Sizin Reklam Burada

20 partiyanın qeydiyyatının ləğv olunması məsələsi qaldırılmalıdır - Partiya sədri

20 partiyanın qeydiyyatının ləğv olunması məsələsi qaldırılmalıdır - Partiya sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Avrasiya.net-ə müsahibəsi.

- Fuad müəllim, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə karantin rejimin 04 may 2020-ci il tarixinə qədər uzadılması barədə qərar qəbul edib. Bu gözlənilən idi? Bəlkə xüsusi karantin rejimini adi karantin rejimilə əvəzlənərdi?

- Hesab edirəm ki, bu düzgün qərardı. Bəli, bu gözlənilən idi. Ona görə ki, dövlətin işsizliklə bağlı yardımları aprel-may ayları nəzərdə tutulub. Başqa bir məsələ var. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik məlumatlarına əsasən virusa yoluxanların sayında azalma müşahidə olunur. Bu yaxşı bir göstəricisidir. Amma, dünyanın əksər ölkələr və xüsusilə qonşu ölkələrin sərhədlərini bağlaması, karantin rejimin may ayının əvvələrinə qədər uzadılması xəbərlərini nəzərə alsaq, bizim karantin rejimini aprelin 20-dən ləğv olunması düzgün addım olmazdı. Mənim fikrimcə, mayın axırına qədər uzadıla, daha düzgün olardı.

- Parlamentdə olan partiyalar və parlamentən kənarda olan bəzi partiyaların karantin rejimilə bağlı fərqli müraciətləri olub. Parlamentdən kənarda olan partiyalar hesab edirlər ki, karantin rejimi onların fəaliyyətini məhdudlaşdırır və heç olmasa sədrlərə sərbəst evdən çıxmaq , fəaliyyət göstərmək üçün icazə verilməlidir. Bu barədə sizin fikirləriniz maraqlı olardı.

- Birincisi, özləri üçün imtiyazı istəyən, evdən çıxmaq üçün, fəaliyyət göstərmək üçün bəzi partiya sədrləri #evdəqal kampaniyasının ən aktiv iştrakçılardı. Bu baxımdan onların o müraciətə imza atmaların hesab edirəm ki, məntiqsizdir. İkincisi, hesab edirəm ki, karantin dövründə siyasi fəaliyyətə yox, daha çox maarifləndirmə işlərə üstünlük vermək lazımdır. Biz öz fəaliyyətimizlə vətəndaşlara gstərməliyik ki, karantin rejimin qaydalarını riayət edirik. Həkimin yanına, marketə gedəndə icazə alırıq, küçəyə çıxanda tibbi maska taxırıq və s. Pandemiya vaxtında nə siyasi fəaliyyət ola bilər? Partiyanın yığıncaqlarını keçirə bilmirsən, kütləvi aksiyalar keçirə bilmisən və s. Bunları edə bilmiriksə niyə bizə, yəni partiya sədrlərinə xüsusi icazə lazımdır? Karantinin birinci günündən partiya on-line rejimə keçib. Bütün iclaslarımızı internet vasitəsilə keçiririk. Bəlkə də bəzi partiyaların buna da imkanı yoxdur, amma bu o demək deyil ki, onlara xüsusi icazə verilməlidir.

- Partiyaların fəaliyyətindən danışdız. Hakimiyyət yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğu, siyasi partiyaların inkişafına dair islahatlar və iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşması istqamətində bir neçə addımların atılması ilə də özünü göstərir. Bu addımlar gələcəkdə partiyaların fəaliyyətinə müsbət təsiri olacaqmı?

- Hər şey hakimiyyətin iradəsindən asılıdır. Bu cür addımlar davamlı olsa hesab edirəm ki, müsbət nəticə verəcək. Proporsional seçki sisteminə qayıtmaq partiyaların inkişafına böyük təkan verəcək. Kompleks seçki islahatları olmalıdır. Mərkəzi Seçki Komissiyasının (MSK) və aşağı seçki komissiyaların formalaşdırılmasında parlamentdən kənarda olan partiyalar da iştrak etməlidirlər. Bu diyişikləri etmək üçün referendumun keçirilməsi lazımdır. Hesab edirəm ki, birinci seçkiləri qarışıq keçirmək, 50 faiz majoritar, 50 faiz isə proporsional. Amma gələcəkdə seçkiləri 100 faiz proporsional seçki sisteminə keçmək lazımdır.

- Siz indi qeyd etdiz ki, hakimiyyət bu müsbət addımları atsa gələcəkdə nəticə verəcək. Bu müsbət addımlardan biri də keçən həftə oldu. İki siyasi partiyanın rəsmi qeydiyyata alınması oldu.

- Ümumiyyətlə, partiyaların qeydiyyat məsələsi keçmişdə böyük bir problemə çevrilmişdır. Bu qeydiyyat məsələsinə bir az sərbəstlik vermək lazımdır. Əqər qaydalara uyğun bir qrup vətəndaş yığıncaq keçirib siyasi təşkilatın yaranmasını bəyan edirsə, onda bu təşkilat qeydiyyata alınmalıdır. Və əgər növbəti qurultaya qədər, yani ki, 3-4-5 il ərzində heç bir fəaliyyəti olmayıbsa, prezident, parlament və bələdiyyə seçkilərində iştrak etməyibsə, onda qeydiyyatı ləğv etmək lazımdır. Baxın, indiyənə qədər 55 partiya qeydiyyata alınıb. İndi 57 oldu. Bu 55 partiyadan 20-nin az, çox fəaliyyəti var. Qalanların isə səs, sorağı yoxdur. Amma MSK-ya hesabatlar verilir. Bircə bu il 55 partiyadan 35-i hesabat verib. Deməli artıq 20 partiyanın qeydiyyatının ləğv olunması məsələsi qaldırılmalıdır. Digər bir məsələyə toxunmaq istərdim. Belə fəaliyyətsiz partiyalar var ki, hətta parlamentdə təmsil olunurlar. Nə parlamentdə fəaliyyət göstərirlər, nə də ki partiya guruculuğunda. Baxmayaraq ki, parlamentli partiya olduğuna görə dövlət büdcəsindən maliyyəşirlər, amma heç bir iş görmürlər. Bu baxımdan yuxarıda qeyd etdiyim kimi, referendumda parlamentdən kənarda olan partiyaların maliyyələşmə məsələsini qoymaq lazımdır. Parlamentdən kənarda fəaliyyəti olan partiyalar dövlət büdcəsindən maliyyəşməlidir. Dünyada belə bir praktika var. Bütövlükdə isə partiyaların qeydiyyatı plüralizimə, cəmiyyətin inkişafına böyük təkan verəcək addımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər