Sizin Reklam Burada

"Bəzi qurbernatorlar və konqresmenlər ermənilərin maliyyəsi ilə seçilirlər"

"Bəzi qurbernatorlar və konqresmenlər ermənilərin maliyyəsi ilə seçilirlər"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırdı.

- Fuad müəllim, noyabrın 3-ü ABŞ-da prezident seçkiləri keçiriləcək. Keçən seçkilərində Sizin proqnozunuz düz çıxdı, Tramp seçildi. Bu il seçkilərin qalibi kim olacaq?

- Fikrimcə, yenə də Tramp seçiləcək. Seçilən gündən, demək olar ki, Trampa qarşı bir neçə impiçment kampaniyanın başlanmasına baxmayaraq, o, prezident səlahiyyətlərini axıra qədər çəkdi. Bu məsələnin siyasi tərəfi. İqtisadiyyata baxsaq demək olar ki, 2020-ci ilə qədər hər şey yaxşı gedirdi: iqtisadiyyat ildə ortalama 2,5% artır və 20 trilyon dollara qədər çatmışdı - bu, demək olar ki, dünya iqtisadiyyatının dörddə bir hissəsi deməkdir.

ABŞ, əvvəlki maliyyə böhranından çətinliklə özlərinə gələn Avropadan və Yaponiyadan, daha da irəli getdi. Pandemiya bu iqtisadi yüksəlişi dayandırdı. İşsizlərin sayı sürətlə çoxaldı. Amma bunlar Trampa görə deyil. Onun yerində başqa kimsə olsaydi, nəticə eyni olacaqdı. Pandemiya dünyanın bütün ölkələrinə iqtisadi problemlər gətirib.

- Fuad müəllim, bəzi siyasətçilər hesab edirlər ki, ABŞ-da prezidentlyə namizəd olan Co Bayden ermənilərin dəstəyini almaq üçün, Türkiyə və Azərbaycana qarşı bəyanatlar səsləndirir və seçiləcəyi təqdirdə ermənipərəst siyasətini aparacaq.

- Bu çox gülməli fikrirlərdi. ABŞ-ın 330 milyondan çox əhalisi var. Ermənilər isə təxminən 1 milyon 500 mindir. Bu heç 0,5 faiz təşkil etmir. Həmişə seçkilər dövründə namizədlərindən biri müəyyən xalqların nümayəndələribə bir çöz verir ki, seçilsəm filan şeyi edəcəyəm. Ermənilərə gəlincə, bunlara həmişə söz verirlər ki, qondarma “soyqırımı” tanıyacağıq. Seçiləndən sonra isə bunu etmirlər. Amma etiraf etmək lazımdır ki, ermənilərin təkçə ABŞ-da yox, dünyanın digər aparıcı ölkələrində diaspor təşkilatları çox güclüdür. Bəzi qurbernatorlar və konqresmenlər ermənilərin maliyyəsi ilə seçilirlər və ermənilərlə bağlı müəyyən məsələləri səs verməyə çıxardırlar. Amma heç nə əldə edə bilmirlər. ABŞ-da bir, iki şəhərin qondarma “soyqırımı” tanıması, dövlətin siyasətinə təsir edə bilməz. Çünki ABŞ-da oturulmuş demokratiya var. İkincisi, prezident seçkilərinə gəlincə, kim prezident olursa, dövlətin qəbul olunmuş siyasətindən kənara çıxa bilməz. Bu bir mənalıdır.

-XİN naziri Ceyhun Bayramov oktyabrın 10-dan bu günə gədər Moskvaya üçünci dəfədir ki, səfər edir. Sonra da ABŞ-a səfər edəcək. Sizin fikrinizcə, bu humanitar atəşkəslə, yoxsa Azərbaycana ümumi təzyiqlərlə bağlıdır?

-Bilirsiniz, ordumuzun uğurları çox çətinliklə əldə edilir. Müdafiə Nazirliyinin məlumatlarını eşidəndə ki, ordumuz əks-hücümü keçdi, filan kənd alındı, insanlara bu çox asan gəlir. Amma bu belə deyil. Düşmənin bu illər buyu qurulan müdafiə sistemini dağıtmaq üçün nə qədr vaxt gedir. Bəzən sosial şəbəkələrdə “filan kənd bizdədir” yazılar rast gəlibir, halbuki rəsmi xəbər olmamış bunu yazırlar. Hansısa kənd və yaxud yüksəkliyi nəzarət edə bilərik. Amma döyüş gedir, düşmən də müqavimət göstərir. Ona görə belə məlumatları tələm-tələsik, birinci olmaq üçün yazmaq lazım deyil. Azad olunan əraziləri tam nəzarət edəndən sonra Müdafiə Nazirliyin verdiyi məlumata əsaslanaraq sosial şəbəkələrdə yazmaq olar. Eynilə diplomat səviyəsində gedən “müharibə də”. Baxın Moskvada oktyabrın 10-u on saatdan artıq danışıqlar olub. Ceyhun Bayramov dövlətimizin mövqeyini çox ciddi şəklində bildirib. Bu heç kimə də asan gəlməsin. Humanitar atəşkəslə bağlı razılaşma var. Ermənilər bunu pozublar. Və hesab edirəm ki, bu səfərlər məhz bunula bağlıdır. Dövlət başçısı bizim mövqeyimizi açıq səsləndirdi. Separatist-ermənilər Azərbaycandan çıxmalıdırlar, ərazi bütövliyimiz bərpa olunmalıdır. Dünya artıq bilir ki, Qarabağ Azərbaycandır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər