Sizin Reklam Burada

Azərbaycan Ordusu dastan yazdı - Türk general

Azərbaycan Ordusu dastan yazdı - Türk generalTürkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauzun Axar.az-a müsahibəsi:

- Yücel bəy, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 103 il keçir. Həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də 1991-ci ildə müstəqilliyin bərpasından sonrakı illəri Silahlı Qüvvələr baxımından necə qiymətləndirirsiniz?

- Öncəliklə Azərbaycan xalqını Silahlı Qüvvələrin 103-cü ili münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələri 103 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hər cür imkansızlığa, yoxluğa baxmayaraq, sadəcə bayraq, millət, dövlət sevgisi ilə bir araya gəlmiş insanlar tərəfindən təşkilatın, təchizatın, maddi-texniki bazanın və hərbi doktrinanın olmadığı dövrdə sıfırdan qurulmağa başladı. Əlbəttə, hamımız bildiyimiz kimi, AXC 23 ay yaşadı. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra isə ordu quruculuğunda yeni səhifə açıldı. İlk vaxtlarda Ordunun əlində silahlı, geyinməyə paltarı, maddi-texniki bazası yox idi. Azərbaycan Respublikası dünyada demək olar ki, ordusu olmayan dövlətlər sırasında idi. Ancaq Azərbaycan Silahlı Qüvvələri birincisi doktrina, ikincisi təhsil və təlim, üçüncüsü təşkilati, dördüncüsü silah-sursatın, digər vasitələrin təmini, beşincisi isə döyüş qabiliyyəti və milli ruh baxımından inkişaf etməyə başladı. Təbii ki, bugünlərə gələn və 44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan Silahlı Qüvvələrinin tarixindəki önəmli məqamları aşağıdakı kimi ifadə edə bilərik. Bunlardan birincisi, 1970-ci illərdə ümummilli lider Heydər Əliyev tərəfindən peşəkar hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasıdır. Digər önəmli məqam isə hərbi kadrların yetişməsi üçün başda Türkiyə olmaqla, dünyanın bir sıra ölkələrinin ali hərbi təhsil ocaqlarına göndərilməsidir. Üçüncüsü, Türkiyədən peşəkar zabitlərin Azərbaycana gələrək hərbi təhsil və təlim proseslərində iştirakıdır. Eyni zamanda 1997-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin fəaliyyətə başlaması və 2001-ci ildə ilk məzunlarını verməsidir. Bütün bunlar Azərbaycana zəfəri gətirən əsas amil və faktorlardır.

- Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlıq Silahlı Qüvvələrin təkmilləşməsində nə kimi rol oynadı?

- Azərbaycan 1994-cü ildən etibarən Türkiyənin NATO təcrübəsindən yararlanmağa başladı və təşkilatın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində fəaliyyətlərinə, müxtəlif kurslara qoşularaq heyətin müasir standartlara uyğun şəkildə yetişdirilməsini təmin etdi. Bu gün Azərbaycanın Türkiyədə və dünyanın müxtəlif inkişaf etmiş ölkələrində təhsil alan və yetişən hərbi kadrlarının sayı minlərlədir. Azərbaycan əsgəri gecə-gündüz demədən, hər cür hava şəraitində peşəkar döyüşçü olmaq, dövlət və millət uğrunda bayraqlaşma funksiyasını yerinə yetirə bilmək, 30 ilə yaxın müddətdə davam işğala, başıaşağı olmağımıza son qoymaq üçün təlimlərdə tər tökdü, təhsil aldı, öyrəndi. Türkiyə və Azərbaycan arasında 1994-cü ildə “Yüksək Səviyyəli Hərbi Əməkdaşlıq Haqqında” Anlaşma imzalandı, 2010-cu ildən yüksək səviyyəli məsləhətləşmələr aparılmağa və toplantılar keçirilməyə başlandı, 2012-ci ildən isə hər iki ölkədə müxtəlif hava-iqlim şəraitində və relyefdə birgə təlimlər keçirilməyə başlandı.

- Hazırda Azərbaycanda davam edən ordu quruculuğu prosesini necə qiymətləndirirsiniz?

- Cənab Ali Baş Komandan İlham Əliyev də hər zaman maddi-texniki bazanın möhkəmləndirilməsi və hərbçilərin xidmət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması üçün Silahlı Qüvvələrə qayğı ilə yanaşdı. Bu məqsədlə Türkiyədən, İsraildən, Belarusiyadan, Ukraynadan, Rusiyadan müasir silah və texnikalar alındı, standartlaşma aparıldı, köhnəlmiş sistemlərdən istifadəyə son qoyuldu. Eyni zamanda 21-ci əsrdə ölkənin gücünü göstərən əsas faktorlardan olan Hava Hücumundan Müdafiə Qüvvələri yenidən quruldu və HHM sistemləri modernləşdirildi. Azərbaycan ilk dəfə 2016-cı il Aprel döyüşlərində sülh yoluyla olmasa, müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edə biləcəyinin mesajını verdi.

- Son olaraq 44 günlük Vətən müharibəsinin önəmi haqqında bəhs etməyinizi istərdik...

- Ötən ilin 12 iyul Tovuz hadisələrindən sonra 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycan dövləti Silahlı Qüvvələrinin gücünü bir daha dünyaya göstərdi. Azərbaycan Ordusu müharibə meydanında bütün hərbi sistemlərdən koordinasiyalı şəkildə istifadə etdi, böyük cəsarət və hünərlə döyüşdü, ancaq mülki əhaliyə toxunmayaraq öz dövlətinin ləyaqətini qorudu, nəticədə işğalda olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü təmin etdi. Digər tərəfdən Şuşa döyüşündə Xüsusi Təyinatlı Qüvvələr dastan yazdı və Şuşa döyüşü dünya hərb tarixinə keçdi. Bu möhtəşəm zəfər çoxsaylı təlimlərdə tökülən tərin hesabına, ən az sayda şəhid verməklə qazanıldı. Orduda əsgər və zabitin diqqət etdiyi birinci dərəcəli məsələ ölkə başçısının qayğısı, xalqın qayğısı və əlində olan silahların nə qədər müasir olmasıdır. 44 günlük Vətən müharibəsində sadaladığımız bu üç əsas komponent birləşərək dəmir yumruq kimi Ermənistanın başına enmişdir. Nəticədə Ermənistan ordusunun 70%-i yox edilmiş, qarşı tərəf ağır məğlubiyyətə düçar olmuşdur. Azərbaycan bütün bunlarla Cənubi Qafqazın ən güclü ordusuna sahib olduğunu göstərdi. Bundan sonra da Azərbaycan Silahlı Qüvvələri Türkiyə ilə hərbi təlimlərini “Tək Millət və Tək Ordu” şüarı ilə ortaq təhdidlərə qarşı birgə hərəkət edəbilmə istiqamətində davam etdirəcək. Bir daha bütün hərbçilərimizi, qardaş Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Allah Azərbaycan Ordusunu qorusun.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər