05 may 09:54musahibe

"Hakimiyyətin addımlarını çox yüksək qiymətləndirirəm"

"Hakimiyyətin addımlarını çox yüksək qiymətləndirirəm"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin siyasi məsələlər üzrə müşaviri Füzuli Kərimovun Baku News -a müsahibəsini təqdim edirik.

– Füzuli müəllim, növbədənkənar parlament seçkilərindən sonra, ALDP sədri Fuad Əliyev partiyanın növbədənkənar qurultayının keçirilməsini təklif etdi. Hazırda iş nə yerdədir?

- Bəli, növbədənkənar parlament seçkilərindən sonra, Sədr Aparatının ilk iclasında Fuad Əliyev bu təkliflə çıxış edib. Təklif səsə qoyuldu və səs çoxluğu ilə qəbul olundu. Sədr Aparatı qurultayın keçirilməsi təklifini Rəyasət Heyətinə göndərib. Nizamnaməyə əsasən növbədənkənar qurultayın keçirilməsinə partiyanın Rəyasət Heyəti qərar verir. Karantin dövrünə düşdüyünə görə, Rəyasət Heyəti toplana bilməyib. Karantin rejimi ləğv olunandan sonra Rəyasət Heyəti öz qərarını verəcək.

- İclası on-line keçirmək olmazmı?

- Sədr Aparatının iclaslarını on-line keçiririk. Amma qurultayla bağlı məsələni Rəyasət Heyətinin üzvləri on-line yox, görüşüb, normal iclasda müzakirə etməyə razılaşıblar. Çünki qurultayda fəaliyyət istiqamətlər müəyyənləşəcək. Və ən əsas məsələ təşkilatı məsələlər müzakirə olunacaq.

– Füzuli müəllim, xüsusi karantin müddəti mayın 31-nə gədər uzadıldı. Bəzi siyasətçilər buna etiraz ediblər. Sizin fikrinizcə, bu düzgün qərardı, yoxsa yox?

- Mən düşünürəm ki, bu düzgün qərardı. Qonşu ölkələrə baxsaq onlar da mayın axırına gədər karantin müddətini uzadıbar. Sadəcə bizim vətəndaşlar dözümsüzlik göstərərək evləri tərk edirlər. Ehtiyac olmadan çıxırlar küçələrə. Başa düşürəm ki, uzun müddət, iki aya yaxın, evdə oturmaq çox çətindir. Amma ən əsas məsələ sağlamlığ məsələsidir. Virusa yoluxmanın azalmasına baxmayaraq, vətəndaşlar yenə də tibbi maskadan istifadə etmirlər, marketlərdə sıxlıq var, məsafə saxlanılmır. Məncə koronavirusun sürətlə yayılmasının qarşısı alınıb, amma virusdan bir müddət qorunmaq lazımdır ki, xəstəliyin ikinci dalğası olmasın.

-İqtidar-müxalifət dialoqu baş verməsə də, hakimiyyətin bu istiqamətdə bir neçə müsbət addımlar atıb. Bu addımları necə qiymətləndirirsiz?

- Bu addımları çox yüksək qiymətləndirirəm. ALDP yaranan gündən, yəni 20 il bundan qabaq iqtidar-müxalifət dialoqun tərəfdarı olub. Bununla bağlı bir neçə dəfə təşəbbüs göstərib. Partiya olaraq bu illər ərzində siyasət, iqtisadi, sosial proqramlara dair onlarla təklif verib. Bəziləri qəbul olunaraq həyata keçirilib. Ən son təklif, ALDP sədri Fuad Əliyevin xüsusi karantin müddətinin mayın axırına gədər uzadılması təklifi olub. Görürsüz ki, təklif qəbul olunaraq karantin müddəti uzadılıb. Bax budur iqtidar-müxalifət münasibətlər çərçivəsində birgə fəaliyyət. ALDP ilk partiyadır ki, #evdəqal kampaniyasına qoşuldu, ən aktiv iştrakçısı oldu, iclasları on-line keçirməyə başladı. Deməli, iqtidar-müxalifət münasibətləri normal olanda, biz bütün məsələləri birlikdə müzakirə edə bilərik. Bəyəm müxalifət bunu istəmirdi?
XƏBƏR LENTİ
SORĞU