Sizin Reklam Burada

“Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır” - EKSKLÜZİV

“Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır” - EKSKLÜZİV
Rəşid Məmmədov: "Azərbaycana tez-tez gedib-gəlsəm də, içimdəki o torpaq yanğısı soyumur"

"Daim hiss edirəm ki, ruhumun bir hissəsi Azərbaycandadır"

Dünyanın dörd bir yanında yaşayan, orada diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri tərkibində çalışan, fəaliyyət göstərən, müxtəlif təşkilatlara rəhbərlik edən soydaşlarımız günümüzdə ölkəmizin haqq səsinin yaşadıqları dövlətin ictimiayyətinə, rəsmi dairələrinə çatdırılmasında fəal iştirak edir, Azərbaycanımızı layiqincə təmsil edirlər. Günümüzdə ölkəmizi Azərbaycandan kənarda layiqincə təmsil edən təşkilatlardan biri də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətidir. Fəaliyyət göstərdiyi qısa bir müddət ərzində bir sıra mühüm layihələrə imza atıb, tədbirlər keçirən cəmiyyət, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşıdakı müddətdə bir sıra addımlar atmağı hədəfləyib. "OLAYLAR"-a verdiyi müsahibədə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov həm rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həm də qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

-Rəşid bəy, ilk sualım "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlıdır. Rəhbərlik etdiyiniz cəmiyyət nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?

-chr("39")chr("39")QALAchr("39")chr("39") Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 13 fevral 2017 cı-il ildə Yunanıstanın Saloniki şəhərində dövlət qeydiyyatından keçib. Cəmiyyət yarandığı gündən Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Yunanıstanda yaşayan azərbaycanlı icmasının davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Azərbaycan dilinin öyrənilməsi, etnik və intellektual dəyərlərin irəliləməsi üçün ön şərtlərin formalaşdırılması, Yunanıstanda Azərbaycan tarixi və Azərbaycanda Yunanıstan tarixi kimi etnik və mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi istiqamətində fəaliyyət göstərib. Eyni zamanda Yunanıstanda və Azərbaycanda, həmçinin digər xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirlərin təşkil edilməsi, elmi tədqiqatların, görüşlərin, seminarlar və dəyirmi masa toplantıların, xeyriyyə tədbirlərinin, marafonlar və digər tədbirlərin təşkili, iki ölkə arasında mədəni özəlliklərin daha yaxşı başa düşmək üçün qarşılıqlı mədəni tədbirlərin təşkili, Azərbaycan diasporunu təmsil edən oxşar beynəlxalq təşkilatlarla əlaqələr yaradılması və genişləndirilməsi, Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, turizm sahəsində Yunanıstan-Azərbaycan əlaqələrinin ön şərtlərinin irəli sürülməsi, iki ölkə arasındakı iqtisadi, ticarət və iş sahələrinin hərəkətə keçirilməsi istiqamətlərini məqsəd kimi müəyyən edib.

- Azərbaycandan kənarda fəaliyyət göstərən hər bir təşkilat, hər bir cəmiyyət heç şübhəsizdir ki, Vətənimizin siması, Azərbaycanın haqq səsinin həmin cəmiyyətə çatdırılması deməkdir. Bu mənada "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan həqiqətləri, ölkəmizin üzləşdiyi işğal faktının yunan ictimaiyyətinə çatdırılmasında hansı addımlar atır, tədbirlər görür?

-"QALAchr("39")chr("39") Cəmiyyəti də bütün diaspor təşkilatları kimi Azərbaycanımızın haqq səsini və üzləşdiyimiz işğal faktlarını Yunanıstan cəmiyyətinə çatdırır. Qarabağın Azərbaycanın tərkib hissəsi və bizim əzəl dədə-baba torpağımız olduğu, erməni hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşlarımızın Qarabağ və Ermənistandan qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi haqqında məlumat verilir. Hər il Xocalı qətliamı, 31 Mart soyqırımı və qanlı 20 Yanvar hadisələri haqqında sənədli filmlər nümayiş etdirilir, broşur və DVD videolar paylanılır və tədbirlər keçirilir. Tədbirlərimizə yerli İcra Hakimiyyəti nümayəndələri, bələdiyyələr, QHT fəalları, Saloniki şəhərində yerləşən fərqli dövlətlərin konsulluqları, universitet müəllimləri, iş adamları, yunan və yerli türk, gürcü və başqa gənclər, tələbələr dəvət olunurlar. Yerli kütləvi informasiya vasitələri üçün də Azərbaycanımızın haqq səsi və üzləşdiyimiz işğal haqqında məlumatlar veririk.

-Rəhbərlik etdiyiniz cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən birini təbii ki, Yunanıstanla Azərbaycan arasında dostluq əlaqələrini daha da inkişaf etdirmək, möhkəmləndirmək təşkil edir. Bu mənada "QALA" yaxın vaxtlarda Bakı ilə Afina arasında dostluq münasibətlərinin bir qədər də inkişaf etdirilməsi istiqamətində hansısa layihələr, tədbirlər həyata keçirməyi düşünürmü?

-"QALAchr("39")chr("39") Cəmiyyətinin məqsədi, vurğuladığımız kimi iki ölkə arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirmək, inkişaf etdirmək və yeni layihələr, tədbirlər həyata keçirməkdir. Cəmiyyət olaraq ötən müddət ərzində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də çoxlu tədbirlər keçirmişik. Qarşıdakı müddətdə də görüləcək tədbir və layihələrimiz çoxdur. Bunlardan ən vacib təşəbbüslərimizdən biri Azərbaycanın dahi şairlərindən birinin büstünün burada qoyulması və gələcəkdə Saloniki şəhəri ilə Azərbaycanın Gəncə və yaxud da Sumqayıt şəhərləri arasında dostluq münasibəti yaratmaqdır.

-Ümumiyyətlə, cəmiyyət olaraq iki ölkə arasındakı mövcud əlaqələr, dostluq münasibətlərindən razısınızmı?

-Bildiyimiz kimi Azərbaycan-Yunanıstan əməkdaşlığı çoxşaxəli xarakter daşıyır. İki ölkə arasında əlaqələr 1992-ci ilin aprel ayında qurulub. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü ildən, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü ildən fəaliyyətə başlayıb. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2000-ci ildə yaradılıb. Azərbaycan-Yunanıstan əlaqələrinin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. İki ölkənin əlaqələri strateji əhəmiyyət daşıyır. Azərbaycan-Yunanıstan dövlətləri arasında ikitərəfli münasibətlər bütün sahələrdə-siyasi, iqtisadi, kənd təsərrüfatı, mədəni və s. sahələrdə əlaqələr inkişaf edir.

-Rəşid bəy, Dünya Azərbaycanlılarının II və III qurultayında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bildirmişdi ki, səfirliklərlə diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri arasında münasibətlər daha da inkişaf etməli, koordinasiyalı şəkildə fəaliyyət göstərilməlidir. Bu mənada Yunanıstandakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir və cəmiyyətinizin keçirdiyi tədbirlərə səfirlik tərəfindən dəstək göstərilirmi?

-chr("39")chr("39")QALAchr("39")chr("39") Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən ilk və yeganə diaspor təşkilatıdır. "QALA" Cəmiyyəti olaraq, Cəmiyyətin məqsədlərinə uyğun şəkildə Yunanıstanda Azərbaycan mədəniyyəti, tarixi və Heydər Əliyev kursunun təbliği ilə əlaqədar xeyli tədbirlər həyata keçirib, təqdimatlar reallaşdırıb, yerli festivallarda Azərbaycan stendi ilə çıxış edib, Azərbaycan və azərbaycançılıq ideyalarını tərənnüm etməkdən hər zaman qürür hissi duymuşuq və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi ilə Azərbaycan dövlətinin maraqlarına xidmət istiqamətində tərəfdaşlıqlar qurmuşuq. Səfirliyimizin hər zaman mənəvi dəstəyini hiss edirik və sizin qəzetiniz vasitəsilə Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə də təşəkkürümüzü bildiririk.

-Yunanıstanda təxminən nə qədər azərbaycanlı yaşayır və onlarla iş hansı səviyyədə qurulur?

-Yunanıstanda təqribən 400-500 nəfər azərbaycanlı yaşayır. Onların əksəriyyəti uzun illər burada məskunlaşdıqlarına görə artıq Yunanıstan vətəndaşlığı əldə edib. Ona görə də rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı nisbətən azdır. Amma heç bir həmvətənimiz öz milliyətini danmır. Onu da mütləq şəkildə qeyd etməliyəm ki, Yunanıstan azərbaycanlıları arasında yetərincə milli birlik var.

-Məlumdur ki, bu günlər bütün dünya koronavirus pandemiyası ilə üz-üzədir və ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız sərhədlərin, hava uçuşlarının ləğvi səbəbindən Vətənə dönmək üçün müyyən çətinliklərlə qarşılaşdılar. Yunanıstanda yaşayan azərbaycanlılar, yaxud orada təhsil alan tələbələrimiz arasında da belə bir hal yaşandımı və cəmiyyyət olaraq onlara hansısa köməklik göstərə bildinizmi?

-Hamımıza məlum olduğu kimi COVİD-19 koronavirus pandemiyası dünyada geniş vüsət alıb. Təəssüf ki, bu bəla Yunanıstandan da yan keçməyib. Qısa da olsa məlumat vermək istərdim ki, Yunanıstanda yaşayan soydaşlarımızın sağlamlıq durumları normal və qənaətbəxşdir, mütəmadi olaraq hər biri ilə əlaqə saxlayırıq. Afina şəhərində yaşayan və hazırda burada olan soydaşlarımıza hər hansı problemlə bağlı Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin qaynar xətt xidməti, eləcə də Saloniki şəhərində "QALA" Cəmiyyətinin qaynar xətti vasitəsi ilə əlaqə saxlaması rica olunur: Fürsətdən istifadə edib qaynar xətt nömrələrimizi də bir daha diqqətə çatdırıram. Afina şəhəri və ətraf regionlar üçün qaynar xətt +306948259093

Saloniki şəhəri və ətraf regionlar üçün qaynar xətt +306996942726

-Son olaraq bilmək istərdim, Azərbaycandan kənardan ölkəmiz necə görünür və Azərbaycan, Vətən üçün darıxdığınız anlarda təsəllini nə ilə tapırsınız?


-Vətəndən uzaqlarda yaşasam da hər zaman ürəyim, qəlbim Azərbaycanımızla döyünür. Buradan hər zaman ölkəmlə bağlı bütün hadisələri izləyir, mütəmadi olaraq orada baş verən proseslərdən xəbərdar oluram. Azərbaycana tez-tez gedib-gəlsəm də, içimdəki o torpaq yanğısı soyumur. Daim hiss edirəm ki, ruhumun bir hissəsi Azərbaycandadır və hazırkı həyatımda çatışmayan yeganə şey isə vətənimdir. Həyatda elə anlar olur ki, vətən sənin bir addımlığında olur, amma əl uzadırsan ona çata bilmirsən. Azərbaycanımın hər qarış torpağı mənim üçün cənnətdir, əzizdir. Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır, vətən sevgisi, necə olursa olsun, vətənini cənnət bilməkdir, insanları necə olursa olsun, onları ən yaxşı bilməkdir. Vətən üçün darıxdığım zaman milli musiqimiz saz və muğamı dinləyirəm.

Süleyman İsmayılbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər