Sizin Reklam Burada

Belarus, Kremlin gücünün ölçü məkanı kimi görünür - Video

Belarus, Kremlin gücünün ölçü məkanı kimi görünür - VideoBelarusda baş verənlərin Azərbaycana birbaşa təsiri olmasa da, rəsmi Bakı prosesləri diqqətlə izləyir. Prosesləri Azərbaycan üçün maraqlı edən bir neçə amil var. Məsələn, Aleksand Lukaşenkonun ölkəmizə münasibəti, KTMT-də kritik anlarda Ermənistanın Azərbaycan əleyhinə olan istəklərinə qarşı çıxması bu amili şərtləndirən səbəblərdən biridir. Amma bu, heç də birmənalı qəbul olunmur. Paralel olaraq düşünənlər var ki, Belarus bütün situasiyalarda məhz Rusiyanın diqtəsi ilə hərəkət edir.

Məsələnin digər maraqlı tərəfi budur ki, Rusiyanın qərblə, xüsusən ABŞ-la maraqlarının toqquşduğu Belarus, Kremlin gücünün ölçü məkanı kimi görünür. Yəni Lukaşenko hakimiyyətdən uzaqlaşdırılarsa, bu, "BATYA"nın deyil, Kremlin məğlubiyyəti kimi görünəcək. Proseslərin məhz bu tərəfi Belarusu Azərbaycan ictimaiyyəti üçün cəlbedici edir. Çünki Azərbaycanda böyük əksəriyyət bu fikirdədir ki, Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Və şimal qonşumuz bu kartdan Azərbaycana qarşı istifadə edir.

Biz, Rusiya ilə münasibətlərimizi necə tənzimləməliyik, Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi hansı halda mümkün ola bilər, əgər bu bazalar Azərbaycanda yaradılarsa, hansı ölkələrin maraqlarına toxuna və əlaqələr kəskinləşə bilər? Bu və digər marağlı sualların cavabını BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən eşidə bilərsiniz.

Ətraflı - VİDEODA


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər