Sizin Reklam Burada

Qalib mən olacağam - ALDP sədri Fuad Əliyev

Qalib mən olacağam - ALDP sədri Fuad Əliyev9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 26 saylı Sabunçu birinci seçki dairəsindən naizəd olan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)sədri Fuad Əliyev Avrasiya.net-ə müsahibə verib.

- Fuad bəy, təbliğat, təşviqat kampaniyanız digər namizədlərin apardığı prosesdən nə ilə fərqlənəcək?

- Mənim iştrak etdiyim bütün seçkilər - istər parlament, istərsə prezident seçkilərində təbliğat kampaniyam digər namizədlərdən həmişə fərqlənib. Namizədlərin əksəriyyəti boş vədlər verir, seçicilərin səslərini qazanmaq üçün cəfəngiyyat fikirlər səsləndirirlər. Məni tanıyanlar isə bilirlər ki, mən heç vaxt heç kimə söz vermirəm. Mən real iş görürəm. Artıq təbliğat, təşviqat kampaniyama start vermişik. Seçicilərlə fərqli bir görüşlər olacaq. Bu da kampaniyanın sirri kimi qalsın. (Gülür)

- Namizədləriniz arasında sizə rəqib ola biləcək birini görürsüzmü?

- Konstitusiya hər bir vətəndaşa imkan verir ki, istənilən seçkilərdə iştrak etsin. Vətəndaş da özü qiymət verir, öz gücünü sınasın, ya yox. Həmişə onun tərəfdarı olmuşam ki, vətəndaşın siyasi aktivliyi olsun, öz hüquqlarını bilsin, özünü müdafiə etsin. Siyasi baxımdan aktiv olsun. Onun bu aktivliyi mütləq bizim cəmiyyətimizin inkişafına, demokratikləşməsinə böyük bir töhfə verə bilər. Amma namizədlərin tərcümeyi-halına baxanda görürsən ki, bəzilərinin nə siyasi, nədə ki, həyat təcrübəsi yoxdur, digərlərin isə ümumiyyətlə, bu seçkilərə aidiyyəti yoxdur. Misal üçün, heç ali savadı olmayanın parlament seçkilərində nə işi var? Təqaüdçünün parlamentdə nə işi var? Bizim dairədə namizədlərin sayı kifayət qədər çoxdur. Amma bu məni heç də narahat etmir. Vətəndaşdır, öz hüququndan istifadə edib seçkilərdə iştrak edir. Buna da hörmətlə yanaşıram. Amma iştrak edənlərdən heç kimi özümə rəqib görmürəm.

- Seçki prosesində hansısa bir təxribatla üzləşə biləcəyinizi ehtimal edirsizmi və hansılar ola bilər.

- Ehtimal edirəm, çünki imzatoplama prosesində belə bir təxribatlar olub. Özünü Sabunçü rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən bir nəfər imza vərəqəni götürüb vətəndaşların imzaları pozdu və vərəqəni cırmağa cəhd etdi. Bizim imza toplayanların müdaxiləsindən və mənə məlumat veriləndən sonra o ərazini tərk etdi. Bundan sonra da təxribatların ola biləcəyini gözləyirik və qabağını almağa hazırlaşırıq.

- Media yazıb ki, sizin namizəd olduğunuz dairədən namizəd olan millət vəkili Fazil Mustafa seçicilərinə 5 manat pul paylayır. Sonradan özü açıqlaa verərək bunun böhtan olduğunu deyib. Buna münasibətiniz.

- Allah bərəkət versin... (Gülür) Əqər bu həqiqətdirsə, deməli o seçicinin səsini cəmi beş manata qiymətləndirir... Özünə hörmət edən seçici səsini, öz vicdanını pula satmaz. Vətəndaşın inamını itirmək siyasətçi üçün böyük fəlakətdir. Onun inamını heç bir pulla bərpa etmək olmaz.

- Seçkinin saxtalaşdırılacağı halla üzləşəcəyiniz təqdirdə hansı addımlar atacaqsız?

- 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 26 saylı Sabunçu birinci seçki dairəsindən qalib mən olacağam. Ona görə o haqda heç fikirləşmirəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər