14 noy 11:53musahibe

“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri

“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədriFərid Əzizli: “Təşkilatlarımız arasında inteqrasiyaya böyük ehtiyac var, həmrəy olmağımız, gücümüzü birləşdirməyin zamanaı çoxdan yetişib”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyanada Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirib.

Tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb.
Komitə sədri Fuad Muradov çıxışı zamanı ölkəmizin diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib.
“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri
Daha sonra Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev çıxış ediblər. Natiqlər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək planlarından danışıblar.

Karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli Avrasiya.net-in suallarını cavablandırıb.
“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri
- Fuad Muradovun Avstriyaya səfərini necə dəyərləndirirsiz?

- Bu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun Avstriya respublikasında yaşayan azərbaycanlılarla ilk görüşü idi və görüş çox səmərəli keçdi. Düşünürəm ki, komitə sədrinin Avstriyaya səfəri diaspora sahəsində bir canlanmanın təməlini qoyacaq. Bundan sonra insanlar diaspora sahəsində daha aktiv fəaliyyət göstərəcəklər. Komitə sədrinin belə görüşlərinin digər ölkələrdə yaşayan azərbaycanlılarla keçirməsi düzgün və effektlidir. Bu, həmin ölkələrdə yaşayan soydaşlarımızda dövlətimizə, hakimiyyətimizə böyük inam, etibar qazandırır. Komitə sədri problemləri soydaşlarımızın dilindən eşidir, təklif və fikirlərini dinləyir.

- Komitənin sədri ilə keçirilən görüşdə siz də çıxış etdiniz. Maraqlıdır, hansı məsələlərə toxunduz.

- Avstriya respublikasında fəaliyyət göstərən müxtəlif iş adamları, incəsənət xadimləri və diaspora fəallarının görüşündə Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq geniş tərkibdə bizdə iştirak etdik. Bildiyiniz kimi Avstriya respubublikasında aktiv fəaliyyət göstərən tək diaspora Avstriya Azərbaycanlıları Cəmiyyətidir. Çıxışım zamanında diaspora sahəsində 2019-cu ildə keçirdiyimiz tədbirlərdən və onların əhəmiyyətindən bəhs etdim. Diaspora sahəsində gördüyümüz və görəcəyimiz işlər barədə Komitə sədrinə və Azərbaycan respublikasının fövqaladə və səlahiyyətli səfiri cənab Qalib İsrafilova məruzə ilə çıxış etdim. Azərbaycan diaspora sahəsində digər ölkələrə baxdıqda çox yenidir və bizim görəcəyimiz çox işlər və qarşılaşdığımız çox problemlər var bu barədədə tədbir iştirakçılarına bəhs etdim.

- Tədbirdə çıxış edənlər daha çox hansı sahələrdəki problemlərdən danışıblar.

- Dünyada diaspora təcrübəsinə baxanda Azərbaycan hələ çox gəncdir. Bunu nəzərə alsaq diaspora sahəsində yetərincə problemlər mövcuddur. İlk problemimiz soydaşlarımızın yaşadığı ölkələrdə inteqrasiya problemidir, digəri Azərbaycan dilli məktəblərinin olmamasıdır ki, bu barədədə söz açıldı. Bu kimi problemləri diaspor təşkilatları təkbaşına həll edə bilməzlər. Dövlət yardımına böyük ehtiyacımız var. Ümid edirəm ki, Komitə sədri bu problemlərin həllində bizə yardımçı olacaq. Diaspora sahəsində hər hansı bir problemin həlli Azərbaycanın xaricdə yüksək səviyyədə və yetərincə təbliği deməkdir, soydaşlarımızın həmrəyliyi, güclənməsi deməkdir.

- Komitə sədrinin bu səfəri sizin diaspor sahəsi işinizdə hansı müsbət təsirlər göstərə bilər?

- Komitə sədri ilə görüşümüzə bir neçə həftə öncədən hazırlaşırdıq və Avstriya respublikasında olan soydaşlarımızla görüşüb onların təklif və problemlərini qeydə almışdıq. Görüşümüz zamanı da bu problemlərdən bəhs etdik və komitə sədri də öz növbəsində bu problemlərin həlli yolunda komitə olaraq öz dəstəklərini verəcəklərini söylədi. Təbii ki, belə nbir görüş bizi gələcək planlarımızın həyata keçməsində bir ruh yüksəkliyi yaradır. Biz bir daha arxamızda güclü Azərbaycanın dayandığını hiss etdik. Bilirsiz, bayaq qeyd etdiyim kimi Azərbaycan diaspor quruculuğu sahəsində yeni-yeni addımlayır. Hədəfimiz bu sahədə bizdən tarixən təcrübəli və güclü olan erməni diasporasının təbliğatını dağıtmaqdır. Düzdür buna haradasa qismən də olsa nail olmuşuq, amma istədiklərimizi tam həyata keçirə bilməmişik. Buna görə də dövlətin mənəvi və maddi yardımına böyük ehtiyac duyulur. İnanırıq ki, Komitənin sədri Fuad Muradov bu sahədə bizə dəstək olacaq.
“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri
- Bəs Komitə sədrinin özü hansı problemlərin aradan qaldırılmasını tövsiyə etdi?

- Cənab Fuad Muradov diaspora sahəsində olan problemlərin ən başında pərakəndəliyin olduğunu qeyd etdi və diaspora təşkilatlarının birləşməsinin vacibliyini bildirdi. Bu sevindirici haldır ki, komitə sədri diaspora sahəsində olan problemləri və öz təcrübəsini bizimlə bölüşür və vahid bir sistemə keçməyin zamanının gəlib çatdığından danışır. Onun fikirlərində böyük həqiqət var. Təşkilatlarımız arasında inteqrasiyaya böyük ehtiyac var, həmrəy olmağımız, gücümüzü birləşdirməyin zamanaı çoxdan yetişib. Aramızda olan inciklikləri. Umu-küsünü bir kənara qoymalıyıq, öz-özümüzə düşmən kəsilməməliyik. Aramızda təməli möhkəm olan bir körpü yaratmalıyıq. Bu körpünün qurulması prosesində təkcə dövlətimiz yox, imkanlı soydaşlarımız, xeyriyyəçi biznesmenlərimiz, diaspor sahəsindəki iş adamlarımız da iştirak etməlidirlər.

- Bu görüş gələcəkdə planlarınızın həyata keçməsinə nə vəd etdi. Yəni gələcəkdə hansı işləri palnlaşdırmağı düşünürsüz ki, komitə bu sahədə sizə dəstək olacaq

- Komitə sədri Fuad Muradov və səfir Qalib İsrafilov bizə tam dəstək verəcəylərini bildirdilər. Artıq bir neçə layihənin birlikdə həyata keçrilməsi müzakirə olundu və layihələrin başlanmasına start verildi. Düşünürəm ki, 2020-ci ildə cəmiyyətimiz daha böyük layihələrə imza atacaq və Azərbaycan diaspor təşkilatları arasında ilk yerlərdə qərar alacağıq. Amma onu da deyim ki, bu layihələrin həyata keçməsi o qədər də asan olmayacaq. Ümumiyyətlə, diaspor quruculuğu sahəsində heç bir layihə asanlıqla həyata keçmir. Bunun qarşısını almaq istəyən qüvvələr çox olur. İnanıram ki, bunların da öhdəsindən gələcəyik və istəyimizə nail olacağıq. Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU