Sizin Reklam Burada

Ordumuzun idarə olunmasına onlar cəlb olunmalıdır - Deputat

Ordumuzun idarə olunmasına onlar cəlb olunmalıdır - DeputatAvrasiya.net BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Gününsəsi.info-ya müshibəsini təqdim edir:

- Qüdrət bəy, Müdafiə Nazirliyinin rəhbərliyinə yeni təyinatlar oldu. Necə hesab edirsiniz, bu təyinatlar nə dərəcədə uğurludur?

- İlk öncə yeni təyin olmuş şəxsləri təbrik edirəm və onlara şərəfli və çətin fəaliyyətlərində uğurlar arzu edirəm. Onlara böyük etimad göstərilib,ümid edirəm onu doğruldacaqlar. Ancaq onu da deməyi özümə borc bilirəm ki, əvvəllər də söyləmişəm, Müdafiə Nazirliyinin və Türkiyənin Hərbi Akademiyalarını bitirmiş şəxslərin də Milli Ordunun idarə olunmasında strateji vəzifələrə təyin olunması vacibdir.

- Avropa İttifaqının Ermənistan və Gürcüstana iki milyarddan çox qrant və güzəştli kredit ayırdığı halda Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyib bunu etməməsi barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirdi.Onlar sadəcə utanmalıdırlar. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın yüzlərlə şəhər və kəndlərini təkcə işğal etməyib,yer üzündən silib. Bizə yüz milyardlarla ziyan vurub, bir milyon insanın 30 ildən artıq məşəqqətli qaçqın həyatı yaşamasına səbəb olub, amma ona kömək edirlər, bizə yox. Budur "ali dəyərlərə sahib" qərblilərin ədaləti. Xristian həmrəyliyi və islamafobiya onları "kor" edib, mənəvi deqradasiyaya uğradıb.

- Sosial şəbəkələrdə yayılan bir görüntü bizi məyus etdi. Yəqin ki, xəbəriniz var, Qurban əti uğrunda vətəndaşlarımızın bir-birinin üstünə çıxması səhnələrini necə qarşıladınız?

- Bəli, böyük ürək ağrısı ilə izləmişəm. Qurban bayramı Allahı xatırlama və xeyriyyəçilik bayramıdır. Qurban əti bir-bir qapılar döyülərək evlərə paylansaydı daha yaxşı olardı, qadınlarımız o vəziyyətə salınmazdı. Hər bir halda sağ olsunlar. Həmin səhnələr bir daha göstərdi ki, insanlarımızın layiqli həyatlarını təmin edəcək əmək haqları almaları üçün iqtisadi islahatlar genişləndirilməli, yüksək maaşlı iş yerləri açılmalı, əhalinin sisial müdafiəsi gücləndirilməlidır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 100 mindən artıq insanın əlilliyinin və pensiyasının kəsilməsi (hansı əsasla edilməsindən asılı olmayaraq) az təminatlı ailələrin vəziyyətini bir az da ağırlaşdırıb. Biz bəlkə də dünyada tək ölkəyik ki, pandemiya dövründə valyuta ehtiyatlarımız artıb. Hesab edirəm ki,təcili qaydada valyuta ehtiyatlarından aztəminatlı insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait ayrılmalı, müvafiq qərarlar qəbul olunmalıdır. İndi meyvə-tərəvəzlə insanlar bir təhər dolanır, üzü qışa vəziyyət xeyli pisləşəcək. Hökumət bunu nəzərə almalıdır.

Qurban bayramı ilə əlaqədar bir məsələyə də toxunmaq istəyirəm.İnsanlara qurban ətinin paylanması reklam xarekterli olmamalıdır. Bizim jurnalist dostlar məcbur edilməməlidir ki, mətbuatda heyvanların kəsilməsini və kəsilmiş heyvanları göstərsinlər, yaxud şəkillərini versinlər. Jurnalistlər neçə heyvanın necə kəsilməsini yox, neçə kilo ət paylanmasından danışıb, yazmalıdırlar. Ət satılan yerlərdə kəsilmiş heyvanların başı yolun kənarına qoyulub reklam olunur. Bu insanlarımızda təbiətə və heyvanlara olan sevgini azaldır, uşaqların psixikasına mənfi təsir göstərir və cəmiyyətimizi qəddarlaşdırır. Geniş müzakirələrə və hiddətə səbəb olmuş pişiyin ayağının amansızcasına, acımadan kəsilməsinin kökünü həm də burda axtarmaq lazımdır. Dövlət orqanları, din xadimləri, siyasi partiyalar, mətbuat təşkilatları, QHT-lər bu istiqamətdə böyük kompaniya başlatmalıdırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər