Sizin Reklam Burada

Hər iki valideynini itirən 2 yaşlı Nilayın babası: “Hər axşam “ana, ata” deyib ağlayır...”

Hər iki valideynini itirən 2 yaşlı Nilayın babası: “Hər axşam “ana, ata” deyib ağlayır...” Müharibə döyüş bölgəsində, cəbhədə aparılır... Amma əgər düşmənin ermənidirsə, müharibənin təkcə döyüş meydanını, hərbçiləri əhatə etməsi qeyri-mümkündür. Çünki mənfur ermənilər elə millətdir ki, təkcə cəbhədə döyüşən igid əsgərlərimizlə savaşmır, eyni zamanda mülki əhalini, körpə uşaqlarımızı hədəf alırlar. Cəllad erməni xisləti əsrlər keçsə belə dəyişmir. Birinci Qarabağ müharibəsində günahsız xocalılara qarşı soyqırımı törədən, bir çox faciələrin baiskarı olan bu millət indi də Azərbaycanın döyüş bölgəsindən kilometrlərlə uzaq şəhərlərinə, mülki insanların üstünə gecənin bir vaxtı raket yağdırır... Erməni hücumunda valideynlərini, yaxınlarını itirən körpələr ata-ana deməyi öyrənə bilmədən, ata-anasız böyüməyə məcbur olurlar. Ermənilərin törətdiyi Gəncə terroru zamanı hər iki valideynini itirən 2 yaşlı Nilay kimi....

Balaca Nilay hazırda nənə və babasının himayəsindədir. Nilayın ana babası Zahid Babazadə onun vəziyyəti haqqında Modern.az-a danışıb.

- Zahid bəy, həmin gecəni necə xatırlayırsınız?

- Mən həmin gecəni Ukraynanın Odessa şəhərində olmuşam. Hadisə baş verən gün təyyarə ilə Türkiyəyə uçub oradan Bakıya gəlmişəm. Mən olanlara internetdə baxdım və Nilayın ana və atasını ən son orada gördüm. Ölümündən əvvəl uzun müddət qızımı görə bilməmişdim. Çox ağır dərddir, kaş orada ola bilərdim..

- Nilay necədir indi?

- Nilay bizim himayəmizdədir yaxşıdır. Baş verən hadisədə Nilayda yaralanmışdı. Bakıya aparıldı, hazırda da müalicəsi davam edir. Dedilər ki, qorxulu heç bir problemi yoxdur, amma tez-tez çəkilişə icazə verməyin, ağlayır. Ağlaması isə ona yaxşı təsir etməyə bilər.

- Körpə yaşda valideynsiz, ata-anasına həsrət qaldı... Çoxmu darıxır valideynləri üçün?

- Hər axşam “ana, ata” deyib ağlayır... Sadəcə az da olsa başını qatmağa çalışırıq, amma valdeynlərinin yerini heçnə doldura bilməz.

- Nilayın atasının ailəsi də həmin faciədə dünyasını dəyişib. Atasının qohumları da Nilaya baş çəkirmi?

- Bibisi həyatdadır. Əlbəttə, baş çəkir. Nilaya velosiped alıblar, oyuncaqlar almışıq onlarla başını qatmağa çalışırıq, hər gün oynayırıq. Xalası, bibisi, nənəsi onun üçün hər şey edirlər. Hər zaman Nilayın arxasındayıq.

- Nilay hazırda kimin qəyyumluğundadır?

- Nənəsi Sevil xanımın himayəsindədir. Qəyyumluq ona verilib. İnsan nəvəsini başqasına verə bilərmi? Əlbəttə ki, yox! Biz Nilayla nəfəs alırıq. Övladlarımızı torpağa tapşırdıq. Artıq Nilay bizim həm övladımız, həm nəvəmizdir - hər şeyimizdir.

- Dövlətimiz tərəfindən necə dəstək göstərilir?

- Dövlətimiz də, xalqımız da dəstək olub. Əllərindən gələni edirlər, çox sağ olsunlar.

- Gəncə Şəhər İcra Hakimiyyəti Nilay üçün hansısa addımlar atdımı?

- Hər kəsin başı qarışıq olsa da, gəlirlər maraqlanırlar. İcra başçısı da bu hadisə baş verən gündən dəstəyini əsirgəmir. Ev tam olaraq yox vəziyyətindədir. Evin yenidən tikilib, Nilaya veriləcəyini deyirlər. Yeni Azərbaycan Partiyası tərəfindən isə Nilay üçün aylıq pul ödəniləcək.

- Hazırda harda qalırsınız?

- Gəncədə kirayədə qalırıq. Kirayə pulu isə dövlət tərəfindən ödənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər