Korona necə yarandı? - Məşhur hindli astroloqdan şokDoktor Acay Bhambi Hindistandan olan veda astroloqudur. Vətənində kimsə bir işə başlayanda, pul yatıranda, evlənəndə və ya ərə gedəndə, uşaq planlaşdıranda əvvəlcə məsləhət üçün onun yanına gedir. İstənilən hindistanlı doktor Acayın səhv etmədiyini təsdiqləyir. Koronavirus haqqında isə o, virusun meydana çıxmasından əvvəl bəhs edib, planetlərin birləşməsinin bəşəriyyət üçün çox əlverişsiz olacağı barədə xəbərdarlıq edib.

Avrasiya.net Teleqraf.com-a istinadən onun “Moskovski komsomolets”ə verdiyi müsahibəsini ixtisarla təqdim edir.

– Doktor, COVID-19 haradan gəldi?

– Cyotiş vedik astrologiyası mövqeyinə görə epidemiya ilə əlaqədar kritik vəziyyət planetlərin çətin kombinasiyası və bütün bəşəriyyətin məsuliyyətsiz davranışı ilə əlaqədardır. 2019-cu ilin payızından bəri Yupiter özünü çox qeyri-sabit aparır. Bu planet isə rifah, uğur və xoşbəxtliklə əlaqəli olan ən güclü planetlərdən biridir. Üstəlik, onun vəziyyəti çox sürətlə dəyişir.

Yupiter maksimum əlverişlidir, onun düşmə əlaməti olaraq bu planet qlobal problemlərin, böhranların, xəstəliklərin və ümumi qarışıqlığın mənbəyinə çevrilir. Belə dalğalanma 2021-ci ilin aprelinə qədər davam edəcək. Yalnız bundan sonra tam sakitlik olacaq.

– Bu, istisnasız olaraq hər kəsə aiddir? Yoxsa pandemiyadan itkisiz çıxan xoşbəxtlər də var?

– Vəziyyəti başqa bir super güclü planet – Saturn çətinləşdirir. O, insanları sözün hərfi mənasında “şumlayır”, özünü realizə etməyin yollarını axtarır və insanları ümumiyyətlə özlərinə bir sual verməyə məcbur edir: mən niyə bu dünyaya gəldim?

Əgər siz mənasız bir həyat yaşayırsınızsa, bu, Saturnun açıq-aydın xoşuna gəlməyəcək və o, sizin üçün əsl cəllad olacaq. O, sizi puldan və ya sağlamlıqdan məhrum qoya, karyeranızı məhv edə bilər.

İndi Saturnun keyfiyyətlərinin ən yüksək səviyyədə nümayiş olunduğu an gəlib. Beləliklə, bizi ən ağır və ciddi dərslər gözləyir. Bizim vəzifəmiz onları mənimsəməkdir, belə olduqda qalib gəlmək şansı var. Əgər sizin həyatınız tamamilə aşağı düşübsə, təcili olaraq özünüzü saçınızdan, qolunuzdan, ayaq və bədənin digər hissələrindən tutun və çəkin. “Rüşvət vermək” heç keçməyəcək! Xüsusilə iki güclü planet – Yupiter və Saturn Yerdə audit aparmaq üçün gəliblərsə.

– Rusiya üçün proqnozlarınız nədən ibarətdir?

– Qonşu ölkələrlə sərhədlərin bağlanacağı təqdirdə vəziyyəti tez bir zamanda nəzarətə götürmək üçün Rusiyanın bütün şansları var. Artıq may ayında xəstəliyin tənəzzülü başlayacaq, iyunun sonunda isə vəziyyət stabilləşəcək. Ancaq bu, yalnız koronavirusa aiddir. İqtisadiyyat sentyabr ayından bərpa edilməyə başlayacaq. Onu reanimasiya etmək üçün daha bir il lazım olacaq.

Bəşəriyyət üçün qlobal böhranın aradan qaldırılması, o cümlədən iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması üçün əlverişli şərtlər Yupiter Dolça işarəsinə girdikdə, yəni 2021-ci ilin aprelində başlayacaq. Ancaq bunlar yalnız şərtdir. Planetlər və ulduzlar deyil, insanlar hərəkət etməlidirlər.

Biz yeni astroloji eraya qədəm qoyuruq və bu era bizdən yeni düşüncə tərzini inkişaf etdirməyimizi – başqa bir insanın ağrı-acısını görməyi, daha mərhəmətli, diqqətli, xeyirxah olmağı öyrənməyi tələb edir. Düşünməliyik ki, nə üçün bu planetdəyik – məhv etmək və ya qurub-yaratmaq üçün?

Özümüzü maddi dəyərlərdən mənəvi dəyərlərə yönəltməliyik. Bu baş verməzsə, bəşəriyyət yeni epidemiyalara hazırlaşmaq məcburiyyətində qalacaq.
"Artan iqtisadi gücümüz daha uğurlu gələcəyimizin təminatıdır"Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

SİA bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı Aqil Məmmədovun müsahibəsini təqdim edir.

- Aqil müəllim, dünyada koronavirusun dünyada tüğyan etdiyi bir zamanda Azərbaycanda sosial-iqtisadi layihələrin icrası tam sürəti ilə davam edir, o cümlədən, Prezident İlham Əliyev cənablarının regional və beynəlxalq siyasi arenada irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirilir. Siz bu faktorları necə şərh edərdiniz?

- Bildiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə video-konfrans şəklində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası bu günə qədər dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirdi. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik və qəbul edilmiş yekun Bəyannamə, bu təşkilatın çox möhkəm əsaslarının olduğunu, həmçinin Azərbaycanın bu təşəbbüslə vaxtında və yerində addım atdığını bir daha sübut etdi. Xüsusilə, bir daha sübut olundu ki, dövlətimizin başçısı liderlik xarizması ilə həm də dünyada söz sahibi olaraq, bir sıra örnək addımlarını atmaqdadır.

- Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfrans müşavirə də keçirdi. Siz bu konfransda vurğulanan fikirləri və ölkə lideri tərəfindən qəbul edilən qərarlar barədə nə deyə bilərdiniz?

- Cənab Prezident İlham Əliyev ilk olaraq Azərbaycanda islahatların davam etdirilməsinin müsbət nəticələrə gətirib çıxardığını, eləcə də, iqtisadi və sosial göstəricilərimizin müsbət dinamika ilə artdığını vurğulamaqla yanaşı, həm də sosial layihələrin dayandırılmayacağını, ilin sonuna qədər həyata keçiriləcəyini vurğuladı. Bu amil də belə qənaətə gəlməyə zəmin yaradır ki, cənab İlham Əliyevin siyasətinin əsasında vətəndaş faktoru və sosial təminat reallıqları dayanır.

Digər tərəfdən, dövlət başçısı tərəfdən aparılan uğurlu xarici və daxili siyasətinin nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınmış, bu siyasət nəticəsində bütün sahələrin, o cümlədən iqtisadiyyatın təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğu bir daha sübut olunmuşdur.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü uğurla deməkdədir.

- Pandemiya dövründə ölkəmizin bu çətin vəziyyətdən uğurla çıxmasını necə izah edərdiniz?

- Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Məhz cənab Prezident tərəfdən əvvəlcədən düzgün istiqamətdə atılmış addımlar, görülmüş qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycan vəziyyəti nəzarət altında saxlamağı bacardı. Düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim mərhələli yollarla sərtləşdirildi, nəticədə bu gün xəstələrin sayı aşağı səviyyəyə doğru enməkdədir. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan dövləti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır.

Daha bir amil ondan ibarətdir ki, aparıcı beynəlxalq maliyyə qurumlarının məlumatına görə pandemiyanın ölkələrin iqtisadiyyatına vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciətlər edilib. Əvvəlcədən atılmış düşünülmüş addımlar nəticəsində ölkəmizin adı yardım almaq üçün müraciət edən ölkələrin siyahıda yoxdur. Bu, Azərbaycanın regional gücdən beynəlxalq gücə çevrilməsinin bariz sübutudur. Hətta ölkəmiz koronavirusdan ağır əziyyətlər çəkən dövlətlərə müxtəlif yardımlar etməkdədir.

Azərbaycan xalqının sağlamlığının mühafizəsinə gəlincə isə, deyə bilərəm ki, görülən tədbirlərdən ən başlıcası karantin rejimində əhalinin maddi vəziyyətinin təmin edilməsi, maddi imkanları məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması olub.

Artıq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirmiş 600 mindən çox insanın dövlət tərəfindən dəstəklə təmin olunması işləri aparılır. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla davam etdirilir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə cari ilin aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması da nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

Bu çox sevindirici gerçəkliklərdir. Çünki heç bir ölkədə qısa zaman kəsiyində belə bir addım atılmayıb. Dünyanı bürüyən koronovirus infeksiyası ilə mübarizədə Azərbaycan dövləti ən effektli tədbirlər görən ölkələr sırasındadır.

- Prezident İlham Əliyevin həmrəylik çağırışları çərçivəsində xalqın dəstəyini necə qiymətləndirirsiniz və karantin rejimi barədə hansı fikirlərinizi bölüşərdiniz?

- Məlumdur ki, Azərbaycan dövləti təcili olaraq profilaktiki tədbirlər həyata keçirib, tez bir zamanda Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Ölkə ərazisində yoluxmanın qarşısını almaq məqsədi ilə karantin rejimi elan edilib, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirləri uğurla davam etdirilir. Ölkəmizdə elektron hökumətin formalaşdırılması, vətəndaşlarla dövlət məmurları arasında virtual əlaqənin yaradılması, distant təhsilə keçid və dövlət müəssisələrində çalışanların əmək haqlarının ödənilməsi şərti ilə məzuniyyətə buraxılması və bu kimi bir sıra tədbirlər əhalinin yoluxmasının qarşısını minimuma endirib. Artıq sağalanların da sayı sürətlə artır ki, bu da bizi çox sevindirir. Bu xüsusdan çıxış edərək əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə atılan addımları bütün cəmiyyəti virusa qarşı həmrəy şəkildə birləşdirib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə vəsait ayrıldı. Bundan başqa, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə olundu, minlərlə Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edildi.

Bu gün də, pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər davam etdirilir.

Lakin o da diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.

- Bəzi özlərini müxalifət adlandıran qaragüruhçu, marginal dairələr Azərbaycan dövlətinin xalqın sağlamlığı, rifahı üçün atdığı addımlara qarşı iftiralar atırlar. Belə davranışlara qarşı fikirlərinizi necə şərh edəərdiniz?

-Təəssüflər olsun ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımıza mane olurlar, hər cəhdlə bu inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışır, dayanmadan canfəşanlıq göstərərək, qarayaxma kampaniyaları ilə Azərbaycanın nüfuzunu ləkələməyə çalışırlar.

Lakin onlar unudurlar ki, bu cür kampaniyalar hər dəfə olduğu kimi yenə də özünü doğrultmayacaq. Çünki, bu qüvvələr istəsə də Azərbaycanın hər gün daha da artan nüfuzuna xələl gətirə bilməyəcəklər.

Bu baxımdan, hesab edirəm ki, məhz bütün bunlara görə, bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli, aparılan siyasətin nəticəsi olaraq iqtisadi gücümüz nəticəsində bu bəladan minimum itkiylə çıxaraq öz vətəndaş məsuliyyətimizi nümayiş etdirməliyik.
Savaşdan qaçdım, gəlib Amerikada... - İrfan Sapmaz Vaşinqtondakı durumdan danışırTeleqraf.com-un suallarını məşhur hərbi jurnalist, bir zamanlar Azərbaycanda rəhbəri olduğu “Avrasiya” qəzeti ilə tanınan İrfan Sapmaz cavablandırıb. Hazırda Vaşinqtonda yaşayan İrfan Sapmaz koronavirus pandemiyası ilə əlaqədar ABŞ-dakı son durumdan danışıb.

- Ötən gün Prezident Donald Tramp ABŞ tarixində ilk dəfə olaraq genişmiqyaslı fəlakət rejimi elan etdi. Hazırda Vaşinqtondasınız, ümumi vəziyyət necədir, bu qərarı necə qiymətləndirirsiniz?

- ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar vəziyyət olduqca kritikdir. Söhbət 329 milyonluq əhalisi, dünyanın ən güclü iqtisadiyyatı olan bir ölkədən gedir. Donald Tramp çıxışında da ikinci dünya müharibəsindən sonra ilk dəfə bütövlükdə ABŞ xalqının bu cür mübarizəyə başladığını söylədi. Tramp çıxışlarında xalqa ümid verir, deyir ki, virusa qalib gəlib bu vəziyyətdən çıxacağıq. Lider kimi onun bu cür çıxışı normaldır. Həyatın əvvəlki axarı ilə davam etməsi üçün müvafiq qabaqlayıcı tədbirləri artırıb, Covid-19-a yoluxanların sayı 600 min nəfərə yaxınlaşır, ölənlərin sayı isə 22 mini keçib.

Tramp ilk növbədə virusun yayılmasının qarşısını almağa çalışır, insanları evdə qalmağa səsləyir, düşünür ki, bu müddətdə vaksin, dərman tapılacaq. Hər gün Ağ Evdə mətbuat kofransı keçirir, səhiyyə işçilərindən ibarət qrup də xalqı təlimatlandırır, görülən işlər barədə məlumatlar verilir. Nyu-York ştatında vəziyyət daha mürəkkəbdir, 20 milyon insan küçəyə çıxmır, xəstəxanalar doludur, son 1-2 gündür xəstəxanalara müraciətlərin sayında azalma müşahidə olunduğu açıqlanıb. Ölüm sayında isə azalma yoxdur. Digər tərəfdən iqtisadiyyatın dirçəldilməsinə çalışırlar. Ölkədə iş yerləri bağlıdır, kiçik və orta sahibkarlar daha çox zərər çəkib, eləcə də böyük şirkətlər ziyandadır. Büdcədən ayrılan 2,9 trilyon dollar vəsait iqtisadiyyatın vəziyyətinin düzəldilməsinə yönəldilib.

Yenidən 3 trilyon dollarlıq büdcə ayrılacağı bildirilir. Bir sözlə, Tramp sürətlə yayılan virusun qarşısını alıb ölkəni yenidən əvvəlki vəziyyətə gətirməyə çalışır. Çünki noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Tramp koronavirus təhdidini azaltmağı və buna son qoymağı hədəfləyir.

- Neçə müddətdir Vaşinqtondasınız? ABŞ-a köçmə səbəbi nədir, vəziyyətiniz necədir?

- Bilirsiniz, hərbi jurnalistəm, savaşdan qaçım dedim, özümü tamam başqa savaşın, virus müharibəsinin içində tapdım. ABŞ-a yanvarın 1-də gəlmişəm, bu ölkədə akademik karyerama başlamışam. Allah qismət edərsə, burada yaşayacağam, uzun zamandır Birləşmiş Ştatlara köçməklə bağlı planım vardı, bundan sonra həm akademik karyeramı, həm də jurnalist kimi fəaliyyətimi Vaşinqtonda davam etdirəcəyəm.

- Covid-19-la necə mübarizə aparırsınız?

- Çölə çıxmıram, 3-4 gündən bir ərzaq almaq üçün yaxınlıqdakı marketə gedirəm. Marketə gedəndə maska və əlcək taxıram, insanlarla ən azı 2 metrlik sosial məsafəni saxlayıram. Marketə məhdud sayda insanın daxil olmasına icazə verilir, maskası olmayanları buraxmırlar, alış-verişdən sonra kassada da yenə sosial məsafə saxlanılmalıdır. Evə gələndə istifadə etdiyim maska və əlcəkləri atıram. Yuyula bilən maska sifariş etmişdim, burda maska, əlcək tapmaq çox çətindir. Hərbi jurnalist kimi savaş meydanında gördüyümüz heç bir tədbir burada köməyimizə çatmır. Bu savaşın forması, yönü tamam başqadır. Bu da əslində virusa qarşı savaş müxbirliyi sayılır. Bunun da öz şərtləri var, bunun xüsusiyyətlərinə diqqət edərək özümüzü qorumağa çalışırıq.

- Virusa bir çox ölkələrdə ciddi yanaşılmadı. Hazırda ABŞ İtaliya və İspaniyanı da qabaqlayıb. Böyük güc sayılan ABŞ niyə virusa birdən-birə təslim oldu?

- Təəssüflər olsun ki, belə oldu. Koronavirus xəritəsinə baxanda görürük ki, Avropanın hər yeri qıpqırmızıdır. İtaliya, İspaniya ABŞ-dan sonrakı yerdədirlər. Onlar da qeyri-ciddi mövqe sərgilədilər. İngiltərə isə məsələyə başqa cür - bütün insanlar virusa yoluxsunlar, ölən ölsün, qalan qalsın tipli məntiqlə yanaşdılar. Baş nazir Boris Conson və bir sıra rəsmilər infeksiyaya yoluxandan sonra bu mövqedən imtina etdilər. İtaliya və İspaniyada vəziyyət olduqca mürəkkəbdir. Bütün bu ölkələrdə virusun sürətlə yayılmasının səbəbi sosial məsafənin saxlanılmaması ilə bağlıdır. Nyu-Yorkda da bu cür baş verdi. Nyu-York ştatının meri Endryu Kuomonun açıqlamasına görə virus ABŞ-da ilk dəfə bu ştatdan yayılıb, 34 milyona yaxın insan Nyu-Yorka gəldi, metro vasitəsilə digər ştatlara yayılmağa başladı. İkinci bir tərəfdən Nyu-York meri sosial məsafənin qorunmadığı açıqladı. Araşdırmalara görə, koronavirusa yoluxanların 65 faizinə infeksiya metro vasitəsilə yayılıb. Virusa yoluxanların sayı və yayılma sürətinə görə Avropa ölkələri ilk 10-luqda yer alır, Türkiyə də 9-cu yerdədir. Azərbaycandakı vəziyyəti yaxından izləyirəm. Azərbaycanda koronavirusla mübarizə çərçivəsində operativ qərarlar verildi, koronavirusun geniş yayıldığı İran və digər ölkələrlə sərhədlərini bağladı. Azərbaycanda verilən qərarlar son dərəcə vacibdir, insanlar karantin rejiminin qaydalarına əməl etməlidirlər. Yalnız evdə qalmaqla virusa qalib gəlmək mümkündür. Hələlik dərman və vaksin tapılmadığı üçün başda ABŞ olmaqla digər ölkələrdəki insanlar sosial məsafəni qorumalıdır. Ona görə də “evdə qal” mesajı önəmlidir. Azərbaycanlılar da bu mesaja və çağırışlara əməl edərsə, yaxın zamanda vəziyyət düzələcək.

- Koronavirusun həqiqətən təhlükəli virus olmaqla yanaşı bioloji silah olduğu barədə iddialar da irəli sürülür. Sizin fikirləriniz nədən ibarətdir?

- Bununla bağlı müxtəlif versiyalar səslənir. Bu virus adi qip xəstəliyindən 10 qat daha güclüdür. ABŞ-ın açıqlamalarına görə, Covid-19 təhlükəlidir, sürətlə yayılır, mutasiyaya uğrayır, Amerikada A, Çində B, bəzi yerlərdə C tipi var. Virus tez-tez xassələrini dəyişir. Vyetnamda, Çində laboratoriyada yaradıldığı iddia olunur. Hətta bu gün çıxan informasiyalara görə, mağarada yarasalar üzərində sınaqdan keçirilib, bioloji silah kimi yayılıb. Bu fərziyyələrin həqiqətə uyğun olub-olmadığını heç kəs bilmir. Qısaca, ABŞ-da da alimlər, rəsmilər, Ağ Ev koronavirus bəlasını dəf etdikdən sonra bu tip bioloji hücumlara qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyini bəyan edir. Dünya yeni dönəmə qədəm qoyur, artıq Amerikada bunlar müzakirə olunur.

- Dünyanın yeni dönəmi necə olacaq? Postkorona dövrü ilə bağlı təsəvvürləriniz nələrdir?

- Dünyada çox şey dəyişəcək. ABŞ-da şirkətlər çox böyükdür. Bunlara qlobal tədarük zəncirləri deyirlər. Məsələn, tanıdığımız Apple şirkətinin “software”, yəni yazılışı ABŞ-da edilir, 36 ölkədə istehsalı ilə əlaqədar iş görülür, Çində fabrikləri var, ayrı-ayrı hissələri müxtəlif ölkədə istehsal olunur, sonra tamamlanır və paylanır. ABŞ özünü təcrid siyasəti yürüdə bilər, çünki Çinə olan etimadı zədələndi və inamı azaldı. Çin koronavirusla bağlı informasiyaları gizlətdi, dekabrın sonunda infeksiya Uhanda çıxıb, lakin məlumatlar yanvarın 19-20-də açıqlandı. Ona görə də ABŞ iqtisadi sahədə yeni siyasət yürüdə bilər. Çinlə iqtisadi əlaqələrinin həcmini azalda, kəsə bilər. ABŞ-ın böyük şirkətləri, məsələn Amazon minlərlə məhsulunu Çindən almağı dayandırıb. Tramp və komandası Çinə qarşı iqtisadi sanksiyalar da tətbiq edə bilər. Çin Covid-19-la bağlı bilgiləri gizlətdiyi üçn, dünya ölkələri, o cümlədən ABŞ çox böyük iqtisadi ziyan çəkdi, minlərlə insan həyatını itirdi. Bir qrup vəkil 20 trilyon dollarlıq təzminat üçün Çinə qarşı iddia qaldırıb. İngiltərə də bu yöndə açıqlamalar irəli sürür. Mənim təxminlərimə görə, bu bəladan xilas olandan sonra Tramp Çinə qarşı böyük sanksiyalar tətbiq edəcək, bu ziyanları Çin vasitəsilə geri qaytaracaq. Dünya yeni dönəmə keçir, neft qiymətləri aşağı enib. Tramp Rusiya Prezidenti Vladimir Putin, Sədudiyyə Ərəbistanı kralı Salman, vəliəhd şahzadə Məhəmməd bin Salman, Meksika prezidenti ilə müzakirələr apardı. Neft istehsalının azaldılması istiqamətində çağırış edib. İnsanlar küçəyə çıxıb avtomobildən istifadə edə bilmir deyə benzin, dizelə olan ehtiyac azaldığından qiymətlər aşağı endi. 3,7 litrlik bir qallonun qiyməti 2 dollar 50 sent idisə, Tramp bəyan elədi ki, bəzi əyalətlərdə 80 sentə endi. Neft istehsal edən ölkələr ziyana düşdü. Tramp deyir neft istehsalını azaldın ki, insanlar neftə ehtiyac duysun, almağa başlasın və qiymətlər qalxsın. İqtisadiyyatı bu yolla bərpa etməyə çalışır. Turizm ölmüş vəziyyətdədir, ən azı 1 illik insanların ölkələrə turizm məqsədilə səyahət etməyəcəkləri proqnozlaşdırılır. 3,7 trilyonluq zərərdən söz açılır. “Microsoft” korporasiyasının əsasını qoyan Bill Qeyts payızda vaksinin tapılacağına dair açıqlama verib. Çox güman özünüz də oxumusunuz, Qeyts daha əvvəl belə bir virusdan danışıb, lakin qabaqlayıcı tədbirlər görülməyib. Bu mənada təbii ki, tədbirlərin gec görüldüyü üçün Trampa yönəlik də ciddi ittihamlar irəli sürülür.

- Yeri gəlmişkən, Bill Qeytsin koronavirusun patenini hələ 2015-ci ildə aldığına dair xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə geniş məlumatım yoxdur.

- Eləcə də virusun ayrı-ayrı laboratoriyalarda hazırlandığı, Rodşildlərin, Rokvellerlərin adları da çəkilir. Nə dərəcədə inandırıcı görünür?

- Çoxlu versiya və iddialar irəli sürülür. Bunlar dərin məsələlərdir. Bir virus hazırlandı, hökumətlər çökdü, dünyanın tək dövlətli düzənə doğru gedəcəyinə dair çoxçeşidli spekulyasiyalar var. Amma bunlarla bağlı dəqiq informasiyalar, dəlil və sübutlar yoxdur. ABŞ-da da çox şeylər yazılır və müzakirə edilir. Amma bu iddialarla bağlı indi nə isə demək tezdir. Bir gün mütləq virusun harada və kim tərəfindən hazırlandığı və sair üzə çıxacaq. ABŞ-da belə xəbər də yayılıb ki, Federal Təhqiqatlar Bürosu (FBİ) və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çindən gələn bir şəxsi saxlayıb, həmin adamın çantasında bəzi bioloji viruslar varmış. Detallı açıqlama verilmədi. Bu cür xəbərlər də dolaşır. Covid-19-un laboratoriyalarda hazırlandığı barədə fikirlər var, amma ABŞ-da bu istiqamətdə sənədli-sübutlu açıqlama görmədim.

- Çinin virusu gizlətdiyinə dair məsələyə toxundunuz, xatırlayırsınızsa, ilk dönəmdə Çin ABŞ- ittiham edirdi. Tramp isə bu virusun adını Çin virusu kimi xarakterizə elədi. Qarşılıqlı ittihamları necə şərh edərdiniz?

- Tramp bütün açıqlamalarında Çini hədəf aldı, buna Çin virusu dedi. Çinin koronavirusu gizlətdiyi açıq və aydındır. Dekabrın sonunda Uhanda üzə çıxıb, heyvanlar və dəniz məhsulları satan bazarda iki qadın yoluxmuşdu, "Nyu York Tayms" qəzeti bununla bağlı gözəl xəbər hazırlamışdı. Qadınlardan metrolar vasitəsilə 11 milyonluq əhalisi olan Uhanda yayılmış, sonra Çinə və bütün dünyaya ayaq açıb. Bu, sirr deyil. Əsas günahkar Çindir. Buna görə də ABŞ Çinə qarşı ciddi ittihamlar səsləndirir.

- Sonda ümumi ab-havaya toxunmanızı da istərdim. Dükanlarda qiymət artımı varmı?

- Əlbəttə, nə isə tapılmırsa, avtomatik olaraq qiymətlər qalxır. Maska tapmaq çətinləşib. Adi vaxtlarda qiyməti 1 dollar olan maska sifariş vermişdim, vergilərlə birgə 21 dollara gəlib çıxdı. Eləcə də əlcək, təmizlik vasitələri, tualet kağızı tapmaq olmur. Hələ vəziyyət bu həddə çatmazdan əvvəl böyük marketlərdə məhdud sayda satış həyata keçirilirdi, təmizlik vasitələrinin iki paketdən artıq alınmaması üçün marketlərdə polis keşik çəkirdi. Bunlardan başqa demək olar istənilən hər şeyi almaq mümkündür. Dünən marketdə duru yağ tapa bilmədim, sonra kiçik marketdən aldım. Amerikalılar fırtına və tufana öyrəncəli olduğu üçün insanlar əvvəldən alış-veriş edib evlərinə qapanırlar, ətraf aləmdən təcrid olunurlar. Onu da qeyd edim ki, onlayn sifarişlərdə də bir az uzun fasilələr yaranıb. Məsələn, Bolmart kimi böyük marketdə 2,2 milyon insan çalışır. Sifarişlər 1 ay fasilə göstərir, əvvəllər bəzən bir neçə saat içində çatdırma mümkün olurdusa, indi sifariş etdiyim maska 11 gün sonra gəldi.

- Xəstəxanalarda vəziyyət necədir? Orada da oksigen aparatı çatışmazlığı yaşanır?

- Bəli, əvvəl belə problem vardı. Trampın müdafiə qanunu çərçivəsində təlimatına əsasən oksigen aparatının istehsalına başlanıldı. 1 ədəd aparatın qiyməti 50 min dollara başa gəlir. Trampın açıqlamalarna görə, bu problem geridə qalıb. İlk növbədə Nyu-Yorkda virusun kökünün kəsilməsinə hədəfləniblər, düşünürlər ki, orada tamamilə aradan qaldırılsa, yayılmanın da qarşısını almaq mümkün olacaq. Amma təbii hər yerə yayılıb. Səhiyyə işçiləri yoluxma və ölüm sayına görə rəqəmlər Nyu-Yorkda yüksək olduğu üçün oraya göndərildi. Əlcək və maskalar tapılmırdı, Çin və başqa ölkələrdən sifariş edildi. ABŞ anladı ki, təkcə silaha, texnoloji vasitələrə investisiya qoymaq lazım deyilmiş. Tibbi sığorta ABŞ-da olduqca bahadır, koronavirusa yoluxan bir qadın 5-6 gün müalicə olunandan sonra sağalıb və ona mülalicə ilə bağlı 35 min dollarlıq müalicə qəbzi verilib, o isə qəbzi görəndə şoka düşüb. Bundan sonra ABŞ-ın səhiyyə sisteminə ciddi investisiyalar qoyacağını düşünürəm. Çünki koronavirus pandemiyası dövründə Amerikanın səhiyyə sisteminin çökdüyü məlum oldu.

- Kimsə özündə koronavirus simptomları hiss edirsə, səhiyyə ocaqları ilə necə əlaqə qurulur?

- Öskürək və yüksək temperaturun varsa, Apple, Google vasitəsilə onlayn müraciət olunur. Yaxınlıqdakı xəstəxanaya da getmək olar. Həkim və tibbi personal çatışmazlığı olduğu üçün evdə müraciət qeyri-mümkündür. ABŞ Dövlət Departamenti dünyadan həkimlərə Amerikaya gəlməsi üçün çağırış etdi, başqa bir ölkədə çalışan həkimlərin ABŞ-da işə başlaması üçün şərtlər çox ağır idi, indi yumşaldıblar. Türkiyə və Azərbaycan bu prosesdə sürətli addım atıb, evdə yoxlanış ABŞ-da yoxdur.
"Həmkarlarıma pasiyentlərlə az təmasda olmağı məsləhət görərdim" Koronovirus pandemiyası zamanı virusun orqanizmə təsiri və ondan qorunma yolları ilə bağlı bu dəfə Kliniki Tibbi Mərkəzin həkim stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru (Phd) Alı Əliyevlə söhbətləşdik.

- Son zamanlar bəşəriyyətdə mövcud olan koronovirus pandemiyası barəsində nə deyə bilərsiz?

- Hamınıza məlumdur ki, bu pandemiya dünya üzrə geniş vüsət almışdır. Hal-hazırda bu pandemiyadan dünya əhalisinin milyon yarımdan artığı əziyyət çəkir və xeyli sayda da insan dünyasını dəyişib. Bu virus Sars viruslar qrupuna mənsubdur. Covid-19-da Coronavirusun bəşəriyyətdə mövcud olan yeni formasıdır. Alfa coronovirus heyvanlarda Betta coronovirus isə insanlarda xəstəlik törədir. Bu xəstəliyin patoqnomonik simptomu yoxdur, yəni sırf özünəməxsus əlaməti yoxdur. Qızdırma, boğaz ağrısı, baş ağrısı, öskürək və s. Kimi KRVİ-yə xas olan əlamətlər verir. Ən nəhayət agciyərləri və qisməndə digər orqanlarda (ürək, böyrəklərdə) dəyişikliklər törədir. Təbii ki sadaladıgım orqnlardakı dəyişikliyi xəstəliyin daha agır keçən formaları törədir.

- Bu xəstəlik zamanı bəzən ağız boşlugunda da dad hissiyatının pozulması və ya tamam itməsi halları müşahidə olunur, bu barədə nə deyə bilərsiz?

- Ümumiyyətlə agız boşlugunda dad hissiyatının pozulması və ya tamam itməsi bir sıra xəstəliklərdə müşahidə olunur:bir sıra psixi pozuntular zamanı (qlossalgiya), qadınlarda menopauza zamanı, baş beyin travmalarında, diabetli xəstələrdə, hipotireoz zamanı və digər xəstəliklər zamanı bu hallar yarana bilər. Həmçinin də yuxarı və ya aşagı tənəffüs yollarının iltihabı zamanı da dad hissiyatının pozulması kimi hallar müşahidə oluna bilər. Ancaq təşvişə gərək yoxdur bu cür hallar xəstəliyin klinikası yüngülləşdikcə normallaşır. Belə hallar zamanı müxtəlif antiseptiklərlə və ya ağız suyu stimullaşdırıcı maddələrlə (3%-li KJ) məhlulu ilə qarqara etmək belə şikayətlərin tez bir zamanda keçməsinə şərait yaratmış olur.

- Bu sirr deyil ki, son gunlərdə pandemiyayla bağlı əhalidə bir qorxu və panika izlənməkdədir. Bunun orqanizmə nə kimi mənfi təsirləri ola bilər?

- Çox düz buyurursunuz ki, son günlər koronovirusla bağlı əhalimizdə bir qorxu təşviş müşahidə olunmaqdadır. Bu cür panika hallarının insan orqnizminə təsiri xüsusəndə immun sistemə təsiri cox böyükdür, təbii ki, mənfi mənada. Yaşanan bu cür hallar orqnizmin müqavimətini kəskin surətdə aşagı salır ki, bu da insanın infeksion xəstəliklərə tutulmaq riskini daha da artırır və həmçinin də agız boşlugunda və parodont toxumasında olan xroniki proseslərin kəskinləşməsinə səbəb olur.

- Siz bir həkim kimi üz-çənə cərrahlarına və stomatoloqlara nə kimi məsləhətlər verərdiz?

- Biz həkimlər risk qrupuna aid olduğumuz üçün ilk növbədə həmkarlarıma son dərəcədə ehtiyatlı olmağı, ciddi zəruriyyət olmadığı təqdirdə pasiyentlərlə az təmasda olmağı məsləhət görərdim. Pasiyentlərin də bu günlərdə daha anlaşıqlı davranmalarını xahiş edərdim. Ciddi ağrı ilə əlaqədar problemləri yoxdursa planlı işləri, əməliyyatları müvəqqəti ertələmələrini tövsiyə edərdim.

- Və sonda oxucularımıza məsləhətləriniz.

- Sonda oxucularımıza panikaya uymamalarıni, evdə qalmalarını və şəxsi gigiyenik qaydalara ciddi riayət etmələrini tövsiyyə edərdim. Oxucularımız pandemiya gunlərində 3 əsas prinsipə əməl etməlidirlər:1-ci Kontakt minimuma endirilməlidir;2-ci Distansiya yəni sosial məsafə saxlanılmalıdir (2metr) və 3-cü İzolyasiya tədbirləri gözlənilməlidir. Ölkə başcısı başda olmaqla hökümətin həyata keçirmiş olduğu preventiv tədbirlərə bizim də ciddi dəstək verməyə borclu olduğumuzu bir vətəndaş kimi vurgulmaq istərdim.Unutmayaq ki təhlükəsizliyimiz milli həmrəyliyimizdədir!

Avrasiya.net
Siyasətçilərin ambisiyaları məni heyrətə gətirir - Məşhur həkim koronavirusun ölümcül olmadığını bildiribTibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, epidemiologiya və profilaktik tibb sahəsinin mütəxəssisi İqor Qundarov koronavirusun yeni yaranmadığını, onun 50-ci illərdə araşdırılmağa başlandığını deyib.

Professor Rusiya mətbuatına verdiyi müsahibəsində koronavirus pandemiyası haqqında birmənalı qarşılanmayan fikirlər səsləndirib.

Publika.az professorun müsahibəsini təqdim edir.

- Koronavirus nədir?

- Bu, yeni yaranmış virus deyil, onu 50-ci illərdə öyrənməyə başladılar. Aydınlaşdırdılar ki, koronavirusun müxtəlif növləri var və mürəkkəb quruluşa malikdir. Onun pandemiya olub-olmadığını müəyyən etmək üçün bir nümunə çəkim. 90-cı illərdə hər il qrip virusundan 4-7 milyon insanın xəstələndiyi qeydə alınıb. Sonra xəstələnənlərin sayı azalmağa doğru gedir: 600.000 - 400.000 - 50.000. Bu gedişat 10 ili əhatə edir.

Sadaladığım eyni illərdə sətəlcəmdəm ölümlərə baxsaq, görərik ki, rəqəmlər demək olar ki, sabitdir. Rusiyada hər il sətəlcəmdən 30-35 min insan ölür. Çində isə koronavirusdan 4000-dən çox insan ölüb. Odur ki, iki statistikanı özünüz müqayisə edin. Eyni zamanda, qrip virusunun azalması müşahidə olunur, sətəlcəmin səviyyəsi isə eynidir.

- Koronavirus nə qədər təhlükəlidir? Qrip belə universal çaxnaşma və qorxu yaratmamışdı...

- Psixoloji səviyyədə təsir edir, əgər heç vaxt belə bir hadisə baş verməyibsə, deməli, təhlükə əvvəlkindən daha çoxdur... Digər bir məsələ virusun insanları yoluxdurmaq qabiliyyəti və ölüm sayıdır. Əvvəlki fərqli hadisələri müqayisə etsək, ölüm sayının həddən artıq olmadığı ortaya çıxır. Yoluxucu virus sürətlə yayılır, ancaq ölümcül olması baxımından o qədər də təhlükəli deyil. Başa düşmürəm ki, bu görünməmiş çaxnaşma haradan qaynaqlanır. İtaliyanı götürün. Statistikaya görə, orda hər il təxminən 600.000 insan müxtəlif xəstəliklərdən ölür. Bu rəqəmi 365 günə bölsək, 1700 nəfər edir. Yəni İtaliyada indi ölümlər daha çoxdur? Xeyr, İtaliyada ümumi ölüm nisbəti dəyişməyib.

- Bəs çaxnaşma nədən qaynaqlanır?

- Bəşəriyyət qorxu və pandemiyanı qəbul edib. Koronavirus modelləşdirilməyib, məncə, bu təsadüfən meydana gəlib. Lakin sonra yerli iqtisadi maraqlar ortaya çıxır. Deyirlər ki, Çin Qərb şirkətlərinin, bütün müəssisələrinin düşən səhmlərini alıb. Kimsə vaksin və zərdablarla varlanır. Ancaq pandemiyanın özü, məncə, kortəbii xarakter daşıyır. Hər halda faktlar öz yerində qalır, qorxu bəşəriyyəti başqa bir bəla ilə üzləşdirdi. Bax, bu, təhlükəlidir, insanlar qorxudan ölməyə başlayacaq. Bizim psixikamız belə qurulub. Dəhşətli darıxdırıcı atmosfer immunitetin zəifləməsinə səbəb olur. İmmun sistemi ruhi vəziyyətdən çox asılıdır. Sağlam psixika, pandemik çaxnaşmanın öhdəsindən gəlmək bacarığı - immuniteti gücləndirir. Beləliklə, koronavirus da daxil olmaqla xəstəliyin aradan qaldırılmasına kömək edir. Odur ki, indi şahidi olduğumuz çaxnaşma, şübhəsiz ki, yoluxucu xəstəliklərdən ölüm hallarının artmasına səbəb olacaq.

- Koronavirusla mübarizə üçün yerli səhiyyə sistemi nə qədər hazırdır?

- Mövcud virusun mahiyyətini, çətin vəziyyətdə olan cəmiyyətin davranışını, müəyyən xəstəliklərin baş verməsini peşəkarlıqla izah edən ən yaxşı psixoloqları, psixoterapevtləri profilaktikaya niyə gətirməyək? Bunun əvəzinə insanlar məharətlə “çaxnaşma, psixoz” adlı oyuna daxil olurlar. Nə üçün Roma küçələrində tabutlarla yüklənən hərbi maşınların videoları yayılır? Statistikanı təhlil edərkən, bütün bu dəhşətlərin saxtakarlıq olduğu ortaya çıxır. Bu, artıq yalançı mənzərədir. Vahimə yaratmaq üçün kiminsə marağıdır.

Birinin şüurlu, digərinin də şüursuz maraqları var. Tibbi maskaların istifadəsini götürək. Bunlar, ümumiyyətlə, demək olar ki, faydasızdır, təsiri azdır. Ancaq psixoloji təsirin gücü çox böyükdür. Maskalı üzlər istər-istəməz qorxu yayır.

Təcili yardım həkimi maska ​​ilə koronavirus əleyhinə geyimlərdə gəlir. Niyə? Çünki səhnələşdirmədir. Bir həkim olaraq bildirirəm ki, tibb işçisi mümkün infeksiyaya qarşı xalat istifadə edibsə, hər ziyarətdən sonra onu maşına minmədən xüsusi konteynerə atmalıdır. Onda maşına minə bilməzsiniz, artıq infeksiyaya uğramısınız, xəstənin yanında olmusunuz, xalatınızdakı virus avtomobilin səthinə yayıla bilər. Moskvada təcili yardıma gün ərzində 11 minə yaxın zəng gəlir. Maşında iki nəfər varsa, onda gündə 22 min xalat lazımdır. Təcili yardımın bu qədər ehtiyat vasitələri haradandır? Həkimləri də oyuna daxil edirlər.

- Bütün bunların fonunda pandemiya nə zaman azalacaq?

- Bir daha deyirəm, bu pandemiyanın olub-olmadığına əmin deyiləm. Çində də virusla mübarizə və məhv edilməsi çox sürətli baş verdi. Bunu bacardılar. Odur ki, üç-dörd aydan sonra azalacağı proqnozunu verə bilərik. Mənim kimi bir çox peşəkar həkim bu fikirdədir ki, koronavirus ölümcül deyil. Bu, kəskin tənəffüs xəstəliyinin tamamilə bayağı yayılmasıdır, prinsipcə əvvəlkindən fərqlənmir.

- Buna baxmayaraq, bütün ölkələrdə fövqəladə sanitariya tədbirləri tətbiq olunur. Yeri gəlmişkən, evdən işləməyə münasibətiniz necədir?

- Lazımsız hesab edirəm. Səhv etdik və çaxnaşmaya qapıldıq. Siyasətçilərin ambisiyaları məni heyrətə gətirir. Niyə belə qərara gəliblər ki, onlar hər şeyi bilirlər. Səhiyyə Nazirliyinin nəzdində, Ümumdünya Səhiyyə Təşkilatı ilə eyni olan, dəqiq statistika verən elmi mərkəz olmalıdır. Hətta hökumətə aparıcı virusoloq və epidemioloqların dəvəti ilə araşdırma mərkəzi yaratmağı məsləhət görərdim. İkincisi, alimlər deməlidir ki, qorxmaq lazım deyil, vəziyyət keçmiş epidemiyalardan fərqlənmir. Hay-küyçülər isə müharibə vaxtında olduğu kimi tribunada öz yerlərini tutub.

Təhlükəsizlik tədbirlərinə gəldikdə, onlar əvvəlkilərlə eynidir: evi tez-tez havalandırın, əllərinizi yuyun, əgər xəstə olduğunuzu hiss edirsinizsə, asqırırsınızsa işə getməyin, həkim çağırın. Maska onun üçün lazımdır ki, asqıranda, öskürəndə damcılar ətrafa və başqalarının üstünə düşməsin. Vitamin olaraq Askorbin qəbul edin. Həkim kimi heç bir əlavə səy görmürəm.

- Bəs yaşlı insanları əhatə edən risk qrupları var? Yeri gəlmişkən, həqiqətən bəzi qan qrupları koronavirusa qarşı həssasdır?

- Epidemiya fonunda qan qrupları barədə məlumatım yoxdur. Xüsusi araşdırma tələb olunur, boş fərziyələr yaymaq lazım deyil. Mən belə tədqiqatların aparılması haqqında eşitməmişəm, odur ki, onlara inanmıram. Yaşlıların risk qrupuna gəlincə, İtaliyada hər il 1700 nəfər ölür. Onların 10%-i 90 yaşlı, təxminən 40% -i isə 80 yaşdan yuxarı olanlardır. Orada gənclərin sayı çox azdır. Odur ki, koronavirusun yaşlılara təsir etdiyinə dair heç bir sübutum yoxdur.

- Nazirlər Kabinetinin başçısı Mixail Mişustinin yeni növ koronavirus peyvəndinin 6 variantının sınaqdan keçirilməsi, Federal Tibbi-Bioloji Agentliyin dərmanı bir neçə aydan sonra hazırlayacağı barədə mesajlarını necə qiymətləndirirsiniz?

- Baş nazir gecikib. Peyvənd və ya serum hazırlaya bilərlər. Bunlar fərqlidir. Peyvənd xəstələnməmək üçündür. Serum isə müalicəni asanlaşdırır. Amma pandemiya üç-dörd aya bitəcək. Gələn il fərqli infeksiya olacaq, odur ki, indi görülən işlər faydasızdır. Sonra nə olacağı bilinmir, amma biz indidən peyvənd rəqabətini inkişaf etdirdik.
Milli Məclisdə daimi Qarabağ komitəsi yaradılmalıdır - Partiya sədriAvrasiya.net Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Baku News kanalına verdiyi müsahibəni təqdim edir.

- Fuad müəllim, sözsüz ki, indi gündənu zəbt edən bir nömrəli mövzu koronavirus mövzusudur. Azərbaycanda 20 günə yaxındır ki “Evdə qal” kampaniyası aparılır. Partiyanız bu işdə çox aktivdir, bir neçə maraqlı sosioloju çarxlar yayıb. Amma bizim müşahidəmiz onu göstərir ki, vətəndaşlarda ruh düşgünliyi, aqressiya, panik hislər güclənir. Sizcə, niyə və nə etmək lazımdır ki, bunların qabağı alınsın?

- Bəli, karantin elan olunan ilk günlərdən ALDP indiki məqamda iqtidarla siyasi mübarizəni arxa plana çəkdi. Hakimiyyətin atdığı bir neçə addıma birbaşa və açıq formada dəstək verdik. Siyasi təşkilatlar arasında ilk dəfə partiya Sədr Aparatının iclasını On-line keçirtdi. Dediyiniz kimi koronavirusla bağlı iki maarifləndirici çarx yaydıq. Vətəndaşları başa düşürəm. Nə etmək lazımdır? Mənim fikrimcə, koronavirusla bağlı olan statistik məlumatları verəndə daha çox sağalanların sayını vurğulamaq lazımdır. Bəli, bu pandemiyadır, hamımız qorunmalıyıq, karantin rejimin qaydalarına əməl etməliyik. Sadəcə KİV nümayəndələri xəbərlərdə yoluxanların, ölüm sayını yox, sağalanların sayına daha çox önəm versələr onda vətəndaşlarda bu qorxu, panika yaranmaz. İkinci bir məsələyə, bəlkə də ən vacib məsələdir, dövlətin vətəndaşlara dəstəyidir. Bəzi işlər görülür və bəzilər planlaşdırılıb. Qocalar və uşaq evlərinə, az təminatlı ailələrə, tənha qalan yaşlılara daha çox diqqət olunmalıdır.

- Fuad müəllim, pandemiyaya görə kütləvi tədbirlər təxirə salınıb. Bununla belə 31 mart azərbaycanlıların soyqırımı, Kəlbəcərin işğal günü ilə əlaqədər müxalifət bir araya gələ bilməyib. 8 may, Şuşanın işğal günü yaxınlaşır. Arzu edək ki, bu günə gədər karantin rejimi ləğv oluna və biz bir cəmiyyət olaraq, iqtidar-müxalifət olaraq bu işğalnan bağlı birlikdə səsimizi dünyaya bir də çatdırarıq. Biz nə etməliyik ki, işğalda olan torpaqlarımız azad olunsun?

-Hesab edirəm ki, separatçı rejimə qarşı, işğal olunan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyətlara başlamalıyıq. Başqa yolu qalmayıb. Danışıqlar heç bir nəticə verməyib və belə getsə heç vermiyəcək.

- Bizdə olan məlumata görə Qarabağ Azadlıq Komitəsi (QAT) Milli Məclisə torpağların işğaldan azad olunması ilə bağlı müraciət göndərib. Bu müraciətlə tanışsınızsa buna sizin münasibətiniz necədir?

- Qarabağın xeyrinə olacaq istənilən təklif, dəvətə qoşulmağa hazırıq. O ki qaldı QAT-ın Milli Məclisə müraciətinə, bəli, bu müraciətlə tanışam. O müraciətdə qeyd olunan bütün təklifləri bir mənalı olaraq dəstəkləyirik. Milli Məclisdə daimi Qarabağ komitəsi yaradılmalıdır, parlamentdən kənarda qalan partiyaların, QAT və QHT iştrakı ilə geniş Qarabağ müzakirələri keçirilməlidir. 2001-ci ildə belə müzakirələr olub və mən iştrak etmişəm. Düz bir il bundan gabağ QAT Qarabağ və ətraf rayonların işğaldan azad olunması üçün 40 min imza toplamaq kampaniyanı başlamaq üçün bir müraciət göndərmişdilər. Necə ki bir il bundan qabaq biz QAT-a öz dəstəyimizi verdik, indi də ALDP olaraq bu müraciəti dəstəkləyirik və digər siyasi partiyaları, ictimai təşkilatları, hər bir vətəndaşımızı və soydaşımızı bu təklifləri dəstəkləməyə, bu təkliflərin həyata keçirilməsi üçün səy göstərməyə çağırırıq
"Sabiqlərin Fonda ianə məbləği ikrah doğurur"
Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Koronavirusla Mübarizəyə Dəstək Fonduna məmurların, iş adamlarının, qeyri-rəsmi milyonçuların və milyarderlərin köçürdüyü pulun məbləğindən xəbəriniz var. Sizcə, məmurlar nə dərəcədə səmimi yanaşdılar Prezidentin bu təşəbbüsünə? Bir neçə gün öncə xəbər yayıldı ki, özbək milyarder ölkəsinə 20 milyon dollar ayırdı koronavirusla mübarizə üçün. Bəs bizim milyarderlər niyə səxavət kisəsinin ağzını bərk-bərk bağlayıblar?

- Dediklərinizdə müəyyən qədər haqlısınız. Ona görə də mən hər zaman çağırış edirəm ki, cəmiyyətdə xeyriyyəçilik təbliğ olunsun, bu istiqamətdə bizim din xadimləri də daha çox iş görməlidirlər. Bizim iş adamları qeyd etdiyiniz özbək milyarder kimi, virusla mübarizəyə 20 milyon dollar ayırmasa da, “Paşa Holdinq” 5 milyon dollar ayırdı, qaçqınlar üçün böyük bir yaşayış kompleksi tikdi, bir milyon manat ətrafında pul köçürən çoxlu şirkətlərimiz oldu, “Gilan Holdinq” bir milyon manat pul köçürməklə yanaşı, otellərini əvəzsiz olaraq karantində olanlar üçün ayırdı və s. Şəxsi hesablardan pul ödəməyə gəldikdə Prezident və Birinci vitse-prezidentin bir illik əmək haqlarını, bizim keçmiş deputat həmkarlarımızdan Elxan Süleymanovun bir illik təqaüdünü, Cavid Qurbanovun şəxsi hesabından 10 min manat vəsaiti Fonda köçürmələri cəmiyyətdə məmnunluq yaradan nümunələrdir. Bu siyahını uzatmaq da olar. Amma sizinlə razıyam ki, imkanlı şəxslər indiki zamanda daha səxavətli olmalıdırlar. Xeyriyyəçilikdən savab, insanı daxilən rahatladan başqa bir iş ola bilməz. Bəzi qeyri-rəsmi milyarder sabiqlərin Fonda köçürdüyü pulun məbləğı həqiqətən cəmiyyətdə ikrah doğurur.

- Qüdrət bəy, Nazirlər Kabinetinin Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı iqtisadiyyatın inkişafına dair qəbul etdiyi Tədbirlər Planına münasibətiniz necədir?

- Dövlət İnvestisiya Holdinqinin və Azərbaycan İnşaat Korporasiyasının yaradılmasını müsbət qarşılayıram. Əgər onlar qarşıya qoyulan vəzifələri qısa müddətdə icra edəcəklərsə, bu iqtisadi inkişafa böyük təkan verəcəkdir. Yox, çoxlu qərarlar qəbul edilib, hər dəfə çoxlu yeni strukturlar yaradılacaqsa və az iş görüləcəksə, proses aylarla, illərlə uzadılacaqsa, bu da 2016-cı ildə qəbul olunmuş "Yol Xəritəsi" kimi ciddi nəticə verməyəcək. Dəfələrlə vurğulamışam ki, xidmət sahələri, iri dövlət şirkətləri daxil, böyük özəlləşməyə getmədən, tenderlərin keçirilməsində şəffaflığı, sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmədən, tikinti şərtlərini sadələşdirmədən, "kölgə iqtisadiyyatı"nı aradan qaldırmaq üçün nağdsız ödənişlərə keçilmədən, normal fəaliyyət göstərən səhm bazarı yaratmadan və bunu təbliğ etmədən, proteksionizmə son qoyulmadan, mülkiyyətin toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan neft sənayesindən asılı olmayan güclü iqtisadiyyat qurmaq çətin olacaq. O cümlədən, sahibkarların gömrük rüsumlarından və vergidən yayınmasının qarşısını almaq üçün bu istiqamətdə aparılan islahatlar davam etdirilməlidir. İdxal olunan əmlakın dəyəri ilə pərakəndə satışı arasındakı fərq izlənilməli və iqtisadi inkişafı stimullaşdıracaq ədalətli vergi tətbiq olunmalıdır.
İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat
Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, sonuncu açıqlamanızda qeyd etmişdiniz ki, COVİD 19 epidemiyası, daha doğrusu pandemiyası ilə əlaqədar mövcud qanunvericiliyə görə ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Amma onu da vurğulamışdınız ki, fövqəladə vəziyyət elan olunmasa da artıq tətbiq olunur. Sizcə niyə rəsmi olaraq fövqəladə vəziyyət elan olunmur?

- Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah COVİD-19 epidemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunması barədə qərar qəbul edərkən içəridən kimsə deməyib ki, istinad etdiyiniz 1992-ci ildə qəbul olunmuş "Sanitariya - epidomoloji salamatlılıq haqqında Qanun"un 25-ci maddəsi 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın 112-ci maddəsi ilə ziddiyət təşkil etdiyi üşün Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinə əsasən qüvvədən düşüb. Bu həm də "Normativ hüquqi aktlar" Haqında Konstitusiya qanununun "Normativ hüquqi aktlar"ın kolliziyasının həlli qaydaları adlanan 10-cu maddəsinin tələbidir. Konstitusiyanın 147-ci maddəsinə əsasən Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olduğundan Konstitusiyanın 112-ci maddəsinə əsasən epidemiyaya qarşı mübarizəni təşkil etmək üçün "fövqəladə vəziyyət" elan olunmalı və təcili qaydada qanunlarda yalnız adı çəkilən karantin rejiminin nə olması barədə Qanun qəbul olunmalı idi. Ancaq islahatlar düşüncələrə tam hakim kəsilmədiyindən, hələlik kənar təkliflərə münasibət çox zaman pozitiv olmur. Ya da ola bilsin hökumətin qulağında hüquqi termin kimi mahiyyəti qanunvericiliyimizdə öz əksini tapmamış "karantin rejimi" söz birləşməsi "fövqəladə vəziyyət rejimi" söz birləşməsindən daha yaxşı səslənir. Əlbəttə, bu bir zarafatdır.

- Qüdrət bəy, Operativ Qərargahın qəbul etdiyi qərarlara xalqımızın tabe olma, yaxud hörmət etmə səviyyəsi Sizi qane edirmi?

- Müəyyən istisnalarla insanlar onların azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Çünki qəbul edirlər ki, bu onların yaşamaları üçün vacibdir. Deputat həmkarımız Zahid Oruc zarafatla deyir ki, "evdə qal!" şüarı "Çalış ölmə!" şüarı ilə əvəz olunsaydı, daha cəlbedici və təsirli olardı.

Qəbul olunmuş qərarlara ciddi əməl olunmasının zəruriliyi barədə həm Prezidentin, həm Mehriban xanımın xalqa səmimi və çox təsirli müraciətləri oldu. İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər. Qeyd etdiyim istisnalar isə onunla bağlıdır ki, bəzi insanlar bu virusun çox da təhlükəli olmaması və siyasi məqsədlərlə ortaya atılması barədə internet üzərindən aparılan təxribat xarekterli təbliğatın təsiri altına düşürlər. Bəziləri isə təxribatçı çıxışları ilə insanların şüuraltına təsir etməklə onları arxayın salmağa və təhlükəni ciddi qəbul etməməyə sövq edirlər. Bir fakt göstərim. Bir-iki gün bundan əvvəl patiyamızın funksionerlərindən biri Əli Kərimlinin "Yuotube" üzərindən yayımlanmış çıxışının kiçik bir parçasını mənə göndərdi. Çıxışın həmin hissəsinə qulaq asandan sonra fikirləşdim ki, xalqının mənafeləri üçün mübarizə apardığını bəyan edən, özünü ciddi adam sayan birisi necə belə danışa bilər?!. Bu adam hökumətin epidemiyaya qarşı apardığı mübarizəyə kölgə salmaq məqsədilə öz cılız siyasi maraqları naminə bəyan edir ki, bəzi mütəxəssislərin təsdiqini tapmamış mülahizələrinə görə, ola bilsin, bizdə epidemiya ona görə geniş yayılmır ki, bizim insanlar vərəm əleyhinə peyvənd olunublar. Fikirlərinin təsdiqi kimi keçmiş sovet respublikalarında da epidemiyanın geniş yayılmamasını misal çəkir. Sonra da özünə müdafiə qurmaq üçün deyir ki, mən də sərt tədbirlərin tərəfdarıyam. Bu cür təxribatçılar ifşa olunmalıdır. Əgər sən sərt qərarların tərəfdarısansa elmi cəhətdən təsdiqini tapmamış fikirləri niyə yayıb insanları epidemiyaya ciddi yanaşmamağa sövq edirsən? Çünki bu adam fikirləşir ki, epidemiya iqtisadiyyata ciddi ziyan vurmaqla sosial gərginliyi artıracaq və ona siyasi ambisiyalarını gerçəkləşdirməyə imkan yaradacaqdır. İnsanların həyatına son qoyan, onların rahatlığını əlindən almış bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi sadəcə rəzalətdir. Ona görə xalqımız nəzərə almalıdır ki, hökumətin məhdudiyyətlərin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsaslanır və həyati əhəmiyyətlidir.
“Hər kəs koronavirusla mübarizə fonduna dəstək verməlidir”
Qüdrət Həsənquliyev: "Bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır"

Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, koronavirusla mübarizə fonduna pul köçürülməsi üçün sahibkarlara Siz də müraciət etmişdiniz, bu istiqamətdə atılan addımlar qaneedicidirmi?

- Hesab edirəm ki, zəruri ehtiyaclar üçün tələb olunan ailə büdcəsinə ziyan vurmadan, eləcə də az və ya çox olmasından asılı olmayaraq, hər kəs bu fonda dəstək verməlidir. Ölkə prezidentinin 1 illik əmək haqqını həmin Fondun hesabına köçürməsi, Heydər Əliyev Fondunun, Paşa Holdinqin, "Neqsol"un, "Gilan"ın, "Azercell"in, "Accord" və digər şirkətlərin koronavirusla mübarizəyə verdikləri dəstək qürurvericidir. Mən deputat həmkarlarımın da bu işə verdiyi hərtərəfli dəstəyi xüsusi qeyd etmək istəyirəm. Xalqımız çətin vəziyyətdə birlikdə olmaq qabiliyyətini bir daha nümayiş etdirdi.

- Axı bəziləri birlik üçün uzadılan əlləri sıxmadılar...

- Əgər 5-ci kolon adlandırılan "Milli Şura"nı nəzərdə tutursunuzsa, bütün xalqların içərisində belələri olur. Onlar müstəqilliklərini çoxdan satıblar. Həqiqətən belə çətin dövrdə Prezident onları dioloqa dəvət etdi, müxtəlif bəhanələrlə yayındılar. Hökuməti internet üzərindən koronovirusla effektiv mübarizə aparmamaqda ittiham edirlər. Əgər düz adamsansa, cəmiyyətdə qorxu hissini gücləndirmək əvəzinə get görüş, təkliflərini ver. İnşallah, böhran keçər və sonra deyərsən ki, mən filan təklifləri təqdim etmişdim. Yox,əgər görsən ki, zəruri addımlar atılmır, o zaman mətbuata danış. Prezidentin dialoq üçün səlahiyyət verdiyi Ədalət Vəliyev heç bir görüşdə heç kimə vaxt məhdudiyyəti qoymayıb və kiməsə deməyib ki, filan mövzuya toxunma. Yox, qorxursansa ki, cəfəng ideyalarına yerindəcə verilən cavaba görə pis vəziyyətə düşə bilərsən, bu başqa məsələ...

Əsas məsələ odur ki, xalqımız hər şeyi görür. Prezidentin bir ilk olaraq parlament rəhbərliyində digər partiyaların təmsilçiliyinin təmin edilməsi istiqamətində sərgilədiyi mövqe, Novruz bayramaı münasibətilə cəmiyyətin aparıcı qüvvəsi olan ictimai-siyasi xadimlərə, siyasi partiyalara ayrıca təbrik göndərməsi ölkədə milli həmrəyliyə yönələn ciddi addımlardır. İnsanlarımız bunu yüksək qiymətləndirir və bu addımlar cəmiyyətimizin kataklizmilərsiz inkişafına öz töhfəsini verəcəkdir.

- Qüdrət bəy, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti kəskin aşağı düşüb. Makroiqtisadi sabitliyi qorumaq və sürətli iqtisadi inkişafa nail olmaq üçün hazırkı vəziyyətdə hökumətin atacağı zəruri addımlar nədən ibarət olmalıdır?

- Biz BAXCP olaraq uzun illərdir təkidlə hökuməti özəlləşdirmə həyata keçirməyə çağırırıq. Böyük miqyasda dövlət əmlakını özəlləşdirmədən Azərbaycanda Qərb dövlətlərində olduğu kimi güclü, rəqabətə davamlı iqtisadiyyat qurmaq mümkün olmayacaq. 74 illik sosialist təsərrüfat sistemi sübut edib ki, dövlət mülkiyyətində olan müəssiələrdə mənimsəmə yüksək olur və yeni texnologiyaların tətbiqində rəhbərlik o qədər də maraqlı olmur. Mənim seçildiyim Xətai rayonunda, dəniz kənarında 18 hektar ərazidə yerləşmiş, müstəqillik dövründə fəaliyyətini dayandırmış Hacı Zeynalabdin Tağıyev adına böyük toxuculuq kombinatı var. Sovet dönəmində orada 7 minə qədər insan çalışıb. İndi on illərdi qapıları bağlanıb. Bu tipli müəssiələri bərpa etmək, yeni iş yerlərinin açılması və böyük investisiyalar qarşılığında cüzi qiymətlərə özəlləşdirmək lazımdır. Əgər investorun vəsaiti yetmirsə, hətta ona güzəştli şətlərlə uzunmüddətli kreditlər də vermək olar. Hər il büdcədən pul ayırdığımız iri dövlət şirkətlərinin, açıq və qapalı cəhmdar cəmiyyətlərin bəziləri özəlləşdirilməli, bəziləri isə ciddi investisiya qoyuluşu qarşılığında bu istiqamətdə təcrübəsi olan xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Olimpiya kompleksləri, səhiyyə və ali təhsil müəssiələrinin əhəmiyyətli hissəsi özəlləşdirilməlidir. Ağır maliyyə yükündən və korrupsiyadan qurtarmağın, büdcə gəlirlərini artırmağın tək yolu budur.

Eyni zamanda, böyük işçi qüvvəsinin çalışdığı tikinti sektorunu canlandırmaq üçün tikintiyə icazə şərtləri xeyli sadələşdirilməlidir. Sahibkarlara yönələn bütün qanunsuz tələblər aradan qaldırılmalı, onlar yalnız satdıqları əmlakdan götürdükləri mənfəətə görə vergi ödəməlidirlər. Yalnız bu halda Azərbaycandan qaçmış tikinti şirkətləri geri dönə bilər.

Azərbaycanda səhmlərin satıldığı normal birja fəaliyyəti təmin olunmalıdır. Vergi və gömrük rüsumları elə tənzimlənməlidir ki, sahibkarlar malın idxal dəyərini azaltmaqda və vergidən yayınmaqda maraqlı olmasınlar. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün nağdsız ödənişlərə keçilməlidir. İri və nüfuzlu xarici bankları ölkəyə cəlb edib rəqabət mühiti yaratmaqla aşağı faizlə kreditlərin verilməsini təmin etməliyik. Neft Fondundan 2 milyard dollar götürüb yerli banklarda yerləşdirməliyik. Xarici investisiyanın cəlbi üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Bir sözlə bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız bu yolla biz rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat qura bilərik.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"Növbədənkənar parlament seçkilərindən bir ay ötür. Seçkilərdə gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclər də deputatlığa namizəd oldular. Uğur qazanan da oldu, müəyyən seçki təcrübəsi toplayıb səs qazanmayan da. Hər iki tərəf yeni dönəmin başlanğıcında aktiv fəallıq göstəriblər.

Millət vəkili seçilənlər parlamentdə, seçilməyənlər isə parlamentdən kənarda dövlət və dövlətçiliyimizin, xalqımızın xidmətindədirlər. Seçilən də, seçilməyən də xalqın, millətin xidmətindədirsə, o zaman məğlub olan yoxdur.

Zatən harada, hansı yerdə olmağımızdan asılı olmayaraq bu dövlətə, bu xalqa, ölkəmizin güclənməsinə, inkişafına xidmət etməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur.

Emin Əliyev də ilk dəfə növbədənkənar parlament seçkilərinə qatıldı, uğur qazanmasa da, gücünü sınadı, təcrübə topladı, seçiciləri ilə ünsiyyətdə oldu, özünə çoxlu tərəfdar, dost, rəğbət, sevgi qazandı.

Savadı, yüksək intellektual səviyyəsi, davranışı ilə təmiz, şəffaf bir seçki təbliğatı apardı. Bu proses onun gələcək uğurlarına cığır açdı.

E.Əliyev Avrasiya.net-in bir ay öncə - Seçki dövründə təəssüratları ilə bağlı suallarını cavablandırıb.

- Emin müəllim, 09 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri arxada qaldı. Bu prosesi necə qiymətləndirirsiniz? Ümumi proses sizi qane etdimi?

- Əslində lap əvvəldən başlamaq istəyərdim. Çünki seçki təbliğatı və seçki günü ilə bağlı ayrıca fikir bildirmək mövzuya tam qiymət vermək üçün kifayət etməyəcəkdir. Seçki prosesində iştirak etmək üçün təkanverici amillərlə yanaşı, ciddi təsir edən faktorlar da olmuşdu. Çünki yaxınlarım, qohumlarım və dostlarım mütəmadi olaraq bu prosesdə fəal iştirak etmək üçün mənə təklif və tövsiyyələrini verirdilər. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin gənc kadrlara bir çağırışı oldu. Çağırışda xüsusi olaraq vurğulanırdı ki, potensiallı, intellektual, innovativ gənclər Milli Məclisə keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərdə fəal iştirak etsinlər. Bundan sonra məni sosial şəbəkələrdən tanıyan şəxslər də dəstək yazıları paylaşmağa başladılar. Bütün bu sadalananları nəzərə alaraq qərar verdim ki, seçki prosesində iştirak edim.

Prosesin əvvəlindən dedik ki, biz bu seçkilərdə dostluq şəraitində, mehribancasına, sağlam bir rəqabət aparacağıq. Biz bu prinsipə sona qədər sadiq olduq. Kampaniya dövrü kifayət qədər maraqlı oldu. Həm gərgin, həm də həyəcanlı bir dövr oldu. Çünki eyni zamanda bir çox amilləri nəzərə almaq məcburiyyətində idik. Hava şəraitinin qeyri-sabitliyi, seçicilərin ölkə üzrə geniş areala yayılması, xalqın seçkilərə yetərincə maraq göstərməməsi kimi amillər əlavə çətinliklər yaradırdı. Bu məqamda onu da deyim ki, araşdırmalarımız göstərdi ki, dünyanın qabaqcıl dövlətlərində də insanların seçkilərə marağı xeyli azalmışdır. Düzdür ki, demokratiya ideal sistem deyildir, lakin bəşəriyyət hələ ki, bundan daha yaxşı bir sistem kəşf edə bilməyib. Bütün bunlara baxmayaraq, imkanlarımızdan maksimum istifadə etməyi bacardıq.

Seçki prosesinə qoşularkən dedik ki, biz elə bir seçki kampaniyası aparacağıq ki, 125 saylı seçki dairəsi digər 124 seçki dairəsinə nümunə olsun. Hesab edirəm ki, buna nail olduq. Bir məqamı da qeyd edim: razıyam ki, millət vəkilliyinə namizəd özünün bilik, təcrübə və gələcək planları ilə bağlı iddialılıq nümayiş etdirməlidir. Lakin, namizədlər və ya onların komanda üzvləri bəzən o qədər iddialı çıxışlar edirdilər ki, bunu sadəcə təəssüflə qarşılayaraq yolumuza davam etməli olurduq. Ölkəmizdə təbliğat dövründə seçicilərlə görüşün iki modeli vardır: 1) Dairə seçki komissiyasının əvvəlcədən təsdiq edilmiş qrafik üzrə açıq və qapalı məkanda olan görüşlər; 2) Seçicilərin yaşadıqları məkanlara, evlərə gedərək keçirilən görüşlər. Bu modeli heç kəs icad etməmişdir və heç kəsin müəlliflik hüququna daxil deyildir.

Bəzən şahidi olurduq ki, seçicilərlə görüş modelləri şəxsiləşdirilirdi və bildirilirdi ki, bunu hansısa namizəd icad etmişdir və digər namizədləri də bu cür addım atmağa təşviq etmişdir. Yəni, belə gülünc iddialar da olurdu (gülür). Təbliğat-təşviqat dövründə öncədən planlaşdırmadığımız bəzi yeni elementləri işə salmalı olduq. Görüşlərimizdə seçicilərlə çox dərdləşməli olurduq və buna görə də görüş çağırışlarımız üçün “#GəlinDərdləşək” həştəqi yaratmışdıq. Və ya başqa bir misal verim: seçicilərlə görüşlərimizdə az qala hər dəfə şahidi olurduq ki, bir çox problemlər böyüdülmədən, elə yerindəcə bir zəngə həll edilə bilərdi, lakin hər hansısa səbəbdən edilməmişdi. Bunu daha qabarıq işıqlandıra bilmək üçün PR komandamız dərhal “#BirZəngə” həştəqi yaratdılar.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"
Qısacası, mənim üçün yaddaqalan bir dövr oldu. Hesab edirəm ki, bu periodda yaşadıqlarım ömrümün sonuna qədər yaddaşımdan çıxmayacaq. Seçki gününə 2 gün qalmış isə “Bu əllər” reklam çarxını paylaşdıq. Bu reklam çarxımız 125 saylı seçki dairəsi üzrə ilk və tək reklam videoçarxı olmaqla yanaşı bütün Respublika üzrə də ən maraqlı çarxlardan hesab edildi. Bu baxımdan seçki təşviqat və təbliğat dövrünü çox yüksək qiymətləndirmək olar. Bununla bağlı biz xeyli sayda ismarışlar, rəylər aldıq. Ümid edirəm ki, Emin Əliyev millət vəkili seçilməsə də insanlarımızın qəlbində yer almağı bacardı. Mənə daha sonra məlum oldu ki, mənə səs verməyən yerlilərimiz, digər dairələrin seçiciləri belə bizim apardığımız təbliğat kampaniyasını bəyənmiş və təqdir etmişdilər.

Dəfələrlə demişəm, elə indi də fürsətdən istifadə edib deyəcəyəm ki, mənim üçün insanlarımızın sevgisini qazanmaq, nənə-babaların, böyüklərin xeyir-duasını almaq onların səslərini almaqdan çox-çox əhəmiyyətli idi. Biz bunu bacardıq! Seçki prosesində məni qane etməyən məsələlərlə bağlı çox da danışmaq istəməzdim. Amma bir məsələyə diqqəti yönəltmək istərdim. Biz lap əvvəldən bildirmişdik ki, seçki prosesində namizədlər iki qismə ayrılır: seçkidə qalib gələnlər və seçkidə məğlub olanlar. Seçkidə qalib gələnlər seçildikləri vəzifələrdə öz fəaliyyətlərini davam etdirirlər. Lakin məğlub olan namizədlər seçki təbliğatı dövründə iddialı çıxışlar etsələr də, millətə xidmətlə bağlı vədlər yaysalar da seçkinin nəticəsi elan olunan kimi yoxa çıxırlar və öz imkanları çərçivəsində belə millətə və dövlətə fayda nümayiş etdirmirlər.

Bu tendensiyanı bu dəfəki seçkidən sonra belə müşahidə edirik. Öncədən söz vermişdim ki, mən bu qəbildən olan namizədlərdən olmayacağam və hər kəs bunun şahidi olacaqdır. Seçkidən sonra keçən bir aydan çox zaman ərzində mən və mənim komanda dostlarım artıq bir neçə layihə icra edərək həqiqətən də verdiyimiz sözün üstündə olduğumuzu nümayiş etdirdik! Əsas vəzifə deyil, millətini və dövlətini sevən adam hər məqamda xidmət edər! Bizim seçki təbliğatı ilə bağlı planlarımızdan birinin baş tutmamasına görə mən çox təəssüf hissi keçirtmişəm. Bildiyiniz kimi təbliğat dövründə namizədlərin təkbətək və birlikdə debatlarının təşkil edilməsi təklif edilirdi.

Bu təklifə dərhal “biz hazırıq” dedik və bununla qane olmadıq, iki dəfə də açıq şəkildə debat üçün çağırış etdik. Bu modelin tətbiqi gələcək üçün yeni bir başlanğıcın əsasını qoyacaqdı və seçki sistemimiz bir addım da irəliləyəcəkdi. Təəssüf ki, iddialı və ya iddiasız heç bir namizəd cəsarət edə bilmədi. Əvəzində isə “onlayn səsvermə” oyuncaqları ilə başlarını qatdılar.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"
- Seçki bitib, nəticələri də təsdiqlənib. Hələ də nəyəsə hazırlaşırmışsınız kimi Zəngilan və Qubadlı elektoratı üçün xeyriyyə işləri görürsünüz və onlarla bərabər olursunuz. Niyyətinizi bilmək olar? Amma səmimi!

- Seçki bitib, həyat ki, davam edir (gülür). Bildiyiniz kimi bizim seçki şüarımız “Verdiyim sözü üstündəyəm!” idi. Bu verilən sözlərin 9 fevral ilə bağlı olmadığını, daha çox seçkidən sonrakı dövrə aid olduğunu da dəfələrlə demişdim. Hətta Fevralın 11-də seçkinin nəticələri ilə bağlı yerlilərimizə müraciətimdə onlardan xahiş etmişdim ki, seçki platformamı saxlasınlar. Çünki mən o platformada qeyd edilən vədləri millət vəkili olmadan da, vəzifə sahibi olmadan da yerinə yetirməyə çalışacağam. Bundan başqa kampaniya dövründə görüşdüyümüz insanların problemləri ilə tanış olduqca onların həllinə kömək edəcəyimizin də sözünü vermişdik.

Hal-hazırda bu məsələlərin həlli istiqamətində müsbət irəliləyişlər vardır. Demək ki, istəmək, sevmək və aidiyyəti addımları təmkinlə, ağılla atmaq lazımdır. Nəticə olacaq! O ki, qaldı xeyriyyəçilik məsələlərinə, mən xeyriyyəçi deyiləm. Mən sadəcə millətimin və dövlətimin faydalı, pozitiv bir fərdi olmaq üçün qarşıma çıxan məsələlərə düzgün münasibət göstərərək insanlara xidmət etmək istəyirəm. Mən 37 yaşımadək müxtəlif ölkələrdə kurs və seminarlarda təhsil almışam, Ölkəmizdə müxtəlif işlərdə çalışmışam, həm nəzəri, həm də praktiki biliklər əldə etmişəm. Düşünürəm ki, bu gün mən o bilik, bacarıqları daha geniş spektrda istifadə etməliyəm. Elə seçkilərdə iştirak qərarımın əsas səbəblərindən biri də bu oldu. Bundan sonra da real iş və layihələrlə millətin içərisində olacağam. Hələ qarşıda işlərimiz çoxdur. Bu il qismət olsa İngiltərədə qabaqcıl universitetlərdən birində MBA təhsili almaq üçün müraciət edəcəyəm. Təhsil bizim uğur qazanmağımız üçün əsas şərtlərdəndir. Bir sözlə, yolumuz uzundur!

- Seçki nəticələri açıqlanandan sonra bir çox namizəd etiraz etdiyi halda sizin səsinizi eşitmədik. Nə üçün 11 fevralda məğlub olduğunuzu elan etdiniz və hüquqi mübarizə aparmadınız? Çünki digər namizədlər DSK və MSK qarşısında məsələlər qaldırdı, hətta Apellyasiya və Ali məhkəmələrə şikayətlər edildi. Siz isə heç bir mübarizə nümayiş etdirmədiniz? Bunun səbəbi nə idi?

- Bu məsələdə məni qınayanlar çox oldu. Hətta rəqib namizədlərdən birinin “silahdaş”larından bir neçəsi şəxsi facebook profilimdə mənə etimad edən seçicilərin verdiyi səslərin qorunması üçün məni mübarizə aparmamaqda ittiham etdi (gülür). Bizim seçki kampaniyasını izləyənlər müşahidə etdilər ki, mənim ətrafımda vəkil-vəzir olmadan yerlilərin görüşünə gedirdik. Arxa planda ciddi bir analitik komanda çalışırdı.

Bizim üstünlüyümüz bütün strateji məsələlərdə məsləhətli qərarların verilməsi idi. Buna görə də demək olar ki, seçki prosesində səhv buraxmadıq. Amma bir çoxları xeyli səhv buraxdılar. Seçkilər ümumi işdən daha çox xüsusiləşdi, şəxsiləşdi. İnsanlar və namizədlər xalqın səsi uğrunda mübarizə aparmaq adı altında şəxsi istəklərini təmin etməyə çalışırdılar. Bu açıq aydın müşahidə edilirdi. Bütün bunları da başa düşmək olardı bəlkə də. Lakin mən bir hadisə ilə qarşılaşandan sonra gördüm ki, şəxsi ambisiya və istəklər ümumi maraqlardan, hətta övladdan da daha öndədir. Namizədlərdən birinin qatı tərəfdarlarından birinin qız övladı ağır xəstə idi.

Övladının xəstəliyinə görə Azərbaycan səhiyyəsini ciddi tənqid, hətta əksər hallarda təhqir edirdi. Onu da qeyd edim ki, seçki prosesi artıq çoxdan bitmişdi. Bizim komandada kifayət qədər peşəkar tibb işçiləri var idi. Komanda yoldaşlarımızla məsləhətləşdik ki, həmin xanıma kömək etmək üçün onunla əlaqəyə çıxaq və mümkün olacağı təqdirdə uşağın yanında olaq və müalicəsinə dəstək verək. Həmin xanım isə övladının məsələsini kənara qoyaraq mənlə seçki siyasəti söhbəti etməyə başladı. Dəfələrlə izah etməyə çalışsam da ki, mövzu seçki deyil, mövzu sizin övladınızın sağlamlığıdır, xanım sona qədər övladı ilə bağlı söhbətdən yayındı və məni seçkidən sonrakı dövrdə “mübarizə” aparmamaqda ittiham etdi. Bu söhbət bizi çox sarsıtdı!

Seçki kampaniyasının hər mərhələsi komandamız tərəfindən təhlil edilirdi. Seçki günü təmkinli olmaqla bağlı bütün komanda üzvləri təlimatlandırılmışdı. Emosianal verilmiş qərarlar heç bir zaman müvəffəqiyyət gətirməyib. Müşahidəçi və məşvərətçilərimiz bir çox qanun pozuntularının şahidi oldular. Lakin tapşırıq verilmişdi ki, heç bir məsələ bizimlə razılaşdırılmadan ictimailəşdirilməsin. Aktlaşdırılsın, sənədlər hazırlansın və seçki gününün sonu gözlənilsin. Bizim müşahidələr göstərirdi ki, sosial şəbəkələrə onlarla, yüzlərlə video və foto faktlar qoyulsa da bu bir neçə məntəqədəki çatışmazlıq və pozuntu ilə bağlı idi. Saysız-hesabsız foto-video materialların paylaşılması nəticəsində isə insanların yersiz aqressiyası yaranır və heç kəsə lazım olmayan gərginlik baş verirdi. Həmin gün mən də məntəqələri gəzdim. Müşahidə etdiklərim məni də narahat və məyus edirdi.

Onu da qeyd edim ki, bizim seçki dairəsində nəticələri ləğv edilmiş məntəqələrdə şəxsən özüm olmuşdum və iradlarımı məntəqə sədrlərinə bildirmişdim. Həmin gün isə bəzi namizədlər özlərini keçən əsrin 90-cı illərinin Azərbaycanında hesab edərək dəstələrlə DSK və MSK-ya getməyə qərar verdilər. Bu ən böyük səhv idi. Biz seçki günü müşahidə etdik ki, seçicilərimiz yenə də passivlik nümayiş etdirdilər. Hətta daha sonra biz 125 saylı seçki dairəsində son 3 seçkinin nəticələrini təhlil edərək gördük ki, ən az seçici aktivliyi məhz 2020-ci ilin seçkilərində olmuşdur. Amma seçki bitdikdən sonra namizədlər 125 saylı dairədə seçki aktivliyini təmin etmələri ilə bağlı iddialı çıxışlar edirdilər. Biz olanları sadəcə heyrətlə izləyirdik. Bu namizədlər kampaniya dövründə də yalan danışırdılar, seçki bitəndən sonra da yalan çıxışlar edirdilər. Bunlar, görəsən, millət vəkili olsaydılar nə yalanlar danışacaqdılar? (gülür) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində Milli Məclis seçkilərində 2010-cu ildə 21164 nəfər, 2015-ci ildə 26768 nəfər, 2020-ci ildə isə 16881 nəfər seçici iştirak etmişdir.

Bu rəqəmlər məncə hər şeyi deyir. Seçkilər prosesində elektorat iki qismə ayrılır: qərar vermişlər və qərarsızlar. Millət vəkili seçilmiş İmamverdi İsmayılovun stabil seçiciləri vardır. O ən az səsi-6800 səs məhz 2020-ci il seçkilərində qazanmışdır. Daha sonra MSK-nın müvafiq qərarları ilə 13 məntəqədə nəticələr ləğv edildikdən sonra onun səsləri bir qədər də azalmışdır. İ.İsmayılov 2010-cu ildə 12764, 2015-ci ildə isə 17181 səs qazanmışdır. Onu da deyim ki, həm 2010, həm də 2015-ci il seçkilərində İ.İsmayılovdan sonra ikinci yerdə bu dəfə də namizəd olmuş Qara Məmmədov olmuşdur. O, 2010-cu ildə 2211, 2015-ci ildə isə 3053 səs qazanmışdır. 2020-ci il seçkilərində o ilk üçlüyə düşə bilmədi. Rəqəmlər göstərir ki, İ.İsmayılov öncəki seçkilərdə açıq fərqlə irəlidə olmuşdur. Bizim seçki strategiyamız İ.İsmayılova stabil olaraq səs verən ən azı 10-12 min seçicinin (İmamaverdi İsmayılovun xeyrinə qərar vermişlərin) üzərində səs qazanmaq üçün təxminən 54 minlik seçicinin 25-30 min nəfərini seçkiyə cəlb etməyə cəhd etmək idi.

Nəticədə isə arzu etdiyimizin əksinə olaraq seçici fəallığı daha da azaldı. Məhz bu faktorları da nəzərə alaraq biz seçkidən sonra məğlubiyyətimizi elan etdik. Vaxt itirməyə lüzum yox idi. Çünki düşünürdük ki, nəticə dəyişməyəcək. Və düşündüyümüz kimi də oldu. Müşahidə etdik ki, bəzi namizədlər məğlub olmalarına baxmayaraq öz qalibiyyətlərini elan etdilər. Populizmə nə gərək var idi ki?! Məğlub olmuş namizədlər eyni zamanda cəmiyyətdə lazımsız gərginliklər yaradırdılar. Bizim təhlillər seçki kampaniyasından öncəki dövrdə də, kampaniya dövründə və seçkidən sonrakı dövrdə də paralel olaraq aparılmışdır. Mən yeganə namizədəm ki, səmimi olaraq seçkinin nəticələrini qəbul edərək populizmdən uzaq oldum! Amma bu sahədə yeganə olmaq istəməzdim. Kaş hər bir namizəd məğlubiyyəti qəbul edəcək qədər xalq qarşısında məsuliyyətini dərk edəydi.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"
- Təşviqat kampaniyası ərzində demişdiniz ki, sizin rəqibiniz İmamverdi İsmayılovdur. Amma nəticədə sizi qabaqlayan tək o olmadı. Nə üçün digərlərini rəqib olaraq görmürdünüz?

- (Gülür). Bu sual kampaniya dövründə baş vermiş bir hadisəni xatırlatdı mənə. Mən portalların birində müsahibə verərək bildirmişdim ki, mənim əsas rəqibim İmamverdi İsmayılovdur. Digər namizədlərin tərəfdarları üstümə hücum çəkərək iddia etdilər ki, mən digər rəqibləri kiçik görürəm. Burada bir məqamı deyim ki, trollardan çox istifadə edildi bizə qarşı. Xoşagəlməz fikirlər səsləndirilirdi və araşdıraraq görürdük ki, bu əsası olmayan profillərdən yazılmış yazılardır. Bu cür yazıları cavabsız qoymaq da olmazdı, cavab vermək də mənasız idi. Yəni, belə çətinliklər tez-tez olurdu açığı. Lakin bu yazılara elə bizə qucaq açmış seçicilər və dostlarımız cavab verirdilər. İndi verdiyiniz suala geri dönək və mən sizə bir sual verim: 5 çağırış seçkilərdə qalib elan edilmiş şəxsmi mənim rəqibim olmalı idi, ya bu seçkilərdə ən azı 3 dəfə iştirak edib məğlub olanlarmı? Ya hələ indi ortalığa çıxmış namizədlərmi?

Mənim rəqibim İ.İsmayılov idi və mən ona qalib gəlmək istəyirdim. Bu prosesdə digər namizədlərlə rəqabət şəraitində idik. O ki, qaldı digər namizədlərin məni qabaqlaması məsələsinə, bu nəticədə heç nəyi dəyişmir. Çünki nəticə etibarilə bir nəfər millət vəkili seçilir, digərləri məğlub olur. Və hər kəsin önündə cəmi beş il olur ki, özlərini xalqa sevdirərək millətə vəkil ola bilsinlər. Mən 2010 və 2015-ci illərdə yüksək səs toplayaraq ikinci yeri tutan Qara Məmmədovu nümunə olaraq göstərdim ki, o bu dəfə demək olar ki, 2 dəfə az səs topladı. 2015-ci il seçkilərində 2568 səs toplayan Əlisahib Hüseynov 2020-ci il seçkilərində cəmi 621 səs qazanmışdır. Bir daha təkrar edirəm, yolumuz uzundur.

Bu başlanğıcdır! Artıq bizi daha çox insan tanıyır, bundan başqa səs verərək etimad etdikləri namizədlərin də şəxsi maraqlar üçün “fəaliyyəti” və ya “fəaliyyətsizliyi” də heç kəsin gözündən yayınmır. Məğlub olduğumuz halda “biz qalib gəldik” deyəriksə demək ki, biz bu prosesdən heç bir nəticə çıxarmamışıq, dərs almamışıq, əksinə təkəbbür və özündənrazılığımız daha çox artıb.

- Uğursuzluğunuzu nədə görürsünüz?

- Mən seçki prosesində məğlub olsam da, bütün prosesə kompleks halda nəzər yetirsək, uğursuz olduğum fikri ilə qəti razı deyiləm. Biz kampaniyanı elə apardıq ki, bütün ölkədə səs salmağı bacardıq. Bundan başqa mən yerlilərimi daha yaxından tanıdım. Bundan sonra onlarla daha da sıx çalışaraq uğurlu layihələr edəcəyik. Mən bu günə qədər də zəngilanlılardan və qubadlılılardan zənglər, mesajlar alıram. Bundan başqa ölkəmizin digər bölgələrindən olan bir çox insan da məni seçki kampaniyası dövründə nümayiş etdirdiyimiz yüksək peşəkarlıq və mədəni performansa görə tanıdıqlarını deyiblər. Bir çox geniş imkanlara sahib faydalı insanlarımız mənimlə yaxından tanış olmaq və birlikdə dövlətə və millətə faydalı işlər görmək üçün görüşmək istədiyini deyiblər.

Seçki dövründə və seçkidən sonrakı dövrdə tərəfimizdən heç bir xoşagəlməz addımlar atılmadı. Təkcə mən yox, eyni zamanda komanda yoldaşlarımız da tam peşəkarlıq nümayiş etdirdilər. Onu da deyim ki, komandamızın peşəkarlığı digər seçki dairəsindən olan namizədlərin də diqqətini çəkmişdi və mənə müraciət edərək bu komandanın xidmətlərindən yararlanmaqla bağlı xahiş etdilər. Bundan başqa onu da deyim ki, biz ölkə başçısının çağırışına uyğun olaraq bu yola çıxmışdıq. Bu çağırışın tələblərinə də uyğun olaraq seçkilərdə iştirak etdik. Fevralın 11-də isə bir bəyənat verdik ki, nəticəsi olmayan boş mövzuların, əsli-əsası olmayan söhbətlərin, qaragüruhçuların içərisində olmadıq və olmayacağıq. Biz 10 milyondan çox əhalinin içərisindən süzülərək seçilmiş 1325 namizəddən biri olaraq məsuliyyətimizi ciddi anlayırdıq. Heç bir halda populizmə getmədik və insanlarda yersiz gərginliyin yaranmasına çalışmadıq.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"
- Bundan sonrakı fəaliyyətinizi necə qurmaq istəyirsiniz?

Kampaniya ərzində yerlilərimizlə görüşlərdə daim səsləndirdiyim bir fikri indi bir daha təkrarlamaq istəyirəm. 9 fevral bizim üçün nə hansısa bir dövrün başlanğıcı, nə də sonu deyil. Emin Əliyev 9 fevraldan öncə kim idisə, 9 fevraldan sonra da həmin Emin Əliyev olacaq. Bu gün mən həm sahibkarlıq fəaliyyəti ilə məşğulam, həm də eyni zamanda “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədriyəm. Bütün bu fəliyyətlərlə yanaşı “Progress Club” ictimai birliyi ilə sıx əməkdaşlıq edirəm. Bu klubda ölkəmizin intellektual, vətənpərvər insanları cəmlənmişdir və bu platforma üzərindən sayı yüzləri ötən layihələr icra edilmişdir. Artıq “Progress Club”un təşkilatçılığı ilə beş zəngilanlı uşaq müayinə edilərək təmənnasız olaraq burun-boğaz adenoidi əməliyyatı edilmişdir.

Fəaliyyətimin bütün istiqamətlərində durmadan çalışacağam. Məni sevindirən bir məsələni də qeyd edim ki, seçki kampaniyası zamanı mənlə bərabər çalışan komanda yoldaşlarımız bu gün də mənimlə bərabərdir. Onlar da mənimlə bərabər söz verdilər ki, xalqımızın, millətimizin, dövlətimizin inkişafı, güclənməsi naminə bütün səylərini əsirgəməyəcəklər və bu məsələdə biz hər zaman birlikdə addımlayacağıq.

- Növbəti seçkilərdə iştirak etmək fikriniz varmı?

- Bu həmin dövrün şərtlərindən asılı olacaqdır. Hələ qarşıda 5 illik bir zaman vardır. Düşünmək və qərar vermək üçün vaxtımız olacaqdır.

- Açıq danışaq, Zəngilan-Qubadlı seçki dairəsinin standartlarından çox-çox yuxarı səviyyədə bir seçki kampaniyası apardınız. Bunu, inanın, Bakıda əsas rayonlarda görsəydim belə, yenə də heyrət edərdim. Yəqin ki, çox keyfiyyətli komandanız və texniki avadanlıqlarınız var idi. Niyə Bakı dairələrindən birindən namizəd olmadınız?

- Bu barədə mənə tövsiyələr az olmamışdı. Zəngilan mənim üçün əziz bir rayondur. Əslim-nəslim buradandır. Qubadlı da mənim üçün doğma rayondur. Bizim xeyli sayda qohum-əqrabalarımız bu rayondandır. Bu amillər mənim üçün əsas oldu ki, məhz 125 saylı dairədən namizədliyimi irəli sürüm. Bundan başqa namizədlərin bir qismini şəxsən tanıyırdım. Güclü və zəif tərəflərini bilirdim. Hətta namizədlərdən birinin 2005-ci il parlament seçkilərində vəkili olmuşdum. Baxmayaraq ki, mənim o namizədin vəkili olduğumu həmin komandadan olanlar məni aşağılamaq üçün istifadə etməyə çalışdılar. Dedilər ki, bu gün namizəd olmağına baxmayaraq, vaxtilə bizim namizədin vəkili olmusan. Bu adamlara cavab vermədim! 2005-ci ildə mənim 24 yaşım var idi, o vaxtın qanunvericiliyinə görə namizəd ola bilməzdim. Həm də mən bu gün mənim rəqibim olan şəxsi daxildən tanıdığım üçün onunla rəqabətdə olmaq mənə daha asan idi. Yeri gəlmişkən, bizim kampaniyanı bu cür yüksək qiymətləndirdiyinizə görə sizə də təşəkkür edirəm. Mənim komanda yoldaşlarım heç bir zaman ön planda olmadılar və olmağa da çalışmadılar.

Komanda yoldaşlarım arasında Avropanın, Türkiyənin qabaqcıl universitetlərində təhsil alan gənc mütəxəssislər vardır. Proses ərzində tez-tez şahid olurduq ki, digər namizədlərin komanda üzvləri, hətta, inanın, valideynləri belə (gülür) namizədin özündən daha çox ön planda idi. Namizəd isə kölgədə qalmışdı. Bakı şəhərində olan seçki dairələrindən namizədliyimi irəli sürməməyim məsələsinə gəlincə, əlavə olaraq onu deyə bilərəm ki, bundan sonrakı dövrün şərtlərini indidən müəyyən etmək olmaz, gələcəkdə bəlkə də Bakıda yerləşən dairələrdən namizəd oldum (gülür).

- Sonda nə deyə bilərsiniz?

- 9 fevral seçkiləri mənə çox şeyləri öyrətdi. Xalqı tanıtdı. Bu proseslərdə əldə ediyim təcrübə bundan sonrakı fəaliyyətlərimizdə işlərimizi xeyli yüngülləşdirəcək. Və hər kəsin bilməyini istəyirəm ki, mən verdiyim sözün üstündəyəm.
"Seçki dövründə yaşadıqlarım ömrümün sonunadək yadımdan çıxmayacaq"