlayıb. Məhz parlamentdə iki dəfə onun baş nazir seçilməməsi də siyasi gediş idi. İki dəfə seçkidən qalib çıxmadığına görə artıq parlamentin buraxılmasına hazırlıq idi. Bu yeni parlamentin seçilməsi istiqamətində siyasi gediş idi. Məhz buna görə də Paşinyan demək olar ki, öz istəyinə çatdı. Parlamentin buraxılmasına nail oldu. Bundan sonra parlament seçkilərinə gedəcək və çalışacaq ki, öz tərəfdarları hətta mitinq yolu ilə Qarabağ kartından istifadə edərək daha çox səs toplasın və parlamentdə çoxluq təşkil etsin.

- Həmçinin, orada Bələdiyyə seçkiləri keçirildi və Paşinyanın “Mənim addımım” partiyası qalib gəldi. Bu, hakimiyyətə öz tərəfdarlarını yığmaq kimi şərh oluna bilərmi? Ümumiyyətlə, sizcə, seçkilər nə qədər şəffaf keçdi?

- Paşinyan bələdiyyə seçkilərinə getməmişdən öncə özünə uyğun olmayan, siyasi kursunu dəstəkləməyən, Sarkisyan tərəfdarı olan bir sıra qubernatoru işdən azad etmək kimi bir siyasi gediş etdi. Əsas məqsədi ondan ibarət idi ki, yerlərdə onu dəstəkləyən qüvvələr hakimiyyətə gəlsin. Seçkilərin nə qədər şəffaf və ya qeyri-şəffaf keçirilməsi artıq digər qrupların verdiyi bəyanatlarda özünü göstərirdi. Elə yerlər var idi ki, orada heç Paşinyanın dəstəklədiyi adamlar keçmədi. Ancaq demək olar ki, bir çoxlarında Paşinyan öz adamlarının qələbə çalmasına nail oldu. Məlum məsələdir ki, o, bütün yerlərdə öz adamlarını hakimiyyətə gətirməklə parlament seçkilərində mütləq şəkildə dəstəklənməyə çalışır.

- Bəs, Paşinyanın qəfil Qarabağ səfərinin səbəbləri nə idi?

- Dağlıq Qarabağ məsələsi Ermənistanda bir nömrəli prioritet kimi seçki öncəsi oynanılan kartdır. Məhz buna görə Dağlıq Qarabağ məsələsinin həlli də, miqrasiya məsələləri də, əsgərlərin və əsgər analarının narazılığı da – hamısı məhz Dağlıq Qarabağla bağlıdır. Xaçaturovun vəzifədən getməsinə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ prioritet istiqamət olaraq onun siyasi karyerasında qalmaqdadır.

- ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, İrandan əsasən neft alan ölkələrlə ABŞ-ın diplomatik əlaqələrinin kəsilməsini tələb edir. Sizcə, hazırkı vəziyyətdə Ermənistan ABŞ-la münasibətləri bahasına İrandan qazı ala biləcək?

- Bilirsiniz, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu yoxdur, ümumi maraqlar var. Bu gün Ermənistanla İran arasında olan münasibətlər onlara aid məsələlərdir. Təbii ki, əgər ABŞ-ın tətbiq etdiyi sanksiyalara həmin proseslər düşərsə, birmənalı şəkildə həmin sanksiyalar ABŞ tərəfindən Ermənistana qarşı tətbiq olunacaqdır.

- ATƏT-in Minsk qrupu həmsədrləri BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirdi. 3 saatlıq görüşdən sonra hər iki tərəfdən də güzəştlərə gedilməsi tələb olundu. Azərbaycanın güzəştə getməsi kimi bir ehtimal varmı?

- ATƏT-in Minsk qrupunun həmsədrləri məhz ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun, Rusiya prezidenti Putinin, Fransa prezidenti Makronun regiona səfərindən sonra bu məsələlərin daha da ciddiləşməsinə çalışırlar. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, yenə də gərginliyin azaldılması məsələsi ortalıqdadır. Təəssüflər olsun ki, deklarativ bəyanatlardan bir addım da o tərəfə keçilmir. Məlum məsələdir ki, Azərbaycan birmənalı şəkildə istər Kazan protokolları, istər Vyana protokolları, istərsə də Sankt-Peterburq görüşlərinin nəticələri ilə bağlı bütün məsələlərdə özünə lazım olan dərəcədə güzəşti edib. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyü məsələsidir. İşğalçı qoşunlar ərazini tərk etməlidir. Bu proseslər baş verəndən sonra Dağlıq Qarabağla bağlı hər hansı bir güzəşt haqqında danışıla bilər. Azərbaycan mərhələli şəkildə problemin həll edilməsinə hazırdır. Ermənistan tərəfi bizim qoyduğumuz tələblərə cavab verməlidir və unutmamalıdır ki, hərbi yolla öz ərazilərində anti-terror əməliyyatları aparılması hüququ məhz Azərbaycandadır.
Tədqiqatçı Müşfiqlə bağlı ŞOK HƏQİQƏTİ AÇDI: Başına güllə dəyən yerdən ip keçirir və... Rusiyalı milyarder Fərhad Əhmədovun Qaradağ rayonu, Puta qəsəbəsində Mikayıl Müşfiqin qalıqlarını tapması ilə bağlı iddialar son bir aydır ölməz şairlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Həqiqətən həmin qalıqların Mikayıl Müşfiqə aid olması ilə bağlı suallar yaranıb.

Mədəniyyət və Turizm Nazirliyindən bununla bağlı verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib. Artıq Prezident İlham Əliyev məsələni nəzarətə götürüb.

Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Bu araşdırmalar davam edərkən bir-birinin ardınca yeni iddialar gündəmə gəlir. Müşfiqin nəşinin dənizə atılması, diri-diri divara hörülməsi də iddialar arasındadır.

Bu iddialardakı gerçəklik payı ilə bağlı repressiya qurbanları tədqiqatçısı Aslan Kənan Publika.az-ın suallarını cavablandırıb.

- Aslan müəllim, əvvəlcə bu günlərdə Mikayıl Müşfiqlə bağlı gündəmə gələn iddiadan başlayaq. Rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edir. Bununla bağlı komissiya yaradılıb, DNT analizlərindən sonra dəqiq fikir səsləndiriləcək. Sizcə, həmin qalıqlar Müşfiqə aid ola bilərmi?

- Əvvəlcə onu deyim ki, mən DNT analizlərinin nəticəsinə inanmıram. Çünki texnikadır, həm səhv, həm də düzgün nəticə göstərə bilər. Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl Müşfiqindir.

- Şairin ölümü ilə bağlı müxtəlif versiyalar var. Onu vuran şəxsin illər sonra bunu etiraf etməsi ilə bağlı mətbuatda yazılar da verilmişdi.

- 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Sual olunur: əvvəllər televiziya yox idi, bir neçə qəzet var idi, onu həmin dediyin cəllad necə tanıya bilərdi? Mikayıl Müşfiq cavan şair idi, onu əsasən yazıçı, şairlər tanıyırdı. Bir də şair harada görüşlər keçirirdisə həmin yığıncağda olanlar onu tanıyardı. Cəlladın həmin məclisdə nə işi vardı.

- Müşfiq necə dəfn edilib?


- Düzdür, bu barədə heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, ehtimal edilir ki, NKVD-nin xüsusi kimsəsizlər yeri olurdu. Orada kütləvi şəkildə bir neçə şəxs dəfn edilirdi. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar. Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar. Təmtəraqla dəfn etməyəcəkdilər ki... Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə əksinqilabçıları müdafiə etmək nəticəsində bir neçə əksinqilabçılarla əlaqədə olmaq “günahı” var idi. Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqlıdır. Hesab edirəm ki, əlaqədar nazirliklər bütün işlərə kompleks şəkildə yanaşmalıdır. Repressiya qurbanlarına da bir abidə qoyula bilər. Fikrimcə, repressiya olanlar harada dəfn edilibsə, şəhərdə və ya ondan kənarda, qəbirlərə toxunmamaq şərtilə onlar üçün bir abidə ucaldılsın. Onsuz da şəhərimiz o qədər genişlənib, qəşəngləşib ki, 20-30 kilometr məsafə o qədər də uzaq sayılmır. Yollar Allaha şükür şüşə kimi, əvvəlki kimi narahat deyil. Xaricdən gələn qonaqlar da həm repressiya qurbanlarını ziyarət edər, həm də bizim gözəl paytaxtımızın necə dəyişdiyinin şahidi olarlar.

Güllələnənlər, repressiyaya məruz qalanlar arasında haqlılar da, haqsızlar da var idi. Mikayıl Müşfiq kimi şəxslərin üzünə duranların özləri də repressiyaya məruz qalıb. Bəziləri Müsavatın üzvü olub, onu təbliğ etsə də, donos yazmaqla sağ-salamat çıxa biliblər. Elə şəxslər olub ki, həyət evində yaşayıb ayaqqabılarını qapının ağzında qoyub heç kəs bilməsin deyə ayaqyalın donosluq etməyə gedib. Bu zaman qonşu ayaqqabını qapının ağzında görəndə onun evdə olduğunu görüb, onun adam satmağa getmədiyini düşünəcəkdi.

- Söhbət yazıçı, şairlərdən gedir?

- Bəli! Onlar da var. Amma təkcə söhbət onlardan getmir. Təbii ki, aralarında heykəllər qoyduğumuz şair və yazıçılarımız da var. Onlar nə qədər insanın ölümünə səbəb olub. Üstəlik, təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə məşğul olublar. Bütün məsələlərdə arxiv sənədlər əsasında danışıram. Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv idarəsinin sənədləri əsasında 1937-ci ildən hansı şair, yazıçı bir-birinin üzünə durub hamısı ilə tanışam. NKVD-nin zirzəmisində qələm yoldaşının üzünə duranları günahlandırmıram. Çünki onlara ağlagəlməz işgəncə verirdilər. Bir qrup isə ev almaq, əsərləri çap olunmaq, vəzifə xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir.

Hər dəfə kimisə saxlamaq istəyəndə həbsdə olanları onlar haqqında kəskin fikirlər səsləndiməyə məcbur edir və bu səbəblə də həbs edirdilər. Bu barədə sənədlərin hamısı arxivdə var. Müşfiqin ən çox üzünə duran 1937-ci ildə Yazıçılar İttifaqının sədri və katibi olub. Onların ətrafında olan “qulbeçələr” də var idi.

- Niyə Mikayıl Müşfiq...

- Həmin dövrdə kim parlayırdısa, ona qarşı çıxırdılar.

- Mircəfər Bağırovun özünün Müşfiqi güllələməsi barədə iddialar var. Hətta birinci gülləni onun atdığı, sonra isə başqasının iki dəfə atəş açdığı deyilir.

- Bu iddia ilə razı deyiləm. Biri yazır ki, Müşfiqə birinci Mir Cəfər Bağırov güllə atıb və sonra yanındakı iki güllə vurub. Biri yazır ki, Müşfiqi üç güllə ilə mən vurmuşam bu da gilizlər, biri yazır ki, suda boğublar. Deyirlər ki, Müşfiqi öldürən şəxs üç gilizi illərdir evində saxlayıb. Bunlar inandırıcı variant deyil. Birincisi, kimin cürəti çatar ki, Bağırovdan sonra tapançaya əl atsın. Bağırovun adı gələndə tük salırdılar. İkincisi, o dövrdə kim cürət edib Bağırovdan sonra güllə ata bilərdi? Sənədlərdə bu barədə heç bir məlumat verilmir. Yuxarıda qeyd etdiyim kimi o adam necə bilib ki, güllələdiyi şəxs Mikayıl Müşfiqdir? Bir də onun nə ixtiyarı var idi ki, gilizi gizli olaraq özündə saxlasın. Axı həmin gilizləri təhvil verirlər. Sovet dövründə kiminsə üstündə kiçik bir bıçaq tutanda beş il həbs edirdilər. Necə ola bilər ki, həmin adam gilizləri saxlasın? Bu yalandır, fantaziyadır, həmin şəxs gündəmə gəlmək məqsədilə belə bir iddia qaldırır. Bir də kim öldürdüyü adam haqqında belə fikir söyləyər. O, çalışar ki, onun cəllad olduğun heç kəs bilməsin.

Bundan başqa, güllələnmə küçədə yox, bağlı qapı arxasında baş verirdi. Atəş açılan qapının üzərində dəlik olurdu, həmin dəlikdən də güllə atılırdı. Güllələnən şəxs öldürüləcəyini bilsə də, hökmün nə vaxt yerinə yetiriləcəyindən xəbəri olmurdu. Güllələnən şəxsi həmin qapıdan ötürürdülər və ona başqa bir istiqamətə gedəcəyini bildirirdilər. Sonra özü də bilmədən gedəcəyi istiqamətin arxa tərəfindən qeyd etdiyimiz dəlikdən atəş açılırdı. Güllə həmin şəxsin alnının arxa tərəfdən dəyirdi. Ölümü dəqiq olsun deyə bir-iki güllə də əlavə atəş açırdılar. Eyni zamanda, güllələyən şəxs də kimə atəş açdığını bilmirdi. Həmin gün güllənməni icra edən şöbənin rəisi tərəfindən hökmün yerinə yetirilməsi haqqında rəhbərliyə arayış yazılırdı. Həmin sənəddə çox zaman ölən şəxsin fotosu da verilirdi.

Deyilənlərdən və oxuduqlarımdan mənə məlumdur ki, bəzən öldürülən şəxsin başında güllə girən yerinə xaç şəklində sap salırdılar. Bununla da həmin şəxsin həqiqətən öldüyü sübut olunurdu.

Müşfiqin dənizə atılması iddiası da yalandır. Təsəvvür edin, bir neçə şəxsi kütləvi basdırmaq üçün aparanda nə üçün yolda dayanıb, onları dənizə atsınlar. Haradan bilirdilər ki, apardıqları şəxs Müşfiqdir? Üstəlik, dəniz qəbiristanlıq deyil ki, ora atılsın.

- Müşfiqlə Bağırovun üzbəüz ünsiyyəti olub?

- İnanmıram belə ünsiyyət olsun. Müşfiq gənc şair idi, onlar arasında necə münasibət ola bilərdi?

- Belə versiyalar var ki, müəllim işləyəndə bir neçə dəfə şagirdlərdən biri pəncərəni örtüb hər dəfə pəncərə açılır. Müşfiq sovetin pəncərəsi belə olar da... Yaxud da Stalinlə bağlı kəskin fikirlər səsləndirdiyi deyilir. Onun bu fiklirləri “yuxarılar”a çatdırılıb...

- Bu cür fikirlər təkcə Müşfiq yox başqaları haqqında da səsləndirilib. Belə replikaların olmasını inkar etmirəm. Lakin düşünmürəm ki, Müşfiq bu fikirlərinə görə repressiyaya məruz qalsın. Üstəlik, Stalin haqqında Müşfiqin əsəri var idi. Müşfiq həm də Hüseyn Cavid, Əhməd Cavad ətrafında olduğu üçün öldürüldü. Cavid deyirdi ki, “Müşfiq bir oddur ki, özünü yandıracaq”.

- Müşfiqlə bağlı arxiv sənədlərdə hansı materiallar var?

- Qurultay, pleniumlarda Müşfiqə qarşı və onun özünün çıxışları var. Müşfiq haqqında Yazıçılar İttifaqında sərt çıxışlar olub, onu təhqir ediblər. Sonra həmin adamlar Müşfiq haqqında müsbət fikirlər səsləndiriblər. Bəziləri özünü qorumaq üçün belə addım atdığını deyirdi.

- Müşfiq özünü qorumaq üçün nə edib?

- Müşfiq kimə nə deyə bilərdi? Şeirlərini yazırdı. Həmin yazıçılar da onun şeirlərindən cümlələri Sovet hakimiyyətinə qarşı fikirlər kimi təqdim edirdilər.

- Bu yaxınlarda Mikayıl Müşfiqin əmisi nəvəsinin onunla bağlı bir müsahibəsi yayımlandı. Müsahibədə deyilir ki, müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı komissar olub. O, Beriyadan xahiş edib ki, Bağırovla danışsın. Bağırov isə deyib ki, “uje pozdna”...

- O müsahibəni oxudum. Tamamilə yanlış fikirlərdir. “Pozdna” deyibsə, demək Müşfiq artıq güllələnmişdi. Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-na keçən gecə öldürülüb. “Pozdna” deyəndə məlum olur ki, artıq gecdir, Müşfiq güllələnib. Bəs Əlihüseyn Dağlı harada idi? Qeyd edim ki, Əlihüseyn Dağlı “umac ova” bilirdisə bunu elə özünə edəydi də. O zaman niyə həbs olunurdu. Müşfiq həbs olunandan bir neçə ay sonra, 1937-ci il oktyabrın 17-də Dağlı ilə bağlı order yazılır və həmin ayın 29-da həbsə atılır. Həmin vaxt Müşfiq sağ idi. Əlihüseyn Dağlı həbsdə ola-ola necə Müşfiqlə bağlı xahiş edə bilərdi? Üstəlik, bunu deyən Müşfiqin qohumudur. Bu işi bilmədən necə danışa bilərlər?

- Müşfiqin diri-diri divara hörülməsi iddiası da var. Ümumiyyətlə, repressiya vaxtı belə hallar olub?

- Təkcə Müşfiq yox, repressiya dövründə kiminsə diri-diri divara hörülməsi barədə nə oxumuşam, nə də eşitmişəm. Axı nə üçün belə bir addım atılmalı idi? Bu cür ifadələr səsləndirənlər danışmaq xətrinə söz deyənlərdir. Eşitdiyimə görə, “Qorxulu Tehran” kitabının müəllifi Kazımini bu əsərinə görə divara hörüblər. Amma bu məlumatın da nə qədər doğru olduğunu deyə bilmərəm.

- Sizcə, bu qədər versiyaların səsləndirilməsinin səbəbi nədir? Faktlar yoxdur, yoxsa yetərincə açıqlanmayıb?

- Bilmirəm, repressiyaları daha da şişirtmək üçünmü, yoxsa danışmaq xatirinəmi bu cür fikirlər səsləndirilir? Lakin əvvəl-axır tarix gerçəkləri üzə çıxaracaq.

- Güllələnmə ilə bağlı arxiv sənədlərdə hansı məlumatlar var?

- Arxivdə bu barədə konkret yazılar yoxdur. Mən uşaq olanda məhəlləmizdə güllələnməni yerinə yetirən bir adam olubmuş. Bunu ailəsi açıq şəkildə deməmişdi, Amma məhəllədə söz yayılmışdı Həmin kişinin çox pis vəziyyətdə can verdiyindən danışırdılar. Uşaqları da ona “Ata, sən normal iş tapa bilmədin, bu işlə məşğul oldun. İndi də belə əzab çəkirsən?”, deyə soruşurlar. Onlar vurduqları adamı haqlı və ya haqsız yerdə öldürdüklərinin fərqində deyildilər.

- Müşfiqin ailəsi ilə bağlı da iddialar var. Onu apararkən bacısının özünü yandırması və s...

- Müşfiqin özündən böyük bir qardaşı olub. O, tutulandan sonra qardaşı Masallıda yaşayıb. Heç kim onun Müşfiqin qardaşı olduğunu bilməyib. Əvvəl qorxduğundan, Müşfiq bəraət alandan sonra isə nəsə almaq istədiyini düşünərlər deyə üzə çıxmayıb. Hər cür rə­za­lə­tə əl atan re­jim Müşfiqin kiçik bacısı Ba­laca­хa­nım müəl­li­mə­ni məhz qar­da­şı­na gö­rə iş­dən хa­ric edib.

İş­dən azad ol­duğu­nu bi­lən Ba­laca­хa­nım hə­min gün Voroşilov rayon (indiki Səbail) хalq maa­rif şö­bə­si­nin müdi­rinə müraciət edir. La­kin on­dan bir müsbət ca­vab ala bil­məy­ən müəl­li­mə Vo­ro­şi­lov ray­on par­tiya ko­­m­i­­tə­­sinin ka­ti­binə müraciət ünvanlayır. Katib mü­ə­l­­li­mənin Mikayıl Müşfi­qin bacı­sı ol­duğu­nu bi­lib, onu хalq düş­məni, ək­sin­qi­lab­çı, an­ti­so­vet­çi ki­mi təh­qir edib, ka­bi­net­indən qo­vur. Bu az­mış ki­mi bir qrup öy­rə­dil­miş şəхsi ya­nı­na çağı­rıb Balacaхa­nıma qar­şı akt tər­tib etdirir. Hə­min şəхs­lər tərəfindən ray­on po­lis şö­bə­si­nə mü­­­əl­li­mənin “хu­li­qan­lığı” ba­rə­də müraciət edi­lir.

Ak­ta ray­on Xalq Maa­rif şö­bə­si­nin müdi­ri və özündən başqa yeddi nəfər imza atır. Hə­min ha­di­sə­nin bi­la­va­si­tə iş­ti­rak­çı­sı olan katib nə­dən­sə ak­ta im­za at­mır. La­kin bu ha­di­sə­dən heç хə­bə­ri ol­­­m­ay­an­ları ak­ta im­za at­mağa cəlb edir­lər.

Su­al olu­nur: hə­min ha­di­sə baş ve­rən za­man ay­rı-ay­rı iş sahibi olan bu sək­kiz nə­fər ray­on par­tiya ko­mi­tə­si­nin kabineti­ndə nə edir­di­lər? Bəl­kə, on­lar Ba­laca­хa­nım müəllim­ə­nin ka­ti­bin ka­bi­ne­ti­nə gə­ləcəy­i­nə duy­uq düşüb bu qa­tı “ci­na­­­y­ət­karı” zə­rər­siz­ləş­dir­mək­dən ötrü bir ye­rə yığışıb təd­bir görürmü­şlər?

13 sentyabr 1937-ci il­də po­lis şöb­ə­si be­lə bir nə­ticəyə gə­lir ki, doğru­dan da Ba­laca­хa­nım Qə­dir qı­zı Aхun­do­va katibi təh­qir edib, ək­sin­qi­la­bi, an­ti­so­vet söz­lər de­mək­lə kifayətlənmə­yib, mürək­kəb­qa­bı­nı on­la­ra tə­rəf atıb. Bunu nəzərə alaraq qə­ra­ra alı­nır ki, Ba­laca­хa­nım İs­mayıl­za­də həb­sə olunsun.

Məhz “it­ti­ham­na­mə”də də onun əv­­vəl­cə “se­st­roy ra­zo­bla­çen­no­qo vra­qa na­ro­da İs­mai­lo­va Mika­i­la” yaz­maq­la B.İs­mayıl­za­də­ni хu­li­qan­lıq üstünə yoх, məhz хalq düşmə­ni Mi­kayıl İs­mayıl­za­də­nin bacı­sı ol­duğu­na gö­rə həbs edil­diyi bir da­ha ay­dın olur. O, həbsdən çıxandan sonra Müşfiqin həyat yoldaşı Dilbər xanım evdə qalan əşyaları tələb edib. Amma Balacaxanım qoymayıb. Özü əşyalardan imtina edib, dövlətə verib, Amma Dilbər xanımın aparmağına imkan verməyib.

- Dilbərin taleyi necə olur, Müşfiqdən sonra?


- Dilbərə də çox əziyyət veriblər. Həmin dövrdə güllələnməyə məhkum olanların hamısının arvadını beş-səkkiz il həbs edirdilər. Dilbərin də Müşfiqin həyat yoldaşı kimi 1937-ci ilin noyabr ayının 2-də həbsi üçün order yazılır. O, həbs edilərək işgəncələrə məruz qalır. Dil­bər хanım iki ay­lıq əzab-əziy­yə­t­li ing­ənc­ə­lə­rə döz­məy­ə­rək psi­хi gə­rg­in­lik ke­çi­rir. O, 28 fev­ral 1938-ci il­də əsəb хəs­tə­­li­k­­ləri хəs­tə­хa­na­sı­na müa­licəyə gön­­d­ər­ilir.

Hə­min хəs­tə­хa­na­nın baş hə­ki­mi və qa­dın şö­bə­­s­i­nin müdirinin 19 fev­ral 1939-cu il ta­riх­də tər­tib et­diyi ak­tda Dil­bər Aхund­za­də­nin müa­licə olun­duğu za­man gəl­dik­lə­ri nə­ticə­dən ay­dın olur ki, onun da­nı­şığı, su­al­la­ra ca­va­bı ba­şa dü­şülməzdir. Onun heç nə ilə ma­raq­lan­ma­dığı, su­al­la­ra ötə­ri ca­vab ver­diyi qeyd olu­nur. 1938-ci ilin oktyabr ayın­dan o sa­kit­lə­şən­dən so­nra hal­lü­s­in­asiya (qa­ra­bas­ma, gözəgörünmə) hal­la­rı ke­çi­rir. 7 mart 1939-cu il­də Res­pub­li­ka prokuror­luğu­nun хüsu­si iş­lər şö­bə­si Dilbər Aхund­za­də­nin həbsdən azad olun­ma­sı üçün tə­qdi­mat ya­zır.