"Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu"Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, 1993-cü ildə AXC-nin iflasa uğramasının əsas səbəbi nə idi?

- Əsas səbəb xalqımızın Xalq Hərəkatının önünə siyasi və idarəetmə təcrübəsi olan güclü liderlər çıxara bilməməsi idi. Bu da xalqımızın inkişaf səviyyəsinə birbaşa bağlı olan məsələdir. O zaman Pribaltika respublikalarından fərqli olaraq, az-çox idarəetmə təcrübəsi olan Azərbaycan Kommunist Partiyası rəhbərliyinin səriştəsizliyi və qorxaqlığı, insanları küçələrə çıxarsalar da, hərəkatın önünə keçməyə cəsarət etməmələri şərait yaratdı ki, təcrübəsiz, savadsız, bir çox hallarda elementar tərbiyəsi olmayan, psixi qüsurlu insanlar da Xalq Hərəkatının önünə çıxa bilsin. Bu insanlar isə çətin siyasi şəraitdə və müharibənin davam etdiyi bir zamanda ölkəni dalana gətirməliydilər və gətirdilər də. Xuliqanlıq, sözün həqiqi mənasında lotuluq edən nazirlər, siyasiləşmiş səhra komandirləri qısa bir zamanda iqtidarı tam olaraq xalqın gözündən saldı. Təsadüfi deyildi ki, Elçibəy Surətin qiyamı ərəfəsində korrupsiyaya həsr olunmuş müşavirə keçirmək məcburiyyətində qalmışdı və həmin müşavirədə açıq formada bəyan etdi ki, xalq rüşvətin miqyasını görüb kommunistlərin atasına rəhmət oxuyur. Elçibəy bəyan etdi ki, korrupsiya elə bir vüsət alıb ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmadığı halda bizim yanacaq müxtəlif yollarla Ermənistana satılır. Bütün bunların nəticəsi olaraq 4 iyun qiyamı zamanı xalq iqtidarın çağırışına cavab verib Prezident Administrasiyasının qarşısına gəlmədi. Yanlış xarici siyasət ona gətirib çıxardı ki, nəinki qonşu dövlətlər, beynəlxalq birlik, hətta qardaş Türkiyə də iqtidarı qiyam zamanı ciddi müdafiə etmədi.

- Niyə belə düşünürsünüz?

- Türkiyə istəsəydi, hökumət bacarmasa belə, azacıq kömək etməklə Surətin dəstəsinin Nəvaidə tərkisilah edilməsini təmin edə bilərdi. Qiyamdan sonra Dəmirəl təkidlə Elçibəydən tələb edirdi ki, Heydər Əliyevi Bakıya dəvət etsin.

- Qüdrət bəy, AXC hakimiyyəti dövründə Heydər Əliyevə münasibət necə idi?

- İlk böyük səhv ondan ibarət oldu ki, Prezident seçkiləri ərəfəsində Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzi aradan qaldırılmadı. Heydər Əliyevin Naxçıvanda Ali Məclis Sədri seçilməsində AXC-nin müstəsna xidmətləri olmuşdu. Heydər Əliyev də AXC-nin hakimiyyətə gəlişində müstəsna rol oynadı. 1992-ci ilin 14 mayında Mütəllibov qanunsuz olaraq yenidən hakimiyyətə gələndə AXC liderləri nə etmək lazım olması barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Heydər Əliyevə zəng edib məsləhət istədi. Heydər Əliyev məsləhət bilmişdi ki, qorxmadan onun üstünə getmək lazımdır. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısında toplanmış insanlara məlumat verəndən sonra insanlar Milli Məclisə doğru yürüş etdi, Mütəllibovu Rusiya qaçırdı və AXC hakimiyyətə gəldi. Amma Bakının yanlış siyasəti sayəsində qısa müddət sonra münasibətlərdə ciddi problemlər yarandı. AXC Heydər Əliyevin təcrübəsindən və böyük dövlət xadimi kimi imkanlarından istifadə edə bilmədi. Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi.

- Qüdrət bəy, Heydər Əliyevin hakimiyyətə gələndən sonra 33 AXC batolyonunu buraxması və ölkəni ermənilər qarşısında müdafiəsiz qoyması, atəşkəs sazişi imzalaması barədə ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Bu iddialar cəfəngiyatdır. AXC-nin 33 batolyonu var idisə, niyə Nəvaidə Surətin qarşısına çıxarmaq üçün Naxçıvandan, əsasən cəbhəçilərdən təşkil olunmuş bir dəstə gətirilirdi. Həmin dəstə də ilk atəş səslərindən sonra qaçıb getdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu. Atəşkəs sazişinə gəldikdə isə ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi. Ona görə də atəşkəs elan olundu, neft müqavilələri imzalandı. Nizami ordu quruculuğuna başlanıldı. MDB-yə qoşulmaqla Rusiyadan qaynaqlanan təxribatların miqyasını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın başqa bölgələrində başladılmış etnik separatizmə ciddi zərbə vuruldu. Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu, ölkədə sabitlik təmin edildi.
“Mətbuat Şurası reklamla bağlı elə bir mexanizm təklif edir ki...” - Müşfiq ƏləsgərliJurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın reklam bazarının inkişafı ilə bağlı görülən işlər, reklam sahəsindəki problemlər və onların həlli yolları ilə bağlı danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Müşfiq müəllim, bildiyiniz kimi, bir neçə ay öncə KİV-in maliyyə problemləri gündəmə gələrkən, reklam bazarının inkişafı məsələsi də diqqətə alındı. Azad reklam bazarının formalaşdırılması istiqamətində işlərin görüləcəyi ilə bağlı vədlər verildi. Bu günə qədər o istiqamətdə hansı işlər aparılıb?

- Reklam bazarının qaydaya salınması çox vacib məsələdir. KİV büdcəsinin formalaşması üçün bir çox mənbələr nəzərdə tutulub, burada ianələrdən satışa qədər çox variantlardan istifadə olunur. Ancaq əsas ağırlıq reklamın üzərindədir. Çox təəssüf ki, Azərbaycanda medianın rəsmən elan olunan reklam bazarı Azərbaycan iqtisadiyyatının durumuna adekvat deyil və KİV-lər üçün uyğun deyil. Həm Mətbuat Şurası, həm də KİVDF bununla bağlı təkliflər paketi hazırlayıblar. 2018-ci ildə Azərbaycan Mətbuat Şurası KİV-lərin inkişafı və maliyyə durumlarının yaxşılaşması üçün təkliflər paketi hazırlayıb. Bu paket 16 təklifdən ibarətdir. Onun içində əsas ağırlıq reklamla bağlı məsələlərin yoluna qoyulmasıdır. Bu təkliflər hazırlanıb və dövlət qurumlarına verilib. İndi dövlət qurumları onu nə zaman müzakirə edəcəklər, nə zaman nəticə verəcək- bu başqa bir məsələdir.

- Təkliflər nədən ibarətdir?


- Təkliflərdən biri budur ki, reklamların verilməsi, paylaşdırılması ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Bu gün Azərbaycanda reklam yoxdur demək olmaz. Reklam var, ancaq ədalətsiz bölünüb. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi odur ki, reklamın qara formalarından istifadə olunur. Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalıdır, reklam işarəsi altında verilməlidir, onun qarşılığında KİV-ə müəyyən ödəniş olunmalıdır. Verilən reklamlar arasında gizli və rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur. Mətbuat Şurası elə bir mexanizm təklif edir ki, həmin mexanizm reklamın şəffaflaşdırılmasına imkan verəcək. Mən onun detallarını açmaq istəmirəm, ancaq məqsəd budur ki, mövcud olan reklamlar şəffaf olsun, KİV-lər arasında ədalətli bölünsün. Hər kəsə tirajına və imicinə görə paylansın. Əgər verilən bu təkliflər özünü doğruldarsa, o zaman reklam sahəsində şəffaflığı təmin etmək mümkün olacaq.

- Reklam sahəsində mətbuatın əsas rəqibi sosial şəbəkələrdir. Bu məsələdə çıxış yolu nədir?

- Son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi reklamlarla bağlı problem yaradıb. Bir reklam verən fikirləşir ki, reklamı KİV qurumuna verib, çox ciddi bir ödəniş etməkdənsə həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə çox rahatlıqla paylaşa bilər. Ancaq bu nə dərəcədə qanunauyğundur, bu, müzakirə olunmalıdır. O sahədə müəyyən səliqə-sahman yaradılmalıdır. Bu məsələdə problem var. Üçüncü məsələ odur ki, dövlət qurumlarının əksəriyyəti özlərinin KİV orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Həmin dövlət qurumları özlərinin verəcəkləri elan və reklamları həmin KİV orqanlarında yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən-sol cibə axıdılmasıdır. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamı özlərinin təyin etdikləri KİV-lərə yönəldirlər. Bu ədalətsiz yanaşmadır. Reklam verilməsinin mexanizmi yaradılarsa, bu prosesdə şəffaflıq əldə olunarsa, bu problemlər də aradan qalxmış olacaq.

- Reklam bazarının inkişafı mətbuat və söz azadlığına necə təsir göstərəcək?

- Müasir dünyada və Azərbaycanda ciddi problemlərdən biri yalan xəbər məsələsidir. Yalan xəbərin inkişaf etməsinin bir çox səbəbləri göstərilsə də, əsas faktorlardan biri ənənəvi medianın mövqelərinin zəifləməsidir. Xəbər peşəkar media qurumu tərəfindən istehsal olunmalıdır. Xəbər peşəkar qurumlar tərəfindən yayılmalıdır. Sosial şəbəkədə olan insanlar o xəbərə yalnız şəxsi rəylərini bildirə bilərlər, sosial şəbəkələr bunun üçündür. Ancaq çox təəssüf ki, bu gün sosial şəbəkə istifadəçiləri bu virtual imkandan informasiyaları izləyib ona rəy bildirmək üçün deyil, özləri xəbər istehsal etmək üçün istifadə edirlər. Ancaq onlar xəbər standartlarını bilmədiklərinə görə ciddi şəkildə jurnalistika qaydalarını pozurlar. Bu baxımdan əgər reklam yenidən ənənəvi KİV-lərə yönləndirilərsə, ənənəvi KİV-lərin maliyyə imkanları artırılarsa, bu, həmin KİV-lərin daha da inkişaf etməsi, informasiya məkanında güclü yer tutması deməkdir. Ənənəvi mediaya reklam yönləndiriləndə ənənəvi media inkişaf edir və informasiya məkanında əsas paya sahib olur. Bu da yalan xəbərlərin dövriyyədən çıxmasına, nifrət çıxışlarına qarşı, cəmiyyətdə təlatüm doğuran informasiyalara qarşı mübarizə aparmağın ən məqbul yollarından biri ənənəvi medianın imkanlarının bərpa olunmasıdır. Bunun üçün də reklam əsas faktorlardan biridir.

- Bəzən reklam verənlər müəyyən şərtlər irəli sürürlər, həmin KİV-də onlar haqqında heç bir neqativ informasiyanın verilməməsini tələb edirlər. Dünya təcrübəsində bu məsələ necə tənzimlənir?

- Bu haqsız və qeyri-qanuni bir tələbdir. Reklam haqqında qanun bunu tamamilə istisna edir. Reklam verənin tələbi reklamla bağlı ola bilər, bu reklam verilir və üzərində reklam işarəsi olur. Qanunda birmənalı şəkildə göstərir ki, reklam verənin hansısa neqativ əməlinin işıqlandırılması istisna olunmur. Əgər reklam verənin fəaliyyətində hansısa qanun pozuntusu varsa, KİV-in onu işıqlandırmamaq kimi bir öhdəliyi yoxdur. Onu yaya bilər, eyni zamanda həmin qurumun fəaliyyətindəki neqativ halları da işıqlandıra bilər. Bu, həm “Reklam haqqında” Qanunda, həm də «KİV haqqında» Qanunda öz əksini tapıb. O başqa məsələdir ki, reklam verənlər bu cür “ərklə” davrana bilirlər, media qarşısında şərt qoya bilirlər. Ona görə ki, reklam verilməsində bir qeyri-şəffaflıq var. Düşünürlər ki, əgər bu gün nüfuzlu bir media qurumu o reklamı verməsə, gedib başqa şəkildə, qara yollarla öz reklamını edəcək. Qara yollar dedikdə aztirajlı KİV-ləri, sarı mətbuatı, sosial şəbəkələrdəki reklamı nəzərdə tuturam. Qanunda müəyyən boşluqlar var və mütləq şəkildə tənzimlənməlidir.

Bəzən şirkətlər nüfuzlu KİV-də normal vəsait ödəyərək məhsulunu reklam etməkdənsə, maxinasiyalara gedərək, daha qeyri-peşəkar KİV-lərdə 10 qat ucuz qiymətə verməklə, qalan pulu mənimsəyirlər. Yəni məhsulun reklamından gələn gəlirin bir hissəsini reklama çəkdiyi xərcə qənaət etməklə götürür. Bu yolla həm vergi orqanını, həm müəssisədə çalışanları aldadır. Yəni şəxsi gəlir olaraq həmin vəsaiti götürür. Problem məhz budur və qeyri-şəffaf KİV-lər də bu cür maxinasiyalara şərait yaradırlar. Ona görə də hesab edirəm ki, dövlət qurumları bu məsələnin üzərinə kifayət qədər getməlidirlər. Mən şəxsən hesablamışam ki, Azərbaycanda kifayət qədər reklam var, sadəcə, reklamın şəffaflaşması, ədalətli paylanması problemi var. Bu problem də aradan qaldırılmalıdır.

- Mətbuat Şurasının sədri həm də Milli Məclisin üzvüdür. Bu məsələlər parlamentdə hökumət qarşısında qaldırılırmı?

- Bəli, Mətbuat Şurasının sədri ildə bir neçə dəfə bütün fəsillərdə Milli Məclisdə bu məsələni çox ciddi şəkildə qaldırır. Biz hökumət və dövlət nümayəndələrini də dəvət edirik ki, həmin çıxışlara reaksiya versinlər və onların müzakirə olunub gerçəkləşməsini təmin etsinlər. Hər il bir neçə dəfə Əflatun Amaşovun bununla bağlı çıxışları olur.(musavat.com)
"Füzuli Məmmədov birlik, barış əlini Avropaya da uzatsaydı..." - Diaspora sədri

Elxan Mirhəşimli: "İstəyimiz Avropada güclü lobbiçilik təşkilatçılığa nail olmaqdır"

Elxan Mirhəşimli 2002-ci ildən Diaspora fəaliyəti ilə məşğul olur. 2013-cü ildən oğlu ilə birlikdə Niderlandda Azərbaycan Evi təşkilatı yaradıb. Niderlandda Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini,dilini təbliğ edir. Azərbaycanın siyasi problemi olan Qarabağ problemlərinin həqiqətlərini, Xocalı soyqrımının həqiqətlərini, siyasi həqiqətləri Avropada və əsasən də Niderlandda təbliğ edərək Azərbaycan dövlətinin xarici siyasətini Avropada dəstəkləyir. Azərbaycanın milli maraqlarının qorunmasında iştirak edir. 2015-ci ilin fevral ayının 22-də Niderlandda Frisland bölgəsində Bilds bələdiyyəsində "Xocalıya ədalət" konfransını, Niderlanddın Herenven şəhərində "Xocalıya ədalət" fotosərgisi təşkil edib. Brüsseldə, Haaqa Ermənistan səfirliyi qarşısında etiraz mitinqlərinin təşkilində böyük fəaliyyəti olub. Avropada tanınan, nüfuzlu, ciddi mövqeyə və hörmətə layiq diaspor təşkilat sədrlərindən olan Elxan Mirhəşimli həmişə barışdırıcı mövqedən çıxış edib, Avropada bir-biriylə yola getməyən diaspor təşkilatı sədrlərini milli birliyə, həmrəyliyə çağırıb. Bu vaxtadək heç bir qalmaqalda adı hallanmayan E.Mirhəşimli nə Azərbaycan dövlətindən, nə də Avropadakı imkanlı təşkilat sədrlərindən heç bir dəstək almadan dövlət və dövlətçiliyimizin qorunması istiqamətində fəaliyyət göstərib. Öz imkan və nüfuzundan istifadə edərək Azərbaycan həqiqətlərini Avropada yayır, Azərbaycanı, azərbaycançılıq ideologiyasını təbliği edir.

E.Mirhəşimli Avrasiya.net-ə diaspor quruculuğu, çatışmayan cəhətlərimiz, uğurlarımız, uğursuzluqlarımızın səbəblərindən bəhs etdi.

- Exan bəy, Avropa Azərbaycanlıları Konqersinin (AAK) qurultayı yaxınlaşır, hazırlıq görülürmü, yeni sədrin namizədliyi ilə bağlı hansısa fikirlər, təkliflər səsləndirilmi?

- Qurultay gələn ilin fevralında olmalıdır. Amma hər qurultay öncəsi, 3-4 ay əvvəl hazırlıq işləri aparılır. Namizədlər müəyyənləşir, biz də öz namizədimizi seçirik və qurultayda seçimizə səs veririk. Yəni qabaqcadan hansı namizədi seçib ona səs verəcəyimizi müəyyənləşdirirk. Qurultaya 3-4 gün qalmış bu seçimi etməkdə çətinlik çəkirik. Amma hələlik qurultaya hazırlıq, namizədlərin müəyyənləşməsi ilə bağlı heç bir söz, söhbət yoxdur.

- Necə fikirləşirsiz, bu dəfə də Sahil Qasımovun namizədliyi üstündə dayanılacaq...

- Artıq başqa namizəd barədə fikirləşmək lazımdır. Sahil bəy 3 il sədrlik müddətini tamamlayıb, nizamnaməyə əsasən. Ola bilər, kimsə yenidən onun namizədliyini irəli sürəcək. Mən ancaq öz fikrimi deyirəm ki, yeni namizədlərə imkan yaradılmalıdır ki, öz bacarığını, fəaliyyətini göstərsin. Hər zaman yeni fikrə qapılar açıq olmalıdır.

- AAK-dan söz düşmüşkən, Sahil bəyin sədrlik fəaliyyətini necə dəyərləndirərdiz?

- Sahil bəy diaspora fəaliyyətində təcrübəlidir. Hollandiyada diasporanın təşkilatlanmasında böyük əməyi, zəhməti var. Sahil bəy AAK prezidenti seçildikdən sonra, fəaliyyətində bir az canlanma oldu. AAK-a rəhbərlik bu bir vəzifəyə gəlmək deyil, bu bir işdir, kimliyindən aslı olmayaraq, işini milli maraqlara uygun aparmalıdır. Avropada fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq etməlidir. AAK-ın bir neçə uğurlu görüşü və tədbiri oldu. Qanedici olması üçün daha böyük uğurlu işlərə imza atılmalıdır. AAK-a prezident kimliyindən asılı olmayaraq kim seçiləcəksə öncə birlik, bərabərlik olmalıdır, bütün təşkilatların dəstəyi olmadan heç kim bu sahədə təkbaşına uğura imza ata bilməyəcək. İstəyimiz Avropada güclü lobbiçilik təşkilatçılığa nail olmaqdır. Bu da həmrəyliyimizdən, birliyimizdən keçir. Birliyə nail olsaq o zaman Avropada siyasətdə söz sahibinə çevrilərik, təsir edə biləcək gücə malik olarıq. Problemlərimiz də həll olar, çatışmazlıqlarımız da. Hə qədər ki, bunları əldə etməmişik, tədbirlər keçirib, özümüz deyib, özümüz də eşidirik. Tədbirlərimizə molla çağırı şəhidlərimizin ruhuna fatihə verib dururuqsa, deməli, çatışmazlıqlarımız çoxdur. Bu tədbirlərdən Avropa mediasının, ictimaiyyətinin, siyasətinin xəbəri belə olmur. Avropa mediasında Azərbaycan, Qarabag, Xocalı soyqırımı, 1 milyondan çox qaçqınımız, 20 faiz torpaqlarımızın işğalı haqqında yazılara az rast gəlirik. Uğurdan danışmaq indiki zamanda tezdir. Görüləsi işlər çoxdur. Bu mənim şəxsi fikrimdir, Sahil bəylə şəxsi heç bir problemim yoxdur, fikirlərim AAK təşkilatıyla bağlıdır.

- Sizin təşkilat AAK-a üzvdürmü?

- Mən heç bu vaxta qədər AAK-ın nizamnaməsini görməmişəm, kimlər AAK üzvüdür, necə üzv seçilir, kimlər tərəfindən idarə olunur, heç bir məlumatım yoxdur. Elə ən böyük problemlərdən biri də budur. Avropada təşkilat rəhbərisən, amma nizamnamədən xəbərimiz yoxdur. Qurultaylara dəvət edirlər, gəlin səs verməyə, bizim namizədə səs verin. Namizədi kimlər seçdi, nəyə görə dəyər verib seçdi, xəbərimiz də olmur. Komitənin sabiq sədri ilə bu barədə söhbət olmuşdu. Sonuncu qurultaydan sonra bildirdilər ki, ərizə ilə müraciət etməlisən.Sonra da dedilər ki, sözlə müraciət də yetərlidir. Dedim, mən əgər AAK üzvü deyiləmsə, qurultaya niyə dəvət edirsiz. Ona görə də deyirəm ki, Avropada Azərbaycan adınndan danışanda çoxlarımızın qəbul edilən qərarlardan xəbərimiz olmur. Heç olmasa e-mail ünvanımıza məktublar göndərib bizim də fikirlərimizi öyrənsinlər. Bizim adımızdan işlər görürlər, tədbirlər bitdikdən sonra bu barədə mətbuatdan oxuyuruq. Mən indi özüm də bilmirəm AAK üzvüyəm, ya yox, amma sözlə müraciət etmişdim. Mənim fikrimcə, AAK müstəqil bir təşkilat olmalıdır, Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əməkdaşlıq etməlidir. 2017- ci ilə qədər AAK-ın, rəhbərinin kim olduğunu bilmirdim.

- AAK məgər müstəqil təşkilat deyil?

- Kim tərəfindən idarə olunduğunu dəqiq deyə bilmərəm. Təşkilatın sədri Sahil bəy məni bir necə tədbirinə dəvət edib. AAK varsa, bəs mənə dəvətnaməni nədən Diaspora Komitəsi göndərmişdi. Tədbir AAK-ındırsa, dəvət də onun tərəfindən edilməliydi, Diaspora Komitəsi tərəfindən yox. O mənada söyləyirəm ki, müstəqil qurum olmalıdır. AAK Diaspora Komitəsi ilə də əməkdaşlıq etməlidir. Tədbirlər keçirdikdə təşkilat sədrləri ilə məsləhətləşmələr aparmalıdır, bizim də fikir və düşüncələrimizi dinləməlidirlər. Mən indiyədək AAK-da məsləhətləşmənin aparıldığını eşitməmişəm. Güclü bir diaspora və yaxud lobbiçilik qurmaq istəyiriksə, birlik və bərabərlikdən öncə sağlam ruha, sağlam düşüncəyə malik olan insanlara ehtiyacımız var.

- Azərbaycan ictimaiyyətində Avropadakı diaspor təşkilatlarına “şəkərbura, paxlava” adını veriblər. Yəni, ancaq bayramdan-ayrama görünürlər..

- Düzdür, Avropada təşkilatların əksəriyyəti bayramdan bayrama fəaliyyət göstərirlər. Bayramların keçirilməsi də lazımlıdır. Təşkilatlanma prosesini bitirə bilməyənlər paxlava, şəkərbura ilə dərnəklərini davam etdirirlər, burada tənqid ediləcək heç nə yoxdur. Milli bayramlarımızı da unutmamalıyıq.

- Necə düçünürsüz, Avropada Azərbaycan həqiqətlərini lazımınca yaya bilmişikmi?

- Avropada Azərbaycan həqiqətlərini lazımınca yaya bilsəydik bu bizim böyuk uğurumuz olardı. Səbəbləri fərqli ola bilər, ən əsas informasiya, təbliğat mexanizmimiz yoxdur, mediaya çıxışımız zəifdir.

- Diaspor təşkilatları arasında birlik və bərabərlikdən, Avropada bunun olmadığından bəhs etdiz. Bu yaxınlarda xeyriyyəçi iş adamı Füzuli Məmmədov Rusiyada diaspor təşkilatlarımızı bir araya gətirərərək Rusiya Azərbaycanlıları İttifaqını yaratdı...

- Fizuli Məmmədov Rusiya kimi böyük, həsas bir dövlətdə birlik, bərabərlik yaratmağı bacarıbsa, mən bu addımı yalnız alqışlayıram. Füzuli bəy birlik, barış əlini Avropaya da uzatsaydı, sevindrici olardı. Xeyriyyəçilik işlərindən də xəbərim var, tanıdığım bir neçə qazimizə mənzil hədiyyə edib, bu addımları alqışlanmalıdır. Onun xeyriyyəçiliyi Rusiyada yaşayan digər iş adamlarımıza nümunə olmalıdır, ondan örnək götürməlidirlər. Tək Rusiyada yox, bütün dünyadakı imkanlı iş adamlarımız Füzuli bəyin belə xeyriyyəçiliyindən nümunə götürməlidirlər. Füzuli Məmmədov kimi iş adamlarına lobbiçilik fəaliyyətimizin qurulmasında böyük ehtiyacımız var. Birlik olsa, inam olsa bir cox iş adamımız bu işlərə qoşularlar. Rusiyada olduğu kimi, Avropada da da diaspor təşkilatlarımız arasında birlik, həmrəylik yaransaydı hədəflərimizə asanlıqla çata bilərik. Mən həmişə birliyin, barışığın tərəfdarı olmuşam. Bu barışıq Azərbaycan həqiqətlərini dünyada tanıtmaqda, ermənilərin işğalçılıq siyasətinin ifşasında, azərbaycançılıq ideologiyasının yayılmasında, millətimizə, xalqımıza dəstəkdə bizə güc, qüvvət, əzmkarlıq verirsə, niyə də olmasın. Nədən Füzuli Məmmədovun birlik, həmrəylik istiqamətindəki fəaliyyətinə, xeyriyyəçiliyinə dəstək olmayaq, təqdir etməyək. Millət, vətən üçün görülən hər xeyirxah işi pərdələmək, ona yarasa gözü ilə baxmaq, gözdən salmaqla nə qazanacağıq...

- Diaspor quruculuğu prosesində maliyyə imkanlarına malik olmaq vacibdirmi?

- Diaspora dedikdə bir çox suallar ortaya çıxır. Avropada artıq təşkilatlanma prosesi bitib. Azərbaycanda siz buna diaspora təşkilatı adlandırırsız. Biz isə sadəcə təşkilat deyirik. Təşkilatlanma prosesi bitdiyinə görə lobbiçilik fəaliyyətinə keçilməlidir. Lobbiçilik fəaliyyətində maliyyə və güclü səlahiyyətli insanlar lazımdır. Pulu kim görsə bir araya gələcək (gülür) ancaq baxır hansi niyyətlə, özunə qazanc əldə etməyə, yoxsa vətəninə qazanc gətirməyə. Bu iş könül işidir, həqiqətən də dövlətini, vətənini sevənlər, heç bir zaman pulun ətrafına yığışmaz.

- Nə tövsiyə edərdiz..

- Küskünlük başqadır, milli iradəyə sahib çıxmaq başqadır. Bütün küskünlüklərə son qoyulmalı birlikdə təşkilatlarımızın fəaliyyətini gücləndirməli, ermənilərin yalan informasiyasına qarşı birlikdə mübarizə aparılmalıdır. Çünki hər birimizin düşməni də, hədəfi də eynidir. Küskünlük yalnız düşmənimizin işinə yarayar. Birlik, bərabərlik üçün ilk öncə bir-birimizin fikrinə hörmətlə yanaşmağı bacarmalıyıq. Əfsuslar olsun ki, fikirlərimizə hörmət etmirik, tənqidi də təhqir kimi qəbul edirik. Liderlik, "mənəm, mənəm" prinsipi aradan qalxarsa, qarşılıqlı hörmət olarsa, o zaman birlik və bərabərliyə nail ola bilərik. Ümid edirəm ki, biz bu işi bacaracağıq, birliyimizlə.
"Dünyaya gətirdiyi uşaq "Medi lüks"də yoxa çıxdı — Şok olay - VIDEOBərdə rayon sakini Adıgözəlova Pəri Cahid qızı "Ölkə.Az"-ın redaksiyasına müraciət edib. Müraciətdə bildirilir ki, 2008-ci ildə "Medi lüks" xəstəxanasında dünyaya gətirdiyi oğlan uşağı müəmmalı şəkildə yoxa çıxıb.

- Pəri xanım, bizə müraciətinizdə bildirmişdiniz ki, övladınız naməlum şəkildə "Medi lüks" xəstəxanasından yoxa çıxıb...

- 2005-ci ildə Həmidzadə Elnur Dilqəm oğlu ilə ailə qurmuşam. 2006-cı ildə ilk övladım dünyaya gəlib. 2008-ci ilin fevral ayının 15-də ikinci övladımı dünyaya gətirmək üçün Bakı şəhərinə gəlmişəm. Çünki Bərdədə həkimlər bildirdi ki, qan azlığınız olduğu üçün uşağı Bakıda dünyaya gətirsəniz daha yaxşı olar. Fevralın 15-də Bakıya - Nərimanov rayonunda yerləşən "Medi Lüks" xəstəxanasına getdik. İndi həmin xəstəxana "Baku Medikal Plaza-Medi Lyuks" tibb mərkəzi adlanır. Ginekoloq Rəna Qədimova məni yoxladı və bildirdi ki, hər şey qaydasındadır. Axşamüstü saat beşdə xəstəxanaya daxil olmağıma və ağrılarıma baxmayaraq, məni gecə saat birdə əməliyyat etdilər.

- Əməliyyat zamanı "Medi lüks"də ailə üzvlərinizdən kimsə var idimi?

- Atam, anam, həyat yoldaşım, həyat yoldaşımın xalası həmin vaxt "Medi lüks"də olublar. Uşaq olandan sonra anam həkimə deyib ki, Pəri ilə danışmaq istəyirik. Həkim deyib ki, axı Pəri sizə zəng vurub və yaxşı olduğunu deyib. Anam bildirib ki, bizə zəng olmayıb, heç kimlə danışmamışıq. Rəna Qədimova deyib ki, Pərini yenidən oyada bilmərik. Fevralın16-na keçən gecə saat üçün yarısında uşağı kənardan həyat yoldaşıma göstəriblər. Yoldaşım deyib ki, uşağın şəklinin çəkmək istəyirəm, amma icazə verməyiblər. Anam israr edib ki, mən də uşağı görmək istəyirəm. Ona da uşağı bir az kənardan göstəriblər. Anam deyir ki, göygöz, saçları qara uşaq idi. Səhəri gün anamgil xəstəxanaya qayıdanda Rəna Qədimova bildirib ki, Pərinin vəziyyəti yaxşı deyil, ayılmır. Ailə üzvlərim narahat olublar. Həkimlər anama deyib ki, siz gedəndən yarım saat sonra uşaq öldü. Anamgil də mənim hayıma qalıblar ki, heç olmasa qızımız sağ qalsın. Fevralın 16-da axşamüstü ayılmışdım. Anamgil deyiblər ki, uşağı verin, aparıb dəfn edək. Bildirilib ki, daha iki uşaq da vəfat edib və hamısını morqa aparıblar.

- Hansı morq?

- Bir saylı morqa aparıldığını deyiblər.

- Bunu sizin ananıza kim deyib?

- Rəna Qədimova. Anam deyir ki, mən heç uşaq həkimini görməmişəm, ancaq Rəna həkimi görmüşəm. Bildiriblər ki, uşaq morqa aparılıb, ordan da aparıb dəfn ediblər. Anamgil uzun müddət Rusiyada yaşadıqlarına görə buranın qayda-qanununu bilmirlər. Ona görə də israr etməyiblər.

- Bizə təqdim etdiyiniz buraxılış kağızı sizə nə vaxt verilib?

- Evə buraxıldığım gün kağızı mənə verdilər. Elə vəziyyətdə idim ki, hətta xəstəxanadan ayaqlayın çıxdım. Ana olan hər kəs nə dediyimi yaxşı başa düşər.

- Həmin kağızda nə yazılıb?

- Kağızın bir tərəfində mənim barəmdə məlumatlardı, digər tərəfdə isə uşağın boyu, çəkisi 6.6 balla qiymətləndirilib. Yəni, bu göstərici normal hesab edilir. Göstərilir ki, kafi vəziyyətdə uşaq da evə buraxılır.

- Bəs nə zaman başa düşdünüz ki, bu məsələdə şübhəli məqamlar var?

- Əslində, xəstəxanada qulağım buna bənzər söhbətlər eşidirdi. Amma ağlıma gəlmirdi ki, söhbət məndən gedə bilər. Bu ilin yanvar ayının 27-də telekanalların birində buna oxşar mövzu işıqlandırılmışdı. Orada anaya sual verdilər ki, sizə övladınızın ölüm haqqında kağızı, yaxud meyiti verilmişdimi? Ana bildirdi ki, verilməmişdi. Veriliş gedə-gedə tez sənədlərimizə baxdım və həmin kağızı götürüb Bərdədə xəstəxanaya-ginekoloqun yanına getdim. Ginekoloq kağıza baxdı və hətta ağladı. Dedilər ki, burada uşağın ölməyi barədə heç bir əsas yoxdur. Sonra "Medi lüks"ün mənə verdiyi kağızı Bakının digər klinikalarında da yoxlatdırdım. Eyni cavabı aldım ki, uşaq sağdır. Öyrəndim ki, valideynlərin icazəsi olmadan uaq morqa aparıla bilməz və valideynlərə göstərilməlidir.

- Bu ilin yanvar ayından sonra "Medi lüks" xəsətəxanasında olmusunuzmu?

- Bəli, Rəna xanımla görüşdük. Əvvəlcə məni tanımadığını bildirdi. Sonradan arxivin açılması üçün ərizəylə müraciət etdiyimi biləndə məni qucaqladı, dedi ki, gəl, bu işdən əl çək, sonda pis olarsan. Dedim ki, əgər uşağım ölübsə, ananın adı və nömrəylə dəfn edilməlidir. Əgər siz mənim uşağımı dəfn etmisinsə, yerini deyin, çıxartdırım, DNT analizi götürülsün, bilim ki, uşağım doğrudan da tələf olub. Rəna Qədimova mənə psixoloji təzyiq göstərməyə başladı.

- Hansı formada?


- Bildirdi ki, burada bir uşaq da tələf olmuşdu, ana üstümə hücum çəkdi, iki il keçməmiş ana da dünyasını dəyişdi.

- Arxivə müraciət etmişdiniz. Oradan sizə hansı cavab verildi?


- Ayyarım arxiv sənədini ortalığa çıxara bilmədilər. Ayyarımdan sonra bizə sanki dünənə aid olan bir kağız göstərildi. Elə bil ki, heç 11 ilin kağızı deyil. Şübhəli məqamlardan biri budur ki, anamgilə uşağın gecə təxminən 3-də vəfat etdiyi bildirilib. Amma arxivdən çıxan sənəddə uşağın ölüm saatı səhər saat 10-da qeyd edilib. Guya uşaq şüşənin altında saxlanılırmış, aparata qoşulubmuş. Əgər uşaq aparata qoşulmuşdusa, niyə anamgilə çarpayıda göstərmisən? Elə uşağı şüşənin altında, aparata qoşulu vəziyyətdə göstərərdin də. Bəlkə valideynlərim başqa xəstəxanadan həkim gətirib uşağın həyatını xilas edəcəkdi. Guya uşaq nəfəs almağa çətinlik çəkdiyi üçün aparata qoşulub. Əgər çətinlik çəkirdisə, həyati riski var idisə niyə bizi məlumatlandırmırdız? "Medi lüks"ün baş həkimi Nazim Həsənov bildirdi ki, ola bilsin uşaq morqda yandırılıb. Dedim, bu nə deməkdir, məgər biz Hindistanda yaşayırıq?

- Nazim Həsənov həmin vaxt "Medi lüks"də baş həkim idimi?


- O deyir ki, guya mart-aprel aylarında baş həkim təyin edilib. Rəna Qədimova bildirirdi ki, uşaq 6 saylı morqa aparılıb, Nazim həkim isə sənədləri çıxardıb oxudu. Orada yazılmışdı ki, uşaq 1 saylı morqa aparılıb. Dedim ki, özüm neçə ilin müəllimiyəm, kağızın da təzə, yaxud köhnə olduğunu yaxşı bilirəm. Bizə arxiv adı ilə təqdim edilən kağızın mürəkkəbi də qurumamışdı. Heç kağıza əlimizlə toxunmağa da icazə vermədilər. Dedim, heç olmasa bu kağızın üzərində azca toz çəkəydiniz ki, inandırıcı olardı. Nərimanov Rayon Prokurorluğuna təqdim edilən kağızın üzərində isə üç yerdən ayaqqabı izi var idi. Yenidən bir saylı morqa getdik. Bir xanım dedi ki, qızım, üç gündür bütün sənədləri araşdırırıq. 2008-ci ilə aid olan üç qovluğun hamısına baxmışıq, bura Adıgözəlova Pərinin adıyla heç bir uşaq daxil olmayıb. Bu o deməkdir ki, mənim uşağım sağdır. Sonra morqun rəhbəri Ədalət müəllimlə görüşdüm. Dedim, bilirəm ki, sizin arxiv sənədlər tapılıb və orada mənim adım yoxdur. Siz də atasınız, babasınız, niyə prokurorluğa yazırsınız ki, heç bir sənəd tapılmayıb. Sonradan məcbur olub etiraf etdi ki, 2008-ci ilə aid olan qovluqlar tapılıb, iş masamın üzərindədir, bu gün özüm baxacağam. Bu məqamda Ədalət müəllimə zəng gəldi. Hansısa həmkarı ondan məsləhət alırdı. Telefonda həmkarına dedi ki, yola ver getsin, mən bu boyda adamı necə yola verirəm. Əgər yalan danışıramsa, həmin günün kamera görüntülərinə də baxa bilərlər. Çünki onun otağında kamera da var. Dedim ki, Ədalət müəllim, deməli, siz də indi məni burada yola verirsiz? Sözümü deyib oradan çıxdım. "Medi lüks"ün uşaq həkimi Zeynəb İbrahimova prokurorluğa izahatında göstərib ki, guya mən uşağın öldüyünü görmüşəm və imtina etmişəm. Əgər uşağımın öldüyünü görmüşəmsə, imtina etmişəmsə, imtina haqqında sənəd olmalıdır. Övladımın olduğunu bilə-bilə niyə 11 il sonra uşağımı axtarıram? Oğlumu həyat yoldaşım da, anam da sağ vəziyyətdə görüb. Amma mən uşağımın səsini eşitməmişəm, üzünü görməmişəm. Halbuki qeysəriyyə üsulu uşaq dünyaya gətiriləndə onu anaya göstərirlər. Sonra da uşağı sənin böyründə bələyib aparırlar.

- Bütün bu dediklərinizin məntiqi yekunu olaraq hansı ehtimallarınız var?


- Mənə elə gəlir ki, uşağım xəstəxanda satılıb, morqa aparılmayıb. Guya kimin canı yanırdı ki, mənim uşağımı dəfn edirdi. Uşağı anaya verirlər ki, apar, özün dəfn et. Hətta yaxın qohumumun övladı da "Medi lüks"də tələf olub, iki gün sonra ailəsinə təhvil veriblər. Bəs niyə mənim icazə olmadan uşağım morqa aparılır? Bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, bu məsələdə bizə yardım etsinlər. Mən övladımı tapmaq istəyirəm. Çünki uşağımın sağ olduğuna inanıram.


P.S. Səsləndirilən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aprel döyüşlərini təkrarlamaq lazımdır - ALDP sədriAvrasiya.net Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsini təqdim edir:

- Fuad bəy, Vaşinqtona bir həftəlik səfərinizdən və Dövlət Departamentində, Konqresdə gərgin iş rejimində keçən maraqlı görüşlər barədə mətbuata qısa məlumat vermisiniz. Bilmək istərdik, bu səfəri kim təşkil etmişdi və məqsəd nə idi?

- Mən ildə bir neçə dəfə Amerikada olan ictimai-siyasi təşkilatların, departamentin keçirdiyi tədbirlərə dəvət alıram. Bu sırada əvvəllər Azəbaycanda fəaliyyət göstərib sonradan bağlanan fondlar, qeyri-hökumət təşkilatları, Konqres nümayəndələri, eləcə də yeni tanış olduğum ictimai-siyasi təşkilatlar var. Orada bizim partiyanın Azərbaycan Xalq Hərəkatının təsisçisi və üzvü olduğumu bilirdilər.

Xalq Hərəkatı ilə bağlı yeni məlumatların toplanması baxımından belə bir görüşdə iştirakım onlara maraqlı idi. Konqresdə bir neçə görüşlər keçirildi. Respublikaçılar və Demokrat Partiyasının konqresmenləri ilə olan görüşlər 2 istiqamətdə - partiyamızın işi, AXH-nin yaranması və məqsədləri, fəaliyyəti ilə bağlı müzakirələr oldu. Hər bir görüşdə partiya və təsisçisi olduğum təşkilatla bağlı verilən suallara ətraflı cavablar verildi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan hüquq və azadlıqları müzakirə olundu. Xalq Hərəkatı onlar üçün yeni bir qurum olduğuna görə, suallar əsasən onun ətrafında verildi.

- Amerika cəmiyyətini Azərbaycanla bağlı daha çox hansı suallar maraqlandırırdı?

- Təbii ki, görüşlərdə tanış olduğumuz yeni simalar üçün Azərbaycanda gedən proseslər çox maraqlı idi. Ümumiyyətlə, əksəriyyət Azərbaycanda gedən proseslərdən məlumatsız idi. Amma digər dostlarımızla keçirdiyimiz görüşlərdə təbii ki, onlar müəyyən məsələlərlə bağlı məlumatlı idilər və prosesin hansı istiqamətdə inkişaf etməsi, daxildə son günlərdə gedən prseslərlə maraqlanırdılar.

- Amerikaya səfəriniz çərçivəsində Qarabağ məsələsi nə dərəcədə müzakirə olundu?

- Qarabağ məsələsi iştirak etdiym bütün görüşlərdə ən əsas məsələ kimi qoyulub. Mən çalışıram ki, belə səfərlərə Qarabağ həqiqətlərini açan tarixi ədəbyyatlarla gedim. Bu mənada Konqresdə yeni simalarla tanış olanda buradan apardığım kitabları onlara təqdim etdim. Eyni zamanda səfərim 28 may gününə təsadüf etdiyi üçün apardığım Azərbaycan bayraqlarını amerikalılara hədiyyə etdim. Belə demək mümkünsə, bununla da 28 may günü Amerikada Bayraq Aksiyayası keçidim. Qeyd etməliyəm ki, istər təqdim etdiyim kitablar, istərsə də bayraq aksiyası amerikalılar tərəfindən böyük maraqla qarşılandı.
İstənilən görüşlərdə birinci növbədə Qarabağ məsələsini qaldırıram və Azərbaycan xalqının haqlı mövqeyini çatdırıram.

Tədbirlərdə bildirirdim ki, 25 ildən çox gedən danışıqlar nəhayət yekun nəticəyə varmalıdr. Bu olmasa, danışıqları dayandırıb öz hüququmuzdan istifadə edərək işğal atında olan torpaqlarımızı azad etməliyik.

- Qarabağla bağlı bu çıxışlar necə qarşılanırdı?

- Təbii ki, Amerika ATƏT-in Minsk Qrupunda olan həmsədr dövlət kimi sözsüz ki, çalışırdılar ki, sülh platformasını müdafiə etsinlər. Amma hər bir xalqın, hər bir millətin öz hüququ var və onu qorumalıdır. Görüşlərdə izah edirdim ki, işğal altında olan torpaqlar tarix boyu Azərbaycan torpaqları olub. Müəyyən məlumatlardan sonra amerikalılar bildirdilər ki, torpaqların işğaldan azad olunması üçün hər bir xalq öz hüququndan istifadə edə bilər.

- ABŞ-ın region, Qafqaz "sevgisi" Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmadıqlarını dəfələrlə ortaya qoyub. Sizcə, bu onların Azərbaycan məsələsinə ədalətli yanaşmalarını təmin edə bilərmi və keçirilən görüşlərdə özünü necə biruzə verdi?

- Təbii ki, onların Azərbaycan və Qafqazla bağlı ö strategiyası var. Onlara lazımdır ki, regionda stabillik olsun və dövlət bunun qarantını öz üzərinə götürüb. Amma hazırki şəraitdə bu bizim millətimizin istəyi ilə üst-üstə düşməyən bir strategiyadır. Bu məsələdə də fikirlərimi bildirdim. Biz başa düşürük ki, Amerikaya regionda stabillik lazımdır ki, bağlanan neft, qaz kantraktları işləyə bilsin və stabil şəkildə ixrac olunsun. Bildirdim ki, Amerikanın neft maraqlarından dolayı bizdə demokratiya qurulmur və torpaqlarımızı işğaldan azad edə bilmirik. Amerikanın regonda stabillik yaradaraq neft, qaz layihələrinin işlənməsində daha maraqlı olması bizim həm torpaqlarımızı işğaldan azad etməyimizə maneə yaradır, həm də demokratiya qura bilmirik. Biz sülh platforması çərçivəsində qalmışıq, demokratikləşmə getmir, siysi məhbuslar var, demokratik fikir boğulur. Bildirdim ki, biz müxalifət partiyaları olaraq hesab edirik ki, neftə qaza görə ən ali dəyərlərimizi qurban verməməliyik. Əksinə, demokratik qüvvələr hakmiyyətə gələrsə, bağlanan kontraktları o zaman işlək edəcək ki, bu, xalqın mənafeyinə qarşı olmasın. Bu istiqamətdə apardığımız fikir mübadilələri də maraqla qarşılandı.

- Daha böyük güclərin, beynəlxalq aləmin münaqişənin hərb yolu ilə həllinə maneə törətməsi ilə bağlı fikirlərə münasibətiniz nə olacaq?


- Qarabağ məsələsində həmsədr dövlətlər maraqlı deyil. Həmsədrlər münaqişənin həlli ilə bağlı bir sıra təkliflə çıxış ediblər. Bütün hallarda əsas söz sahibi olan Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti öz tərəfindən qəti şəkildə bir fikir, mövqe qoymalıdır. Ermənistan öz təxribatından əl çəkmir. Azərbaycan hansısa təkliflə çıxış edəndən sonra, tutaq ki, 7 rayon qayıdandan sonra Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı razılıq veriləndən sonra Ermənistan dərhal hakimiyəti dəyişir. Belə ki, Ter Petrosyan, Köçəryan, Sarkisyan yerdəyişmələri ilə bağlı siyasətləri indi də davam edir. Onlar bu oyunu oynaya bilirlər. Torpaqları işğal edən tərəfə sözsüz ki, bu sərf etmir. Amma biz də dünyaya sübut edə bilmirik ki, torpaqlar işğaldadır və geri alınmalıdır. İndiyə qədər konqresmenlərdən çoxu bilmir ki, Azərbaycan harda yerləşir. Bu bizim XİN-nin, Amerikadakı səfirliyimizin, Amerikada olan diaspor, lobbiçilik təşkilatlarının işinin göstəricisidir. Bundan qabaq orda Azərbaycan-Amerika Palatası yaranmışdı. Milyonlarla pul ancaq yeyib-içməklərə xərclənib. Konqresmenlər özləri danışırdılar ki, 3-5 il bundan qabaq onları hər dəfə hansısa restorana yığıb guya ki, Azərbaycanla bağlı hansısa tədbir keçirirdilər. Onlar deyirlər ki, biz başa düşürük, bunu ona görə edirlər ki, sabah hansısa səsvermədə sizə səs verək, amma biz bilirik ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq, siyasi məhbuslar var, ona görə də bizi ələ almaq istəyirlər.

Onlar demokratik cəmiyyət olarsa Qarabağ məsələsində bizə dəstək verəcəklər. Görüşlərdə çox qəribə hallarla rastlaşdıq. Hətta 28 may ərəfəsində Avropa kuboku uğrunda finalın Azərbaycanda oynanıldığını bilmirdilər.

- Amerikada diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı nələri söyləmək olar? Erməni diasporlarının, lobbiçilərinin xaricdə daha güclü olduğu hər zaman deyilir. Amerika görüşlərində belə bir əks təsirlərlə qarşılaşdınızmı?

- Konqresmenlərlə görüşlərimizdə aydın olurdu ki, onların proseslərdən xəbəri yoxdur. Mən deyəndə ki, ermənilər Qarabağa gəlmə xalqdır, onlar bunu inkar edərək, ermənilərin burda daim yaşadıqlarını və bununla bağlı əllərində ədəbiyyatların olduğunu deyirdilər. Sonra mən sovet dövründə ermənilərin Qarabağa gəlişinin 150 illiyi ilə bağlı qoyduqları abidə barədə danışdım. Həmin abidə 1988-ci ildə məsələ qalxandan sonra həmin abidəni sökdülər. Sonra sovet ensklopediyasından da çıxardılar. Amma istənilən arxivlərdən tapmaq olar. Mən söz vermişəm ki, bu faktı onlara göndərəcəm. Mən faktlarla onlara bildirdim ki, abarogen xalq bizik və apardığım kitabları da onlara təqdim edərək, Azərbaycanın tarixi ilə tanış olmaları üçün çalışırdım. Bu da onu göstərir ki, bizim Amerikada, Avropada olan diasporlarımızın, səfirlərimizin işləri sıfırdır.

- Bu günlərdə Kəlbəcərdə də sanatoriya açıldı. Ümumiyyətlə Qarabağda ermənilərin bağçalar, məktəblər, turizm obyektləri inşa etməsi bizə qarşı hansı təhdiddən xəbər verir?

- Onlar öz işlərini görür, öz həyatlarını yaşayırlar. Və belə bir təbliğat aparırlar ki, onlar işğalçı deyil, öz torpaqlarını geri alıblar. Biz torpaqları işğaldan azad edəndən sonra onların tikdiyi yerlər bizə qalacaq. Amma ən pisi budur ki, biz öz işimizi görə bilmirik. Biz artıq bilmirik ki, müharibə şəraitində yaşayırıq, yoxsa sülh şəraitində. Azərbaycan işğal altında fəaliyyət göstərən erməni terrorçularına qarşı çox ciddi şəkildə əks addımlar atmalıdır. İşğal altında qalan torpaqlarımızda hökmranlıq edən erməni terrorçusuna o yerlərdə rahat gəzmələrinə imkan verməməlidir. 2016-ci ildələ olan 2 günlük aprel döyüşlərini təkrarlamaq lazımdır. Düşmən Azərbaycan ordusunun, partizanlarının qəfil zərbələrinə məruz qoyulmalıdır. Bilsək ki, torpaqlar hərb yolu ilə azad olunacaq, gedib hamımız şəhid olmağa da hazırıq. Amma bu torpaq işğal altındadır və sülh danışıqları getsə də, hər ay 10-15 nəfərimizi bir güllə ilə vurub öldürürlər. Bu böyük itkidir. Bizə təsir edir, bir tərəfdən torpaqlar işğalda qalır, digər tərəfdən də nahaq itkilər veririk.

Yenə də bizi nəsə saxlayır. Çox hörmət etdiyim Aydın Mirzəzadənin əsgərin erməni snayperi tərəfindən vurulması ilə bağlı fikirləri olmuşdu. Bir gündən sonra o həmin fikirdən döndü. Ola bilər ki, çıxışı zamanı emossiyaya qapılıb belə bir söz işlətmişi, amma düzgün söz demişdi. Biz öz tərəfimizdən nəsə etməliyik. Çünki torpaqlar illərdir işğaldadır, onları kim azad edəcək. Hansısa addımlar atılmalıdır. Özümüz də təklif etmişdik ki, partizan hərəkatları yaradılmalıdır. İşğal altında olan torpaqları yaxşı tanıyan insanlar var və onlardn istifadə olunmalıdır. Bu vəziyyət 10 il də qalsa, gələcək nəsil öz torpağına yad olacaq. Amma indi imkanlar var ki, biz həmin yerlərdə partizan hərəkatı yaradaq. Bunu qeyri-rəsmi olsa da, dövlət etməlidir. Biz antiterror əməliyyatları aparmalıyıq. Torpaqları azad etmək bizim hüququmuzdur. Qəti mövqe ortaya qoymalıyıq.
Trampın İrana qarşı planı baş tutmayacaq - Sabiq səfirƏfşar Süleymani: “ABŞ İrana hərbi məsələdə sanksiya tətbiq edə bilməz, şərtlər qoya bilməz”

ABŞ-İran gərginliyi davam edir. İki ölkə arasında gərginlik ötən ildən, prezident Tramp 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq müqavilədən ABŞ-ın çıxdığını elan edəndən sonra artmağa başlayıb.

Həmin müqavilənin məqsədi İranın nüvə proqramının dayandırılması müqabilində ona qarşı sanksiyaları ləğv etmək olub.

Tramp həmin sövdələşməni "qüsurlu" adlandıraraq İrana qarşı ABŞ sanksiyalarını bərpa edib.

ABŞ-ın addımına cavab olaraq, İran bu ayın əvvəlində qeyd olunan müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsini bərpa edəcəyi barədə xəbərdarlıq edib.

Bu arada isə ABŞ "İran təhlükəsini" əsas tutaraq hərbi gəmi və təyyarələrini İran körfəzində yerləşdirib və İranın ABŞ qüvvələrinə yaratdığı "potensial riski" dilə gətirərək, İraqdan diplomatik personalının bir hissəsini çıxarıb.

ABŞ müstəntiqləri İranı və ya onun dəstəklədiyi qrupları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hörmüz boğazında Əl-Füceyrə limanı yaxınlığında dörd neft tankerinə partlayıcı maddələrdən istifadə edərək zərər vurmaqda ittiham ediblər. Tehran bu ittihamları rədd edib.

Hər iki tərəfdən liderlər müharibə istəmədiklərini desələr də, İran körfəzində vəziyyət gərgin olaraq qalır.

ABŞ-İran müharibəsi baş verə bilərmi, İran nüvə silahına sahiblənəcəkmi, müharibə kimin xeyrinə olacaq? Müxtəlif suallar və bu sualların ehtimallar üzərində qurulan cavabları var.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani “Xalq Cəbhəsi”nə verdiyi müsahibəsində müharibə riskinin olmadığını bildirib.

- Əfşar bəy, Fars körfəzində baş verən məlum hadisələrlər bağlı fikirlərinizi bilmək istərdik.

- ABŞ Fars körfəzində hərbi qüvvələrini yerləşdirib, İran da cavabında bəyan edib ki, əgər ABŞ ona qarşı hər hansı bir hərbi addım atarsa, cavabsız qalmayacaq. ABŞ da həmçinin, bəyan edib ki, İran silaha əla atarsa, dərhal cavabını alacaq. Fars körfəzində vəziyyət hələ stabildir. İranı təxribata çəkməyə cəhdlər edildi. Məsələn, Qətərin Əl-Füceyrə limanında 4 tankerə edilən hücumu İranın üstünə yıxmağa çalışdılar. İran bu təxribata getmədi. ABŞ belə ehtimal etdi ki, guya bu məsələdə İranın əli var, amma ortada heç bir fakt olmadı. Amma böhtanlar öz səmərəsini vermədi. İran heç vaxt Fars körfəzində müharibənin başlamasına şərait yaradan hərbi hərəkətə əl atmaz. ABŞ guya ora 15 min hərbçisini göndərib. Ekspertlər belə ehtimal edirlər ki, ABŞ hadisələri qızışdırır, amma planı baş tutumur. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun öz planları var ki, İrana qarşı müharibə başlasın. Amma hazırda Boltonun mövqeyi də zəifləyib. Tramp Yaponiyada səfərdə olarkən İranda rejimin dəyişməsini istəmədiyini deyib, İranla danışıqlara hazır olduğunu bəyanlayıb. Yaponiyanın baş naziri yaxın gələcəkdə İrana səfər edəcək və ola bilsin rəsmi Tehranla bu məsələ müzakirə olunsun. Tramp İranın nüvə silahı əldə etməsini razı deyil, İran da nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəlikıəri yerinə yetirib, bu silaha sahib olmaq istəmir. Şəriət baxımından da haramdır.

- Bəs nədən Tramp məhz İranı hədəfə götürüb?

- Tramp İran rejimini dəyişmək ixtiyarı və səlahiyyətində deyil. Düzdür, iqtisadi sanksiyalar tətbiq edib, bunun da mənfi təsirləri olub. Tramp fikirləşirdi ki, İranda yaranan iqtisadi ağırlıqlar daxildə hakimiyyətə qarşı hansısa hərəkatın baş verəcəyinə səbəb olacaq. Amma bu baş vermədi. Əksinə, çətinliklər İran xalqını daha da birləşdirdi. Amma inanmıram ki, tezliklə İran və ABŞ bu məsələdə bir masa arxasında otursun. Tramp nüvə sazişi ilə bağlı razılığdan çıxıb, bu, beynəlxalq sazişdir, BMT Təhlükəsizlik Şurasında qətnamə var, İran öz öhdəliklərini yerinə yetirib. MAQATE nüvə silahı məsələsində İranda monitorinqlərini aparıb, 14 raport hazırlanıb. Nəticə belə olub İran nüvə məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ancaq son zamanlarda İran ABŞ-ın onu təxribata çəkdiyini gördü, nə yolla olursa olsun İranı çökdürmək planını həyata keçirmək istəyir, Tehran da nüvə məsələsində mövqeyini sərtləşdirdi.

- İki ölkə arasında vasitəçilik etmək istəyən qüvvələr necə, varmı?

- İraq, İsveçrə, Oman, Rusiya çalışır ki, tərəflər arasında vasitəcilik etsinlər. Amma ortada heç nə yoxdur. Ən güclü vasitəçilik missiyası Yaponiya tərəfdədir. İranın xarici işlər naziri Zərif öncə Yaponiyaya səfər etdi, sonra Tramp getdi. İndi qərarlaşıb ki, Yaponiyanın baş naziri İrana gəlsin. İsveçrədə müzakirələr olmayıb, olsaydı elan edərdilər.

- Sizin fikrinizcə, Fars körfəzində mühariə qığılcımları alovna bilərmi?

- Gözləmirəm. Məsələ diplomatiya yolu ilə həll olunmalıdır. Müharibə başlayarsa bu heç bir tərəfə xeyir gətirməz, region qarışar. ABŞ-İran münasibətlərinin qurulmasına çox vaxt var. Aralarında fərqli mövqe və ixtilaflar mövcuddur. Ardıcıl olaraq məsələlərlə bağlı danışıqlar aparılsın ki, bu ixtilaflar aradan qaldırılsın. Bütün məsələlər getdikcə həllini taparsa onda deyə bilərik ki, tərəflər arasında sülh danışıqları yaxınlaşması var. Aranı qarışdıran, vəziyyəti gərginləşdirən başqa dövlətlər də var. Trapm böyük səhvə yol verdi. Düzdür, ABŞ güclü dövlətdir, hegemondur. Amma bu o demək deyil ki, dünyaya ağalıq etsin, zor tətbiq etsin. Nüvə məsələsində, 6 dövlət+İran saziş imzaladılar. Öhdəliklər yerinə yetirilib, o zaman ABŞ nə istəyir? Avropa siyasi çəhətdən bu sazişi dəstəkləyir, amma iqtisadi cəhətdən hələ mövqeyini ortaya qoymayıb. Çin İrandan neft alır, Rusiya da iqtisadi baxımdan İranla mövqeyini dəqiqləşdirməyib. İran bəyan edib ki, ABŞ İran üzərindəki iqtisadi sanksiyaları götürsün, danışıqlara getsin. Bilirsiz, ABŞ İrana hərbi məsələdə sanksiya tətbiq edə bilməz, şərtlər qoya bilməz. ABŞ özü digər ölkələrə silahlarını satır, təyyarə, raket verir, İsraili dəstəkləyir, İraqa, Əfqanıstana basqın edir, bir yandan da Suriya məsələsi var. İran xalqını sanlksiyalar altında saxlamaqla ABŞ heç vaxt istəyinə çatmayacaq. Necə ola bilir ki, sənə bütün ölkələr silahla hücum etsin, sənin isə silahın olmasın.. İran-İraq müharibəsini xatırladın. Bütün dünya ölkələri Səddama hərbi yardım etdi, hətta İrana qarşı kimyəvi silahdan da istifadə olundu. Ola bilməz axı, İran öz hərbi qüvvəsini zəiflətsin, başqa dövlətlər də ABŞ tərəfindən gücləndirilsin. ABŞ öz silahlarını Ərəbistana satır. Əsdlində ABŞ bu ölkələri İranla qorxudur və onlara silah satır, pul qazanır. İran bəyan edib ki, Fars körfəzində hücum etməmək müqaviləsini bağlamağa belə hazırdır. Heç bir ölkə başqasına hücum etməsin, sabitliyi qoruyaq. Amma bir ölkəyə demək olmaz ki, silah istehsal etmə.

- Bir neçə gün öncə Ərəb dövlətləri ABŞ-ın İrana münasibətdə həyata keçirdiyi strategiyanı dəstəklədiklərini bildiriblər...

- Düzdür, ABŞ Səudiyyə Ərbistanında toplantı keçirib, istəyir ki, İranın əleyhinə cəbhə yaratsın. Ancaq müsəlman ölkələrinin heç də hamısı Ərəbistanın yanında olmayıb. İraq həmin qətnaməni dəstəkləmədi. Ərəb Əmirliyi, Bəhreyn həmişə bir-birinin yanında olub, amma aralarında ixtilaf var. Misir də Səudiyyə Ərəistanın yanında olub Qətərin əleyhinə çıxdı. Amma İran Qətəri müdafiə etdi. Qətərin hava, su yoillarını bağlamışdılar. Yeganə torpaq yolu Ərəbistandan idi onu da bağladılar. Amma İran yollarını acdı Qətərə yardımlar edildi. Küveyt də Ərəbistanı Fars körfəzində dəstəkləmir. Ərəbistan Bəhreyn və Ərəb Əmirlikləri İrana qarşı birlik yarada bilmədilər. ABŞ indi istəyir İsrailə yardım etsin, Colan təpələrinin “kupça”sını İsrailin adına yazdırıb. Halbuki o Suriya torpağıdır. Səfirliyini Qüdsə aparıb, amma heç bir ölkə səfirliklərini ora aparmayıb. Bəhreyndə bir toplantı planlaşdırılır Fələstin-İsrail məsələsini müzakirəyə çıxarmaq istəyirlər, məqsəd İranı təzyiq göstərməkdir. Tramp və kürəkəni Kuşner əsrin alveri adlanan bir planı ortaya atıb. 70 ilin mübahisəli məsələsini bunlar həll etmək istəyirlər. Halbuki Oslo razılaşmasına görə, həmin ərazidə iki dövlətin yaranması qərara alınıb. Tramp isə orada ancaq İsrailin bir dövlət kimi formalaşmasına, qalmasına çalışır. Tramp verdiyi sözə əməl etmədi. Seçkilərdə söz vermişdi ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Lakin indi hər ölkəni qarışdırır, Fars körfəzinə, Venesueliyaya, Suriyaya, Fələstin, İraq, Əfqanıstan.. Gücü hesabına hansısa ölkəyə ziyan vurur, amma istəyinə çatmır.

- ABŞ İranı terroru dəstəkləyən ölkə kimi də təqdim edir. Məsələn, Hizbullahı dəstəklədiyini deyir...

- Bu ABŞ-ın çoxdankı iddiasıdır. Amma baş verənlər onu göstərdi ki, İŞİD ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. ABŞ-ın rəsmi orqanlarının verdiyi məlumatlara görə, 2001-ci ildə Nyu Yorkda törədilən terror hadisələrində “Əl Qaidə”nin, ərəblərin əli olub. ABŞ İsraili və öz mənafeyini qorumaq üçün bu mövqedən çıxış edir. Terror təşkilatlarını ABŞ-ın özü dəstək verir. SSRİ Əfqanıstana girəndən sonra ABŞ regionda “Əl Qaidə”ni yaratdı. Sonradan terror təşkilatı rəsmi Vaşinqtona qarşı çıxıb. Hizbullah terror qrupu kimi qəbul edilmir. İran xalqı onu dəstəkləyir, İranın ərazi bütövlüyünün qorunmasında İsrailə qarşı mübarizə aparır. Hizbullah bir təşkilatdır, məclisdə deputatı var, Nazirlər kabinetində yerləri var, Livanda fəaliyyət göstərirən haqsızlığa qarşı vuruşan bir təşkilatdır.

- Müharibənin baş verməsi və verməməsinin əsas səbələri...

- ABŞ-İran müharibəsinin olmaması üçün səbəb çoxdur, olması üçün isə azdır. Əgər İran nüvəni yüksək səviyyədə zənginləşdirsə, hazırda məlum razılaşmaya uyğun olaraq 3,67 faiz zənginləşdirib. Ancaq 100 faizə qədər zənginləşdirib atom bombası düzəltməyinə yaxınlaşsa, o zaman müharibə başlaya bilər. İran bu işə getməyəcək, həm öhdəlik götürüb, həm də haramdır. Onlar gözləyirlər ki, İran ABŞ-ın Fars körfəzindəki hərbi kontengintinə silah işlətsin, Hörmüz boğazında təxribat törətsin və s. ki, bu müharibənin başlanmasına əsas olsun. İran belə təxribatlara getməyəcək. Müharibənin başlamamasına səbələr isə çoxdur. Tramp növbəti prezident seçkisinə hazırlaşır, daxildə müxalifət güclənir, demokratlar güclənir, Avropa, Rusiya, Çin ABŞ-a müxalifətdədir. Tramp müharibəyə başlasa çətinliklərlə üzləşə bilər, neft və qazın qiymətinin bahalaşması, İraq, Əfqanıstan, Fələstin, Yəmən və s. səbəblər var ki, bunlar müharibənin başlanmamasını əngəlləyə bilər. Uzaq və Yaxın Şərqdə, Asiyanın qərbində müharibə acı nəticələr verə bilər. Bu müharibədə ancaq Rusiya qazana bilər, neft və qazının qiymətini qaldırar. ABŞ-ın başı İranla müharibəyə qarışarsa, Rusiya öz regionunda nüfuzunu gücləndirər. Rusiya birbaşa da olmasa, dolayısı yolla İranın ABŞ-la bir masa arxasında oturmasını əngəlləyir.

Cavid
Saakaşvili yolunu Ukraynadan Gürcüstana salacaq - DeputatGürcüstanlı millət vəkili: “Rusiyanın Gürcüstandakı oliqarxları buradan gedəndən sonra bizim xalq bir gün görəcək”

Ukrayna prezidenti Zelenskinin ilk qərarı ölkənin keçmiş prezidenti Petro Poroşenkonun fərmanı ilə 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilərək, ölkədən çıxarılan Gürcüstanın eks prezidenti, Odessa vilayətinin eks qubernatoru Mixeil Saakaşviliyə vətəndaşlığını geri qaytarması oldu.

Zelenskinin bu qərarı Poroşenkonun tərəfdarları, hakimiyyətdəki dairələri, Rusiya və Gürcüstan üçün də gözlənilməz oldu. Prezidentin bu qərarını alqışlayan da tapıldı, onu qınayan da. Kiyevin Borispol hava limanında M.Saakaşvilini minlərlə insan qarşıladı.

M.Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək. Kiyevə gələn Saakaşvili bir neçə aşıqlamar edib. Jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Pyotr Poroşenko mənə üç dəfə baş nazir olmağı təklif edib. Amma o, bu təkliflərdən imtina edib. Saakaşvili həmçinin hazırda özünü Ukrayna baş naziri kimi görmədiyini də bildirib. Axı söz, söhbət gəzir ki, Ukraynaya qayıdan Saakaşvili baş nazir postunu tutacaq. Saakaşvili isə heç bir vəzifədə gözü olmadığını, yalnız Zelenskiyə dəsətk olacağını bəyanlayıb: “Mənim Ukrayna vətəndaşlığımdan çıxarılmam qeyri-adekvat prezidentin (Pyotr Poroşenko) qorxaq addımı idi. Ukrayna vətəndaşlığımın bərpası ilə bağlı verilən qərar layiqli prezident tərəfindən cəsurcasına atılmış addımdır. Çünki bu, onun ilk qərarlarından biridir. Qorxaq insanlar ehtiyatlanırlar”.

Zelenskinin Saakaşvilini yanına gətirməsini müxtəlif aspektlərdən izah edirlər. Bəzi ekspertlərin fikrincə, Saakaşvilinin gəlişi Ukraynada keçiriləcək parlament seçkilərində Poroşenkonun gücünü zəiflətmək məqsədi daşıyır. Digər bir qismin isə fikri budur ki, Zelenski Saakaşvilini qaytarmaqla həm özünə güc toplayır, həm də Poroşenkodan, xüsusən də rəsmi Kremldən acıq çıxır... 3 gün olar ki, Saakaşvili Kiyevdədir, istirahət etməklə yanaşı, həm də çoxuna məlum olmayan planlar üzərində çaışdığı da şübhəsizdir. Zelenski-Saakaşvili ittifaqının Ukrayna üçün nə vəd edəcəyini indidən demək çətindir. Biz ancaq ehtimallar irəli sürə bilərik.

Bəs Saakaşvilinin Gürcüstandakı yaxın və etibarlı silahdaşlarından olan onun təsisçisi və lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Ukraynada baş verən məlum hadisələrlə bağlı hansı düşüncələrə malikdir?

Avrasiya.net-ə danışan A.Süleymanov Saakaşvilinin Ukrayna siyasətində böyük gücə və nüfuza malik olduğunu vurğulayıb: “Poroşenkonun Ukraynada illərlə mövcud olduğu çürümüş rejimin dəyişməsində Saakaşvilinin xidmətləri olub. Aeroportda on minlərlə ukraynalının Saakaşvilini qəhrəman kimi qarşılaması Ukrayna xalqının ona olan hörmətindən, inamından, rəğbətindən irəli gəlib. Bilirsiz, Saakaşvilinin hakimiyyətdə qalması Poroşenko üçün arzuolunan deyildi. O, bilirdi ki, Saakaşvili ona şəxsi məqsədlərini həyata keçirməkdə, separatizmə mane olacaq. Ona görə də, Saakaşvilinin vətəndaşlığını əlindən alaraq qeyri-qanuni olaraq onu ölkədən didərgin saldı. Bu gün Zelenskinin prezidnet olmasında Saakaşvilinin 90 faiz rolu olub. Zelenski qələbə qazanandan sonra Ukrayna xalqı Saakaşvilinin geri dönməsi ilə bağlı imza toplama kampaniyası keçirdi və xalqın tələbi ilə o, geri döndü. Zelenskinin bu addımı onu göstərdi ki, onun Saakaşviliyə ehtiyacı var. O ehtiyac Ukraynada islahatların həyata keçirilməsidir. Ona görə də Zelenski Saakaşvilini geri qaytarmaqla ağıllı bir addım atdı”.

- Saakaşvili Ukrayna hakimiyyətində hanasısa vəzifə tuta bilərmi?


- Saakaşvilinin həyatının bir hissəsi Ukrayna ilə bağlıdır, orada ali təhsil alıb, xidmətdə olub. On ildən çoxdur ki, o Ukrayna siyasətindədir, Odessa qubernatoru vəzifəsindən tutmuş digər vəzifələrə sahib olub. Özü də bəyanat verib ki, heç bir kürsü, vəzifə həvəsində deyil. O yalnız Zelenskiyə dəstək olmaq üçün Ukraynaya qayıdıb. Saakaşvilinin hakimiyyəti dövürü Gürcüstanın çiçəklənmə dövrü idi. Saakaşvili Zelenskiyə bir reformator kimi lazımdır. Zelenski Saakaşvilinin dövlətçiliyi idarəetmə təcrübəsindən yararlanmaq, bir islahatçı kimi onu yanında görmək istəyir. Mənim dəfələrlə Saakaşvili ilə telefon danışığım olub. Onun Ukraynada heç bir yüksək vəzifədə gözü yoxdur. Elə məlumatlar var ki, onu mediada ictimailəşdirmək istəməzdim. Saakaşvilinin Ukraynaya dönməsi və sonrakı proseslərin necə baş verəcəyi, necə həyata keçiriləcəyini gözləmək lazımdır. Bütün hallarda Saakaşvili Ukrayna dövləti və xalqı üçün lazımlı kadrdır.

- Saakaşvilinin qayıdışı bundan sonra Ukrayna-Rusiya, Ukrayna-Gürcüstan münasibətlərinə necə təsir göstərə bilər?


- Artıq bu təsirlər özünü göstərib. Gürcüstanın 20 faiz torpağı Rusiya tərəfindən işğal olunub. Ukrayna torpağının çox hissəsi əldən gedib, bir Kiyev qalıb. Açığı deyim, Putin və Poroşenko Saakaşvilinin reformalarının Ukraynada tətbiqini istəmədilər. Putinin istəyi o idi ki, Ukrayna inkişafdan qalmaş bir dövlət olsun. Putinin özü də yaxın zamanlarda keçmişdə qalacaq, rusların özü də belə yaşam tərzindən beziblər. Hər bir dövlət istəyir ki, bütün sahələrdə reformalara getsin. Onsuz da Rusiya daxildən dağılmaq üzrədir. Putin Gürcüstana da gözünü dikmişdi, amma planı həyata keçmədi. Ukraynanın Poroşenkosuz, Gürcüstanın isə İvanaşvilisiz gələcəyi var. Rusiyanın Gürcüstandakı oliqarxları buradan gedəndən sonra bizim xalq bir gün görəcək.

- Saakaşvilinin Ukraynaya qayıdışı Gürcüstana gedəcək yola boylanması deməkdirmi?


- On gün öncə Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54 faizini qazandı, belə demək olarsa. Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 44,84% səs əldə edib. Holland əsilli bir xanımın Gürcüstanda bu qədər səs toplaması, onun hakim partiya namizədi üzərində qələbəsi deməkdir, baxmayaraq ki, Şengelia 54 faiz səs qazanıb. Sandra Rulofs təmiz səs topladı, hakimiyyət isə onun qələbəsini həzm edə bilmədiyindən, saxtakarlıq edərək səsləri öz namizədinə yazdı. Sandra Rulofsa verilən səslər Saakaşviliyə olan etibar və inamdan irəli gəlib. Bu gün hakim partiya nümayəndələrinin qatıldıqları seçkilərdə onların xalq tərəfindən az səs toplamaları İvanaşvili strukturunun zəifləməsi, yerlərdə nümayəndələrinin nüfuzdan düşməsinin göstəricisidir. İvanaşvilinin siyasətini həyata keçirən Zurabaşvili kimi saxta və qeyri- formal bir prezidentin yürütdüyü siyasətin nəticəsidir ki, artıq xalq onlara etibarını itirib. Saakaşvili Gürcüstanda olmasa da, ona inam itməyib. Saakaşvilinin bu yaxınlarda Azərbaycanla bağlı söylədiyi müsbət fikirlər, ona olan dostluq etibarını artırdı. Bu gün Zurabişvili qonşu ölkələrlə düşmənçilik siyasətini həyata keçirir. “Keşikçi dağ” məsələsində Azərbaycanla bağlı verdiyi bəyanatlar millət vəkillərinin hiddətinə səbəb olub. Zurabişvilinin protokoldan kənar çıxışlarına görə imzalar toplanılıb Konstitusiya Məhkəməsinə veriləcək. Ola bilsin ki, onun impiçment məsələsi qoyulsun. Gürcü xalqı Azərbaycan və Türkiyə ilə münasibətlərinin pisləşməsini istəmir. Mən Gürcüstan parlamentinin deputatı olsam da, azərbaycanlıyam. Azərbaycanımızı qorumaq, onun ünvanına söylənilən təhqirlərə cavab vermək mənim də borcumdur. Zurabişviliyə imkan verməməliyik ki, milli dəyərlərimizə toxunsun. Zurabişvili Rusiya siyasətini burada həyata keçirir. Rəsmi Kreml isə Saakaşvilini gözü götürmür. Əgər bu gün Kiyev aeroportunda minlərlə ukraynalı Saakaşvilini coşqu ilə qarşılayıblarsa, o, mütləq yolunu Gürcüstana salacaq. Xalq onu burada gözləyir və yaxın zamanlarda Saakaşvili Tiflisdə olacaq.

- Saakaşvilinin Ukraynaya, oradan Gürcüstana qayıdışı prosesləri dəyişə biləcəkmi?

- Əlbəttə dəyişəcək. Birincisi, bölgədə Rusiyanın təsiri böyükdür, daha doğrusu onun MDB ölkələrinə təzyiqi güclüdür. Kreml marağı olan dövlətləri caynağına salmaq istəyir. Necə ki, Gürcüstanı salıb. Bu gün Gürcüstan İvanişvili siyasətinin qurbanına çevrilib. İvanişvili də Rusiyadan güc alır. Gürcüstanda rus oliqarxları var. Ölkənin daxili işlərinə, siyasətinə müdaxilə edə bilirlər. Zurabişvili də İvanişvilinin cızdığı planla hərəkət edir. Saakaşvili qayıdarsa o zaman Gürcüstan firavan, əhali xoş güzəran görə biləcək. Saakaşvili güclü liderdir və yüksək dövlət idarəetmə qabiliyyətinə malıikdir. Saakaşvili qətiyyətlidir, rüşvətxorluğa, separatizmə, korrupsiyaya qarşı müqavimət göstərən liderdir, islahatçıdır. Saakaşvili hansı ölkənin hakimiyyətində təmsil olunsa o, ölkə islahatlar yolu ilə inkişaf edə bilər. Saakaşvilinin Gürcüstanda hakimiyyəti zamanı xalq bu islahatlardan bəhrələndi, ölkə inkişaf etdi. Ona görə də bir daha vurğulamaq istərdim ki, Zelenski Saakaşvilini geri qaytarmaqla görüləcək böyük işlərə imza atdı. O işlər Ukrayna xalqının sosial rifahının yaxşılaşmasına, ölkənin təhlükəsizliyinin qorunmasına xidmət edəcək.
"Heç bir təmənna gözləmədən dövlətimizə, vətənimizə xidmət edirik"1999-ci ildən Niderland Krallığında yaşayır. 2000-ci ildən diaspor fəaliyyəti ilə məşğuldur. 2005-ci ildə Azərbaycan-Niderland Həmrəylik Cəmiyyətini təsis edib. 2006-cı ilde Beniluks Azərbaycanlıları Konqresinin təsisçilərindən biri olub. Hazırda Beniluks Azərbaycanlıları Konqresinin (BAK) sədridir. 2 iyun 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Avrasiya.net-in müsahibi Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, BAK prezidenti Elsevər Məmmədovdur.

- Avropada diaspor sahəsi, quruculuğu ilə məşqul olmaq nə deməkdir, asandırmı, çətindirmi.

- Diaspora işi könül işidir. Bu işlə məşğul olmaq gərək insanların icindən gəlsin. Əgər bu işdə kimlərdənsə nəsə umursansa, nəsə gözləyirsənsə, demək ki, siz bu işdə səmimi deyilsiniz. Diaspora işi ilə məşqul olmaq o deməkdir ki, siz gərək öz həyatınıza, ailənizə, istirahətə ayırdıgınız vaxtınızdan kəsib, bu işlərə sərf edəsiniz. Ona görə də bu iş nə qədər şərəfli bir iş olsa da, bir o qədər də cətin və məsuliyyətlidir. Bu işlərdə cox səbirli olmaq lazımdır, hər yazılanlara, hər deyilənlərə reaksiya verməyə gərək yoxdur, bu məsələlərə cox soyuq qanlı şəkildə yanaşmaq lazımdır. Hər sözdən bir söz cıxartmaga gərək yoxdur, xırda bir problemi böyütmək lazım deyil. Bir insan hamı ücün yaxşı ola bilməz, hamıda bir insan ücün yaxşı ola bilməz. Umumi götürsək, bəli Avropada diaspora fəaliyyəti ilə məşqul olmaq cox cətindir.

- 18 ildir diaspora sahəsindəsiz. Nələr gördüz bu sahədə, kimlərlə üzləşdiz, kimlərlə mübarizə apardız, hansı çətinliklər gördünüz...

- Bu illər ərzində diaspora sahəsində bir cox insanlarla tanış olduq, bir cox insanlarla bərabər calışdıq. Bəzən öz millətimizin nümayəndələri ilə fəxr etdik, bəzən isə əfsuslar olsun ki, cox məyus olduq. Bəzən haqsız yerə tənqid olunduq, amma halbu ki, biz bu işi cox səmimi şəkildə etməyə calışırıq. Biz hə zaman haqlı tənqidləri normal qarşılamışıq və belə tənqidlərdəndə hər zaman nəticələr cıxartmışıq. Amma bəzən də haqsız tənqidlərə də məruz qalırıq. O zamanlar səbirli və təmkinli olmaga calışırıq. Bu uzun müddət ərzində nə qədər əziyyət cəksək də, nə qədər cətinliklərlə üzləşsək də, Azərbaycanın ən kicik uğurunu, Azərbaycanın hansısa bir qələbəsini görəndə, ermənilərin hansısa bir təxribatının qarşısını alanda, inanın ki, cəkilən bütün əziyyətlər, bütün cətinliklər unudulur.

- Necə bilirsiz, Avropada azərbaycanlıların yaratdıqları diaspor təşkilatları arasında birlik, həmrəylik yaranıbmı, yoxsa yenə umu-küsülər mövcuddur

- Mən deməzdim ki, bütün təşkilatlar arasında birlik var, amma bir cox təşkilatlar milli maraqlar naminə bir araya gələ bilirlər. Buna misal, bu il Xocalı soyqırımına həsr edilmiş Brüssel mitinqini deyə bilərik. Demək olar ki, Avropada fəaliyyət göstərən bütün diaspora təşkilatları həmin mitinqdə iştirak etdilər. Həmin mitinqdə azərbaycanlılar öz birlik və bərabərliyini nümayiş etdirdilər. Bir daha hər kəsə Xocalı və Qarabag məsələsində Azərbaycanda fikir ayrılıgının olmadıgını, başda düşmənlərimiz olmaqla hər kəsə göstərdilər. Bununla yanaşı müəyyən təşkilatlar var ki, siyasi mövqeylərini səbəb gərirərək bizimlə bir araya gəlmək istəmirlər. Amma bir şeyi də nəzərinizə catdırım ki, Beniluks Azərbaycnlıları Konqresi (BAK) və Avropa Azərbaycanlıları Konqresi (AAK) hər zaman birlik və bərabərliyin tərəfində olub. Hər zaman hər bir təşkilatla, hər bir insanla dialoq aparmaga, fikir mübadiləsi aparmaga hazır olub.

- Bu gün bizim oradakı diaspor təşkilatları öz sözlərini, mövqelərini ortaya qoyub bir nəticə əldə edə bilirlərmi?

- Avropada Azərbaycan diasporasının formalaşma tarixinə nəzər salsaq, görə bilərik ki, bu müddət ərzində heç də az iş görülməyib. Görülən işlərin bəzilərini sizinlə bölüşmək istəyərdim. Beniluks Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərinin Beniluks olkələrində tanıdılmasinda muhum rol oynayıb. Daglıq Qarabag və Ermənistan-Azərbaycan münaqişəsinin Belcika, Niderland ve Luksemburq olkələrində mahiyyətinin avropalılara catdırılmasında, Xocali soyqırımına tarixi və hüququ qiymətin verilməsi istiqamətində mühüm işlər görüb. BAK dəfələrlə Brusseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında coxsaylı siyasi aksiyalar keçirib, rəsmi bəyanatlarla çıxış edib. Azərbaycan Milli Məclisi və Beniluks olkələri parlamentlərarası dostluq qrupları arasında geniş əlaqələr yaradıb. BAK-in Amsterdam və Rotterdam şəhərlərində həftə sonu məktəbləri fəaliyyət göstərir. Konqresimizin və Niderlanddakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə Rotterdam şəhərində “Baku straat” barelyefi, Bakının Qaradag rayonunda isə Rotterdam kücəsi açılıb. Dəfələrlə film festivallarında, turizm sərgilərində erməni təxribatının qarşısı alınıb. “Artsax” markasıyla marketlərd satılan mallar, BAK-ın və Azərbaycanın Haaqadakı səfirliyinin qəti etirazından sonra bütün marketlərdən yıgışdırılıb. Bu il “Qarabag” İdman Klubu Hollandiyada rəsmi qeydiyyatdan keçib. Bu il, mayın 4-də Avropa Azərbaycanlılar Konqresi (AAK), Benilüks Azərbaycanlılar Konqresi (BAK) və Diasaporla İş üzrə Dövlət Komitəsi möhtəşəm bir tədbirə imza atdılar. Niderlandın azadlığı ugrunda alman faşizmə qarşı mübaririzə aparan Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) Osterveik şəhərində anım gününü qeyd olundu. “Medo Niderlanddadır” sənədli filmi nümayiş olundu.

- Azərbaycanda belə bir fikir formalaşıb ki, diaspor təşkilatları ancaq bayramdan-bayrama şəkərbura, paxlava kimi görünürlər. Buna münasibətiniz...

- Bunu edənlərə hec bir etirazımız yoxdur. Əksinə biz onları da alqışlayırıq. Əgər onlar bu yolla Azərbaycanı təblig edirlərsə, buna ancaq sevinmək lazımdır. Kimin gücü nəyə catırsa, kim nə bacarırsa onu da etməlidir. Əgər onlar bunu etməsələr, birazdan ermənilər deyəcək ki, şəkərbura, paxlava da bizimdir. Azərbaycandan bura baxanda bu görülən işlər bəzilərinə cox asan gəlir, amma inanın ki, burada iş görmək heç də elə fikirləşdikləri kimi rahat deyil. Buradakı insanları heç kim məcbur etmir ki, siz bu işi görməlisiniz, buradakı insanlar bu işlərin hamısını könüllü görüllər. Mənim fikrimcə, belə insanlara mənəvi dəstək olmaq lazımdır ki, onlar bu işləri davam etdirsinlər.

- Avropada buradan qaçıb orada sığınacaq alan azəraycanlılar da daxil olmaqla antiAzərbaycan təbliğatı aparan qüvvələr var. Onlara qarşı hansı mübarizə formalarına üstünlük verirsiz və bu effektini verirmi?

- Avropada yaşayan bəzi insanlar öz dövlətinə qənim kəsiliblər. Onlar ücün müqəddəs hec bir şey yoxdur. Azərbaycana qarşı radikal mövqeydə olan insanların konkret öz missiyaları var, Azərbaycanı şərlə, böhtanla, yalanla ləkələmək. Güclü Azərbaycan bunlara və bunların dəstəkçilərinə lazım deyil, bunlara zəif, əldən düşmüş bir Azərbaycan lazımdır. Bunlara qarşı ən gözəl mübarizə, Avropada yaşayan saglam qüvvələrin əl-ələ verib daha da güclü olmasıdır. O zaman bunlar istər, istəməz əriyib yox olacaqlar.

- Erməni lobbisi, diasporası ölkələrinə maddi yardım göstərməkdədirlər, hansısa layihələri maliyyələşdirirlər və s. bununla bağlı yetərincə faktlar var. Bəs bizim təşkilatlar niyə ancaq Azərbaycan dövlətindən kömək gözləməlidirlər. Bunun səbəbləri nədir?

- Tamamilə düzgün buyurdunuz, bu gün erməni diasporası öz dövlətlərinə hər cür dəstək verir və öz dövlətlərindən heç bir şey ummurlar. Ermənilərin Avropadakı diaspora tarixi 100 ildən çoxdur. Bunların bir düşməni var, o da türklərdir, bunlarda türklərə qarşı birlik və bərabərlik olur, içlərindəki kin və nifrət onları birləşdirir, türklərə qarşı mübarizəni qətiyyən dayanmasını istəmirlər, bütün üsullardan istifadə edirlər, bu üsulların içində öz dövlətlərinə maddi dəstək də var. Bundan əlavə biz istəsək də, istəməsək də dini faktor var. Bunlar Avropanın hər yerində, əsasən də kilsələrdə cox güclü təbligat aparırlar.Təbliğat metodu cox sadədir, bizi “Müsəlmalar qırdılar, bizi türklər qırdılar”. Bununla da Avropadakı insanların duyğuları ilə oynayaraq özlərinə hər tərəfli dəstəyə nail olurlar. Azərbaycanlıların Avropa ölkələrinə kütləvi şəkildə gəlmələri son 20-25 ilə təsadüf edir, bu illər ərzində azərbaycanlıların siz dediyiniz kimi güclənib, öz dövlətinə dəstək verməsi mümkün deyil. Yuxarıda siz dediyiniz kimi, heç də hər bir təşkilat Azərbaycan dövlətindən nəsə gözləmir. Başqaları haqqında danışmaq istəməzdim, amma biz hec bir təmənna gözləmədən bu günə qədər fəaliyyət göstərdik, bundan sonra da o qaydada fəaliyyətimizə davam edəcəyik. Öz dövlətimizə, vətənimizə xidmət edəcəyik. Azərbaycan güclü bir dövlətdir, əgər bu gün hansısa bir təşkilata dəstək verirsə, biz onu ancaq alqışlaya bilərik. Avropadakı təşkilatlara başqa dövlətlərin dəstək verməyindənsə, öz dövlətimizin dəstək verməsi məncə daha yaxşı olardı.

- Fikrinizcə, diaspor sədrlərimizin fəaliyyətlərində hansı çatışmazlıqlar var. Ortaya daha effektli iş qoymaq üçün nələri təklif edərdiz.

- Diaspora təşkilatlarının əsas catışmazlıqları, fəaliyyət göstərdiklləri yerli qurumlarla sıx şəkildə işləməməsidir. Bu bizim ücün ən vacib məsələdir. Biz bir siyasi təşkilat olmagımıza baxmayaraq calışırıq ki, bu gün yerli bələdiyyələrlə, tanınmış yerli təşkilatlarla, idman klubları ilə əlaqələri daha da sıxlaşdıraq. Bilirsiz alt yapısı güclü olmayan bir təşkilatın fəaliyyət göstərməsi cox çətindir. Burada problemi hər zaman təşkilat rəhbərlində axtarmaq düzgün deyil. Etiraf edək ki, biz cox çətin bir miillətik. Bizim azərbaycanlılar elə fikirləşirlər ki, təşkilat rəhbərləri bütün işləri özləri görməlidir. Bu tamamən səhv bir fikirdir. Hamı bir olub həmin təşkilat rəhbərlərinə dəstək olmalıdırlar. Ondan sonra da, yeri gələndə həmin təşkilat rəhbərlərindən nəsə tələb edə bilərlər, onları tənqid edə bilərlər. Əfsuslar olsun ki, bu gün bəzi azərbaycanlılar evlərində kompüter arxasıda oturub ancaq dedi-qodularla məşqul olurlar.

- Avropada digər millətləri diasporamıza cəlb edə bilmisizmi? Yəni Azərbaycanla bağlı hansısa bir layihədə onların dəstəyini ala bilirsizmi?

- Bu gün Beniluks Azərbaycanlıları Konqresi (BAK) tək yerli əhaliylə yox, eyni zamanda digər xalqların nümayəndələri ilə çox sıx şəkildə fəaliyyət göstərir. Biz başda Türkiyə diasporası olmaqla, yəhudi, Latviya, Litva, Polşa, Ukrayna diasporaları ilə çox sıx şəkildə işləyirik. Demək olar ki, kecirdiyimiz bütün tədbirlərdə onlar yaxından iştirak edirlər. Qarabagla, Xocalı ilə baglı tədbirlərdə, aksiyalarda bu xalqların nümayəndələrinin iştirakı bizim ücün cox vacibdir. Bizim Rotterdam şəhərindəki “Qarabag İdman Klubu”nda da bir çox xalqların nümayəndələri azərbaycanlılarla bərabər məşqlərə gəlirlər. BAK-ın təşkilatcılığı ilə sentyabr ayında Rotterdam şəhərində Holland dili dərsləri keçiriləcəkdir. Həmin layihələrdə də Latviyadan, Litvadan, Estoniyadan, Bolqarıstandan, Rumıniyadan, olan dostlarımız yaxından iştirak edəcəklər.

- Avropada erməni lobbisi, erməni diasporası tam formalaşıb, tarixi qədimdir, güclüdür, oturuşmuş bir formadadırlar... bu fikirlər həqiqətəndə belədir, yoxsa Avropadan uzaqda olduğumuzdan belə fikirləşirik...

- Biz nə qədər istəməsək də, əfsuslar olsun ki, bu belədir. Biz bu gün Avropada tam örgütlənmiş və dini faktordan məharətlə istifadə edən bir diaspora ilə qarşı-qarşıyayıq. Amma bir məsələni də nəzərinizə çatdırım ki, Avropada Azərbaycan diasporasının tarixi cox gəncdir. Əgər bizim azərbaycanlılar diaspora təşkilatlarına dəstək olsalar, heç olmasa mənəvi cəhətdən, tam səmimi şəkildə sizə deyə bilərərm ki, cçx qısa bir zamanda Azərbaycan diasporası ən güclü diasporalardan birinə çevrilə bilər. Güclü diasporamızın olması ücün biz dayanmadam işləməliyik. Kimin gücü nəyə çatırsa onu da etməlidir. Biri az iş görər, biri çox iş görər, bunun heç bir fərqi yoxdur, əsas odur ki, dayanmayasan, nəsə bir işlər görəsən, cünkü düşmənlərimiz gecə-gündüz bizə qarşı planlar üzərində işləyirlər. Azərbaycandakı media nümayəndələrimizdə Avropada öz dövlətinə və vətəninə baglı olan gercək və səmimi iş görən insanların fəalyyətini oldugu kimi işıqlandırmalıdırlar. Bəzən bizim jurnalistlər bəzi tədbirləri həddindən artıq şişirdirlər, bəzən də görülən cox böyük bir işi kiçildirlər, o işin mahiyyətinin aşagı salırlar. Bu da haqlı olaraq Avropada yaşayan azərbaycanlıların etirazına səbəb olur.

- Avropadakı diasporamız Qarabağ, Azəraycan həqiqətləri ilə bağlı oradakı ermənilər və ermənipərəst qüvvələrlə mübarizədə üstünlük əldə edə biliblərmi....

Deməzdim ki, tam üstünlük əldə ediblər, amma bu günə qədər də az işdə görülməyib. Avropada tam qələbəyə nail olmamız üçün, öz dilimizi və adət, ənənəmizi unutmamaq şərti ilə yerli əhaliyə tam inteqrasiya olmamız bir şərtdir. Yeri gəldiyi zaman avropalılar kimi soyuqqanlı olub, onlar kimi düşünməyi bacarmalıyıq. Biz Avropada birinci nəsil sayılırıq, ikinc nəsil bizdən fərqli olaraq daha da güclü olacaq, ücüncü nəsil isə ikinci nəsildən güclü olacaq. Amma bunların hamısının olması ücün biz bu günkü diasporanın alt yapısını güclü etməmiz lazımdır. Alt yapının güclü olması ücün əsas məsələlərdən biri, Avropada yaşayan azərbaycanlılar Avropada fəaliyyət göstərən həftə sonu Ana dili məktəblərinə dəstək olmalıdırlar. Avropadakı azərbaycnlıların İdman Klublarına dəstək olmaları lazımdır. Avropada fəaliyyət göstərə Cəmiyyətlərə dəstək olmalıdırlar. Bunların hamısını özümüz etməmiz lazımdır, əgər biz bunları edə bilsək, bizim diasporadan güclü diaspora olmayacaq.


"İqtidarda intriqalardan, qrupbazlıqdan başqa heç nəyə yaramayan adamlar var"Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik edərkən eyni zamanda ölkəmizdə başladılmış islahatlara öz dəstəyini ifadə edib. Azərbaycan hansısa formada ABŞ-dan bu istiqamətdə kömək istəyə bilərmi?

- Əlbəttə istəyə bilər. Əvvəllər də bir neçə dəfə söyləmişəm ki, biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmlərini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas prezidentin siyasi iradəsidir. Əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yalnış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və destruktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda xəstə ən yaxşı halda şikəst olacaq.

- Azərbaycanda məgər siz dediyiniz "cərrahlar" yoxdurmu?


- Əvvəla, varsa da kifayət qədər deyil. İkincisi, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları "Yol xəritəsi"nin həm də icrası ilə məşğul olmalıdırlar.
"Ermənilərin çoxdankı arzusu yerinə yetdi" - Fuad AbbasovArtıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur. Hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib.

Avrasiya.net həmin müsahibəni təqdim edir:

– Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?

– Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.

– Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?

– Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm, mətbuatda yazırlar ki, guya, sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindən çıxıb, özümü bayıra atdım və “polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə yayılan fotolardakı avtomobildə çəkilən şəkli özləri yayıb, çünki prosesi videoya çəkirdilər. Məni Ximki Şəhər Məhkəməsinə apardılar. Orda saxlanılarkən sənədsiz olduğum, Rusiyada oturma icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu. Sonra gətirdilər məni buraya – Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.

– Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə, Belarus vasitəsi ilə Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var. Həqiqətənmi Belarus vasitəsi ilə Rusiya ərazisinə daxil olmusan?

– Xeyir, hamısı yanlış məlumatlardır. Mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.

– Bəs, Rusiyaya girişin qadağa oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq “stop” qoymuşdular…


– Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada “stop” qoyduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə “stop” qoyan qurumu məhkəməyə verdim. Öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandısa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-də, saat 11:00-da növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.

– Fuad, sənin əlində Bakıdan Moskvaya uçmağın, Şeremeytevo hava limanından çıxmağın barədə sübutun varmı? Bunu sübut edə bilərsənmi?

– Əlbəttə, var. Hava limanında sərhəddə bütün giriş-çıxış qeydləri pasportda qeyd olunub. Bunu göstərə bilərəm. Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da “stop” qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.

– Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağının səbəbi kimi, sənə rəsmən nə deyilib?

– Bu gün burada olmağımın əsas səbəbi, yəni, saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.

– Sənin yaşayış icazəni nə vaxt ləğv ediblər?

– Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.

– Sonuncu dəfə Şeremetyevo hava limanında sərhəddən keçəndə “vid na jitelstvo”nu (Rusiyada yaşayış icazəsi haqqında sənəd-red.) təqdim etdinmi?

– Bəli, həmişəki kimi bu sənədi təqdim etdim. Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb. Onların dediyinə görə, mən 2 aprel tarixində Rusiyanı tərk etməliydim. Mən isə, aprelin 9-da Rusiyadan çıxmışam.

– Rusiya telekanalı sənin haqqında “milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb” deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?

– Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. Bu “milli ədavəti qızışdırma” məsələsi “Azərros” rəhbəri Mehriban Sadıqovanın “mavi” arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar.

– İndi nə etməyi fikirləşirsən?

– Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə “vid na jitelstvo”nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.

Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?

– Bəli, mayın 28-də Azərbaycana deportasiya olunacam. Lakin hələlik, Azərbaycana getməyim üçün bilet alınmayıb.