Sizin Reklam Burada

Həm hakimiyyətdə, həm də müxalifətdə “5-ci kolon” mövcuddur - ALDP sədri

Həm hakimiyyətdə, həm də müxalifətdə “5-ci kolon” mövcuddur - ALDP sədriErmənistan hərbi qüvvələrinin iyulun 14-də Tovuz istiqamətində sərhədləri pozaraq başladığı 4 günlük müharibədən sonra Türkiyə-Azərbaycan hərbi təlimlərinin başlaması, eləcə də Türkiyənin Qarabağ məsələsində Azərbaycana hərbi dəstək verəcəyi ilə bağlı açıq bəyanatları ölkə ictimaiyyətini “güc birliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik” ideyasına inandırdı və Türkiyə ordusunun Azərbaycanda qalması məsələsi xüsusi müzakirəyə çıxarıldı.

Maraqlı nüans budur ki, torpaqları işğalda qalan bir ölkədə belə bir birliyin yaranmasına qarşı çıxanlar tapıldı və onlar Türkiyə ilə bağlı “arxiv neqativləri” üzə çıxarıb qardaş ölkə ilə münasibətlərə kölgə salmağa çalışdılar. Üstəlik bu əməkdaşlıqdan hansısa başqa bir dövlətin inciməsini səbəb gərirərək Birliyin ziyanımıza işləyəcəyini tirajladılar.

Lakin bir çox siyasi partiya və ictimai təşkilatlar toparlanaraq Azərbaycanın Türkiyə ilə Hərbi Birlik yaratması təklifi ilə çıxış etdilər. İlk olaraq, başda ALDP olmaqla 15 partiya toparlandı və Prezidentə müraciət ünvanladılar.

Azərbaycan sərhədlərinin erməni qəsbkarları tərəfindən pozulduğu və daim ərazi bütövlüyümüzə təhdid olduğu halda belə bir birlikdən imtina edilməsi nə dərəcədə doğrudur?

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən ALDP sədri Fuad Əliyev bir çox maraqlı nüanslara toxunub.

- Fuad bəy, Türkiyə-Azərbaycan Hərbi Birliyinin yaranması tələbi hansı zərurətdən yarandı və bu gün belə bir BİRLİYİN yaranmasına nə kimi maneələr var?

- Azərbaycan-Türkiyə hərbi təlimləri hər il keçirilir. Amma bu il keçirilən təlimlər çox böyük əhəmiyyət daşıyır. Çünki, Ermənistan ölkəmizin sərhədlərini bu dəfə Tovuz rayonu istiqamətindən pozaraq, hərb gücü ilə yeni ərazilər ələ keçirməyə cəhd etdi.

Belə bir vaxtda Azərbaycanın Türkiyə ilə Hərbi Birlik yaratması təklifi ilə çıxış edildi. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərə başladılar. Türkiyə Cümhuriyyəti bu addımla bizimlə həmrəylik nümayiş etdirdi və bu onların bizə əbədi qardaş bir mövqedə olacağının göstəricisidir.

Təbii ki, bu təlimlər düşmənləri çox narahat etdi və kimlərsə belə bir birliyin yaranmaması üçün qarşıya müxtəlif “maneələr” çıxarmağa çalışırlar.

Azərbaycan-Türkiyə Hərbi Birliyinin yaranması bizim düşmən üzərində qələbəmizi və qardaş Türkiyə ilə güclərimizi birləşdirməyi istəməyən regionda marağı olan dövlətlərdir. Təəssüfedici məqam budur ki, bir çox siyasilər bu məsələyə müstəqil dövlətin, müstəqil siyasətçiləri kimi yanaşmırlar. Yenə də kimlərsə bizi “böyük qardaş”ın qəzəbi ilə “qorxudur”. Bu müstəqilliyini qazanan və daim inkişaf edərək özünün ayaqları üstündə durmağa çalışan sərbəst siyasət yürüdən və regionun ən güclü dövləti olan Azərbaycan üçün yolverilməzdir. Azərbaycan diplomatiyası, Azərbaycan ictimaiyyəti “qorxu” steriatipini birdəfəlik məhv edib özünün qəti mövqeyini ortaya qoymalıdır. Bizi kimlərdənsə asılı vəziyyətə salmaq istəyənlər bilməlidirlər ki, belə davam etdikcə, torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik və bu qorxu ilə yaşaya bilmərik.

O cümlədən, Hərbi Birliyin yaranmasında heç bir maneə görmürəm. Və bununla bağlı biz 15 təşkilat olaraq dövlət başçılarına müraciət etdik. Bu birlik yaranarsa, çox istərdim ki, bu birlikdə bizə dost olan Pakistan hərbçiləri də təmsil olunsunlar.

- Türkiyə kanallarından birində aparıcı Azərbaycanda bir deputatın Türkiyə ilə birlik məsələsinə qarşı çıxdığını qeyd edib, onların hansı məfkurəyə sahib olduğunu yaxşı bildiklərini dedi. Jurnalist belələrinin Türkiyədə də olduğunu və bu birliyə zərər vura bilməyəcəklərini bəyan edib, “siz də boş verin” dedi. Lakin görünən odur ki, Türkiyə-Azərbaycan birliyini istəməyənlər hər tərəfdə var. Sizcə Azərbaycanda bu əməkdaşlığa maneə olan qüvvələr nəyə xidmət edir. Və əgər onlar “5-ci kolon”dadırlarsa, gücü hardan alır və burda müxalifətin rolu nədir?

- Həm hakimiyyətdə, həm də müxalifətdə “5-ci kolon” mövcuddur. Bilirsiz, bu tarixi prosesdir, heç kim bu prosesin qabağını ala bilməyəcək. Bu “5-ci kolon” nümayəndələr təmsil etdiyi ölkənin siyasətindən bixəbərdilər. Türkiyə Rusiya ilə qarşıdan gələn 30 illik strateji əməkdaşlığa razılığa gəliblər. Bu əməkdaşlıq artıq 4-5 ildir ki, göz gabağındadır. Bu gün türk və rus hərbçiləri Suriyada birgə patrul xidmətini edirlər. Eləcə də Azərbaycanla Türkiyəni qardaşlıq telləri, qardaşlıq qanı bağlayır. Xarici güclər türkün birliyindən qorxduğu üçün bütün yollara əl atır və təxribatlardan əl çəkməyəcək. Amma bu birliyi heç kim sarsıda bilməz. Ona görə də türk qardaşımız bizə tövsiyə edir ki, “boş verin”...

- Fuad bəy, Milli Şuranın hazırki hədəfində nə dayanır. Son vaxtlar bir araya gəlib hökumətlə əməkdaşlıq edən müxalifət onlara qarşı təhqiramiz çıxışlar edən, intriqaçı çıxışları ilə ölkə ictimaiyyətini çaş-baş salan bu Milli Şuranı nəhayət nizama cəlb edə biləcəkmi və bu gün onlara qarşı əks reaksiya nədir?

- Dediyiniz bu Şuranın nümayəndələri keçirdikləri iclaslarda öz səviyyələrinə uyğun fikirlər səsləndirirlər. Bunlar öz aləmlərində yaşayırlar, daha demirlər ki, “Milli Şuradan” çoxdan bir cansız “Şura” galıb. Bu “Şura”-da dağılıb gedir. Hesab etmirəm ki, bunlar ictimayyəti çaş-baş salıblar. İctimayyət çoxdan bunları unudub. İndi bunlar özlərini yada salmaq üçün komediya göstərirlər. O da alınmır, çünki bunların ağılı, savadı buna imkan vermir.

- Son hadisələr – iqtidar-müxalifət dialoqu, xaricdə keçirilən Qarabağ, orduya dəstək aksiyaları, Milli Şuranın bundan istifadə edərək özünü güc kimi təqdim edib hakimiyyət tərəfindən hədəfə alındığını önə çəkməsi, Qarabağ müharibəsində Türkiyə və Rusiya faktorunun qabarması və sair hökumətdə gedən islahatlar hazırki duruma hansı rakusdan baxmağı tələb edir? Azərbaycan hansı təhlükə ilə üz-üzədir?

- Azərbaycan bu gün iqtidarın və müxalifətin daxilində olan “5-ci kolon” təhlükəsi ilə üz-üzədir. Bunlar ayrı-ayrılıqda başqa dövlətlərə qulluq etsələr də, bu gün Azərbaycan dövlətçiliyinə, xalqa qarşı birləşiblər. Bunlar hesab edirlər ki, nəyin bahasına olursa-olsun, təki hakimiyyət dəyişsin və hakimiyyətə gəlsinlər. Baxın, 14 iyulda bu “5-ci kolon” öz şəbəkələri vasitəsilə bir çağırışa necə toplandı və təxribatlara getdi. Orda müxtəlif ölkələrin “5-ci kolon” deyilən qrupları olub, amma buna baxmayaraq onlar hamısı çox mütəşəkkil oldular. Sanki bu bir məşq idi, bir güc göstəricisi idi. Deməli, bunlar istənilən an təxribatlar, ixtişaşlar törədə bilərlər. Ümid edirəm ki hüquq-mühafizə orqanları bunların qarşısını alacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər